M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

 
 
32 
Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarə-
tinin həyata keçirilməsi zamanı gömrük orqanları sərəncamında olan 
dəniz  (çay)  gəmilərindən  istifadə  edə  bilər.  Dəniz  (çay)  gəmilərin-
dən Azərbaycan Respublikasının daxili sularında və Xəzər dənizinin 
(gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsində 
gömrük  qanunvericiliyinə  riayət  olunmasını  təmin  etmək  məqsədi 
ilə  müşayiət  və  patrul  məqsədləri  üçün  istifadə  olunur.  Gömrük 
orqanları  sərəncamında  olan  dəniz  (çay)  gəmilərindən  gömrük 
qanunvericiliyinin  tələblərini  pozan  və  gömrük  ərazisini  tərk  edən 
dəniz (çay) gəmilərinin saxlanılması, onların geri qaytarılması üçün 
istifadə edir.  
Gömrük  ərazisində  gömrük  nəzarətinin  həyata  keçirilməsi 
zamanı  gömrük  orqanları  sərəncamında  olan  hava  gəmilərindən 
istifadə  edə  bilər.  Hava  gəmilərindən  gömrük  ərazisində  gömrük 
qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə patrul 
məqsədləri  üçün  istifadə  edilir.  Gömrük  orqanları  gömrük 
qanunvericiliyinin pozulması hallarına əsaslı şübhə olduqda gömrük 
ərazisində olan dəniz (çay) və hava gəmilərinə gömrük nəzarətinin 
həyata keçirilməsi üçün, digər orqanlara sərəncamlarında olan dəniz 
(çay)  və  hava  gəmilərindən  istifadə  məqsədi  ilə  yardım  üçün 
müraciət edə bilər.  
Gömrük sərhədindən keçirilən (gömrük ərazisinə gətirilən və bu 
ərazidən aparılan, o cümlədən tranzit keçirilən) mallar və nəqliyyat 
vasitələri  üzərində  gömrük  orqanları  tərəfindən  həyata  keçirilən 
gömrük nəzarəti malların və nəqliyyat vasitələrinin keçirilmə xüsu-
siyyətindən  asılı  olaraq  gömrük  nəzarətinin  asanlaşdırılması, 
tezləşdirilməsi, Azərbaycan Respublikasına gətirilməsi və Azərbay-
can Respublikasından aparılması qadağan olunmuş malların buraxıl-
mamasının təmin edilməsi işinə xidmət edir. Gömrük ərazisinə gə-
tirilən, həmçinin bu ərazidən aparılan mallar və nəqliyyat vasitələri 
üzərində  gömrük  orqanları  tərəfindən  həyata  keçirilən  gömrük 
nəzarətinin mərhələlərinin ardıcıllığı bu Qaydalarla müəyyən edilir.  
Gömrük  sərhəd  buraxılış  məntəqələrində  mallar  və  nəqliyyat 
vasitələri  üzərində  gömrük  nəzarəti  bir-birini  tamamlayan  üç  əsas 
mərhələdə həyata keçirilir:  


 
 
33 
1. malları və nəqliyyat vasitələrini gömrük orqanına təqdim edən 
şəxs tərəfindən məlumatlandırma (bundan sonra - məlumatlandırma) 
və  gömrük  orqanları  tərəfindən  qeydiyyat  (bundan  sonra  - 
qeydiyyat);  
2. sənədli nəzarət;  
3. çatdırılmaya nəzarət.  
Məlumatlandırma və qeydiyyat mərhələsi malların və nəqliyyat 
vasitələrinin  gömrük  sərhədini  keçərək  gömrük  ərazisinə  faktiki 
daxil olduğu andan və  ya gömrük ərazisini tərk etmək məqsədi ilə 
gömrük sərhəd buraxılış məntəqəsinə daxil olduğu andan başlanılır. 
Məlumatlandırma və qeydiyyat mərhələsinə aid hərəkətlər aşağıda-
kılardır:  
1. gömrük ərazisinə gələn (gömrük ərazisindən çıxan) nəqliyyat 
vasitələrinin  bilavasitə  gömrük  sərhəd  buraxılış  məntəqəsinə  daxil 
olmasına icazə verilməsi;  
2. gömrük nəzarəti məqsədi ilə gömrük orqanlarına təqdim edil-
məsi tələb olunan, mallar və nəqliyyat vasitələri barədə məlumatları 
əks etdirən sənədlərin qəbul edilməsi; 
3. nəqliyyat vasitələri üzərində gömrük baxışının keçirilməsi;  
4.  nəqliyyat  vasitələri  üzərində  gömrük  baxışının  nəticəsi  üzrə 
gömrük  qaydalarının  pozulması  və  ya  digər  risk  halları  müəyyən 
edildikdə, gömrük yoxlanılmasının aparılması;  
5.  şəxsi  yoxlama  aparıldıqda,  bu  barədə  protokolun  tərtib 
olunması;  
Mallara və nəqliyyat vasitələrinə gömrük baxışı, nəqliyyat vasi-
təsinin və ya onun yük hissəsinin açılmadan, eləcə də malların qab-
laşdırılması pozulmadan gömrük orqanının vəzifəli şəxsi tərəfindən 
malların  və  nəqliyyat  vasitələrinin,  plomb  və  digər  eyniləşdirmə 
vasitələrinin,  fiziki  şəxslərə  məxsus  malların  xarici  vizual  müayi-
nəsinin  həyata  keçirilməsini  nəzərdə  tutur.  Məlumatlandırma  və 
qeydiyyat mərhələsinə aid edilən hərəkətlər ardıcıl və ya eyni vaxtda 
həyata keçirilir.  
 Nəqliyyat  vasitələri  gömrük  nəzarəti  zonasına  faktiki  daxil 
olmazdan əvvəl gömrük orqanlarında ilkin məlumatların qeydiyya-
tının  aparılması  məqsədi  ilə  fiziki  və  ya  hüquqi  şəxslər  tərəfindən 


 
 
34 
Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada mallara və nəqliy-
yat  vasitələrinə  dair  ilkin  məlumatlar  təqdim  oluna  bilər.  Sənədli 
nəzarət mərhələsinə aid edilən hərəkətlər aşağıdakılardır:  
1. gömrük prosedurları əsasında gömrük qanunvericiliyinə riayət 
olunmasını  təmin  etmək  məqsədi  ilə  nəzarət  tədbirlərinin  həyata 
keçirilməsi;  
2.  gömrük  sərhəd  buraxılış  məntəqələrindən  keçirilən  malların 
və nəqliyyat vasitələrinin sənədlərinin, o cümlədən malların baytar-
lıq, fitosanitar və sanitariya nəzarəti məqsədi ilə sənədlərin, həmçi-
nin  Azərbaycan  Respublikasının  üzv  olduğu  beynəlxalq  konven-
siyalarla və müqavilələrlə müəyyən olunmuş sənədlərin yoxlanılma-
sının həyata keçirilməsi;  
3.  gömrük  orqanlarına  təqdim  edilmiş  malların  və  nəqliyyat 
vasitələrinin  sənədlərdə  göstərilən  məlumatlarla  uyğunluğunun 
müəyyən edilməsi;  
4. yol vergilərinin hesablanması, icazə blanklarının verilməsi və 
onlara nəzarət;  
5.  ödənilməli  olan  gömrük  ödənişlərinin  alınmasının  təmin 
edilməsi;  
6.  əqli  mülkiyyət  hüquqlarının  qorunması  üzrə  bu  Qaydaların 
8.7-ci  və  9.3-cü  bəndləri  ilə  müəyyən  edilmiş  tədbirlərin  həyata 
keçirilməsi;  
7.  gömrük  nəzarətinin  həyata  keçirilməsi  məqsədi  ilə 
qanunvericiliklə müəyyən olunmuş digər tədbirlərin görülməsi. 
Çatdırmaya nəzarət mərhələsi gömrük nəzarətində olan malların 
və nəqliyyat vasitələrinin, o cümlədən onlara dair sənədlərin gömrük 
ərazisində  yerləşən  göndərən  gömrük  orqanından  təyinat  gömrük 
orqanına  çatdırılmasına  nəzarəti  əhatə  edir  və  iki  gömrük  orqanı 
arasında  daşınan  mallar  və  nəqliyyat  vasitələri  üzərində  gömrük 
nəzarətinin  və  gömrük  rəsmiləşdirilməsinin  həyata  keçirilməsi 
qaydaları əsasında təşkil olunur. Çatdırmaya nəzarət mərhələsinə aid 
edilən hərəkətlər aşağıdakılardır:  
1. gömrük nəzarətindən keçən malların və nəqliyyat vasitələrinin 
digər  gömrük  orqanına  çatdırılması  üçün  sənədləşdirmənin 
aparılması;  


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə