Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
471
çox, həm də bir-biri ilə üzvi əlaqədə formalaşmış biliklər əldə edirlər. Bu məqsədlə uşaqları inteqrativ
biliklər əldə etməyə hazırlayan fənlərarası əlaqəyə geniş yer verilməlidir. Bunun təmin edilməsi üçün
müəllim bütün fənlər üzrə proqram materiallarına yaxşı bələd olmalı, fənlərarası əlaqədən istifadə etməyin
yollarını, onun metodikasını dərindən bilməlidir.
ĠBTĠDAĠ SĠNĠFLƏRDƏ YENĠ TƏLĠM TEXNOLOGIYALARININ TƏTBĠQĠ
ƏHƏMĠYYƏTĠNƏ DAĠR
Rəsulova Ə.N.
Gəncə Dövlət Universiteti
Yeni təlim texnalogiyaları şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirməklə bərabər, onların
bilik, bacarıq və vərdişlərə yiyələnməsinə şərait yaradır, təlimin keyfiyyət göstəricilərinin yüksəlməsini
təmin edir.
Şagirdlərdə elmin təməlini qoyan ibtidai sinif müəllimləri çətin, məsuliyyətli, həm də şərəfli bir vəzifə
yerinə yetirməlidirlər. Bunu ulu öndərimiz H.Əliyevin sözləri ilə desək daha yaxşı olar. H.Əliyev demişdir:
―Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər
vətəndaşlar hazırlayırlar.‖
Təlimin keyfiyyətinin yüksəldilməsi ibtidai sinif müəllimi və onun apardığı işdən çox asılıdır. Təlim-
tərbiyə işinin əsasən dərs prosesində həyata kecirilir. Şagirdlərdə dərsdə müəyyən bilik, bacarıq, dəyər və
keyfiyyətlər formalaşdırılmalıdır, intellektual səviyyələri inkişaf etdirilməlidir. Onlara nəcib, milli dəyərlərə
uyğun əxlaqi keyfiyyətlər aşılanmalıdır. Onlarda öyrənmək, müstəqil çalışmaq, öz işinə yaradıcılıqla
yanaşmaq vərdişləri formalaşdırmalıdır.(1)
Bəzən ibtidai sinif müəllimləri təlim zamanı ,çətinliklərlə qarşılaşırlar.məs:
1)
Şagirdin dərs materialını dərk etməməsi;
2)
Dərsin məqsəd və vəzifələri ilə şagirdin maraq və yaş səviyyəsinin uyğun gəlməməsi;
3)
Şagirdlərin qazandıqları biliyi tətbiq edə bilməməsi;
Bütün bunlar da dərsin səmərəliliyini aşağı salır.
Bəs müəllimlər bu çətinlikləri aradan qaldırmaq üçün hansı üsullardan istifadə edirlər. Müəllim
məktəbdə təlim-tərbiyə işinin əsas təşkilatçısıdır. Müəllim öyrədir, yol göstərir, şagird ilə öyrənir. Bu zaman
şagird-müəllim münasibətləri yaranır.
Yeni təlim texnologiyalarından geniş istifadə bu günün tələbidir.
Təhsil Nazirliyinin həyata kecirdiyi islahatın əsas məqsədi tədris prosesinin yenidən qurulması,
müəllim-şagird münasibətlərində dəyişdirilmə, təlimdə İKT-nin istifadəsi və onun yeni pedaqoji
texnalogiyalarla uzlaşmasıdır.
Çətinliklərin həlli yolu Azərbaycan Respublikasının ümumi təhsil məktəblərinin I-IV sinifləri ücün
fənn kurikulumlarında öz əksini tapmışdır.
İKT-nın təlimə gətirilməsindən sonra dərsin səmərəliliyi getdikçə artmağa başladı. Məs: Dərsdə əlavə
materiallardan istifadə edilməsi ilə yanaşı, vaxtdan səmərəli istifadə köməkliyi görünür.
Müasir informasiya-kommunikasiya dövründə təhsilin əsas problemi belə bir faktla şərtlənir:elmin
müxtəlif sahələrində toplanmış bilik kütləsi elə sürətlə artır ki, təlimin ənənəvi sxem və prinsipləri əsasında
bunları mənimsəmək əslində qeyri-mümkün işə çevrilir. Məsələn: Bu sxem aşağıdakı şəkildə ifadə oluna
bilər.
Müəllim: informasiyanı ötürən
Şagird: informasiyanıqəbul edən
Bu ona əsaslanır ki,ənənəvi təlim metodunda müəllim yalnız hazır bilikləri şərh edir, şagirdlər isə
bunları hazır şəkildə mənimsəyirlər. Sonra bilikləri yaddaşda möhkəmləndirmək üçün şagirdlər bunları
nəzəri və praktik məsələlərin həlli prosesində tətbiq edirlər. Yəni şagird dərsi yalnız yadda saxlayır və özləri
nəticə çıxartmırlar. Biliyi hazır şəkildə alırlar. Hazır biliklər isə təfəkkürü yaradıcı mənbədən, yəni sərbəstlik,
müstəqillik, təşəbbüskarlıq kimi keyfiyyətlərdən məhrum edir.(3,4)
Təlim metodlarının keyfiyyətcə dəyişdirilməsi bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal
istifadə edilməsi şəraitində böyük səmərə verə bilər.
Bu tələbləri nəzərə almaqla, məhsuldar, yaradıcı təfəkkürü və yeni biliklərə müstəqil yiyələnmə
üsullarını özündə birləşdirən təlim metodlarına üstünlük verilməsi tamamilə təbiidir. Bu meyarları ən dolğun
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
472
şəkildə fəal təlim üsulları cavab verir. ―Fəal təlim metodu‖ təhsil prosesinin digər iştirakçıları ilə
əməkdaşlıqda şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan təlimi nəzərdə tutur.
Çox vaxt buna ―interaktiv təlim üsulları‖ da deyilir. Fəal təlim-idrak fəaliyyətinin təşkili və idarə
olunmasının məcmusudur. Bu təlim üçün aşağıdakı hallar səciyyəvidir.
1.Müəllim tərəfindən idrakı problem-situasiyanın yaradılması:
2.Problem-situasiyanın həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinə həvəsləndirilməsi:
3.Şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi;
Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının yeni elmi biliklərlə (informasiya
ilə) zənginləşdirilməsinə deyil, biliklərin müstəqil qazanılması, mənimsənilməsi vərdişləri və təfəkkürün
müntəzəm inkişaf etdirilməsinə əsaslanır. Bu zaman şagirdlər müəllimin rəhbərliyi altında, xüsusi secilmiş,
asan başa düşülən və yadda qalan, ən vacib təlim materialının öyrənilməsi prosesində elmin əsas
qanunauyğunluqları haqqında nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.(2)
Deyilənləri aşağıdakı dərs nümunəsində aydın görmək mümkündür:
Sinif: III
Həyat bilgisi
Mövzu:Nəzakətli olmaq nə deməkdir?
Məzmun xətti: Fərd və cəmiyyət
Standart:
2.4.3.Başqalarının hüquqlarına hörmətlə yanaşılması barədə mülahizələrini bildirir;
3.1.1.Ünsiyyət zamanı nəzakət qaydalarına(müsahibinin sözünü sonadək dinləmək,sözü
kəsməmək,müsahibinə təşəkkür etmək)əməl edir;
Məqsəd:
1.
“Nəzakətli olmaq”,”nəzakətli davranmaq”ifadələrinin məna-larını şərh edir.
2.
Nəzakətli davranışın əhəmiyyətini şərh edir.
Ġnteqrasiya:Ana dili1.1.1.,1.1.2
Dərsin tipi:Yeni bilik və bacarıqlar formalaşdıran dərs
ĠĢ forması:Qruplarla iş
ĠĢ üsulları:Müzakirə
Resurslar:Dərslik,iş dəftəri,iş vərəqləri
Dərsin gediĢi
Motivasiya.Mən sinfə müraciət edirəm:
-Yoldaşınız sizə hər hansı bir işinizdə kömək etsə,ona nə deyərsiniz?
-Hansı nitq etiketlərini tanıyırsınız?
- Kimsə sizə kobudluq etsə nə cavab verərdiniz?
- Sizə kobudluq edən adam sonra üzr istəsə onu bağışlayardınız?
-Dostunuzdan bir şey istəsəniz bunu necə edərdiniz?
Öyrənmə
Şagirdlər sualları cavablandırırlar.belə nəticəyə gəlirlər ki,nəzakətli davranış insanın mədəniyyətindən
xəbər verir.verir.Çalışmaq lazımdır ki,kobudluq etməyəsən. Nəzakət qaydaların həmişə riayət etmək
hamımızın borcudur.Biz harada olmağımızdan asılı olmayaraq nəzakətlə davranmağı bacarmalıyıq.
Tədqiqat sualı:Nəzakətli davranıĢ nə deməkdir?
Tədqiqatın aparılması:Şagirdlər qrupa bölünürlər.Qrupa tapşırıq verilir.Qruplar iş vərəqlərində
verilən tapşırıqları yerinə yetirirlər.
I qrup.Valideyninizə və müəllimlərinizə qarşı etdiyiniz səhvi düzəltmək üçün nə edərdiniz?
II qrup.Yoldaşlarınızla yaxşı ünsiyyət qurmaq üçün nə edərdiniz?
III qrup.Sizə edilən kobud bir hərəkətə qarşı necə münasibət bildirərdiniz?
IV qrup.Davranış qaydalarına əməl etmək üçün nə vacibdir?
Dərslik üzərində iĢ .Dərsliyin 88-89-cu səhifələrindəki mətn oxunur,izah olunur,suallar
cavablandırılır.
Ġnformasiya müzakirəsi:Müəllim müzakirə zamanı belə bir suallar verə bilər:
1.
Nəzakətli olmaqla nə qazana bilərik?
2.
Hansı halda yoldaşlarınızdan inciyərdiniz?
3.
Onu incitsəydiniz üzr istəyərdiniz?
Tətbiqetmə: İş dəftərinin 64-65-ci səhifələrindəki tapşırıqlar icra olunur.Müəllim tərəfindən
yoxlanılır.