M. M. Aslanova Elmi redaktor


Gömrük  nəzarəti  zamanı  texniki  nəzarət  vasitələrindən



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

 
 
47 
Gömrük  nəzarəti  zamanı  texniki  nəzarət  vasitələrindən 
istifadə qaydaları 
1.  Baxış-rentgen  texnikası  gömrük  sərhədindən  keçirilən 
malların və nəqliyyat vasitələrinin növündən, texnologiyanın tətbiq 
edildiyi sahədən və şəraitdən asılı olaraq aşağıdakılardan ibarətdir:  
1.1.  fiziki  şəxslərin  əl  yükünün  və  baqajlarının  yoxlanılması 
üçün stasionar baxış-rentgen texnikası;  
1.2.  fiziki  şəxslərin  əl  yükünün  və  baqajlarının  yoxlanılması 
üçün səyyar baxış-rentgen texnikası;  
1.3.  malların  yoxlanılması  üçün  stasionar  baxış-rentgen 
texnikası;  
1.4. beynəlxalq poçt göndərişlərinin yoxlanılması üçün stasionar 
baxış-rentgen texnikası; 1.5. səyyar baxış-rentgen texnikası;  
1.6. daşınan baxış-rentgen texnikası. 
Baxış-rentgen  texnikası  gömrük  nəzarəti  tətbiq  edilərkən 
aşağıdakı məqsədlər üçün nəzərdə tutulur:  
1. obyektin daxilində olan əşyaların aid olduğu qrup, növ, tip və 
siniflərin  müəyyən  edilməsi;  2.  yoxlanılan  obyektdə  gizli  saxlanc 
yerlərinin əlamətlərinin aşkar edilməsi;  
3.  gömrük  sərhəd  buraxılış  məntəqələrindən  Azərbaycan 
Respublikasının  ərazisinə  gətirilməsi  və  bu  ərazidən  aparılması 
qadağan edilən malların və əşyaların aşkar edilməsi.  
Baxış-rentgen  texnikasından  aeroportlarda,  dəniz  və  dəmiryol 
vağzallarında,  avtomobil  yollarında  yerləşən  gömrük  sərhəd 
buraxılış  məntəqələrinin  sərnişin  zallarında,  anbarlarda,  bağlı  yük 
meydançalarında,  poçtamtlarda  və  xüsusi  olaraq  tikilmiş  gömrük 
baxış  terminallarında  istifadə  olunur  .  Yoxlama  baxış  sistemləri 
gömrük  sərhədindən  keçən  iriqabaritli  malların  və  nəqliyyat 
vasitələrinin  növündən,  texnologiyanın  tətbiq  edildiyi  sahədən  və 
şəraitdən asılı olaraq aşağıdakılardan ibarətdir: 
1.  malların  və  nəqliyyat  vasitələrinin  yoxlanılması  üçün 
stasionar  tipli  yoxlama  baxış  sistemi;  2.  malların  və  nəqliyyat 
vasitələrinin yoxlanılması üçün səyyar tipli yoxlama baxış sistemi;  
3. malların və nəqliyyat vasitələrinin yoxlanılması üçün daşınan 
tipli yoxlama baxış sistemi;  


 
 
48 
4.  dəmir  yolu  vaqonlarının  yoxlanılması  üçün  yoxlama  baxış 
sistemi.  
Yoxlama baxış sistemləri gömrük sərhədindən keçən malların və 
nəqliyyat  vasitələrinin  yoxlanılmasında  aşağıdakı  məqsədlərlə 
istifadə edilir:  
1. gizli saxlanc yerlərinin aşkar edilməsi;  
2.  mal-müşayiət  sənədləri  əsasında  eyniləşdirmənin  həyata 
keçirilməsi;  
3.  gömrük  ərazisinə  gətirilməsi  və  bu  ərazidən  aparılması 
qadağan olunmuş malların və qanunvericiliyin tələbləri pozulmaqla 
keçirilən malların və əşyaların aşkar edilməsi.  
Bölünən və radioaktiv materialların müəyyən edilməsi məqsədi 
ilə  gömrük  nəzarətində  istifadə  olunan  texniki  nəzarət  vasitələri 
aşağıdakılardır:  
1. stasionar radiasiya nəzarəti sistemləri;  
2. radiometr-spektrometrləri;  
3. qamma-spektrometrləri;  
4. radiasiya peycerləri;  
5. radiasiya dozimetrləri.  
Bölünən  və  radioaktiv materiallar üzərində  gömrük nəzarətinin 
aparılması aşağıdakı mərhələlərə bölünür:  
1. ilkin radiasiya nəzarəti;  
2. əlavə radiasiya nəzarəti;  
3. ətraflı radiasiya müayinəsi;  
4. ekspertiza.  
 İlkin  radiasiya  nəzarəti  gömrük  orqanları  tərəfindən  mallar  və 
nəqliyyat  vasitələri,  fiziki  şəxslərə  məxsus  əl  yükləri,  müşayiət 
olunan və müşayiət olunmayan baqajlar və poçt göndərişləri gömrük 
nəzarəti zonasına daxil olarkən, ionlaşdırma şüasının normadan artıq 
səviyyəsinin  aşkarlanması,  eləcə  də  onların  ümumi  axından 
çıxarılması  məqsədi  ilə  həyata  keçirilir.  İlkin  radiasiya  nəzarəti 
zamanı stasionar və daşınan radiasiya nəzarəti vasitələrindən istifadə 
olunur. Əlavə radiasiya nəzarəti daşınan radiasiya nəzarəti cihazları 
(dozimetr,  radiometr,  radiometr-spektrometr)  ilə  ilkin  radiasiya 
nəzarətinin  nəticələri  əsasında  avadanlığın  həyəcan  siqnalı 


 
 
49 
verməsinin  səbəblərinin  aşkarlanması,  normadan  artıq  olan 
ionlaşdırma  şüasının  ölçülməsi  və  lokallaşdırılması  məqsədi  ilə 
aparılır.  Normadan  artıq  olan  ionlaşdırma  şüa  mənbəyini  daşıyan 
obyekt  təhlükəsiz  məsafəyə  uzaqlaşdırılmalı  və  gömrük 
əməkdaşlarının  və  digər  şəxslərin  bu  obyektin  yanında  olma 
müddətləri məhdudlaşdırılmalıdır. Həmin obyektin yanına radiasiya 
təhlükəsi ilə bağlı işarə qoyulmalıdır. Ətraflı radiasiya müayinəsinin 
aparılması  üçün  spektrometrik  avadanlıqlardan  (radiometr-
spektrometr,  qamma-spektrometr)  istifadə  olunur,  bölünən  və 
radioaktiv  materialların  ilkin  eyniləşdirilməsinə  və  maksimum 
lokallaşdırılmasına  imkan  yaradır.  Radioaktiv  materialların 
ekspertizası  gömrük  orqanlarının  müraciəti  əsasında  müvəkkil 
orqanlar tərəfindən həyata keçirilir.  
 Axtarış texniki nəzarət vasitələrinə aşağıdakılar aid edilir:  
1.  metal  detektorları  —  gömrük  sərhəd  buraxılış  məntəqələ-
rindən  keçən  fiziki  şəxslərin  üzərində,  onların  əl  yüklərində  və 
baqajlarında  gizlədilmiş  istənilən  formalı  və  istiqamətli  metal 
əşyaların aşkar olunması üçün istifadə olunan stasionar, daşınan və 
portativ elektron cihazlar; 
2. baxış güzgüləri — nəqliyyat vasitələrinin çətin aşkar olunan 
yerlərinə baxış keçirmək üçün istifadə olunan müxtəlif ölçülərdə və 
formalarda  dəyişən  güzgülərlə  təchiz  edilmiş  teleskopik  tutacaqlar 
və əşyaların götürülməsi üçün xüsusi qarmaqlar dəsti;  
3. nəzarət şupları — müxtəlif yerlərdə (yumşaq və karton qab-
laşmalarda,  nəqliyyat  vasitələrinin  oturacaq  yerlərində  və  malların 
qablaşdırılması mümkün olmayan yerlərdə) gizlədilmiş malların və 
əşyaların müəyyən edilməsi və həmin yerdən prob götürülməsi üçün 
istifadə  olunan  müxtəlif  diametrdə  və  uzunluqda  olan  iti  ucluqlu 
metal millər;  
4.  endoskoplar  —  malların  və  nəqliyyat  vasitələrinin,  fiziki 
şəxslərə  məxsus  əl  yüklərinin,  müşayiət  olunan  və  müşayiət 
olunmayan  baqajların  və  poçt  göndərişlərinin  çətin  aşkar  olunan 
yerlərində  gizlədilmiş  qanunsuz  mal  və  əşyaların  aşkar  edilməsi 
üçün istifadə olunan avadanlıqlar;  


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə