M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

 
 
63 
təqdim edilmiş mallar gömrük orqanlarının icazəsi olmadan təqdim 
edildiyi yerdən çıxarıla bilməz.  
Gömrük ərazisinə gətirilərək, gömrük orqanlarına təqdim edilən 
mallar müvafiq gömrük proseduru altında yerləşdirilməlidir. Bəyan-
naməçi malları mənşə ölkəsindən, xassələrindən,  miqdarından  asılı 
olmayaraq, istənilən gömrük proseduru altında yerləşdirə bilər.  
Malların  dərhal  digər  xüsusi  gömrük  proseduru  altında  və  ya 
sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqan-
larına  təqdim  edilmiş  xarici  mallar  Gömrük  Məcəlləsinin  178-ci 
maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük prosedu-
ru  altında  yerləşdirilmiş  hesab  edilir.  Gömrük  orqanlarına  təqdim 
edilmiş  xarici  mallar  üzrə  qısa  idxal  bəyannaməsinin  verilmədiyi 
müəyyənləşdirildikdə,  onların  sahibi  bu  bəyannaməni  dərhal 
gömrük orqanlarına təqdim etməlidir.  
Gömrük  ərazisindən  aparılması  nəzərdə  tutulan  mallar  həmin 
ərazidən  aparılmazdan  əvvəl  bəyan  edilməlidir.  Bəyanetmə 
aşağıdakı formalarda ola bilər: 1. gömrük ərazisindən aparılan mal-
lar  gömrük  bəyannaməsi  tələb  olunan  gömrük  proseduru  altında 
yerləşdirildikdə, müvafiq gömrük bəyannaməsi;  

 
Gömrük  Məcəlləsinin  128-ci  maddəsində  nəzərdə  tutulan 
təkrar ixrac bildirişi; 3. gömrük bəyannaməsi və təkrar ixrac bildirişi 
tələb olunmadığı hallarda.  
 Mallar  gömrük  ərazisindən  aparılmazdan  əvvəl  təqdim  olunan 
gömrük bəyannaməsində ən azı qısa ixrac bəyannaməsi üçün tələb 
olunan  məlumatlar  əks  olunmalıdır.  Gömrük  bəyannaməsi,  təkrar 
ixrac  bildirişi  və  ya  qısa  ixrac  bəyannaməsi  gömrük  ərazisindən 
aparılması  nəzərdə  tutulan  mallar  gömrük  sərhədinə  çatmamışdan 
əvvəl də kağız üzərində yazılı və ya elektron formada gömrük orqa-
nına  təqdim  edilə  bilər.  Mallar  gömrük  ərazisindən  aparılmazdan 
əvvəl bəyan edilməsinin qaydasını müvafiq icra hakimiyyəti orqanı 
müəyyən edir.  
 Gömrük  ərazisindən  aparılan  mallar  Gömrük  Məcəlləsinin  83-
cü maddəsində nəzərdə tutulmuş müddətdə gömrük nəzarəti altında 
olur və onlara bu Məcəllənin 92.2-ci maddəsi ilə müəyyən edilmiş 
gömrük  nəzarəti  formaları  tətbiq  edilir.  Qanunvericilikdə  nəzərdə 


 
 
64 
tutulmuş  hallarda,  gömrük  ərazisindən  aparılan  malların  gömrük 
rəsmiləşdirilməsi aşağıdakılar tətbiq olunmaqla həyata keçirilir:  
1. ixrac gömrük rüsumlarının tutulması;  
2.  milli  təhlükəsizliyin,  ictimai  asayişin,  əhalinin  mənəviyyatı-
nın,  insanların  həyat  və  sağlamlığının,  mülkiyyət  hüququnun,  o 
cümlədən  əqli  mülkiyyət  hüquqları  obyektlərinin,  heyvanların  və 
bitkilərin,  ətraf  mühitin,  xalqların  mədəni,  tarixi  və  arxeoloji 
sərvətlərinin qorunması baxımından müəyyən edilmiş qadağalar.  
3. Malların aparılmasına o şərtlə icazə verilir ki, aparılan mallar 
Gömrük Məcəllənin 125.3-cü maddəsində nəzərdə tutulmuş gömrük 
bəyannaməsinin,  təkrar  ixrac  bildirişinin  və  ya  qısa  ixrac 
bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiq edildiyi zaman 
olduğu vəziyyətdədir.  
Azərbaycan Respublikasının Nazirlər Kabineti «Gömrük rəsmi-
ləşdirilməsi  başa  çatmamış  mallardan  və  nəqliyyat  vasitələrindən 
istifadə  edilməsi  və  onlar  barəsində  sərəncam  verilməsinə  dair 
Şərtlər  və  məhdudiyyətlər»in  təsdiq  edilməsi  haqqında  24  dekabr 
2012-ci il 316 №li Qərarı ilə gömrük rəsmiləşdirilməsi başa çatma-
mış  mallardan  və  nəqliyyat  vasitələrindən  istifadə  edilməsinə  və 
onlar  barəsində  sərəncam  verilməsinə  dair  şərtləri  və  məhdu-
diyyətləri müəyyən edir.  
Gömrük  orqanına  təqdim  edilmiş  malların  və  nəqliyyat 
vasitələrinin  həmin  mallar  və  nəqliyyat  vasitələri  üzərində  gömrük 
rəsmiləşdirilməsi başa çatmadan istifadə edilməsi və onlar barəsində 
sərəncam verilməsi aşağıda göstərilmiş şərtlərə tam əməl edilməklə 
gömrük orqanının icazəsi ilə həyata keçirilir:  
1.  mallar  üzərində  gömrük  nəzarətinin  həyata  keçirilməsi 
mümkün olduqda;  
2.  mallara  və  nəqliyyat  vasitələrinə  dair  gömrük  ödənişləri 
ödənildikdə və ya onlara görə gömrük borcunun yarandığı və yarana 
biləcəyi hallarda həmin borcun ödənilməsinə təminat verildikdə;  
3.  mallara  və  nəqliyyat  vasitələrinə  dair  Azərbaycan 
Respublikasının  qanunvericiliyinə  əsasən  tələb  olunan  hallarda 
müvafiq  icazə  sənədi  və  ya  xüsusi  razılıq  (lisenziya)  mövcud 
olduqda.  


 
 
65 
Gömrük  rəsmiləşdirilməsi  başa  çatmamış  mallardan  istifadə 
edilməsi üçün mallara dair səlahiyyətli şəxs rəsmiləşdirilmənin başa 
çatdırılmaması  səbəblərini  və  istifadənin  təyinatını  göstərməklə, 
gömrük  orqanına  ərizə  ilə  müraciət  etməlidir.  Gömrük  orqanlarına 
təqdim  edilmiş  ərizəyə  gömrük  orqanları  tərəfindən  3  (üç)  iş 
günündən  artıq  olmayan  müddətdə  baxılır.  Gömrük  orqanları 
gömrük  rəsmiləşdirilməsi  başa  çatmamış  mallardan  və  nəqliyyat 
vasitələrindən  istifadə  edilməsinə  və  onlar  barəsində  sərəncam 
verilməsinə dair hər bir hal üzrə ayrı-ayrılıqda qərar qəbul edir.  
Gömrük  rəsmiləşdirilməsi  başa  çatmamış  mallardan  və 
nəqliyyat  vasitələrindən  istifadə  edilməsinə  və  onlar  barəsində 
sərəncam  verilməsinə  yalnız  yerləşdirildiyi  gömrük  prosedurunun 
tələblərinə uyğun olaraq yol verilir. Gömrük rəsmiləşdirilməsi başa 
çatmamış mallar və nəqliyyat vasitələri üzərində istifadə hüququna 
malik  olan  şəxsdən  başqa  həmin  mallardan  və  nəqliyyat 
vasitələrindən  istifadə  və  sərəncam  hüququ  digər  şəxsə  verilə 
bilməz. Bəyannaməçi gömrük rəsmiləşdirilməsinin başa çatdırılması 
üçün gömrük bəyannaməsini Azərbaycan Respublikasının Gömrük 
Məcəlləsi  ilə  müəyyən  edilmiş  müddətdə  gömrük  orqanlarına 
təqdim  etməlidir.  Gömrük  rəsmiləşdirilməsi  başa  çatdırılmış 
mallardan  və  nəqliyyat  vasitələrindən  istifadə  edilməsi  və  onlar 
barəsində  sərəncam  verilməsi  seçilmiş  gömrük  proseduruna  uyğun 
həyata keçirilir. 
 Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar "Tərkibin-
də əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin 
aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında 28 dekabr 2012-
ci il, 323 
 li qərarina əsasən "Azərbaycan Respublikası Gömrük 
Məcəlləsinin  təsdiq  edilməsi  haqqında"  Azərbaycan  Respublikası 
Qanununun  tətbiqi  barədə"  Azərbaycan  Respublikası  Prezidentinin 
2011-ci  il  15  sentyabr  tarixli  499  nömrəli  fərmanının  1.3.15-ci 
yarımbəndinin  icrasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan 
Respublikasının  Nazirlər  Kabineti  qərara  alir:  "Tərkibində  əqli 
mülkiyyət  hüquqlarının  obyektləri  olan  malların  reyestrinin 
aparılması qaydaları" təsdiq edilsin. 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə