Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
457
AĠLƏ TƏRBĠYƏSĠNĠN TƏLĠM KEYFĠYYƏTĠNƏ TƏSĠRĠ
Qafarova A.S.
Gəncə Dövlət Universiteti
Respublikamızda ailə tərbiyəsi məsələləri daim diqqət mərkəzində saxlanılmışdır. Məlumdurki,
məktəbdə təlim tərbiyə işi müəllimin yaxından köməkliyi ilə həyata kecirilir.Ağıllı söz , qiymətli
fikirlər,məsləhətlər hər bir şagirdin tərbiyəsinə müsbət təsir göstərir.Bu zaman keyfiyyətə nail olmaq ücün
məktəb –ailə -ictimaiyyətin birgə fəaliyyətinə ciddi ehtiyac duyulur.Məlumdurki,ailə cəmiyyətin ilkin
özəyi, onun sosial quruluşunun ünsürlərindən biridir. Ailə sosial qrup olub nigah və yaxın qohumlarla
qarşılıqlı münasibətlərlə səciyyələnir. İnsanların nəsli davam etdirməyə olan təbii tələbatı nigah və
ailə vasitələri ilə nizama salınır. Beləliklə , ailə qarşılıqlı məhəbbət , inam , etibar və hörmətə əsaslanan
birliktir. Ailənin 2 mühüm vəzifəsi vardır:
1.Nəsli davam etdirməsi;
2.Yeni nəslin, yeni insanın tərbiyəsi.
Bu 2 vəzifə bir-birilə sıx bağlıdır. İnsan öz nəslini artirmasa , öz nəslinə tərbiyə verməsə
cəmiyyət məhv olar.
Birinci vəzifə əhəmiyyətli olmasına baxmayaraq , ikinci vəzifə daha məsuliyyətlidir. Çünki
burada həm təbiətin bəxş etdiyi xüsusiyyətlər,valideylərin cəmiyyət –dövlət qarşısındakı borcu,özünün
mənəvi borcu,övlad qarşısındakı vəzifə borcu həm də mədəniyyətin əlavə etdiyi xüsusiyyətlərin borcu
təzahür edir. Bir damla suda günəş əks olunduğu kimi, ailə münasibətlərində də cəmiyyətin bütün
ünsürləri öz əksini ifadəsini tapır. Ailə insanın münasibətlərinin ilk tərbiyə məntəqəsidir. Aiələdə
ilk əxlaqi təcrübə , fərziyyələr və qəbahət təşəkkül tapır. Ailə insanı münasibətlərin ilk tərbiyə
məktəbidir.
Ailə özlüyündə kiçik bir dövlətdir. Ailədə uşaqlar yalnız tərbiyə almırlar, həm də böyüdükdə
övladlıq borclarını dərk edir , qocalmış valideynlərinə qayğı göstərməyin zəruriliyini anlayırlar.
2.Ailə - nigah formaları.
Bəşəriyyətin inkişafının 3 başlıca mərhələsinə uyğun olaraq 3 nigah forması mövcuddur.
Vəhşilik mərhələsində nigah , barbarlıqda ikili nigah, sivilizasiyada tək nigah mövcuddur. Monoqamiyanı
Engels bəşəriyyət tarixində ən böyük kəşflərdən biri hesab etmişdir. Monoqanı ailə həyatında kişi
ilə qadının bərabərliyi , ailə həyatında əxlaqi estetik amillərin rolunun artması təmin olunur. Ailənin
vəzifəsi , onun qorunması konstitusiyalarda öz əksini tapır. Azərbaycan Respublikasında qəbul edilmiş
konstitusiyada deyilir ki, cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların
qayğısına qalmaq və onları tərbiyə etmək valideynin borcudur.
Ailə - insanın bir şəxsiyyət kimi yetişməsində böyük rol oynayır. Hər bir xalqın ailə
münasibətlərinə dair etdiyi təcrübələr min illərin sınağından keçərək faydalı öyüdlər , nəsihətlər
şəklində nəsildən – nəsilə verilmiş və valideyn – övlad münasibətlərinin qorunub saxlanmasına ,
zənginləşib təkmilləşməsinə səbəb olmuşdur. İnsanların ən ləyaqətlisi , ən yetkini əxlaqı gözəl olanlar
və ailə üzvlərinə böyük ehtiramla yanaşanlardır. Ailədə uşaqların tərbiyəsi qayğısına qalmaq
valideynlər üçün ən qiymətli sərvət hesab edilir. Hər ağacın öz meyvəsi olduğu kimi , qəlbin də
meyvəsi övladdır.Qəlbin meyvəsi , evin bərəkəti olan övlad dünyaya göz açan kimi onun qayğısına
qalmaq hər bir ata və ananın borcudur. Ana cəfakeşdir , qayğıkeşdir , ana övlada 30 ay süd verir ,
onun hər bir əzabına dözür. Cənnət belə anaların ayaqları altındadır. Atalar və analar ilk gündən
övladına düzgün tərbiyə verməlidir. Ailədə uşaqları yaxşı tərbiyə etməyin birinci şərti valideynlərin
övladlarla ədalətli rəftarı , birini o birindən üstün tutmamasıdır. Valideyn övladlarda çox sevilən uşağa
üstünlük vermiş olarsa , o biri uşaqda çox sevilən uşağa qarşı qısqanclıq və nifrət yarana bilər.
A.S.Makarenko uşağın tərbiyəsində valideyin nümunəsinin əhəmiyyətini göstərərək demişdir:
―bizim öz davranışımız ən həll edici vasitədir. Elə bilməyin ki, o, uşağı onunla danışanda ya öyrədəndə,
yaxud ona əmr verəndə tərbiyələndirirsiniz, siz onu həyatınızın hər bir anında hətta evdə olmadığınız
zamanda tərbiyə edirsiniz. Siz necə geyinirsiniz, başqa adamlarda və özgə adamlar haqqında necə
danışırsınız, necə sevilə - sevirsiniz, kədərlənirsiniz, dostlar və düçmənlərlə necə rəftar edirsiniz, necə
gülürsünüz, qəzeti necə oxuyursunuz bütün bunlat üçün uşağa böyük əhəmiyyəti vardır. Uşaq sizin
həyatınızın ahəngindən ən çətin dəyişikləri görür, yaxut da hiss edir, sizin fikrinizin bütün dönüşləri gözə
görünməyən yollarla ona çatır, siz bunları görmürsünüz.‖
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
458
Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki , məktəb və sinif rəhbərləri bir neçə
ailə tipi ilə işləməli olurlar.
1.
Anlama və razılaşma münasibətləri hökm sürən ailələr. Belə ailələrdə valideynlər bir-birini
başa düşür, qarşılıqlı hürmət , xeyirxahlıq , bir – birinə kömək mühüm yer tutur.
2.
Bir – birilə razılığa gələn ailələr. Bu cür razılığa gələnə çox vaxt inkişafına mane olur.
Çünki , münasibətlər normal şəraitdə baş versə də ailədə gərginlik hiss olunur. Normal psixoloji iqlim
pozulur. Ailə üzvləri arasında təmkinli , səbrli olmaq ölçü həddindən çıxır və nəticədə əsəbi vəziyyət
yaranır.
3.
Bir – birini başa düşmə halları olan lakin , uzun müddət davam etməyən ailələr. Belə
ailələrdə müəyyən narazılıq asanlıqla həll edilsə də narazılıq və qanqaraçılıq halları davam edir və
uşaqların tərbiyəsinə mənfi təsir göstərir.
4.
Bu tip ailə münasibətlərində bir – birinə uyuşma halları olmur. Bu tip ailə münasibətlərində
zahiri mehribanlıq olsa da , daxili gərginlik , narazılıq çox olur. Belə ailələrdə ər və arvad uşaqların
xətrinə sakitliyi tənzim edirlər. Onları bir – birinə bağlayan uşaqların gələcəyidir.
5.
Ailə münasibətlərinin həddindən artıq narazılıq , sərxoşluq , kobudluq özünü göstərir və
nəticədə bu cür ailələr pozularaq yarım ailələr yaranır.
Göründüyü kimi müəllimlər müxtəlif tip ailələrlə iş aparmalı olurlar və onlar valideynlərlə
əlaqə saxlamağa , onlara müəyyən pedaqoji biliklər verməyə məcbur olurlar. Bu zaman onlar aşağıdakı
şərtləri nəzərə almalıdırlar:
-Məktəblə ailə arasında uşağın tərbiyəsinə xidmət edən vahid tələblərin yerinə yetirilməsinə
nəzarət edilməlidir.
-Valideynləri öz ətrafında birləşdirməyi və onların böyük tərbiyə imkanlarından istifadə etməyi
bacarmalıdır.
-Valideynlərin pedaqoji biliklərə yiyələnməsinə və onların pedaqoji mədəniyyətinin
yüksəldilməsinə xüsusi diqqət verilir.
Valideynlərlə aparılan sənədləşməsinə diqqət yetirilməlidir. Ailədə aparılan işlər: Müəllimlər
valideynlərlə 3 formada: fərdi , qrup və kütləvi iş aparırlar. Ən geniş yayılmış forma kütləvi işlərdir.
Buraya pedaqoji mühazirə və məruzələr , elmi – praktik konfranslar , açıq qapı günləri , sual – cavab
axşamları , valideyn iclasları və s. daxildir. Elmi – praktiki konfransda sinif rəhbərləri , müəllimlər
tərbiyə məsələlərini təcrübə ilə əlaqəli təbliğ edir , qabaqcıl valideynlərin ailə tərbiyəsi sahəsindəki
təcrübələrinə geniş yer verirlər.
Açıq qapı günlərində valideynlər məktəbə gəlir , övladlarının dərslərində iştirak edir və
müəllimlərdən müvafiq məsləhətlər alırlar. Məktəbə gedən valideynlər Azərbaycanın milli
qəhrəmanlarının , şəhidlərinin həyatı haqqında foto stendlərlə tanış olurlar. Sual – cavab axşamlarında
ən çox ailə tərbiyəsinin zəruri məsləhətlərinə dair verilən suallara cavablar təhlil edilir. Qabaqcıl
məktəblər sual – cavab axşamlarında xüsusi hazırlıq görürlər. Bu axşamlarda valideyn nüfuzu , valideyn
övlad münasibətləri , ailə büdcəsi , cib xərci və s. məsələlərə dair suallar müzakirə edilir. Sinif
valideyn iclasları adətən hər rübdə bir dəfə keçirilir və şagirdin təlim – tərbiyə məsələləri müzakirə
edilir. Bu iclasda təlimin , tərbiyənin bu və ya digər münasibətlərinə dair sinif rəhbəri çıxış edir və
sinifdəki şagirdlərin hər birinə dair valideynlərinə məlumat verir. Disputlar – valideynləri düşünməyə
yönəldir. Disputlarda məsələlər müzakirə , müsahibə şəklində qoyulur. Məsələn , Övladınızı
tanıyırsınızmı? Övladınızın ilk sevgilisindən xəbəriniz varmı? və s. Deməli ,bizcə nəzərdə tutulan
tərbiyə məsələləri birgə fəaliyyət nəticəsində həyata kecirilərsə müsbət-səmərəli nəticə əldə olunar.
KĠÇĠK YAġLI MƏKTƏBLĠLƏRDƏ MƏNƏVĠ TƏRBĠYƏNĠN TƏRKĠB HĠSSƏLƏRĠNDƏN BĠRĠ
OLAN MĠLLĠ MƏNLĠK ġÜURUNUN FORMALAġDIRILMASI
Qasımova A.A.
Mingəçevir Dövlət Universiteti
Əxlaqi, mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri milli mənlik şüurunun
formalaşdırılmasıdır. XX əsrin son illərində aşkarlıq və demokratiyanın təsiri ilə ayrı-ayrı xalqlar kimi
Azərbaycan xalqı da öz kökünə, tarixinin açılmamış səhifələrinə müraciət edərək, xalqın tarixi kökləri,
tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənir, milli özünüdərkin, milli