M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə216/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   212   213   214   215   216   217   218   219   ...   229

500 

 

                                 H



η

 = h . t


d

 .  . c . р

c

                               (6.1)  



 

Burada, h – dondurma şumundan və ya kipləşdirilmiş əkinlərdən  ərin-

ti sularının orta çoxillik axını, mm-lə; t

d

 – torpaq tipinə (yarımtipinə) düzəliş 



(cədvəl  6.2);  θ  -  axına  təsir  edən  eroziyaya  uğramış  torpaqların  dərəcəsini 

xarakterizə edən əmsal: θ=1 – orta yuyulmuş; θ=1,1 – güclü yuyulmuş; c – 

axına  təsir  edən  yamacın  ekspozisiyasının  uçot  əmsalı:  c=1,25  –şimali; 

c=0,75 –cənubi; c=1,12 simal-qərbi və şimal-qərbi; c= 0,88 –cənub-şərqi və 

cənub-qərbi;  c=1  qərbi  və  şərqi;  p

c

  –  təminat  əyrisinin  ordi-natları  (cədvəl 



6.1).  

Su  axınlarının  təmin  olunması  (və  ya  torpağın  yuyulması)  dedikdə, 

müəyyən dövr ərzində onların təkrarlanması başa düşülür.   

Bu gün ən mürəkkəb problemlərdən biri torpaq sürüşmələridir ki, bu 

da  Respublikamızın  müəyyən  hissəsi  üçün  daha  aktiv  xarakter  daşıyır.  Bu 

hissəyə Bakı, Mingəçevir şəhərləri, Şamaxı, Göyçay, İsmayıllı,  Ağsu, Xızı, 

Şəki, Qəbələ və digər rayonlar  daxil edilir.    

Torpaq sürüşmələri  əsasən ilin  müəyyən fəsillərində özünü daha çox 

biruzə  verir.  Azərbaycanda  təbii  halda  torpaq  sürüşmələri,  onun  hərəkətə 

gətirilməsi əsasən yaz və payız mövsümlərində, qar və buz ərintisi, yağıntı-

nın artması və bu dövrdə buxarlanmanın xeyli az olması, suxur təbəqələrinin 

su  ilə  doymasından  baş  verir.  Eyni  zamanda  müxtəlif  hadisələrin  baş  ver-

məsi,  dəniz  və  çayda  su  səviyyəsinin  kəskin  dəyişməsi,  artması  sürüşməni 

hərəkətə gətirir. 

Sürüşmə  prosesi  gedən  ərazilərdə  sürüşmənin  təhlükəli  nəticələrini 

aradan qaldırmaq üçün təxirə salınmaz tədbirlər görülməlidir. Bu tədbirlər-

dən  karst  qıflarının  doldurulması,  səth  sularının  sürüşmə  zonasından  uzaq-

laşdırılması,  sahilbərkitmə  işlərinin  görülməsi,  svayların,  dayaq  divarların, 

drenaj sistemlərinin tikilməsini göstərmək olar.  

Sürüşmə  prosesi  gedən  ərazilərdə  aşağıda  göstərilən  hallar  yol  veril-

məzdir.  Belə  ki,  həmin  ərazilərdə  qazıntı  aparılmamalı,  yamaclar  kəsil-

məməli, həmin ərazilərin yaxınlığında ağır  yük daşıyan maşınların hərəkəti 

məhdudlaşdırılmalı, kanalizasiya və  ya su aparıcı sistemlərin tikintisinə yol 

verilməməli, meşə zolağı inkişaf etdirlməlidir.  

Quru  iqlim  şəraitində  yerləşən  sürüşmə  ərazilərində  az  su  tələb  edən 

ağacların  əkilməsi  lazımdır.  Ağacların  növlərinin  təyini  bilavasitə  sürüşmə 

prosesi  gedən  əraziyə  görə  müəyyən  edilə  bilər.  Həmin  ağacların  kökləri 

çox  dərinliyə  getməklə  yamacların  bərkidilməsində  mühüm  rol  oynayırlar.      

Sürüşməni  qabaqcadan  proqnozlaşdırmaq  və  ona  qarşı  mühəndis  tədbirlər 

görmək üçün ən əsası sürüşməni yaradan səbəbləri araşdırmaq və müəyyən 

etmək lazımdır.  (Zərbəliyev M.S., Məmmədov R.M., 2005).  



501 

 

―Ətraf  Mühitin  Mühafizəsi  haqqında‖  Azərbaycan  Respublikasının 



Qanunu, 8 iyun 1999-cu il və ―Azərbaycanda Ətraf Mühitə Təsirin Qiymət-

ləndirilməsi  (ƏMTQ) prosesi‖ haqqında 1996, 27 aprel  tarixli Əsasnaməyə 

əsasən Azərbaycan Respublikası Prezidenti İ.H.Əliyevin ―Ətraf mühitə təsi-

rin qiymətləndirilməsi‖nə dair qanun qəbul edilməsi haqda sərəncamı (Bakı-

2013cü il) bu ekoloji problemlərin həlli ilə bağlı olan hər bir tədqiqatçının 

metodik göstərişi olmalıdır.   

Buna  görə  də  İsmayıllı  rayonunda  baş  verən  torpaq  sürüşmələrinin 

aradan  qaldırılması  üçün  tədbirlərin  həyata  keçirilməsi,  aqroekosistemlərdə 

irriqasiya eroziyası nəticəsində baş verən biogen maddələrin yuyulub aparıl-

ması, məhsuldarlığın və məhsul keyfiyyətinin azalmasına səbəb olan bir sıra 

problemlər  torpaq  sürüşmələrinə  qarşı  mühəndis-bioloji  sistemlərin  yara-

dılması, bu sistemdə tətbiq olunacaq bitki və ot növlərini eko-bioloji xüsu-

siyyətlərini  öyrənməyi  prioritet  problem  kimi  qarşıya  qoyur.  Mühəndis  - 

bioloji  sistemlərin  yaradılmasında  vacib  elementlərdən  biri  çoxillik  taxıl 

otlarının (psammofitlərin) tətbiq olunmasıdır (Qasımova İ.T., 2012).  

İsmayıllı  rayonunun  ekoloji-iqlim  şəraitinin  introduksiya  olunmuş 

Festulolium bitkilərinin becərilməsinə  təsirini  öyrənmək, onların kollanma 

dərəcəsini,  yaşıl  və  quru  kütlə  məhsuldarlığını,  toxum  məhsuldarlığını  öy-

rənmək günün vacib  vəzifələrini təyin edir.  

 

6.2.



 

Eroziyaya qarĢı mühəndis bioloji sistemlərin (EMBS) köməyilə 

biogen yüklənmənin azaldılması 

  

 Biogen  yüklənmə  müxtəlif  su  obyektlərində  eroziya-akkumulyativ 



proseslərin və sahəvi və nöqtəvi su mənbələrindən yerli su axınları ilə ardı-

cıl daşınması nəticəsində artır. Torpaq eroziyasının qarşısını almaq, eləcə də 

su  toplanan  sahələrdə  biogen  axınların  hərəkətinin  qarşısını  almaq  üçün 

eroziyaya qarşı system yaradılır.    

Eroziyaya qarşı system böyük  bir  kompleksdir.  Kənd təsərrüfatı bit-

kilərinin  becərilməsinin xüsusi üsullarını, ehtiyat qoruyucu texnologiyaları,  

ot  və  ağac  bitkilərinin  təbii  və  mədəni  senozlarını,  meşə  meliorasiya  təd-

birlərini  və  eroziyaya  qarşı  hidrotexniki  qurğuları  özündə  birləşdirir.  Gös-

tərilən elementlərin bir-biri ilə və ətraf mühit ilə qarşılıqlı əlaqə və qarşılıqlı 

təsiri  nəticəsində  sistem,  aqrolandşaftın  davamlılığına  və  məhsuldarlığına 

çatmasına, eləcə də təbiətin qorunmasına  nail olur. Belə sistemlər su hövzə-

lərinin  eroziyaya  qarşı  mühəndis-bioloji  sistemləri  adlanır  (EMBS)  (Çerni-

kov, Çekeres, 2000) .   

Ümumi cəmi hər bir belə system üçün  aşağıdakı formada ifadə etmək 

olar:  



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə