M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

 
 
29 
İxrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi 
gömrük  prosedurları  üçün  bəyan  edilən  daxili  mallar  və  nəqliyyat 
vasitələri  müvafiq  gömrük  bəyannaməsi  gömrük  orqanı  tərəfindən 
təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, 
dövlətin  xeyrinə  imtina  ya  məhv  edilənə,  yaxud  gömrük 
bəyannaməsinin  bu  Məcəllənin  154-cü  maddəsinə  uyğun  olaraq 
ləğvinədək gömrük nəzarəti altında olurlar.  
Son  istifadə  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş 
mallar  bu  Məcəllənin  195-ci  maddəsində  nəzərdə  tutulmuş 
müddətdə gömrük nəzarəti altında olurlar. Gömrük nəzarəti altında 
olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar 
barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş 
qaydada və şərtlər daxilində yol verilir.  
Əvvəllər  gömrük  ərazisindən  çıxarılmış  malların  və  nəqliyyat 
vasitələrinin,  yaxud  emal  məhsullarının  gömrük  qanunvericiliyinə 
əsasən mütləq qaydada geri qaytarılması nəzərdə tutulduğu hallarda, 
gömrük  orqanları  həmin  malların  və  nəqliyyat  vasitələrinin,  yaxud 
emal  məhsullarının  geri  gətirilməsinə  dair  öhdəliklərin  şəxslər 
tərəfindən bu Məcəllədə göstərilən qaydada, gömrük prosedurlarının 
şərtlərinə  uyğun  olaraq  yerinə  yetirilməsinə  nəzarəti  həyata 
keçirirlər. 
Gömrük nəzarətinin müəyyən formalarından azadetmə Gömrük 
Məcəlləsi,  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktları  və 
beynəlxalq 
müqavilələrlə 
müəyyən 
olunur. 
Azərbaycan 
Respublikası Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin 
şəxsi  baqajı  gömrük  yoxlamasından  azaddır.  Xidməti  vəzifələrinin 
icrası  ilə  əlaqədar  gömrük  sərhədindən  keçən  Azərbaycan 
Respublikası  Baş  nazirinin,  onun  müavinlərinin,  Azərbaycan 
Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanlarının  rəhbərlərinin, 
Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlarının  və 
Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə  müvəkkilinin 
(ombudsmanın) şəxsi baqajları gömrük yoxlamasından azaddır.  
Öz  yoluna  davam  edən  xarici  hərbi  gəmilərin,  hərbi  hava 
gəmilərinin, eləcə də digər hərbi texnikanın gömrük yoxlamasından 
azad  edilməsi  dövlətlərarası  sazişlərlə  tənzimlənir.  Beynəlxalq 


 
 
30 
müqavilələrə  uyğun  olaraq  gömrük  nəzarətinin  müəyyən 
formalarından  azadetmə  bu  sazişlər  təsdiq  edildikdən  (ratifikasiya 
olunduqdan) sonra həyata keçirilir. 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  «Gömrük 
nəzarətinin  həyata  keçirilməsi  Qaydaları»nın  təsdiq  edilməsi 
haqqında  18  yanvar  2013  cü  il,  7 
  Qərarina  əsasən  "Gömrük 
nəzarətinin həyata keçirilməsi Qaydaları" Azərbaycan Respublikası 
Gömrük  Məcəlləsinin  92.6.1-ci  maddəsinə  uyğun  olaraq 
hazırlanmışdır  və  mal  və  nəqliyyat  vasitələri  üzərində  gömrük 
nəzarətinin  həyata  keçirilməsi  qaydalarını  müəyyən  edir.  Bu 
Qaydalar  gömrük  sərhəd  buraxılış  məntəqələrində  və  gömrük 
rəsmiləşdirilməsi  yerlərində  istehsal  və  ya  kommersiya  məqsədləri 
üçün nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə münasibətdə 
gömrük  nəzarətinin  həyata  keçirilməsi  ilə  bağlı  məsələləri 
tənzimləyir. 
Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri 
üçün  nəzərdə  tutulmayan  mallar  Azərbaycan  Respublikasının 
gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilir və 
bu  mallara  münasibətdə  gömrük  nəzarəti  Gömrük  Məcəlləsinə 
əsasən  tənzimlənir.  Gömrük  nəzarəti  gömrük  qanunvericiliyinə 
riayət  olunmasını  təmin  etmək  məqsədi  ilə  gömrük  orqanlarının 
həyata  keçirdiyi  tədbirlər  toplusudur.  Azərbaycan  Respublikasının 
gömrük  orqanları  tərəfindən  gömrük  nəzarətini  həyata  keçirmək 
üçün qanunvericiliklə müəyyən olunmuş forma, üsul və vasitələrdən 
istifadə edilir.  
Gömrük  nəzarətinin  formaları  Gömrük  Məcəlləsinin  92.2-ci 
maddəsinə  əsasən  müəyyən  edilir.  Gömrük  orqanlarının  vəzifəli 
şəxsləri gömrük nəzarətinin müstəsna forması kimi şəxsi yoxlamanı 
gömrük  idarəsinin  və  ya  struktur  bölməsinin  rəhbərliyinin  qərarı 
əsasında  həyata  keçirirlər.  Seçilmiş  gömrük  nəzarətinin  formasının 
tətbiqi zamanı səmərəliliyi artırmaq üçün həyata keçirilən tədbirlər 
gömrük  nəzarətinin  üsullarını  təşkil  edir.  Gömrük  orqanlarının 
vəzifəli  şəxsləri  gömrük  nəzarətini  aşağıdakı  üsullarla  həyata 
keçirirlər: 


 
 
31 
1.gömrük təminatı vasitələrindən istifadə etməklə;  
2.  gömrük  nəzarətinin  həyata  keçirilməsinə  yardım  üçün 
mütəxəssisləri və ekspertləri cəlb etməklə; 
3.  gömrük  nəzarəti  zonalarını  yaratmaqla  və  qanunvericilikdə 
nəzərdə tutulmuş digər üsullarla.  
Gömrük nəzarətinin həyata keçirilməsi zamanı gömrük orqanları 
aşağıdakı vasitələrdən istifadə edirlər:  
1. texniki nəzarət vasitələrindən (detektorlar, rentgen aparatları, 
surətçıxaran  avadanlıqlar,  mexaniki,  elektrik,  elektron  cihazlar, 
gömrük  nəzarəti  üzrə  müşayiət  qurğuları,  qlobal  mövqetəyinetmə 
sistemi (GPS) və s.); 
2. dəniz (çay) və hava gəmilərindən;  
3. gömrük orqanlarının informasiya resurslarından;  
4.  xidməti  itlərdən  və  gömrük  nəzarətinin  məqsədlərinə  nail 
olmaq üçün siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti 
tərəfindən müəyyən edilmiş digər vasitələrdən.  
Gömrük nəzarətinin həyata keçirilməsi üçün aşağıdakı sənədlər 
tələb olunur: 
1. nəqliyyat sənədləri;  
2. mallar və nəqliyyat vasitələri barədə məlumatları özündə əks 
etdirən bəyannamə.  
Gömrük nəzarətinin həyata keçirilməsi məqsədi ilə tələb olunan 
nəqliyyat  sənədləri  şəxslər  tərəfindən  gömrük  orqanlarına  təqdim 
edilir.  Gömrük  nəzarətinin  və  gömrük  rəsmiləşdirilməsinin  həyata 
keçirilməsi  məqsədi  ilə  şəxslər  tərəfindən  gömrük  prosedurlarının 
tələblərinə  uyğun  olaraq  gömrük  bəyannaməsi  verilir.  Gömrük 
bəyannaməsində  göstərilən  məlumatlar  üzrə  gömrük  orqanları 
tərəfindən  tələb  olunduğu  hallarda  şəxslər  müvafiq  təsdiqedici 
sənədləri  gömrük  orqanına  təqdim  edirlər.  Gömrük  Məcəlləsinin 
40.2-ci maddəsinə uyğun olaraq, tələb olunan sənədləri təqdim edən 
şəxs  onlarda  göstərilən  məlumatların  düzgünlüyünə  və  tamlığına 
görə  cavabdehdir.  Gömrük  işi  üzrə  digər  qanunvericilik  aktları  ilə 
gömrük  orqanlarına  təqdim  olunması  nəzərdə  tutulmuş  sənədlər,  o 
cümlədən  gömrük  bəyannamələri  elektron  formada  təqdim  oluna 
bilər.  


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə