Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə238/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   234   235   236   237   238   239   240   241   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

453


 

 

yaradıcılığı üçün xarakterik xüsusiyyətlərdir. Bu üslub nizamsızlığın qovulması ilə şüurun mental həyatının 



bilavasitə canlandırılmasını iddia edən üslubdur. ―Şüur axını‖ üslubunun ən gözəl nümunəsi isə XX əsrin bu 

nəhəng    yazıçısının  şedevr  əsəri  sayılan  ―Uliss‖  romanıdır.  ‖Uliss‖  romanı  Homerin  ―Odissey‖inin 

modernizm  qaydalarına  uygun  olaraq  bərpa  olunmuş  formasıdır.  Əvvəlki  iki  əsər  arxasınca  ―Uliss‖  kimi 

möhtəşəm əsərin yaranacagında sanki müjdəçi rolunu oynayırdılar. ―Uliss‖ onsuz da  möhtəşəm olan Coys 

yaradıcılıgına  daha  da  böyük  şöhrət  və  əzəmət  gətirdi.  Çünki  bu  əsər  yazıçının  öz  doğma  torpaqlarından 

kənarda sürgündə olduğu illərdə yazılmışdır.  

―Uliss‖  dünya  nəsr  təcrübəsində  sadəliklə  mürəkkəbliyin  təkrarolunmaz  bir  sintezidir.  Coysun 

əsərlərində  fəlsəfi  mühakimələr,  psixoanalitik  mülahizələr,  əqlin  oyunları  insan  düşüncəsinin 

hüdudsuzluğunu və eyni zamanada  əskikliklərini və bəzən də məntiqsizliyini nümayiş etdirir. Bu romanda 

zaman, məkan və insan kontekstləri bir-birinə çulğalaşmış kütlə halında təsvir edilmişdir.  

 

 

ANA DĠLĠMĠZƏ QAYĞI VƏTƏNDAġLIQ BORCUMUZ KĠMĠ 



 

Kərimli S.R. 

Bakı Slavyan Universiteti 

 

Vətən  yalnız  sərhədlərə  malik  olan  quru  sahəsi  deyildir.  Ata-babalarımız  bu  torpaqda  dünyaya  göz 

açmış, onu qoruyub müdafiə etmiş, uğrunda canlarını qurban vermişlər. Vətəni vətən edən onun vətəndaşları, 

uğrunda  canından  keçib  şəhidlik  zirvəsinə  ucalanlardır.  ―Ana  vətən‖  sözünün  deyilməsi  heç  də  təsadüfi 

deyildir.  Biz  vətəni  anamız  kimi  sevib,  anamızın  namusunu  qoruduğumuz  kimi  vətənimizi  də  o  şəkildə 

qorumalıyıq.  

Hər bir şəxs öz milli mənsubiyyətini dərk etməli, havasını udduğu, torpağında gəzdiyi, çörəyini yediyi 

vətənin qarşısındakı vətəndaşlıq borcunu yerinə yetirməlidir. Vətəndaşlıq borcunu yerinə yetirmək üçün ilk 

növbədə, vətənini sevməlidir. Vətənini və millətini sevmək yüksək əxlaqi keyfiyyətdir. Vətən sevgisi özünü 

mənsub  olduğu  xalqın  milli-mənəvi  dəyərlərinə,  ana  dilinə,  adət-ənənələrinə,  yurduna  olan  sevgidə  özünü 

göstərir. Vətənini sevən şəxs onun dilini, tarixini, coğrafiyasını, milli-mənəvi dəyərlərini dərindən bilməli və 

heç  vaxt  unutmamalıdır.  Çünki  vətənin  bu  kimi  vacib  amilləri  unudularsa,  bu  vətən  və  millət  varlığını 

sürdürə  bilməz.  Milli  varlığımızı  qorumaq  üçün  isə,  ilk  növbədə,  ana  dilimizi  qorumalıyıq.  Dilimizin 

varlığını qoruyub saxlaması üçün mütləq şəkildə, onun saflığını, təmizliyini qorumaq lazımdır. Bunun üçün 

ədəbi  dilimizin  saflığını  korlayan  yersiz  ifadələrdən  təmizləmək  lazımdır.  Ədəbi  dilimizin  qorunması 

məsələsi  son  dövrlərdə  olduqca  aktualdır.  Çünki  dövlətimizin  yalnız  həmsərhəd  dövlətlər  ilə  deyil,  eyni 

zamanda əksər dövlətlər ilə tərəfdaş mövqeyi, ölkəmizin təhlükəsizlik baxımından sabit olması  ölkəmizə hər 

il  minlərlə  turistin  axınına,  müxtəlif  millətlərin  ölkəmizdə  yaşaması  zərurətini  yaradır.  Bu  cür  şəraitdə 

dilimizi zərurət olmadığı halda daxil olan xarici ifadələrdən qorumalıyıq.  

Ana dilimizin saflığına , gözəlliyinə zərər gətirən digər bir məsələ isə dilimizdə bir sıra sözlərin yalnış 

tələffüz  olunmasıdır.  Bunun  əsas  səbəbi  radio  və  televiziya  verilişlərində  yol  verilən  ciddi  orfoepik 

səhvlərdir.  Radio  və  televiziya  verilişləri  geniş  kütləyə  xitab  etdiyi  üçün  bu  səhvlər  cəmiyyətdə  yalnış 

tələffüzə  gətirib  çıxardır.  Bunun  qarşısını  almaq  üçün  həm  televiziya  və  radio  verilişlərində  həmçinin, 

ümumtəhsil,  orta-ixtisas  və  ali  təhsil  müəssisələrində  dilimizin  qorunmasına  yönəlmiş  təbliğat,  tədbirlər 

həyata keçirmək lazımdır. 

Təhsil müəssisələrində aparılan tədbirlərdə dilimizin qorunması, ana dilimizə məxsus lüğət fondundan 

düzgün  istifadə  edilməsi,  Azərbaycan  dilinin  izahlı  lüğətindən  mütəmadi  olaraq  yararlanmaq,  dilçi 

mütəxəssislərin  mühazirələrinin  təşkil  olunması  və.s.  məsələləri  işıqlandırılmalıdır.  Bu  şəkildə  vətəndaşlıq 

borcumuzu yerinə yetirmiş olarıq. 

 

 

MÜBARĠZ ĠBRAHĠMOV ġAGĠRDLƏR ÜÇÜN VƏTƏNPƏRVƏRLĠK NÜMUNƏSĠDĠR 

 

Kərimli S.R. 

Bakı Slavyan Universiteti 

 

Mübariz  İbrahimov  xalqımızın  qeyrətli,  qəhrəman  oğullarından  biridir.  O,  orta  məktəbi  bitirdikdən 

dərhal  sonra  hərbi  xidmətə  çağırılmış,  Daxili  Qoşunların  bölüyündə  xidmətə  başlamışdır.  Hərbi  xidmətdə 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

454


 

 

olarkən,  çavuş rütbəsi almışdır. Hərbi xidməti bitirdikdən sonra, bir müddət hərbidən uzaqlaşsa da, içindəki 



dərin vətənpərvərlik hissi onu yenidən arzuladığı yerə aparmışdır. Valideynlərinin narazılığına baxmayaraq, 

yenidən ordu sıralarına qayıtmışdır. Və bir gün çoxdan arzuladığı və planlaşdırdığı işi yerinə yetirmiş, xeyli 

sayda düşməni məhv edərək şəhidlik zirvəsinə ucalmışdır. Bu hadisə Azərbaycan əsgərinin ruh yüksəkliyinin 

artmasında,  mənəvi  cəhətdən  güclənməsində  xeyli  rol  oynamışdır.  Mübariz  İbrahimovun  bu  hərəkəti 

xalqımız  tərəfindən  böyük  izdihamla  qarşılanmışdır.  Milli  Qəhrəmanımız  haqqında  şeirlər,  məqalələr, 

irihəcmli əsərlər yazılır, adı çəkiləndə hər bir azərbaycanlının qəlbi böyük fəxr hissi ilə dolur.  

Dövlətimizin siyasətinin əsas prioritet sahələrindən biri, təhsil və onun inkişaf etdirilməsi məsələsidir. 

Sözsüz  ki,  bunun  əsas  səbəbi  dövlətin  gələcək  inkişaf  dayaqlarının  təhsilin  üzərində  dayanmasıdır.  Təhsil 

haqqında  qanunda  ifadə  olunduğu  kimi,  onun  əsas  məqsədi,  vətənpərvərlik  və  azərbaycançılıq  ideyalarına 

sadiq  olan,  müstəqil  və  yaradıcı  düşünən  vətəndaş  və  şəxsiyyət  yetişdirməkdir.  Vətənpərvərlik  hisslərinin 

şagirdlərdə formalaşdırılması üçün bir neçə üsuldan istifadə olunur. Onlardan biri də, vətənini sevən, onun 

üçün  canından  keçməyə  hazır  olan  şəxslərin  tanıdılması,  onların  fəaliyyəti  haqqında  məlumat  verməklə, 

şagirdlərdə  vətəni  uğrunda  canından  keçməyə  hazır  olan  şəhidlər  və  milli  qəhrəmanlara  qarşı  sevgi  hissi 

formalaşdırmaqdan ibarətdir. Məlum olduğu kimi, şagird sevdiyi bir şəxsi özünə nümunə olaraq götürə bilər. 

Bütün bunlar da, şagirdlərdə vətənə sevgi, vətənpərvərlik hissinin formalaşmasına gətirib çıxarır. Şagirdlərdə 

bu şəkildə, vətənpərvər hisslərin formalaşdırılması üçün Azərbaycan xalqının milli qəhrəmanı, adını fəxrlə 

çəkdiyi,  Mübariz  İbrahimov  haqqında  məlumat  verilməsi,  onun  haqqında  tədbirlərin  hazırlanması 

məqsədəuyğundur.  Şagirdlərdə  Mübariz  İbrahimovun  timsalında,  tarixinə  qarşı  duyarlı  yanaşma, 

vətənpərvərlik  hissinin  yüksək  təzahürü,  düşmənə  barışmaz  mövqe,  cəsarətli  və  mübariz  olma  təbliğ 

olunmalıdır. 



 

 

TEXNOLOGĠYA DƏRSLƏRĠNDƏ TƏDRĠS EKSPERĠMENTLƏRĠNĠN TƏġKĠLĠ ZƏRURƏTĠ 

 

Kərimova E.E. 

Gəncə Dövlət Universiteti 

 

Tədris  ekperimenti  dedikdə  dərs  zaamnı  xüsusi  olaraq  seçilmiş  cihaz,  qurğu  və  ləvazimatların 

köməyilə  hər  hansı  bir  hadisənin  (fiziki,  kimyəvi,  texnoloji)  nümayiş  etdirilməsi  nəzərdə  tutulur.Tədris 

eksperimentinin  yetərincə  didaktik  potensiala  malik  olmasına  baxmayaraq  texnologiya  fənninin  tədrisində 

ondan  praktik  olaraq  istifadə  edilmir.  Hazırda  yeni  təhsil  standartlarının  tələbləri  ilə  əlaqədar  olaraq  tədris 

eksperimentlərinin təşkili metodikası xüsusi aktuallıq kəsb etməyə başlamışdır. Buna görə də müəllimlərdən 

ənənəvi tədris metodlarının dəyişdirilməsi tələb olunur.  

Hazırki  dövrdə  şagirdlər  geniş  texnoloji  dünyagörüşünə,  qeyri-standart  düşüncətərzinəmalik  olmalı, 

texnoloji  proseslər  –  istər  konstruksiya  materialının  emalı,  istər  məmulatlar  üzərində  dekorativ  işin 

aparəlması,  istərsə  də  yemək  hazırlanması  və  s.  zamanı  baş  verən  hadisələrin  mahiyyətini  dərk  etməlidir. 

Yeni təhsil proqramı məhz şagirdlərdə tədqiqatçılıq imkanlarının aşılanmasına yönəlmişdir. Bildiyimiz kimi 

texnologiyanın tədrisinin ənənəvi metodlarına sözlə izah, söhbət, nümayiş metodu (əmək obyektlərinin və iş 

üsullarının nümayişi), praktik metodlar (çalışmalar, təlimatlandırma, praktik işlərin icrası, laboratoriya işləri) 

aid  edilir.  Tədris  eksperimenti  isə  demək  olar  ki,  tətbiq  edilmir.  Yalnız  konstruksiya  materiallarının 

materialşünaslığı  üzrə  laboratoriya  işlərinin  yerinə  yetirilməsində  şagisrdlər  müstəqil  olaraq  parçanın, 

oduncağın və yaxud metalın müxtəlif xassələrini müstəqil şəkildə tədqiq edərək təcrübi biliklər əldə edirlər. 

Beləliklə  ―Materialşünaslıq‖  Texnologiya  kursunun  yeganə  bölməsidir  ki,  onun  tədrisi  üçün  əsas  metodu 

tədris laboratoriya eksperimenti təşkil edir. 

Tədris eksperimentinin əsas vəzifəsi obyektiv yeni nəticənin əldə olunması deyil, şagirdlərdə müstəqil 

şəkildə  biliklər əldə  etmək  bacarığının  inkişaf  etdirilməsidir.  Əgər  şagirdlər  üçün  müstəqil şəkildə  təcrübə 

keçirərək qarşıya qoyulan məqsədə nail olmaq imkanı yaratsaq onların bu yolla əldə etdikləri biliklər uzun 

müddət  hafizələrində  həkk  olunacaq.  Beləliklə  deyə  bilərik  ki,  texnologiya  dərslərinin  təşkilində  tədris 

eksperimenti zəruri rədris üsuliudur. Fənnin öyrənilməsində tədris eksperimenti müxtəlif funksiyalar daşıyır. 

O  həm  təlim  metodu,  həm  təlim  vasitəsi,  həm  də  biliklərin  ötürülməsi  üsuludur.  Nümayiş  təcrübələri 

faktların  əldə  edilməsi  mənbəyi,  fənnə  olan  marağın  artırılması  vasitəsidir.  Eksperimentlər  şagisrdlərin 

müstəqil  fəaliyyətinin  təşkili  vasitəsi  olaraq  onların  nəzəri  biliklərinin  təcrübədə  tətbiq  olunmasına  şərait 

yaradır. Eksperimentin icrası zamanı şagisrdlər eyni avadanlıqlarda eyni tapşırığı yerinə yetirirlər. Bu zaman 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə