M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə19/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

 
 
57 
rəsmiləşdirilməsi nəzərdə tutulan malların və nəqliyyat vasitələrinin 
daşınmasını, çəkilməsini və  ya kəmiyyət ölçüsünün başqa qaydada 
müəyyən  edilməsini,  yüklənməsini,  boşaldılmasını,  qablaşdırılma-
sını  və  ya  yenidən  qablaşdırılmasını,  həmçinin  bu  cür  malların  və 
nəqliyyat vasitələrinin saxlandığı yerlərin açılmasını təmin etməlidir. 
Daşıyıcının  və  onun  nəqliyyat  vasitələrinin  Gömrük  Məcəlləsinin 
tələblərinə  cavab  verməməsi  barədə  gömrük  orqanlarının  kifayət 
qədər əsasları olduqda, malların daşınması, həmin nəqliyyat vasitəsi 
gömrük  daşıyıcısı  tərəfindən  lazımi  vəziyyətə  gətirildikdən  sonra, 
gömrük müşayiəti altında (malların, nəqliyyat vasitələrinin və onlara 
aid sənədlərin  gömrük orqanının vəzifəli şəxsi tərəfindən müşayiət 
edilməsi) davam etdirilir. Malların və nəqliyyat vasitələrinin gömrük 
rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş zəruri əməliyyatlar gömrük 
orqanlarının əlavə xərclərinə səbəb olmamalıdır.  
Gömrük  rəsmiləşdirilməsi  Azərbaycan  Respublikasının  dövlət 
dilində aparılır.  
Gömrük orqanları gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallar-
dan prob və nümunələr götürmək və onların gömrük ekspertizasını 
aparmaq hüququna  malikdirlər. Gömrük rəsmiləşdirilməsi məqsədi 
ilə  mallardan  prob  və  nümunələrin  götürülməsi  ilə  bağlı  məsələlər 
Gğmrük Məcəllənin 158-ci maddəsi ilə tənzimlənir.  
Təbii  fəlakətlər  və  digər  fövqəladə  hallar  zamanı  zəruri  olan 
malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan 
malların,  radioaktiv  maddələrin,  kütləvi  informasiya  məqsədləri 
üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra 
və  məhkəmə  hakimiyyəti  orqanlarının,  Azərbaycan  Respublikası 
Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa 
malların  gömrük  rəsmiləşdirilməsi  güzəştli  və  sadələşdirilmiş 
qaydada  həyata  keçirilir.  Gömrük  rəsmiləşdirilməsinin  güzəştli  və 
sadələşdirilmiş qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən 
edir.  
Təbii fəlakət zonalarında  zərər  çəkmiş əhaliyə  yardım  göstəril-
məsi üçün göndərilən ərzaq məhsulları, mallar və nəqliyyat vasitə-
ləri, habelə müvafiq orqanların təbii fəlakətin nəticələrinin ləğvi ilə 
məşğul  olan  şəxsi  heyəti  üçün  nəzərdə  tutulmuş  avadanlıq,  xüsusi 


 
 
58 
nəqliyyat  vasitələri,  ehtiyat  hissələri,  şəxsi  əşyalar  və  digər  mallar 
yardım  yükü  hesab  olunur.  Yardım  yüklərinin  gömrük  rəsmiləş-
dirilməsi  sadələşdirilmiş  bəyannamələrdən  istifadə  olunmaqla 
aparılır.  Yardım  yüklərinə  ticarət  siyasəti  tədbirləri,  qadağa  və 
məhdudiyyətlər, həmçinin gömrük ödənişləri tətbiq edilmir.  
Gömrük  ərazisinə  gətirilmiş  mallar  üzrə  gömrük  bəyannaməsi 
təqdim  olunanadək  qısa  idxal  bəyannaməsinin  verildiyi  halları  və 
onun  formasını  beynəlxalq  standartlar  və  ticarət  təcrübəsi  nəzərə 
alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal 
bəyannaməsində  risklərin  təhlili,  gömrük  nəzarətinin  düzgün 
aparılması  üçün zəruri olan  məlumatlar  əks  edilməlidir. Qısa idxal 
bəyannaməsi  mallar  gömrük  ərazisinə  gətirilməzdən  əvvəl  də 
elektron formada gömrük orqanlarına təqdim edilə bilər. Qısa idxal 
bəyannaməsinin  mallar  gömrük  ərazisinə  gətirilməzdən  əvvəl 
təqdim  edilməsi  qaydalarını  Gömrük  Məcəlləsinin  tələbləri  nəzərə 
alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük 
Məcəlləsində  nəzərdə  tutulmuş  bu  maddənin  müddəaları  gömrük 
ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən 
nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir.  
 Qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsulların-
dan  istifadə  olunmaqla,  elektron  sənəd  formasında  təqdim  edilir. 
Qısa  idxal  bəyannaməsi  gömrük  orqanlarına  kağız  üzərində  yazılı 
formada  da  təqdim  edilə  bilər.  Həmin  bəyannamə  risklərin  idarə 
olunmasını,  məlumatların  gömrük  orqanları  arasında  mübadiləsini 
elektron formada verilən qısa idxal bəyannaməsini analoji səviyyədə 
təmin  etməsi  şərti  ilə  gömrük  orqanları  tərəfindən  təsdiq  olunur. 
Qısa  idxal  bəyannaməsi  malları  gömrük  ərazisinə  gətirən  və  ya 
daşınmasına  cavabdeh  olan  şəxslər,  onların  nümayəndələri, 
idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün 
gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər.  
Gömrük  Məcəlləsinin  115.2-ci  maddəsində  göstərilən  hallar 
istisna olmaqla, qısa idxal bəyannaməsi təqdim edildikdən sonra onu 
təqdim  edən  şəxsin  müraciəti  əsasında  həmin  bəyannamədə 
düzəlişlərin  aparılmasına  gömrük  orqanları  tərəfindən  icazə  verilir. 


 
 
59 
Aşağıdakı hallarda qısa idxal bəyannaməsinə düzəlişlərin edilməsinə 
yol verilmir:  
1.  gömrük  orqanları  qısa  idxal  bəyannaməsini  təqdim  etmiş 
şəxsə malları yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra;  
2. gömrük orqanları qısa idxal bəyannaməsindəki məlumatların 
düzgün olmadığını müəyyənləşdirdikdən sonra;  
3.  gömrük  orqanları  malların  təqdim  olunmuş  yerdən 
aparılmasına icazə verdikdən sonra.  
Gömrük Məcəlləsinin 113.3-cü maddəsində göstərilən qaydalar-
da müəyyən edilmiş qısa idxal bəyannaməsinin təqdim edilməsinin 
mümkünlüyünün son müddəti başa çatmazdan əvvəl onu əvəz edən 
gömrük bəyannaməsi təqdim edildikdə, həmin gömrük bəyannamə-
sinin  aid  olduğu  mallar  üçün  qısa  idxal  bəyannaməsi  gömrük 
orqanlarına təqdim edilmir. Bu halda qısa idxal bəyannaməsini əvəz 
edən  gömrük  bəyannaməsində  onun  üçün  zəruri  olan  təfərrüatları 
əks  etdirilməlidir.  Gömrük  Məcəlləsinin  116.1-ci  maddəsində 
nəzərdə  tutulan  gömrük  bəyannaməsi  gömrük  orqanları  tərəfindən 
təsdiq edilənə qədər qısa idxal bəyannaməsini əvəz edir. 
Malları  gömrük  ərazisinə,  həmçinin  sərbəst  zonaların  ərazisin-
dən  gömrük  ərazisinin  qalan  hissəsinə  gətirən  daşıyıcı  gömrük 
sərhədini  keçməsi  barədə  müvafiq  gömrük  orqanına  məlumat 
verməlidir. Mallar gömrük ərazisinə gömrük orqanlarının müəyyən 
etdiyi yerlərdən və onların iş vaxtında gətirilməlidir. Gömrük orqan-
larının  icazəsi  ilə,  mallar  onların  iş  vaxtından  kənar  saatlarda  da 
gömrük  ərazisinə  gətirilə  bilər.  Həmin  vaxtda  gömrük  ərazisinə 
gətirilmiş  mallardan  gömrük  orqanlarının  icazəsi  olmadan  istifadə 
edilməsinə  yol  verilmir.  Qanunvericiliklə  və  beynəlxalq  müqavilə-
lərlə  müəyyən  edilmiş  hallarda,  mallar  gömrük  ərazisinə  gömrük 
orqanlarının icazəsi ilə başqa yerlərdən gətirilə bilər.  
Gömrük  ərazisinə  gətirilmiş  bütün  mallar  üzərində  gömrük 
nəzarəti  Gömrük  Məcəlləsinin  14-cü  fəslində  nəzərdə  tutulmuş 
qaydada həyata keçirilir. Gömrük Məcəlləsinin 83.1-ci maddəsində 
nəzərdə  tutulmuş  hallardan  biri  baş  verənədək  mallar  gömrük 
nəzarəti altında saxlanılır. Gömrük nəzarəti eyni zamanda, Gömrük 
Məcəlləsinin 118.1-ci maddəsində qeyd olunan mallarla bağlı bütün 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə