M ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n



Yüklə 6,61 Mb.
səhifə15/16
tarix11.04.2018
ölçüsü6,61 Mb.
#37978
1   ...   8   9   10   11   12   13   14   15   16

2. Fermanın baş planının tərtibi.

İstehsalat xəttində bu istehsalat xəttini yerinə yetirməkdə maşınların bir-biri ilə birləşdirilməsi nəzərdə tutulur. Hər bir maşın xətdə bir yaxud bir neçə işi ardıcıllıqla yerinə yetirir. Əgər maşın xətdə işləyir və məhsulu işlənmək üçün başqa maşına verirsə, belə xəttə axım deyilir. Axım xəttinin tətbiqi əmək məhsuldarlığını nəzərə çarpacaq dərəcədə yüksəlməsini məhsulların maya dəyərinin aşağı düşməsini təmin edir və istehsalatın avtomatlaşdırılmasına imkan yaradır.

Axım istehsalat xətti mexanikləşdirilmiş və avtomatlaşdırılmış ola bilər. Həyata keçirilən mexanikləşdirilmiş xəttə maşının işə salınması, çıxarılması və nəzarət, rəhbər tərəfindən aparılır. Avtomatlaşdırılmış axım istehsalat xəttində iş prosesi səssiz avtomatla həyata keçirilir.

İstehsalat xəttinə daxil olan maşın kompleksi, onların təxmini seçilməsi və hesablanmasını tələb edir. Bunun üçün xəttin birinci maşının məhsuldarlığı axım xəttinin yükü ilə uyğunlaşdırılmalıdır. Hər maşının məhsuldarlığı, növbəti maşının məhsuldarlığına bərabər, yaxud əvvəlkindən bir qədər çox olmalıdır ki, xətdə, iliş-mə olmasın. Axım xəttinin planlaşdırılması qabağı istehsalat tapşırığının mahiyyəti ilə tanış olmaq lazımdır. Məlumatlar aşağıdakı xarakterdə olmalıdır: Fermanın istiqaməti və istehsalat gücü, yaxın beş ildə təsərrüfatın inkişaf planı nəzərə almaqla yem bazasının əsas xarakterizəsi, energiya ilə təmin olunması şəraiti, kanalızasiya, su ilə təminat və s.

Söz yox ki, fermada hər bir istehsalat xəttinin üstünlük təşkil edən xüsusiy-yəti vardır. Bununla yanaşı, onların bir çox ümumi cəhətdən də oxşarlığı da vardır. Bunu istehsalat xəttinin ümumi iş qaydasında istifadə olunması məsləhət görülür.

Təsərrüfatın bütünlükdə dərindən öyrənilməsi, fermada istehsalat texnologi-yasını təyin edən əsas faktorlara baxılması lazım gəlir. Heyvandarlıq və quşçuluq fermalarında belə faktorlardan heyvanların və quşların yemləndirilməsi və saxlanılması üsulu sayılır.

Heyvanların yemləndirilməsi və saxlanması üsulu qəbul olunması və əsaslan-dırılmasından istehsalat layihəsinin texnoloji sxeminin işlənilməsindən, sonra işin illik və sutkalıq həcminin hesablanmasına başlanılır. Sonradan əsas və yardımçı avadanlıqların seçilməsi və hesablanmasına və xəttin konstruktiv-texnoloji sxe-minin işlənilməsinə başlanır. Maşınların seçilməsində birinci növbədə tipik ferma-larda öz sənayemiz tərəfindən buraxılmış maşınlardan istifadə olunması məsləhət görülür.

Layihənin sonrakı dövründə maşın və avadanlıqların istehsalat tikintilərində yerləşdirilməsi müəyyənləşdirilir. Xətt üçün sahələrin hesablanması hesabatı apa-rılır.

Bir sıra istehsalat xətlərində su, buxar, soyuq və maşın xəttinin çoxunda elek-troenergiya sərf olunur. Ona görə də sərfin miqdarı müəyyənləşdirildikdən sonra onun sutkalıq sərf olunması qrafiki tərtib olunur. Layihələşdirmənin ən vacib və mütləq ele-mentlərdən biri xətdə işləyən işçilərin əmək təhlükəsizliyi və yanğın profilaktoriyasının işlənilməsidir. Layihənin axırıncı elementi istehsalat xəttini texniki-iqtisadi göstəricilərinin hesablanması və texniki kartanın tərtibidir.


3. Layihənin texnoloji hissəsinin əhəmiyyəti.

İki növ əsas istehsalat təyini axım xətti fermada heyvanlara xidmət edənlər və heyvandarlıq və quşçuluq məhsullarının işlənməsi və yenidən işlənilməsi üzrə hə-yata keçirilir. Birinciyə mexanikləşdirilmiş xətdə yemlərin hazırlanması və veril-məsi, peyin və sidiyin yığılması, inəklərin sağılması, yumurtanın alınması və s.; ikinciyə -südün ilkin və yenidən işlənilməsi, yumurtaların sortlara ayrılması, broy-lerdə kəsim və cəmdəyin təmizlənilməsinin işlənilməsi, qoyunların elektriklə qırxıl-ması və yunun sortlara ayrılması və s. daxildir. Konkret təsərrüfat şəraitində tətbiq olunan illik - Qil, sutkalıq- Q sut, və növbəlik - Q növ işin həcmi təyin olunur.

İşin illik həcmi aşağıdakı disturla təyin olunur:

Qil = mM (3.1)
Burada: m- yaxın beş ildə heyvanların (quşların) plan üzrə sayı; M-məhsulların illik plan çıxımı (yaxud material sərfi) bütövlükdə ferma üzrə yaxud baş hesabı ilə.

Orta və maksimal sutkalıq işin həcmi fərqlənir. Bu, aşağıdakılarla əlaqədardır:



Qort. sut = (3.2)

Q mak. sut = (3.3)


Burada məhsulun illik çıxımı yaxud material sərfi; Qor. növ maksimal işin orta növ-bəlik həcmi. Qmak. növ aşağıdakı disturla hesablanır
Q ort. növ = (3.4)



Q mak növ =Q mak. sut (3. 5)

Burada nnöv - sutkada növbəlik işçilərin sayı; - prosesin müddətlilik əmsalıdır.

İllik, sutkalıq və növbəlik işin həcmi illik, sutkalıq və növbədə fermada olan bütün mallardan nə qədər məhsul alınmasını və sərfini göstərir. Beləliklə, bu gös-təricilər heyvanların məhsuldarlıq elementlərini əks etdirir.

Təsərrüfatdaxili təsərrüfatda ixtisaslaşmanın aparılması, heyvandarlıq və quşçu-luq fermalarında istehsalat proseslərinin daha proqressiv üsulların təşkilində potok istehsalat xəttinin nə dərəcədə böyük rolunun olmasını göstərir.

Fermanın qabaqcıl texnologiya ilə təmini, əməyin səmərəli təşkili, məh-suldar-lığın artmasına səbəb olur. Potok xəttinin iqtisadi səmərəliliyi artır. Axım istehsalat xəttinin məhsuldarlığının təyini metodikası verilir. Xəttin ümumi saatlıq və istifa-dəlik yükü fərqlənir. Texnologiya sxeminin işlənilməsi ilə əlaqədar olaraq ümumi orta Qort, yaxud maksimum Qmaq. yükü aşağıdakı düsturla təyin olunur.





Q ort = (3. 6)

yaxud


Qmak = (3.7)
Burada T- texnoloji prosesin aparılması üçün tələb olunan növbəlik vaxtdır, (saatla).

Ümumi məhsuldarlıq müəyyən edildikdən sonra xəttin konstruktiv – texno-loji sxemi işlənilir.

Texnoloji prosesdə ayrı-ayrı işlərin aparılmasını təmin edən hazırda olan made-rinləşmiş, yaxud yeni maşın və avadanlıqlar seçilir. Buraxılmış texnoloji çatış-mazlıqlar nəticəsində xəttə ayrı-ayrı maşınlarda dayanmaqla baş verir. Maşında qəza hallarını azaltmaq üçün axım xəttini ayrı-ayrı sahələrə bölürlər. İmkan daxilində xəttin bu sahəsinə ehtiyatda olan maşınlar əlavə olunur. Boş dayanma müddətində əvvəllər toplanılmış aralıq həcmi məhsulun həcmi ilə əlaqədar olaraq, xətdə hər hansı bir maşın işi davam etdirilməlidir.

Ayrı-ayrı maşının saatlıq istifadəlik yükü.



Q saat = (3.8)

Burada T - maşının təmiz iş vaxtı; Q maşının ümumi saatlıq yükü; Tboş. day - maşının texniki səbəbdən boş dayanma vaxtı, saatla.

Xəttin istifadəlik yükü aşağı düşəcək, o vaxt, əlaqədar olan boş maşınların sayı artacaqdır.

Şərti olaraq qəbul etsək ki, xəttə bütün maşınların vaxt itkisi bərabərdir, onda axım xəttinin saatlıq istifadəlik yükü - Q e. l. aşağıdakı düsturla hesablanır:



Q e. l. = (3.9)
Burada Zl - xətdə maşının sayıdır.

Axım xəttində ümumi qəza boş dayanmaları haqda Tboş. day - məlumat, T - zona MSS məntəqələrinin protokolunda qeyd olunur. İnformasiya bülletenində keçmiş B/O "Selğskoxozəystvennaə texnika" adında "Yeni traktor və kənd təsərrüfat maşını sınağının nəticələri" verilir.




MÜHAZIRƏ № 12

KOMPLEKSDƏ AXIM XƏTLƏRİNİN ƏSASLANDIRILMASI

P L A N

1. Maşınların seçilməsi.

2. Yem sexinin texnoloji hesabatı.

3. Suya elektrik enerjisinə və buxara çəkilən xərclərin hesablanması.



1. Maşınların seçilməsi.

Heyvandarlıq və quşçuluq sahələrinin intensivləşmə xarakteristikası ayrı-ayrı sahələrin mexanikləşdirilməsinə keçiddə, sonralar bütövlükdə fermanın istehsalat proseslərinin mexanikləşdirilməsində verilir. Axım xəttində südün alınması (südün sağılması və südün ilkin işlənməsi), yemin hazırlanması və paylanması, peyinin yı-ğılması və çıxarılması və s. proseslər vardır.

Axım istexsalat xəttinin işində iştirak edən maşın və avadanlıq yığımı, ferma-nın maşın sistemini təşkil edir. Hər bir maşın sistemi fermada görülən işin həcminə və qəbul olnmuş texnologiyaya tam uyğun olmalıdır.

Sənaye tərəfindən buraxılmış və təcrübədə yoxlanılmış universallaşmiş siste-mi, tipik ferma üçün texnoloji avadanlıq komplekti adlanır.

Xəttin üçün maşın sisteminin seçilməsi - fermanın kompleks mexanikləşdiril-məsinin layihələşdirilməsində mürəkkəb və məsul hissədir. Bu vəzifənin həllinə başlayarkən, hər şeydən əvvəl axım xəttinin ümumi texnoloji sisteminin işlənilməsi məsləhət görülür.

Bunu dən yemləri axım xəttinin işlənilməsi üçün maşınlar sisteminin seçilməsi misalında göstərək. Hesab edək ki, təsərrüfatda aşağıdakı işlər üçün texnoloji sistem işlənilib: anbarda dənin alınması və çəkilməsi işlənmə yeri üçün transportirovka olunması, yüklənməsi, dənin təmizləyiciyə verilməsi-təmizləyicidən buraxmaq dən bunkerinə keçmək-qarışığın nəzərdə tutulmuş naziklikdə xırdalanması-kompanentin bunkerə transportirovka olunması-dozirovka qarışdırmaq-bunkerdə yığılmış qüvvəli yemin transportirovkası-çəkilməsi-hazır məhsulun keçirilməsi:

Texnoloji sxeminin birinci iki proses 1.1. saylı şəkildə, fermanın bütün, isteh-salat məntəqələrində gedən proseslər avadanlıqla tutulduğuna görə göstərilir.
7-04
Şəkil 1.1. Kombinə edilmiş yemlərin hazırlanması axım

istehsal xəttinnin konstruktiv-texnoloji sxemi:

1-növ; 2-taxıl bunkeri; 3-maqnitli aparat; 4-bunker; 5-siklon; 6-xırdalanmış komponentlər üçün bunkerlər; 7-vintli transportyor; 8-kombinə edilmiş yemlər üyçün bunkerlər; 9-qarışdırıçi şnek; 10-dozator; 11-universal yem xırdalayan.
Fermada heyvanların miqdarı və istiqaməti, həmçinin qəbul olunmuş yem payı myəyyənləşdirildikdən sonra axım xəttində, işin növbəlik həcmi Qort. növ müəyyən-ləşdirilir (forma 1).

Hər növ yemin orta növbəlik həcmini toplayaraq nəticədə alırıq


Q ort- növ = Q3 + Qtp +…. + Q mk (1.1)
Forma 1
Axəm xəttinin növbəlik istehsalat həcmi

Heyvan (quş) növü,

Sayı


Y E M

Dən

Ot unu

Mineral yemlər

Ana donuz

Q 3-1

Q Tp - 1

Q mk – 1

Çoşka - 2 ayadək

Q 3-2

Q Tp - 2

Q mk – 2

Çoşka - anadan ayrılmış

Q 3-3

Q Tp - 3

Q mk –3

Donuz –kökəltmədə

Q 3-4

Q Tp - 4

Q mk – 4

Yekunu

Q 3

Q Tp

Q mk

Maşınlar sistemində həyata keçirilən mühüm tələblərdən biri yüksək keyfiy-yətli yemin işlənilməsini təmin etməkdən ibarətdir. İstifadə olunan yemdə bütün həzm olunan maddələr saxlanılmalı və hazır yem yüksək həzmə gedicilik dərəcə-sinə malik olmalıdır (şəkil 1.1).

Məlumdur ki, müxtəlif növ heyvanlar üçün dəni müəyyən olunmuş naziklikdə xırdalamaq tələb olunur. Ona görə dənin keyfiyyət və kəmiyyət texnoloji prosesin sxemi cədvəlidə verilmişdır (forma 2).

Ümumi orta Q ort. növ müəyyənləşdirdikdən sonra xəttin konstruktiv-texnoloji sxeminin işlənilməsinə başlanılır. Bu sxemdə seçilmiş maqyasda "yandan" çəkilir. Burada yalnız xəttin əsas və köməkçi avadanlıqları daxil edilir. Əsas maşınlar və köməkçi avadanlıqlar elə yerləşdirilməlidir ki, məhsulun bir maşından başqa maşına hərəkəti qəbul olunmuş texnoloji prosesin iş prinsipinə uyğun gəlsin.

Burada dən samosvaldan qəbul bunkerinə verilir, 2-ci etaja qaldırılır, sonra ardıcıl olaraq maqnit aparatına, burada, dən bunkerinə və universal yem xırdalayı-cısına verilir. Xırdalanmış dən yenidən ventilyatorla 2-ci etaja verilir və sonra özü-tökən boru vasitəsilə xırdalanmış komponent üçün bunkerə yüklənir.

Verilmiş yem payı üzrə komponent dozatorla fasiləsiz hərəkət üçün qarışdırı-cıya verilir. Alınmış qarışıq yem yuxarı qaldırılır və qarışıq yem üçün transportyor bunkeri yükləyir.

Forma 2


Dənin texnoloji prosesinin işlənilməsi


Prosesin işlənilməsi

İşin sutka-lıq həcmi, kq

İşin növbəlik həcmi, kq

Keyfiyyət göstəricilər

Bunkerə yükün qəbulu maqnit aparata vermək bunkerdan bu-raxmaq







Qatın verilməsi 10-12mm

Dənin bunkerə verilməsi, xırda-lanması










Komponentlərin bunkerə döndə-rilməsi







Xırdalanmış dən

M =0,2-0,8 mm



Həcmi qarışdırılması







Bir növlü olanadək

=70-80%


Qarışıq yemin bunkerə verilmə-si Hazır məhsulun çəkilməsi










Konstruktiv-texnoloji sxemin tərtibindən sonra axım xəttinin əsas maşın və avadanlıqlarının texnoloji hesablanmasına başlanır.

Bu hesablamanın məqsədi-əsas maşın və nəqliyyat vasitələrinin istifadəlik yükünü Q təyin etməkdən ibarətdir.

Maşınların istifadəlik yükü dəqiqləşdirildikdən sonra, xırdalayıcıların tipi və konkret tipi seçilir. Xəttin digər maşın və avadanlıqları da həmin üsulla seçilir.
2. Yem sexinin texnoloji hesabatı.

Ferma və ya kompleksin illik yemə olan tələbatı heyvanların sayından, tərki-bindən və yem rasionundan asılı olaraq təyin edilir. Yem rasionu heyvanın nö-vündən, məhsuldarlığından, habelə yerləşən zonadan asılı olaraq seçilir.

Hər bir növ yemə olan tələbat aşağıdakı düsturla təyin edilir.

Rs=n1m1+n2m2+…+nnmn=, kq/sut (2.1)

Burada: ni - ayrı-ayrı qrup heyvanların sutkalıq yem tələbatı, kq; mi - ayrı-ayrı qrupdan olan heyvanların sayıdır.

İllik yemlərə olan tələbat aşağıdakı düsturla təyin edilir.

Pq =Psl tlR+Psz t3 R, kq (2.2)
Burada: PslPsz qış və yay dövrlərində sutkalıq yemlərə olan tələbatdır, kq; tlt3 - uyğun olaraq qış və yay dövrlərinin uzunluğudur (gün). Bizim respublika üçün qış dövrünün uzunluğu 150 qəbul edilir; R yemləri saxlama və daşıma zamanı itkiləri nəzərə alan əmsaldır (qüvvəli yem üçün R=1,01; kökümeyvəlilər üçün R=1,03; silos üçün R=1,1; yaşıl yem üçün R =1,05).

Sutkalıq yemlərin miqdarı təyin edildikdən (cədvəl 2.2) sonra ayrı-ayrı yemləmə vaxtında lazım olan yemlərin miqdarını bilmək üçün sutkalıq yem qrafi-ki qurulur. Qrafiki qurmaq üçün aşağıdakı cədvəldə ayrı-ayrı yemlərin müəyyən vaxt-da verilmə faizləri göstərilmişdir.

Bu faizlərə əsasən yemlərin miqdarı təyin edilir və sutkanın müəyyən vaxt-larından yem sərfi qrafiki qurulur. Yük qrafiki aşağıdakı kimi qurulur.

Cədvəl 2.3. Hər bir yemləmədə sutkalıq yemlərin paylanma faizi



Yemlərin adı

1 yemləmə

II yemləmə

III yemləmə

Qaba yemlər

50

-

50

Sulu-şirəli yemlər

30

40

30

Qüvvəli yemlər

35

35

30


Yemlərin hazırlanması, texnoloji xəttin seçilməsi və əsaslandırılması. Yemin hazırlanma texnologiyası təsərrüfatın şəraitindən, zootexniki tələbatlardan, yemlərin hazırlanma və emalı üsullarından asılıdır.

Heyvandarlıq fermalarında istifadə olunan maşınlarla yemin mexaniki, istilik, bioloji və biokimyəvi emalı aparılır.

Texnoloji əməliyyatı layihələndirmək üçün ilk növbədə bütün yemlərin emalı üçün texnoloji sxem çəkilir və maşınlar seçilir.

Yemlərin emal olunma sxemi qeyd olunduğu kimidir. Texnoloji xətlərin məh-suldarlığının və avadanlıqların texnoloji hesabatına imkan yaradır. Texnoloji xəttin məhsuldarlığı aşağıdakı düsturla təyin edilir:



Wtl = , kq/saat (2.3)

Burada t texnoloji xəttin işləmə müddəti, saat; növbədən istifadə əmsalıdır.

Texnoloji xəttin məhsuldarlığı birbaşa hazır yemin saxlanma vaxtından asılı-dır. Zootexniki tələbata görə xırdalanmış kökümeyvəli 1,5-2,0 saat müdətində saxlanılır. Onda kökümeyvəlinin emal edən texnoloji xəttin məhsuldarlığı aşağıdakı düsturla təyin edilir.

W1tl = , kq/saat (2.4)

Burada n kökümeyvəlinin sutkada paylanma sayıdır, n=3.

Qüvvəli yemin hazırlanması, texnoloji xəttin məhsuldarlığı aşağıdakı düsturla təyin edilir
W2tl = , kq/saat (2.5)

Burada ts2 - bir dəfədə maksimum miqdarda yemin hazırlanmasına sərf olunan vaxtdır.

Əgər qaba yem quru halda verilirsə, onda texnoloji xəttin məhsuldarlığı
Wztl = , kq/ saat (2.6)

Burada Psz sutkalıq quru halda verilən yemin miqdarı nəzərə alan əmsaldır. Əgər yemin hamısı quru şəkildə verilirsə, onda Pc=1 olur.

Qaba yem pörtləndikdə onun məhsuldarlığı
Wztl = , kq/ saat (2.7)

olar.


Burada Pc pörtlənmiş halda verilən yemin miqdarını nəzərə alan əmsal; Pv qaba yemi nəmləndirmək üçün lazım olan suyun miqdarı (1 kq qaba yemi nəmləndirmək üçün 1-1,5 l su sərf edilir. Onda: Pv=Psz(1-1,5) olur); ttc qaba yemin pörtlənmə zamanı prosesə sərf olunan vaxtdır,saat; Z qaba yemin pörtləndirilməsində proses-lərin sayıdır.

Pörtlədilmə vaxtı


Ttc=tz+tzs+t2 , saat (2.8)
Burada tz maşının yüklənmə vaxtı, saat; tzs qaba yemin pörtlədilmə vaxtı, saat; tv hazır yemin boşaldılma vaxtıdır, saat.

Çox komponentli yemlər hazırladıqda yem qarışdırıcı xəttin məhsuldarlığı aşağıdakı düsturla təyin edilir:



W5tl = (2.9)

Burada qarışığı daxil olan komponentlərin sutkalıq miqdarıdır.



=P1+P2+…+Pn (2.10)

tts qarışdırma vaxtı (tsiklə), saat; Z tsikillərin sayıdır.

Zootexniki tələbata görə yem qarışığının nəmliyi aşağıdakı düsturla təyin edilir


W = (2.11)
Burada q rasionda olan ayrı-ayrı komponentlərin kütləsi, kq; h hər bir kom-ponentin nəmlik əmsalı; Gb suyun kütləsi, kq; Gk buxarın kütləsidir, kq.

Nəmlik əmsalı qüvvəli yem üçün 0,14; kökümeyvəli üçün 0,82; silos üçün 0,65; qaba yem üçün 0,16; yaşıl yem üçün 0,75; üzsüz süd üçün 0,91-dir.

Sənaye tullantıları hazırlayan texnoloji xəttin məhsuldarlığı
Wtx = (2.12)
Burada sənaye tullantıların qeyri-bərabər verilməsini nəzərə alan əmsal; q bir heyvana sutkada verilən tullantının miqdarı, kq; m heyvanların sayı; R yemlərin sayı (R=2…3); t zootexniki tələbata görə tullantının hazırlanma vaxtıdır(san/t, t=3600…7200 s).

Texnoloji sxemə görə maşın və avadanlıqlar seçilir. Hər bir marka maşının sayı aşağıdakı düsturla təyin edilir.


n = (2.13)
Burada Wm seçilmiş maşının məhsuldarlığıdır, kq/saat.

Bundan sonra hər bir maşının faktiki işləmə müddəti təyin edilir.


t = , saat (2.14)

Yemlərin hazırlanmasında texnoloji əməliyyatlar, yemlərin yüklənməsi və sexə daşınmasından başlanır. Daşımaq üçün qoşqular və yempaylayıcılardan istifadə edilir. Nəqliyyat aqreqatının məhsuldarlığı aşağıdakı düsturla təyin edilir.


Wts = , kq/saat (2.15)
Burada Vk kuzanın həcmidir, m3 ; kuzanın dolmasının nəzərə alan əmsalıdır (=0,75…0,85); yemin sıxlığıdır; kq/m3 ;

ts = tn +tgl+tv +txx (2.16)
Burada tn yükləmə vaxtı, saat; tdl yüklə birlikdə hərəkət vaxtı, saat; tv boşaltma vaxtı, saat; txx boş gediş vaxtı, saat.

Nəqliyyat aqreqatlarının sayı aşağıdakı kimi təyin edilir:


n = (2.17)
Burada Wtl nəqliyyat aqreqatının məhsuldarlığıdır, kq/saat.

Daşınmış sexdə bunkerə doldurulur. Həmin bunkerin həcmi


Vn = (2.18)

Burada n yem paylanmasını nəzərə alan sutkaların sayı (süd üçün n=1, kökümeyvəli üçün n=1,3, quru ot üçün n=2…4, qarışıq yem üçün n=3…6); R bunkerin həcmindən istifadə əmsalıdır (R=0,7…0,75 mexaniki üsulla; R=0,8…0,9 əl ilə boşaldıqda).

Avadanlığı elə seçmək lazımdır ki, ondan sonrakı maşının məhsuldarlığı əvvəlkindən 5…8 dəfə artıq olsun.

Yem sexinin sahəsi bir neçə üsulla təyin edilir. Layihə üçün keçidləri nəzərə alan əmsaldan istifadə edərək


Fn = (2.19)
alarıq. burada: f1 maşın və avadanlıqların altında qalan sahə, m2; r istehsalat sahəsinin doldurulmasını nəzərə alan əmsaldır (r=0,3…0,4).

Sutkalıq suya tələbat


Qor sut= ng, m3 (2.20)

Burada n quru halda olan yemlərin kütləsi, kq; g yem sexinin sutkalıq suya olan tələbatıdır, l/kq, Yem sexinin su normasına olan tələbat aşağıdakı kimidir:

1 kq hesabına qüvvəli yem üçün 1…1,5 l;

donuzlar üçün yem qarışığı 0,5…1,0 l;

qaba yem üçün 0,1…0,8 l.

Yem sexinin sutkalıq su sərfi aşağıdakı kimi olur:


Qsaat= (2.21)
Burada sutkalıq qeyri-müntəzəmlik əmsalıdır, =2…4 qəbul olunur.

Sutkalıq isti suya olan tələbat


Q2 = (2.22)
Burada Gcl sutkalıq yemə əlavə olunan suyun miqdarı, m3; tq isti suyun temperaturu, 0S; tci qarışdırılan suyun temperaturudur, 0S; txx soyuq suyun tem-peraturudur, 0S;

Qış dövründə sərf olunan buxarın miqdarı aşağıdakı formula ilə təyin edilir.



Q=Qyem+Qbina=qnPc+qopV (2.23)
Burada qn xüsusibuxar sərfi, kq/kq; qop binanın qızdırılmasına sərf olunan buxarın miqdarı, kq/m3; V binanın həcmidir, m3

V=Fnh (2.24)

Burada h binanın hündürlüyüdür, h=4…5 m.



7-05
Şəkil 2.1. Sutkalıq iş qrafiki və saatlar üzrə elektrik

enerjisi sərfi qrafiki


Yem sexində istehsalat prosesləri üçün buxar sərfi norması (kq) a aşağıdakı kimidir: 1 kq kökümeyvəli üçün 0,15…0,20; 1 kq qüvvəli yem üçün 0,20…0,25; 1 kq qaba yem üçün 0,30…0,35; 1 kq suyu 870 S qədər qızdırmaq üçün 0,20…0,25; 1 saat ərzində 1 m3 binanı qızdırmaq üçün 0,50…0,75.

Saatlıq su sərfinə və buxara görə borunun diametrini təyin edə bilərik.



Dt=2 (2.25)

Burada Qt isti suya olan hesabat sərfi, m3/san; V suyun hərəkət sürətidir, m/s (xaricdə borudakı suyun sürəti V=0,4…1,4 m/san; daxildə V=1…1,75 m/san).

Sutkalıq elektrik enerji sərfi
Esut=(N1t1+N2t2+…+Nntn)R (2.26)

Burada: Ni yem sexində olan maşınların ümumi gücü, kVt; ti ayrı-ayrı maşınların işləmə müddəti, saat; R maşınların işə düşməsinin sayıdır.

Elektrik enerjisi, su və buxar sərfini saatlar üzrə bərabər bölmək üçün sutkalıq iş qrafiki və saatlar üzrə elektrik enerjisi sərfi qrafiki qurulur (şəkil 2.1).


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə