M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

 
 
73 
olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Qısa  ixrac  bəyannaməsi  məlumatların  elektron  emalı  üsulundan 
istifadə  olunmaqla,  elektron  sənəd  formasında  təqdim  edilir.  Qısa 
ixrac  bəyannaməsi  gömrük  orqanlarına  kağız  üzərində  yazılı 
formada  da  təqdim  edilə  bilər.  Həmin  bəyannamə  risklərin  idarə 
olunmasını,  məlumatların  gömrük  orqanları  arasında  mübadiləsini 
elektron  formada  verilən  qısa  ixrac  bəyannaməsinə  analoji 
səviyyədə təmin etməsi şərti ilə gömrük orqanları tərəfindən təsdiq 
olunur. Qısa ixrac bəyannaməsi aşağıdakı şəxslərdən biri tərəfindən 
təqdim edilə bilər: 
1.  malları  gömrük  ərazisindən  aparan  və  ya  onun  daşınmasına 
görə cavabdeh olan şəxs;  
2.  malları  ixrac  edən  və  ya  göndərən,  yaxud  bu  Məcəllənin 
129.5.1-ci maddəsində qeyd olunan şəxsin adından çıxış edən digər 
şəxs;  
3.  malları  səlahiyyətli  gömrük  orqanına  təqdim  edən  və  ya 
təqdim etməli olan istənilən şəxs.  
Gömrük  Məcəlləsinin  129.7-ci  maddəsində  göstərilən  hallar 
istisna olmaqla, qısa ixrac bəyannaməsi təqdim edildikdən sonra onu 
təqdim  edən  şəxsin  müraciəti  əsasında  həmin  bəyannamədə 
düzəlişlərin  aparılmasına  gömrük  orqanları  tərəfindən  icazə  verilir. 
Aşağıdakı hallarda qısa ixrac bəyannaməsinə düzəlişlərin edilməsinə 
icazə verilmir:  
1.  gömrük  orqanları  qısa  ixrac  bəyannaməsini  təqdim  etmiş 
şəxsə malları yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra;  
2. gömrük orqanları qısa ixrac bəyannaməsindəki məlumatların 
düzgün olmadığını müəyyənləşdirdikdən sonra;  
3. gömrük orqanları malların aparılmasına icazə verdikdən sonra 
Müvəqqəti  ixrac  -  Təkrar  idxal  üçün  nəzərdə  tutulmuş  daxili 
mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan 
Gömrük  Məcəlləsinin  130.2-ci  maddəsində  nəzərdə  tutulmuş 
qaydalara  uyğun  olaraq  gömrük  rüsumlarından  və  vergilərdən 
tamamilə,  yaxud  qismən  azad  edilməklə,  habelə  ticarət  siyasəti 
tədbirləri  tətbiq  edilmədən  gömrük  ərazisindən  kənarda  istifadə 
olunur.  Malların  müvəqqəti  ixrac  gömrük  proseduru  altında 


 
 
74 
yerləşdirilməsi  qaydalarını  Gömrük  Məcəlləsinin  tələbləri  nəzərə 
alınmaqla  müvafiq  icra  hakimiyyəti  orqanı  müəyyən  edir.  Həmin 
qaydalarda  malların  müvəqqəti  ixrac  gömrük  proseduru  altında 
yerləşdirilməsi  şərtləri,  onların  bu  prosedur  altında  qalma  müddəti 
müəyyən edilməlidir.  
Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  prosedurunun  əhatə 
dairəsi - Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə 
tutulan  xarici  mallar  sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük 
proseduru  altında  yerləşdirilir.  Sərbəst  dövriyyə  üçün  buraxılış 
gömrük proseduru aşağıdakıları əhatə edir:  
1.  qanunvericiliklə  müəyyən  olunmuş  gömrük  ödənişlərinin 
ödənilməsini;  
2. ticarət siyasəti tədbirlərinin tətbiqini; 
3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların 
tamamlanmasını.  
Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında 
yerləşdirilən  xarici  mallar  daxili  mallar  gömrük  statusunu  alırlar. 
Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında 
yerləşdirilməsi  qaydalarını  müvafiq  icra  hakimiyyəti  orqanı 
müəyyən edir. 
Malların  sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru 
altında yerləşdirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin 2012-ci il 3 avqust tarixli 163 nömrəli qərarı ilə təsdiq 
edilmişdir.  Bu  Qaydalar  Azərbaycan  Respublikası  Gömrük 
Məcəlləsinin  164-cü  maddəsinə  əsasən  hazırlanmışdır  və  malların 
sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında 
yerləşdirilməsi  qaydalarını  müəyyən  edir.  Sərbəst  dövriyyə  üçün 
buraxılış  gömrük  proseduru  altında  daxili  bazarda  satılma,  istifadə 
və  ya  istehlak  üçün  nəzərdə  tutulan  xarici  mallar  yerləşdirilir. 
Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında 
yerləşdirilən  xarici  mallar  daxili  mallar  gömrük  statusunu  alır. 
Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında 
yerləşdirilən mallar geri aparılma öhdəliyi götürülmədən, Azərbay-
can Respublikasının ərazisində qalır. Xarici malların bu Qaydaların 
1.3-cü  bəndinə  əsasən  sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük 


 
 
75 
proseduru  altında  gömrük  rəsmiləşdirilməsi  yerinə  yetirildikdən 
sonra mallar gömrük nəzarətindən çıxarılaraq barəsində səlahiyyəti 
olan şəxslərə və ya onların nümayəndələrinə verilir. Həmin şəxslər 
qanunvericiliyə uyğun olaraq, malların üzərində sərəncam verməkdə 
sərbəstdirlər.  Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru 
altında malların yerləşdirilməsi şərtləri aşağıdakılardır:  
1.  qanunvericiliklə  müəyyən  edilmiş  gömrük  ödənişlərinin 
ödənilməsi;  
2. ticarət siyasəti tədbirlərinin tətbiqi;  
3.  malların  idxalı  ilə  bağlı  qanunvericiliklə  müəyyən  edilmiş 
tələblərin yerinə yetirilməsi və müəyyən edilmiş digər prosedurların 
tamamlanması  (dövlət  sərhədindən  keçirilməsi,  müəyyən  edilmiş 
marşrutlar  üzrə  vaxtında  təyinat  gömrük  orqanına  çatdırılması, 
malların  təyinat  orqanına  təqdim  edilməsi,  nəqliyyat  vasitələri 
üzərində  qoyulmuş  gömrük  təminatlarının  pozulmaması,  malların 
rəsmiləşdirilməsi ilə bağlı müvafiq sənədlərin gömrük rəsmiləşdiril-
məsini aparacaq gömrük orqanına təqdim olunması).  
Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında 
yerləşdirilməsi  nəzərdə  tutulan  malların  gömrük  rəsmiləşdirilməsi 
zamanı  alınan  gömrük  ödənişləri  Azərbaycan  Respublikasının 
müvafiq  qanunvericilik  aktlarına  əsasən  həyata  keçirilir.  Sərbəst 
dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında  yerləşdirilmiş 
mallar  üçün  14  (on  dörd)  gündən  60  (altmış)  günədək  gömrük 
borcunun  ödənilməsinə  möhlətin  verilməsi  Gömrük  Məcəlləsinin 
246-cı  maddəsinə  əsasən  həyata  keçirilir.  Sərbəst  dövriyyə  üçün 
buraxılış  gömrük  proseduru  altında  yerləşdirilmiş  malların  gömrük 
rəsmiləşdirilməsi zamanı ticarət siyasəti tədbirlərinə əməl olunması 
yoxlanılır.  Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru 
altında  yerləşdirilən  malların  gömrük  rəsmiləşdirilməsinə  dair 
sənədlər  Gömrük  Məcəlləsinin  150.3-cü  və  150.4-cü  maddələrinin 
tələblərinə uyğun müəyyən edilir.  
Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında 
yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi qaydaları- Sərbəst 
dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında  yerləşdirilmiş 
malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi mallar 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə