M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

 
 
38 
təhlillərin  aparılması;  2.  beynəlxalq  daşımaları  həyata  keçirən 
operatorlar  tərəfindən  qatarların  yola  düşməsi  anına  qədər  gömrük 
ərazisindən  kənar  əraziyə  yola  düşən  sərnişinlər  barədə  təqdim 
edilmiş məlumatların yoxlanılması və təhlillərin aparılması;  
3.  dəmiryol  qatarının  və  onlarda  daşınan  yüklərin  gömrük 
sərhədini keçdiyi andan gömrük nəzarətinə alınması;  
4. dəmiryol qatarı ilə daşınan mallara dair məlumatların qeydiy-
yatının aparılması;  
5. dəmiryol qatarı üzərində gömrük baxışının aparılması.  
Dəmiryol  qatarının  və  onlarda  daşınan  mallara  dair  məlumat-
ların qeydiyyatı mal müşayiət sənədlərində göstərilən məlumatlar və 
(və  ya)  qısa  idxal  (ixrac)  bəyannaməsinin  məlumat  göstəriciləri 
əsasında  aparılır.  Sənədli  nəzarət  mərhələsinə  aid  edilən  hərəkətlər 
aşağıdakıları əhatə edir:  
1.  dəmiryol  qatarının  və  onlarda  daşınan  malların  gömrük 
sərhədindən keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 
sənədlərin faktiki təqdim edilməsinin yoxlanılması;  
2.  gömrük  sərhədindən  keçirilmə  məqsədlərini  təsdiqləyən 
sənədlərin yoxlanılması (gömrük ərazisinə gəlmə, gömrük ərazisin-
dən getmə, tranzit);  
3.  məlumatları  qeydiyyata  alınmış  dəmiryol  qatarı  və  onlarda 
daşınan mallara dair məlumatların və sənədlərin yoxlanılması;  
4. qadağa və məhdudiyyətlərə, eləcə də malların idxal-ixracı ilə 
bağlı  bütün  tənzimlənmə  qaydalarına  riayət  olunmasının  yoxlanıl-
ması;  
5. qanunvericilikdə nəzərdə tutulmuş hallarda malların  gömrük 
sərhədindən keçirilməsi üçün icazə sənədlərinin və ya məlumatların 
mövcudluğunun yoxlanılması;  
6.  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  sənədli  nəzarəti 
həyata keçirən gömrük orqanının vəzifəli şəxsi tərəfindən dəmiryol 
qatarının və onlarda daşınan malların gömrük yoxlanılması (gömrük 
yoxlanılması  sənədli  nəzarəti  həyata  keçirən  gömrük  orqanının 
vəzifəli  şəxsinin  tapşırığına  əsasən,  sənədli  nəzarət  mərhələsində 
gömrük  hərəkətlərini  aparan  gömrük  orqanının  digər  vəzifəli  şəxsi 
və  ya  məlumatlandırma  və  qeydiyyat  mərhələsində  gömrük 


 
 
39 
hərəkətlərini  aparan  gömrük  orqanının  vəzifəli  şəxsi  tərəfindən 
həyata keçirilə bilər).  
Aparılan  hərəkətlərin  nəticəsi  üzrə  mal  müşayiət  sənədində 
gömrük orqanının qeydləri aparılır. Çatdırmaya nəzarət mərhələsin-
də  bu  Qaydaların  6.9-cu  bəndində  müəyyən  olunmuş  hərəkətlər 
həyata keçirilir. Hava və dəniz nəqliyyatı və onlarda daşınan mallara 
dair  məlumatların  qeydiyyatı  mal  müşayiət  sənədlərində  göstərilən 
məlumatlar  və  (və  ya)  qısa  idxal  (ixrac)  bəyannaməsinin  məlumat 
göstəriciləri  əsasında  aparılır. Hava  və dəniz nəqliyyatı ilə daşınan 
mallar  üzərində  «Məlumatlandırma  və  qeydiyyat»,  «Sənədli  nəza-
rət» və «Çatdırmaya nəzarət» mərhələlərinə aid edilən gömrük hərə-
kətləri bu Qaydaların 6-cı hissəsinə uyğun olaraq həyata keçirilir.  
Gömrük rəsmiləşdirilməsi yerlərində malların və nəqliyyat vasi-
tələrinin  yerləşdirildiyi  müvafiq  gömrük  prosedurunun  tələblərinə 
riayət olunmasını təmin etmək məqsədi ilə gömrük nəzarəti həyata 
keçirilir.  Gömrük  rəsmiləşdirilməsi  yerlərində  gömrük  nəzarəti 
mərhələlərinə aşağıdakılar aid edilir:  
1. gömrük bəyannamələrinin qeydiyyatı və uçotu;  
2.  seçilmiş  gömrük  prosedurunun  tələblərinə  riayət  edilməsinə 
nəzarət;  
3. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq 
malların  kodunun  və  mənşə  ölkəsinin  müəyyənləşdirilməsinin 
düzgünlüyünə,  məhdudiyyət  və  qadağalar  üzrə  qanunvericiliklə 
müəyyən edilmiş tələblərə riayət edilməsinə nəzarət;  
4.  valyuta  nəzarəti  və  gömrük  dəyərinin  müəyyən  edilməsinə 
nəzarət;  
5. gömrük ödənişlərinə nəzarət;  
6. gömrük baxışı;  
7.  gömrük  bəyannamələrinin  Gömrük  Məcəlləsinin  151-ci 
maddəsi ilə müəyyən edilmiş şərtlərə uyğunluğunun yoxlanılması və 
təsdiqi. 
Gömrük  orqanları  malların  və  nəqliyyat  vasitələrinin  gömrük 
ərazisinə daxil olmasını, bu ərazidən çıxmasını, tranzitini, daşınma-
sını  və  son  istifadəsini  tənzimləyən  gömrük  qanunvericiliyinə, 
həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş digər 


 
 
40 
qanunvericiliyə və beynəlxalq müqavilələrə riayət olunmasını təmin 
etmək  məqsədi  ilə  gömrük  nəzarətini  həyata  keçirirlər.  Gömrük 
nəzarəti  həyata  keçirilərkən  müasir  texnologiya  və  avadanlıqdan 
istifadə edilir.  
Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  gömrük  nəzarətini 
aşağıdakı formalarda həyata keçirirlər:  
1. malların və nəqliyyat vasitələrinin yoxlanılması;  
2. şəxsi yoxlama;  
3. gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və 
ya  kağız  üzərində  yazılı  formalarda  sənədlərin,  o  cümlədən 
Azərbaycan 
Respublikasının 
dövlət 
sərhədinin 
buraxılış 
məntəqələrindən  keçirilən  malların  baytarlıq,  fitosanitar,  gigiyenik 
və  digər  sertifikatlarla  (şəhadətnamələrlə)  müşayiət  olunmasının 
yoxlanılması;  
4. gömrük auditi;  
5. şəxslərin sorğu-sual edilməsi;  
6.  gömrük  nəzarətindən  keçməli  olan  mallara  və  nəqliyyat 
vasitələrinə,  onların  yerləşdiyi  ərazilərə  və  binalara,  müvəqqəti 
saxlanc və gömrük anbarlarında, sərbəst zonalarda yerləşən ərazilərə 
və  binalara,  həmçinin  icrasına  nəzarət  gömrük  orqanına  həvalə 
edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük baxışının 
keçirilməsi;  
7.  keşik  çəkmənin  (patrulluğun)  və  gömrük  müşahidəsinin 
aparılması.  
Beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda, gömrük nəzarəti 
gömrük ərazisindən kənar ərazidə də həyata keçirilə bilər. Gömrük 
nəzarətinin  formaları  milli  və  beynəlxalq  səviyyədə  işlənib 
hazırlanmış  meyarlar  əsasında  risklərin  müəyyənləşdirilməsi, 
qiymətləndirilməsi  və  qarşısının  alınması  üzrə  zəruri  tədbirlərin 
həyata keçirilməsi məqsədi ilə risklərin idarə  olunması təcrübəsinə 
əsaslanmalıdır.  Gömrük  nəzarəti  formaları  seçilərkən  bu  Gömrük 
Məcəlləsinin  100.2-ci  maddəsində  müəyyən  edilmiş  qaydada 
yaradılan riskin idarə edilməsi sistemindən istifadə olunur. Müvafiq 
icra  hakimiyyəti  orqanı  gömrük  nəzarətinin  təşkili  məqsədi  ilə 
aşağıdakıları müəyyən edir:  


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə