299
Çiskin
O, dirsәkliyi sürtülmüş kreslonu pәncәrәnin qabağına çәkdi. Qalın yun şalı
kәmәr yerinә qәdәr dartıb, dizlәrini möhkәm bürüdü. Otağa qaranlıq çöksә dә, işığı
yandırmadı. Gözünü pәncәrәyә zillәdi. Pәncәrәnin nәfәsliyi açıq idi. Çisәlәyirdi.
Küçә ilә şütüyüb gedәn maşınların tәkәrlәri şırıldayırdı. Arxa tәrәfdәki qırmızı
işıqlar yaş yollarda közәrirdi. Sәkilәrin yaxası boyu cәrgәlәnәn ağacların
yarpaqlarını narın damlalar döyәclәyirdi. Onların yeknәsәk tappıltısı qarşıdakı
bağçanın xәzәl xışıltılarına qarışıb otağa dolurdu. İçәrini nәm yarpaqların rütubәti
bürüyürdü (İ. Şıxlı)
İ. Şıxlının “Çiskin” hekayәsinin mәtninin bütününә dair verilәn aşağıdakı
suallara cavab verin:
Suallar: 1. Sözügedәn hekayә
“Çiskin” adı ilә adlandırılır.
“Çisәlәyirdi”
feli mübtәdasız, zәrfliksiz vә digәr cümlә komponentlәri olmadan sadәcә xәbәrdәn
ibarәt bir cümlә üzvü olaraq hekayә mәtnindә iki dәfә işlәnilir. Sözügedәn
birvariantlı feil vә “Yağış yenә çisәlәyirdi, Yağış çisәlәyirdi”cümlәlәri vә “çisәk,
çiskin, çiskinli hava//havada, çiskinli yağış”sözlәri vә birlәşmәlәri hekayәnin
mәtnindә hansı mәtnqurucu dil-danışıq vasitәlәri olaraq işlәnilir?
2. Sözügedәn hekayәdә konkret tәbiәt hadisәsinin gerçәklәşmәsi sözlәrin,
müxtәlif fonetik, qrammatik-sintaktik vә frazeoloji vasitәlәrin uyğun bir әdәbi-
bәdii kontekstә mәtnlәşmәsilә ifadә edilir. Bununla da yazıçı tәrәfindәn orijinal bir
konseptual kontekst yaradılır. Sözügedәn kontekstin hekayәnin qәhrәmanı “qoca
professor”un ruhi vәziyyәti ilә әlaqәlәrinin bәdii-linqvistik hәlli mәtnlәşmәdә necә
yerinә yetirilmişdir?
II. Orxan Fikrәtoğlunun “Sәhәr” hekayәsini tapıb oxuyun. Hәmin
hekayәnin mәtnini әdәbi-linqvistik baxımdan tәhlil edin vә hekayәdәn verilmiş
aşağıdakı mәtni mikromәtnlәrә ayırın. Onların komponentlәrini vә aralarındakı
mәtnqurucu öngöndәrimlilik, altgöndәrimlilik vә eşgöndәrimlilik linqvistik
әlaqәlәrinin
hansı
sözlәrә
vә
qrammatik-sintaktik
vasitәlәrә
әsasәn
müәyyәnlәşdirildiyini göstәrin.
Mәtn
Üçüncü mәnzilin kök kişisi eyvanda idman elәyir. İki әlini boynuna
dayayıb, nәfәsini udur. İçәridәn arvadının yoğun, xırıltılı sәsi eşidilir: “Bu gün dә
soyuq suynan çimsәn, ölәcәksәn daha, bәsdi yoq çıxartdın”, – deyir arvad. – “Heç
yoq köpәkoğlu belә oyun çıxartmır!” Sözlәr kişiyә çatmır. İndi dә başını yerә
300
qoyub, ayaqlarını göyә qaldırır. Binanın arxasından keçәn torpaq yoldan maşın
uğultusu eşidilir. Sәs gecәnin içindәn sәhәrә qәdәr dartılır. Bir-iki eyvanın qapısı
açılır. Yuxulu gözlәr hәyәtә baxır. Siqnal sәsi. Bir dәstә ağ çöl göyәrçini özlәrini
göyә vurur. İkisi lap dәrin uçur. İyirminci mәnzildә yaşayan kişi maşının şüşәsini
qurulaya-qurulaya quşların dalınca baxır. Qara it gecәni qovub, indi dә quşlara
hürür. Çiyinlәrindә ağır çanta bir dәstә uşaq mәktbә gedir. Eyvandan analarının
gözlәri vә sözlәri eşidilir. Uşaqlar analarının sәslәrindәn tutub mәktәbә gedir. İri
ombalı, sürmә gözlü, gәl-gәl sinәli kirayәnişin qız gәl-gәl deyә-deyә dәrsә gedir.
Hәyәtin bütün yeniyetmәlәrini kişi eylәyәn bu qızın ayaqları dәyәn yerә min göz
dәyir. Süpürgәçi arvad gözlәrini içinә tutub süpürgәsinә söykәnir. Fikrә gedir.
Cavan ölmüş әrinin iri әllәrini gözünün qabağına gәtirir. İçindәn bir istilik axır,
boğazı qәhәrlәnir. Süpürgәsini hirslә yerә çırpır. Toz qalxır. Sәrçәlәr uçuşur. İri,
qara it hürür…( O. Fikrәtoğlu)
Әdәbiyyat
Абдуллаев К. М. 1983, Проблемы синтаксиса простого предложения в
азербайджанском языке. Бакы, Елм.
Abdullayev K. M. 1999, Azәrbaycan dili sintakasisinin nәzәri problemlәri,
Ali mәktәblәr üçün dәrs vәsaiti, “Maarif” Nәşriyyatı, Bakı, 279 s.
Abdulla K. M. 2010, Dilçiliyә sәyahәt. Dilçi olmayanlar üçün dilçilik, Bakı:
Mütәrcim, 196 s.
Abdullayev K. M., Mәmmәdov A. Y., Musayev M. M., Üstünova K.
Novruzova N. S., Hüseynov Ş. Q., Rzayeva G. N., Hacıyeva K. B., Ziyadova L. V.,
Fәtәliyeva S. Q., Nağıyeva G. Q., Mәhәrrәmova G. A., Zeynalova Ş. T., Sәlimova
F. Q., Mәhәrrәmova V. H. 3012, Azәrbaycan dilindә mürәkkәb sintaktik bütövlәr,
(Dәrs vәsaiti), Azәrbaycan Respublikası Tәhsil Nazirliyi, Bakı Slavyan
Universiteti, Bakı, 605 s.
Axмaтoв И. Х. 1983, Структурно-семантические модели простого
предложения в современном карачаево-балкарском языке (осовные вопросы
теории), Нальчик: Изд-во “Эльбрус”, 355 s.
Aktaş Ş. 2000, Şiir Tahlili. Teori ve uygulama, Akçağ Yayınları, 280 s.
Агеев В. 2004, Семиотика, Весь Мир, Москва.
Амиров Р. С. 1970, Способы актуального членения в казахском языке.
–Советская Тюркология, № 6, с. 4-38.
Бeрдaлиeв А. 1989, Семантико-сигнификативная парадигматика и
синтагматические отношения в конструкциях сложноподчиненного
предложения узбекского литературного языка.
АДД. Ташкент, 51 с.
Berge, Vardar 1989, Açıklamalı Dilbilim Terimleri Sözlüğü, Ankara, 295 s.
Бондарко А. В. 1984, Функциональная грамматика,
Л: “Наука”,
Лeнингрaдское отделение.