Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
447
misallara müraciət etməklə, əmək prosesində uşaqların birləşməsinin müxtəlif hallarına nəzər salmaq
mümkündür.
ĠBTĠDAĠ SĠNĠFLƏRDƏ ÖZÜNÜTƏRBĠYƏNĠN MAHĠYYƏTĠ,ÜSUL VƏ VASĠTƏLƏRĠ
Hüseynova İ.N.
Gəncə Dövlət Universiteti
Məlumdur ki, tərbiyə fasiləsiz prosesdir və planlı, mütəşəkkil tərbiyə özünütərbiyə ilə nəticələnir.
Başqa sözlə desək, tərbiyə-insanı doğulduğu gündən məzaradək müşayiət edir. Özünütərbiyə - adamın özünü
saflaşdırmasıdı, yəni öz xarakterini, təbiətini müsbət mənada dəyişdirmək, təkmilləşdirmək, formalaşdırmaq
üçün öz üzərində şüurlu, məqsədyönlü və müstəqil sürətdə işləməsidir. Özünütərbiyə - insanın özündə zehni,
mənəvi, fiziki və estetik keyfiyyətləri, adətən rəftar və davranışı təkmilləşdirməyə yönəldilmiş şüurlu və
müntəzəm fəaliyyətdir.
Yenidəntərbiyə - adamın şəxsiyyətində, rəftar və davranışında müşahidə edilən qüsurların, zərərli
keyfiyyətlərin aradan qaldırılmasıdır. Tərbiyə prosesi ilə təlim prosesi bir-birindən fərqlənir. Təlim bir biliyi
başqasına öyrətmək deməkdir.
Tərbiyə isə şəxsiyyətin məqsədyönlü formalaşdırmaq mənasındadır. Tərbiyə ilə fərdləri istənilən
şəkildə formalaşdırmaq və nəticə etibarilə cəmiyyətdə istənilən dəyişiklik əmələ gətirmək olar..
Tərz-üsulun tərkib hissəsidir. Məsələn, tərbiyə probleminin şərhinə həsr edilmiş mühazirə tərbiyənin
üsuludur. Mühazirə zamanı müəllimin müvafiq bədii əsərlərdən, səciyyəvi faktlardan, şagirdlərin həyatından
konkret misallar gətirməsi, canlı nümunələrdən istifadə etməsi, tərbiyəvi situasiya yaratması və s. həmin
üsulla daxil olan tərzlərdir.
Vasitə- isə tərzdən xeyli geniş anlayışdır. Tərbiyə işinin metodikasında istifadə olunan nə varsa hamısı
bu anlayışa daxildir. Məsələn, söz, fəaliyyət növləri (təlim, oyun, əmək, idman və s) folklor və incəsənət
əsərləri, kitab, dərslik, əyani-texniki təlim vasitələri-bütün bunlar tərbiyə məqsədinə xidmət etdikdə onun
vasitələri olur. Bu da həqiqətdir ki, çox vaxt real tərbiyə prosesində üsul, tərz və vasitə arasında dəqiq sədd
olmur. Məsələn, öyüd nəsihətdən tərbiyə işində tərz kimi də, vasitə kimi də, üsul kimi də istifadə olunur.
Eyni sözləri digər üsul, tərz və vasitələr haqqında da demək olar.
Həzrəti Əli Əlehissəlan buyurmuşdur ki, ― Siz böyüklərə hörmət bəsləyin ki, uşaqlarda sizə hörmət
bəsləsinlər ‖.
Bütün bu deyilənləri əsas götürək pedaqoq alimlərin əksəriyyəti tərbiyə üsullarını aşağıdakı kimi
qruplaşdırırlar:
1) Əsasən şüurun və əqidənin formalaşdırılmasına xidmət edən üsullar (inandırma)
2) Əsasən fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşdırılmasına yönələn üsullar
(alışdırma)
3) Fəaliyyət və davranışı stümullaşdıran üsullar (rəğbətləndirmə və cəzalandırma)
4) Tərbiyədə nəzarət özünə nəzarət və özünəqiymət üsulları
5) Nümunə Stimullaşdırma—hərəkət gətirmək, təkan vermək, həvəsləndirmək, şirnikdirmək
deməkdir. Fəaliyyət və davranışı stimullaşdırmaq—fəaliyyət və davranışa təkan verməkdir, insanı hərəkətə
həvəsləndirməkdir. Fəaliyyət və davranışı stimullaşdıran üsullar qrupuna yarışı, rəğbətləndirməni, bir də
ləngidici, məhdudlaşdırıcı rol oynayan cəzalandırmanı daxil edirlər.
Yarış—həm kollektivdə şagirdlərin fəaliyyətini təşkil etməyin, həm də onu stimullaşdırmağın başlıca
üsullarından biridir. Tərbiyə üsulu kimi o, uşağın özünü təsdiqləmə faktına istinad edir. Məlum olduğu kimi ,
hər bir şagird sinif və kollektiv və ya məktəb kollektivində öz yerini ―qanmağa‖ müəyyən keyfiyyəti ilə tay-
tuşundan seçilməyə müxtəlif məsələlərdə onlarla mübahisə aparmağa, öz mənliyinin üstünlüyünü nümayiş
etdirməyə meyilli olur.
Yarışın tərəflərin bütün üzvləri ön yerə çıxmaq üçün ―Başını qoyma balışa, ver özünü yarışa‖
kəlamının ruhuna uyğun şəkildə işə girişir. Hər tərəfin uşaqları zəif həmkarlarına (sinif yoldaşlarına) da
lazımi yardım göstərirlər. Nəticədə hamı qazanır, uduzan olmur. Buna görə də yarış qiymətli tərbiyə
üsuludur.
Vaxtına, məzmununa və formasına görə yarış müxtəlif olur. Məsələn; vaxtına görə epizodik, qısa və
uzun müddətli, formasına görə fərdi (məsələn şagirdlə şagird arasında) və kollektiv (məsələn, siniflə sinif,
məktəblə məktəb) yarışdan danışmaq olar.
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
448
Məzmun baxımından isə daha rəngarəng olub fəaliyyətin əksər sahələri üzrə ( misal üçün məktəb
ləvazımatını qorumaq, tədris ləvazımatını səliqəli, sinif otağını təmiz saxlamaq, bədii özfəaliyyət
dərnəklərində çalışmaq təşkil edilib keçirilə bilər. Tərbiyədə yarış üsulunun səmərəliliyini təmin etməkdən
ötrü konkretliliyə və aşkarlığa əməl olunmalı, yarışın nəticələri öyrənilib müqayisə və qiymətləndirilməlidir.
Rəğbətləndirmə-Şagirdi rəğbətləndirmək-onun hərəkət və davranışını təqdir etmək, müsbət
qiymətləndirmək deməkdir. Yaxşı hərəkətinə görə uşağı rəğbətləndirəndə o xoşhal olur, ruhi təskinlik tapır,
sevinc hissi keçirir və belə səadətdən, sevincdən məhrum olmamaq üçün gələcəkdə də yaxşı işlər görməyə,
nəcib sifətlərə malik olmağa, daha nümunəvi davranmağa çalışır.
Rəğbətləndirmə özünün təsir qüvvəsi ilə başqalarını da əməlləri yüksək qiymətləndirilən adamlar kimi
olmağa, yaşamağa, davranmağa həvəsləndirir. Ona görə də bu didaktik cəhətdən çox faydalıdır.
Məktəblərdə, həmçinin şagird özünüidarə təşkilatlarında rəğbətləndirmənin başqa növləri (şagirdin
şəklini şərəf lövhəsinə vurmaq, iclaslarda adını yaxşılığa çəkmək, haqqında məktəbin divar qəzetində məqalə
yazmaq və s) tətbiq olunur.
Cəzalandırma—Tərbiyə praktikasında yeri gələndə tətbiq olunan üsullardan biri də cəzalandırmadır.
Yerində tətbiq edilən cəza növləri arzu olunmaz sifətlərin qarşısını almaq olur.
Ancaq təcrübə göstərir ki, fiziki cəzanın ziyanı xeyrindən artıx olur. Məsələn; müəyyən qəbahətə yol
verdiyi üçün uşağı döymək əksər halda onu tmütülik, yalançılıq, sırtıqlıq, qorxaqlıq kimi sifətlər doğurur.
Ailə və məktəblərimizdə cəzalandırma yalnız müsbət mənada tərbiyə məqsədinə xidmət etməlidir.
Ümumtəhsil məktəblərində cəzalandırma üsulunun tez-tez istifadə olunan formaları aşağıdakılardır:
danlamaq, parta arxasında ayaq üstə saxlamaq, sinif qarşısında şifahi töhmət vermək, sinifdən çıxarmaq,
paralel sinfə keçirmək və s. Pis hərəkətlərə görə bu üsulların tətbiqi uşağı mənəvi əzab çəkməyə vadar edir.
Onu yoldaşları arasında ―gözdən salır‖ pis vəziyyətdə qoyur. Uşaq bir də əzab hissini keçirməməkdən, tay-
tuşlarının tənəsinə məruz qalmamaq üçün xoşagəlməz hərəkətlərə yol verməməyə çalışır.
Cəza (həmçinin rəğbətləndirmə) üsullarından istifadə edərkən yaxşı nəticələrə çatmaqdan ötrü: a)
onların ədalətli, haqlı olmasına b) müəyyən həddi gözləməsinə v) uşaqların yaş və fərdi xüsusiyyətlərini
nəzərə almasına q)kollektivin rəyi ilə hesablaşmağa ciddi əməl edilməlidir. Uşağa aydın olmalıdır ki, bu
günki yaxşı hərəkətinə görə rəğbətləndirildiyi kimi, sabahki pis əməlinə görə də ciddi cəza ala bilər, yaxud
əksinə bu gün qəbahətə görə cəzalanırsa sabah yaxşı davransa işləri ilə günahını yusa, rəğbətləndirilə bilər.
Uşaq yəqin etməlidir ki, cəza əslində ona hörmət formasıdır. Çünki, bu üsul onu təhqir etmək, gözdən
salmaq üçün yox, pis hərəkətlərdən uzaqlaşdırmaq, düz yola gətirmək məqsədi ilə tətbiq olunur.
Məktəbdə elə münasib şərait yaradılmalıdır ki, hər bir şagird öz şəxsiyyətini düzgün istiqamətdə
formalaşdırmağa, qəbahətə yol vermiş uşaq öz üzərində çalışıb səhvini aradan qaldırmaq imkanına malik
olsun.
Tərbiyə işində ondan təqlid üçün örnək, əyani forma, canlı şahid kimi bilavasitə istifadə etdikdə
nümunə üsul xarakteri kəsb edir, üsul səviyyəsinə qalxır.
Nümunə tərz və vasitə kimi tərbiyənin bütün üsullarına daxil olur. Tərbiyə işində nümunənin rolu
əvəzedilməzdir. Nümunə əsasında aparılan tərbiyə bu və ya digər keyfiyyət, hərəkət və davranış qaydası
haqqındakı anlayışları konkretləşdirir, əyaniləşdirir və nəticədə uşaqda daha canlı təsəvvür yaradır. Uşaq
həmin nümunədən ibrət dərsi götürür, ideal hisslərlə yaşayır, müsbət hərəkətlərə, xeyirxah əməllərə meyl
edir.nümunə növlərinin arasında isə valideyn, dost—tanış və usta—tərbiyəçi nümunəsinə daha geniş yer
verilmişdir. Məsələn; Azərbaycan atalar sözlərində deyilir:‖ot kök üstə bitər‖, ―ana çıxar ağaca qızı budaq-
budaq gəzər‖, ‖mərd oğul ataya çəkər, xas qız—anasına‖ və s. Bu kimi kəlamlardan görünür ki, xalq
müdrikliyi övlad tərbiyəsində hər iki valideynin rolunu (xüsusi qızın tərbiyəsində ananın, oğlanın
tərbiyəsində isə atanın rolunu) yüksək qiymətləndirir. Nümunənin rolunu xalqın verdiyi əhəmiyyətiaşağıdakı
hikmətamiz kəlamlardan da aydın sezmək olur; ―Adam adam sayəsində adam olar‖, ―Dostunu mənə de,
sənin kim olduğunu deyim,‖, Qonşu—qonşuyabaxar, canını oda yaxar ―, ―Yaxşı yoldaş adamı bay edər, pis
yoldaş zay‖, ―Qanmaza yoldaş olma səni də qanmaz edər ‖ və s.
Tərbiyədə canlı nümunələrdən istifadə etmək həm də ona görə əlverişlidir ki, uşaq suçəkən kimi bir
şeydir nə görür onu götürür.
İkinci mühim şərt—uşağı tərbiyə edən şəxslərin özlərinin nümunəvi olmalarıdır. Xüsusən valideyn,
tərbiyəçi və müəllimlər uşaq üçün ideal nümunə olmalıdırlar. Onlar uşaqlarda görmək istədikləri sifətləri
özlərinin hərəkətlərində, rəftar və davranışlarında qəti yol verməməlidir və heç vaxt unutmamalıdır ki,
―Böyük danışanı kiçik götürər‖, ―Arpa əkən buğda biçməz‖, ―Nə tökərsən aşına o da çıxar qaşığına‖.