M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

 
 
35 
2.  çatdırılma  üzrə  müəyyən  olunmuş  müddətlərə  nəzarət 
edilməsi;  
3.  gömrük  ərazisini  tərk  etmək  məqsədi  ilə  gömrük  nəzarəti 
zonasına  daxil  olan  nəqliyyat  vasitələrinin  faktiki  çıxışının  təsdiq 
edilməsi.  
Çatdırmaya  nəzarət  mərhələsində  riskli  hallar  müəyyən 
olunduqda,  gömrük  nəzarətinin  müvafiq  formalarından  istifadə 
etməklə,  nəqliyyat  vasitəsilə  bağlı  əlavə  gömrük  nəzarəti  həyata 
keçirilir.  Malların  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən 
keçmə  məqsədlərindən  asılı  olaraq  gömrük  sərhəd  buraxılış 
məntəqələrində  gömrük  nəzarəti  mərhələləri  daxilində  gömrük 
hərəkətlərinin  biri  və  ya  bir  neçəsi  həyata  keçirilir.  Bu  hərəkətlər 
avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyat növləri ilə gömrük 
sərhədindən  keçirilmə  xüsusiyyətləri  əsasında  bu  Qaydaların 
müvafiq  müddəaları  ilə  tənzimlənir.  Gömrük  sərhəd  buraxılış 
məntəqələrinin  fəaliyyət  xüsusiyyətləri  və  infrastruktur  imkanları 
nəzərə  alınaraq,  gömrük  nəzarəti  mərhələləri  ardıcıl  və  ya  eyni 
vaxtda həyata keçirilə bilər. Gömrük nəzarəti mərhələsində gömrük 
hərəkətlərinin  yerinə  yetirilməsində  bir  və  ya  bir  neçə  gömrük 
əməkdaşı iştirak edə bilər.  
Məlumatlandırma  və  qeydiyyat  mərhələsində  gömrük  orqanı 
tərəfindən həyata keçirilən gömrük hərəkətləri malların və nəqliyyat 
vasitələrinin  hərəkət  istiqaməti  (gömrük  ərazisinə  gəlmə  və  ya 
gömrük  ərazisindən  getmə)  əsasında  müəyyən  olunur  və 
aşağıdakıları əhatə edir:  
1.gömrük  ərazisinə  gətirilən  malların  və  nəqliyyat  vasitələrinin 
gömrük sərhədini keçdiyi andan gömrük nəzarətinə alınması;  
2.  gömrük  orqanları  tərəfindən  malların  və  nəqliyyat 
vasitələrinin  gömrük  nəzarəti  zonasında  yerləşən  gömrük  baxışı 
yerinə çatdırılmasına icazə verilməsi;  
3.  malların  və  nəqliyyat  vasitələrinin  gömrük  ərazisini  tərk 
etməsi ilə bağlı gömrük hərəkətlərinin həyata keçirilməsi.  
Gömrük təminatları olmayan nəqliyyat vasitələri üzərində risklər 
əsasında gömrük məqsədləri üçün gömrük baxışı və (və ya) gömrük 
yoxlaması  aparılır.  Gömrük  nəzarətinin  formalarının  tətbiqi 


 
 
36 
tamamlandıqdan  sonra  daşıma  sənədində  nəzarəti  həyata  keçirən 
gömrük  orqanının  vəzifəli  şəxsi  tərəfindən  zəruri  qeydlər  aparılır. 
Gömrük nəzarətinin formalarının nəticəsi üzrə mallara və nəqliyyat 
vasitələrinə dair məlumatların qeydiyyatı üzrə hərəkətlərə başlanılır. 
Mallara və nəqliyyat vasitələrinə dair məlumatların qeydiyyatı mal 
müşayiət  sənədlərində  göstərilən  məlumatlar  və  (və  ya)  qısa  idxal 
(ixrac)  bəyannaməsinin  məlumat  göstəriciləri  əsasında  aparılır. 
Malların  və  nəqliyyat  vasitələrinin  qeydiyyatı  tamamlandıqdan 
sonra  gömrük  nəzarətinin  növbəti  mərhələsi  olan  sənədli  nəzarət 
mərhələsinə  başlanılır.  Sənədli  nəzarət  mərhələsinə  aid  edilən 
hərəkətlər aşağıdakıları əhatə edir:  
1.  gömrük  sərhədindən  keçirilmə  məqsədlərini  təsdiqləyən 
sənədlərin yoxlanılması (gömrük ərazisinə gəlmə, gömrük ərazisin-
dən getmə, tranzit);  
2.  qeydiyyata  alınmış  mallara  və  nəqliyyat  vasitələrinə  dair 
məlumatların və sənədlərin yoxlanılması;  
3. qadağa və məhdudiyyətlərə, eləcə də malların idxal-ixracı ilə 
bağlı  bütün  tənzimlənmə  qaydalarına  riayət  olunmasının  yoxlanıl-
ması;  
4. qanunvericilikdə nəzərdə tutulmuş hallarda malların  gömrük 
sərhədindən keçirilməsi üçün icazə sənədlərinin və ya məlumatların 
mövcudluğunun yoxlanılması;  
5.  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  sənədli  nəzarəti 
həyata  keçirən  gömrük  orqanının  vəzifəli  şəxsi  tərəfindən  malların 
və  nəqliyyat  vasitələrinin  gömrük  yoxlanılması  (gömrük  yoxlanıl-
ması sənədli nəzarəti həyata keçirən gömrük orqanının vəzifəli şəx-
sinin tapşırığına əsasən, sənədli nəzarət mərhələsində gömrük hərə-
kətlərini aparan  gömrük orqanının digər vəzifəli şəxsi və  ya məlu-
matlandırma  və  qeydiyyat  mərhələsində  gömrük  hərəkətlərini  apa-
ran gömrük orqanının vəzifəli şəxsi tərəfindən həyata keçirilə bilər);  
6. mallar beynəlxalq yük daşınması kitabçası istifadə edilməklə 
daşındıqda,  onların  «Beynəlxalq  yük  daşınması  kitabçası  tətbiq 
etməklə  beynəlxalq  yük  daşımaları  haqqında  1975-ci  il  tarixli 
Konvensiya»nın  tələblərinə  uyğunluğu  əsasında  beynəlxalq  yük 
daşınması kitabçasının rəsmiləşdirilməsi.  


 
 
37 
Gömrük  orqanlarına  həvalə  edilmiş  beynəlxalq  avtomobil 
daşımalarını  tənzimləyən  «icazə»  blanklarının  verilməsinə  nəzarəti 
və  bu  sahədə  qanunvericiliyin  tələblərinə  riayət  olunmasını  təmin 
etmək məqsədi ilə aşağıdakılar həyata keçirilir:  
1. «icazə» blanklarının verilməsi və buna görə «Dövlət rüsumu 
haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən 
edilmiş məbləğdə dövlət rüsumunun alınması;  
2. yol vergilərinin hesablanması;  
3.  beynəlxalq  avtomobil  daşımalarına  aid  Azərbaycan 
Respublikası ilə hökumətlərarası sazişi olan xarici dövlətlərin yük və 
sərnişin  avtomobil  daşıyıcıları  üçün  giriş-çıxış  və  tranzit  keçid 
hüququnu  müəyyənləşdirən  kvotaların  və  beynəlxalq  icazələrin, 
həmçinin  müntəzəm  sərnişin  daşımalarında  qabaqcadan  müəyyən 
edilmiş marşrut və hərəkət cədvəlinin yoxlanılaraq qeydə alınması.  
 Çatdırmaya nəzarət mərhələsində bu Qaydaların 6.9-cu bəndinə 
müvafiq olaraq aşağıdakılar həyata keçirilir:  
1.  göndərən  gömrük  orqanından  təyinat  gömrük  orqanına, 
məlumatları  qeydiyyata  alınmış  malların  və  nəqliyyat  vasitələrinin 
və  sənədlərin  çatdırılmasına  nəzarətin  təmin  edilməsi  və  müvafiq 
rəsmiləşdirilmənin aparılması;  
2.  çatdırılmaya  nəzarət  mərhələsi  üzrə  məlumatları  qeydiyyata 
alınmış  malların  və  nəqliyyat  vasitələrinin  müəyyən  olunmuş 
müddətlərdə gömrük orqanına çatdırılmasının yoxlanılması;  
3  çatdırılma  müddətlərinə  riayət  olunmadığı  hallarda  axtarış 
tədbirlərinin  həyata  keçirilməsi  üzrə  məlumatlandırılmanın 
aparılması;  
4.çatdırılmanın təsdiqlənməsi.  
Dəmiryol  buraxılış  məntəqələrində  məlumatlandırma  və 
qeydiyyat  mərhələsində  gömrük  orqanı  tərəfindən  həyata  keçirilən 
gömrük  hərəkətləri  malların  və  nəqliyyat  vasitələrinin  hərəkət 
istiqaməti  (gömrük  ərazisinə  gəlmə  və  ya  gömrük  ərazisindən 
getmə) əsasında müəyyən olunur və aşağıdakıları əhatə edir:  
1.  beynəlxalq  daşımaları  həyata  keçirən  operatorlar  tərəfindən 
qatarların  ölkəyə  daxil  olduğu  ana  qədər  gömrük  ərazisinə  gələn 
sərnişinlər  barədə  təqdim  olunan  məlumatların  yoxlanılması  və 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə