Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə15/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

65
Yuxuda maddənin 
əslini gördüyünü iddia 
edən şəxs “maddənin 
xəyalını gördüyünü” 
izah edən dostunun 
çiyninə əlini qoyar və: 
“İndi mən bir xəyalam? 
Sən əlimi çiynində hiss 
etmirsən? Elə isə necə 
xəyal ola bilərsən?” 
-deyər.
Sonra dostunu 
avtomobilində 
gəzməyə çağırar. 
“Gəl, səninlə 
gəzintiyə çıxaq. 
Sən də belə şeyləri 
hardan çıxardığını 
izah edərsən”, 
-deyər.
Gördüyü bu yuxu o 
qədər həqiqidir ki, 
həvəslə avtomobilini 
işə salıb motora 
yavaş-yavaş qaz 
verdiyini və arabanı 
hərəkətə gətirərək 
sürdüyünü əslinin 
eynisi kimi görür və 
hiss edir.


66
Dostu ilə boğazda 
gedərkən dənizin 
qoxusunu, dalğaların 
səsini, əsən mehi 
həqiqətdə olduğu kimi 
hiss edir.
Yolda sürətlə gedərkən 
ağaclar və yol xətləri 
sürətdən göz aparan 
görüntü əmələ gətirir 
və avtomobilin 
yanından sürətlə ötüb 
keçir. Bu görüntülərin 
gerçək həyatında 
gördüklərindən heç bir 
fərqi yoxdur.
Elə  dostuna  etiraz  etməyə,  o  anda  yaşadıqlarının  xəyal  olmadığını  izah  etməyə 
hazırlaşarkən zəngli saatının səsinə oyanır. Oyandıqda isə bir an əvvəl həqiqiliyindən 
əmin olduğu hadisələrin və görüntülərin əslində yuxu olduğunu anlayır. Bəs bu insan 
hal-hazırda da bir az sonra oyanacağı başqa bir yuxunun içindədirsə?


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
67
və  yuxudan  oyanmadıqca  onların  bir  xəyal  olduğunu  anlamırıq.  Ancaq 
oyandığımız  zaman:  “Deməli,  gördüklərim  bir  yuxu  imiş”,  -deyirik.  Elə  isə 
hal-hazırda gördüklərimizin yuxu olmadığını necə sübut edə bilərik? Sadəcə 
hələ oyandırılmadığımız üçün içində olduğumuz anı həqiqi zənn edə bilərik. 
Hər gecə gördüyümüz yuxulardan daha uzun davam edən bu yuxudan bir gün 
oyandırıldıqda bu həqiqətlə qarşılaşa bilərik və bunun əksini söyləyəcək heç bir 
dəlilimiz yoxdur.
Dünya həyatının bir yuxu kimi olduğu, ancaq bu yuxudan “böyük oyanma” 
ilə  oyandıqda  insanların  yuxu  kimi  bir  aləmdə  yaşadıqlarını  anlayacaqları 
İslam  alimləri  tərəfindən  də  dilə  gətirilən  bir  həqiqətdir.  Üstün  elminə  görə 
Şeyxi-əkbər (ən böyük Şeyx) kimi tanınan böyük İslam alimi Muhyiddin Ərəbi 
bir sözündə Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v.) bir hədisini söyləyərək 
dünya həyatını yuxularımıza belə bənzətmişdir: 
Həzrəti  Muhəmməd  əleyhissəlam:  “İnsanlar  yuxudadır,  öldükləri  vaxt 
oyanacaqlar”,  -buyurmuşdur.  Deməli,  dünya  həyatında  gördüyü  şeylər  yatan 
şəxsin yuxusunda gördüyü şeylər kimidir. Yəni xəyaldır.
15
Bir ayədə isə Allah insanların qiyamət günündə yenidən dirildildikdə belə 
deyəcəklərini bildirir:
Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? 
Bu  Rəhmanın  məxluqata  buyurduğu  vəddir.  Peyğəmbərlər  doğru 
deyirlərmiş!” (Yasin surəsi, 52)
Ayədən  də  göründüyü  kimi,  insanlar  qiyamət  günü  eynilə  yuxudan 
oyanan kimi oyanırlar. İnsan dərin yuxuya getdiyi və yuxu gördüyü anda birdən 
oyandırıldıqda onu oyandıranın kim olduğunu necə soruşursa, bu insanlar da 
eyni şəkildə onları kimin oyandırdığını soruşurlar. Bu ayədə də diqqət çəkildiyi 
kimi,  dünya  həyatı  gördüyümüz  bir  yuxu  kimidir  və  hər  insan  bu  yuxudan 
oyandırılacaq və gerçək həyatı olan axirət həyatına dair görüntüləri görməyə 
başlayacaqdır.
Süni şəkildə əmələ gətirilən dünyalara digər nümunələr
“Xarici dünya” olmadan hisslərin çox həqiqi şəkildə yaşana biləcəyinə dair 
dövrümüzün texnologiyasında da çox əhəmiyyətli nümunələr var. Xüsusilə son 
illərdə böyük irəliləyiş göstərən “xəyali gerçəklik” anlayışı çox diqqət çəkir. 
Xəyali  gerçəklik  ən  sadə  formada  kompyuterdə  canlandırılan  üç 
ölçülü  görüntülərin  bəzi  cihazlar  vasitəsilə  insanlara  “gerçək  dünya”  kimi 
göstərilməsidir.  Bu  gün  bir  çox  sahədə  fərqli  məqsədlərlə  istifadə  edilən  bu 
texnologiya  bu    səbəbdən  “süni  həqiqət”,  “xəyali  dünyalar”,  “xəyali  mühit” 


XƏYALIN DİGƏR ADI: MADDƏ
68
HƏYATINIZI YUXULARINIZ KİMİ TAMAMİLƏ BAŞQA 
BİR YERDƏ SEYR EDƏ BİLƏRSİNİZ
Yuxuda qəhvə içən insan qəhvənin şəkərini, qatılığını, içindəki südün dadını həqiqətən 
qəhvə  içirmiş  kimi  hiss  edir.  Ancaq  ortada  nə  qəhvə,  nə  də  içməli  bir  şey  var.  Belə  ki, 
yuxuda qəhvə içən insana birisi yaxınlaşıb: “Hal-hazırda yuxudasan və bu qəhvə əslində 
görüntüdür”, -desə, dərhal etiraz edər. “Görüntü ola bilərmi? Bax, istiliyini də hiss edirəm. 
Birdən  içdikdə  dilim  yanır.  Hətta  qəhvəni  içdikdə  susuzluğum  keçdi.  Görüntü  olsa, 
susuzluğumu  keçirər?”  -deyir.  İçdiyini  hesab  etdiyi  qəhvənin  əslində  beynində  əmələ 
gələn görüntü olduğunu, içərkən hiss etdiyi istilik, susuzluq kimi hisslərin də beynində 
əmələ gələn hisslər olduğunu ancaq yuxudan oyandıqdan sonra anlayar. 
Y
uxularımızda yaşadıqlarımızla gerçək həyatda 
yaşadıqlarımız  eyni  məntiqlə  əmələ  gəlir. 
Yuxularımız necə zehnimizdə yaşanırsa, gerçək 
həyatımız da zehnimizdə yaşanır. Yuxularımıza 
“xəyal”  deməyimizin  tək  səbəbi  səhər 
oyandıqda bədənimizi yatağımızda görməyimiz 
və  “deməli,  mən  yatırdım  və  bunları  yuxuda 
gördüm” nəticəsinə gəlməyimizdir. 
Bəs 
yuxudan 
heç 
oyanmadan 
yaşamağa 
davam 
etsəniz, 
yuxu içində 
yaşadığınızı, 
gördüklərinizin 
heç birinin 
əsli ilə təmasda 
olmadığınızı anlaya 
bilərsiniz?
Qətiyyən yox. Oyanıb özünüzü yatağınızda yatarkən görmədikcə heç vaxt yuxuda 
olduğunuzu anlaya bilməzsiniz və bu qədər ömrü gerçək həyatınızı yaşadığınızı zənn edərək 
keçirərsiniz. Elə isə gerçək həyat dediyimiz həyatımızın da bir yuxu olmadığını necə sübut 
edə bilərsiniz? Bir gün bu gördüyümüz həyatdan çıxıb özümüzü tamamilə başqa bir yerdə, 
bu həyatımıza dair görüntüləri seyr edərkən görməyəcəyimizə dair bir məlumatımız var?


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə