M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   2   3   4   5   6   7   8   9   ...   43

 
 
17 
hazırlığını  mütəmadi  yoxlamaq  və  zəruri  tədbirlər  görmək, 
Komitənin vəzifəli şəxslərinin və tabeliyində olan digər qurumların 
işçilərinin  peşəkarlıq  səviyyəsinin  yüksəldilməsini  təmin  etmək, 
onları  müvafiq  kurs  və  təlimlərə  cəlb  və  ezam  etmək,  həmçinin 
mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;  
51.  Komitənin  strukturunun  və  fəaliyyətinin  təkmilləşdirilməsi 
istiqamətində tədbirlər görmək;  
52.  Komitənin  fəaliyyəti  ilə  bağlı  vətəndaşlardan  daxil  olan 
təklif, ərizə və şikayətlərə baxmaq və vətəndaşların qəbulunu təmin 
etmək,  daxil  olmuş  müraciətlərə  vaxtında,  o  cümlədən  yaradılmış 
internet saytı vasitəsilə cavab vermək və qanunvericiliklə müəyyən 
edilmiş qaydada digər tədbirlər görmək; 
53.  gömrük  orqanlarında  xidmətkeçmə  və  əmək  münasibətləri 
haqqında qanunvericiliyin icrası üzrə tədbirlər görmək;  
54.  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  və  Komitənin 
tabeliyində  olan  digər  qurumların  işçilərinin  dövlət  və  sosial 
müdafiəsi  üzrə  tədbirlər  görmək,  onların  fiziki  hazırlığını  təmin 
etmək və tibbi təminatını həyata keçirmək;  
55.  xidməti-tətbiqi  idman  növlərinin  inkişafı  proqramlarını, 
bədən  tərbiyəsi  və  idman  tədbirlərinin  təqvim  planlarını,  hərbi 
idman kompleksinin normativlərini təsdiq etmək;  
56.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericilikdə 
nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.  
Komitə  öz  vəzifələrini  həyata  keçirmək  üçün  aşağıdakı 
hüquqlara malikdir:  
1. gömrük işi sahəsində normayaratma fəaliyyətindən irəli gələn 
hüquqları  həyata  keçirmək;  4.1.2.  gömrük  işi  üzrə  qanunvericilik 
aktlarına  əsasən  gömrük  orqanlarına  təqdim  olunması  nəzərdə 
tutulan sənəd və məlumatları şəxslərdən tələb etmək;  
3.  gömrük  orqanlarına  təqdim  edilən  məlumatların,  sənədlərin 
və bəyannamələrin həqiqiliyini və düzgünlüyünü araşdırmaq; 
4.  şəxslərin  xarici  ticarət  əməliyyatlarının  gömrük  auditini 
aparmaq;  
5. dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların 
və nəqliyyat vasitələrinin sənədlərini, o cümlədən malların baytarlıq, 


 
 
18 
fitosanitar,  gigiyenik  və  digər  sertifikatlarını  (şəhadətnamələrini) 
qanunvericiliyə uyğun olaraq yoxlamaq;  
6.  malların  və  nəqliyyat  vasitələrinin  buraxılışından  sonra 
şəxslərin bunlar barəsində sərəncam verilməsinə dair məhdudiyyət-
lərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirmə-
lərini  yoxlamaq,  gömrük  prosedurlarına  nəzarəti  həyata  keçirmək, 
hüquqpozmaların operativ surətdə qarşısını almaq, əməliyyat-axtarış 
fəaliyyətini  sürətləndirmək  və  digər  məqsədlər  üçün  gömrük 
orqanlarının sistemi daxilində mobil qruplar təşkil etmək; 
 7.  gömrük  işi  sahəsində  cinayətlərin  qarşısını  almaq,  belə 
cinayətləri  törətmiş,  habelə  onların  törədilməsində  şübhəli  bilinən 
şəxslərin  saxlanılması  və  ya  təqib  edilməsi  məqsədi  ilə  idarə, 
müəssisə və təşkilatlara (xarici dövlətlərin diplomatik, konsulluq və 
başqa  nümayəndəliklərinə,  beynəlxalq  təşkilatlara  məxsus  olan  və 
xüsusi təyinatlı nəqliyyat, rabitə vasitələri istisna edilməklə) məxsus 
rabitə  və  nəqliyyat  vasitələrindən  son  zərurət  vəziyyətində  istifadə 
etmək;  
8.  təhqiqatı  və  istintaqı  gömrük  orqanlarının  səlahiyyətinə  aid 
edilmiş cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, 
onları hazırlayan, törədən və ya törətmiş şəxsləri müəyyənləşdirmək 
məqsədi  ilə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  əməliyyat-
axtarış fəaliyyətini həyata keçirmək; 
 9.  cinayət-prosessual  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 
qaydada təhqiqat və ibtidai istintaq aparmaq;  
10. müvafiq qanunvericiliyə uyğun olaraq inzibati xətalarla bağlı 
işlər  üzrə  icraat  aparmaq,  bu  işlərə  baxmaq  və  inzibati  xətalar 
törətmiş şəxsləri məsuliyyətə cəlb etmək; 
 11. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə 
tutulmuş hallarda və qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən (o 
cümlədən texniki vasitələrdən) və odlu silahdan istifadə etmək; 
 12.  müstəqil  surətdə,  yaxud  digər  hüquq  mühafizə  orqanları 
cəlb edilməklə, gömrük nəzarəti zonasında rejim qaydalarına riayət 
olunmasına  nəzarət  etmək,  gömrük  xidmətinin  infrastruktur 
obyektlərinin  mühafizə  sistemini  təşkil  etmək,  gömrük  sərhədinin 
qorunması məqsədi ilə başqa tədbirləri həyata keçirmək; 


 
 
19 
 13.  malların  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən 
keçirilməsi, həmçinin gömrük nəzarəti altında yerləşdirilən malların 
daşınması, saxlanılması, onlar üzərində yük əməliyyatlarının aparıl-
ması  ilə  bağlı  faktları  və  hadisələri  sənədləşdirmək,  audioyazılar, 
video və foto çəkilişlər aparmaq; 
 14.  öz  funksiyalarını  yerinə  yetirmək  məqsədi  ilə  şəxslərə 
gömrük  qanunvericiliyinin  pozulmasının  aradan  qaldırılması  üçün 
yazılı  formada  xəbərdarlıqlar  göndərmək  və  tələblərinin  yerinə 
yetirilməsinə nəzarət etmək;  
15. gömrük rəsmiləşdirilməsinin və nəzarətinin müasir metod və 
vasitələrinin  tətbiqi  məsələləri  üzrə  xarici  ticarət  iştirakçıları  ilə 
əməkdaşlıq etmək məqsədi ilə onlarla rəsmi münasibətlər yaratmaq, 
məsləhətləşmələr aparmaq;  
16.  gömrük  orqanlarında  kargüzarlığın  təşkil  edilməsi,  icra  və 
əmək  intizamına  riayət  olunması  üzrə  işin  təşkili  vəziyyətini 
yoxlamaq;  
17.  Azərbaycan  Respublikasının  və  xarici  dövlətlərin  xüsusi 
təyinatlı  təhsil  müəssisələrində  kadrların  hazırlanması  üzrə 
müqavilələr bağlamaq;  
18.  fəaliyyət  istiqamətlərinə  uyğun  rəylər  vermək,  təhlillər  və 
ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, gömrük 
işi sahəsi üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;  
19.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  xüsusi 
bülletenlər və digər nəşrlər buraxmaq;  
20.  Azərbaycan  Respublikasının  gömrük  işi  sahəsi  üzrə 
beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təkliflər vermək;  
21.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  müvafiq 
beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları 
(qurumları)  ilə  əməkdaşlıq  etmək,  xarici  dövlətlərin  müvafiq 
təcrübəsini öyrənmək; 
 22.  müstəqil  ekspertləri  və  mütəxəssisləri  qanunvericiliklə 
müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək; 
 23.  Komitə  sisteminə  daxil  olan  gömrük  orqanlarının  və  onun 
tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini 
həyata keçirmək;  


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə