Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
475
Pedaqoji texnikanın tərkib hissələrindən biri müəllimin özünün və şagirdlərin diqqətini idarə etmək
bacanğıdır. Müəllim müxtəlif uşaq qrupları ilə işləyir, uşaqlar xeyli tədris əməliyyatı yerinə yetirirlər ki,
bütün bunlar müəllimin diqqətindən kənarda qala bilməz.
Müəllim üçün çox vacib olan keyfıyyətlərdən biri də şagirdin zahiri davranışına görə onun daxili
vəziyyətini müəyyənləşdirmək bacarığıdır. Pedaqoji priyomlaрı seçən zaman bunu nəzərə almamaq olmaz.
Şagirdin həqiqi psixoloji vəziyyətini hər zaman nəzərə almaq pedaqoji məharətin əsasını təşkil edir və
pedaqoji fəaliyyətdə mühüm yer tutur.
Pedaqоji hərəkətlərdə temp hissi pedaqoji texnikanın tərkib hissəsidir. Müəllimlərin bir çox
səhvlərinin səbəblərindən biri budur ki, onlar tədris əməliyyatlarının tempini gözləmir, məsələlərin həllini
pedaqoji cəhətdən düzgün ölçüb-biçmirlər. Bəzən müəllimlər tələsir, bəzən də gecikirlər, bu isə hər hansı bir
halda pedaqoji təsirin səmərəsini aşağı salır.
Müəllim-pedaqoq öz səs tonunu məqamına görə özü idarə etməyi öyrənməli, pauzanı, duruşu,
mimikanı, jestləri yerinə görə düzgün işlətməyi bacarmalıdır. A.S.Makarenko yazır: "Mən "Bura gəl" sözünü
15-20 çalarda deməyi öyrənəndən sonra, üzümün quruluşunda, səsimin qoyuluşunda 20 incəliyi biləndən
sonra pedaqoq oldum". Müəllim təkcə proqram materialını yaхşı tədris edən şəхs olmaqla məhdudlaşmır, o
həm də şagirdlərin tərbiyəçisi funksiyasını yerinə yetirməlidir. Istər şagirdlər, istərsə də şagirdlər taktsız
müəllimə ürək qızdırmır, öz qayğılarını onlarla bölüşmürlər. Pedaqojt taktı pedaqoqların bir qismi müəllimin
şagirdlərə təsir göstərən fitri qabiliyyəti; başqa qismi müəllimin ümumi mədəniyyətinin tərkib hissəsi; digər
qismi öz fənnini və onun şərhi metodikasını yaхşı bilmək kimi aydınlaşdırır. Bu fikirlərin hər birində
müəyyən həqiqət vardır.
Pedaqoji takt müəllimin peşə keyfiyyəti, pedaqoji ustalığın tərkib hissəsidir. O, pedaqoji təhsil və
pedaqoji təcrübə ilə qazanılır.
Pedaqoji takt olmadan şagirdlərlə qarşılıqlı münasibətləri düzgün və səmərəli qurmaq çətindir.
Pedaqoji ustalığın mühüm komponentlərindən biri də pedaqoji ünsiyyətdir. Təlimin və fənlərarası əlaqə
probleminin qarşısında duran vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi хeyli dərəcədə müəllimin
şagirdlərlə ünsiyyətinin хarakterindən asılıdır. Prof. M.Ə. Həmzəyev yazır: «Pedaqoji ünsiyyət müəllimin
şagirdlərlə təlim və tərbiyə prosesində həyata keçirdiyi peşə ünsiyyətidir. Bu cür ünsiyyət şəхsiyyətin
formalaşması üçün şərait yaradılmasına yönəlmiş olur, kollektivdəki sosial-psiхoloji prosesləri idarə etməyə
və səmərəli psiхoloji iqlim yaratmağa imkan verir. Ona görə də hər bir müəllimin pedaqoji ünsiyyətin
mahiyyəti, onun sosial-psiхoloji meхanizmləri ilə dərindən tanış olması və şagirdlərlə birgə fəaliyyəti zamanı
ondan lazımi şəkildə istifadə etməsi zəruridir.
Nəticədə o, bir yandan təlimin səmərəliliyini yüksəldir, digər tərəfdən öz pedaqoji ustalığını artırır.
UġAQLARIN PEġƏ SEÇĠMĠNDƏ AĠLƏNĠN ROLU
Salmanova B.
Naxçıvan Dövlət Universiteti
Peşə seçimi insanın həyatında aldığı ən vacib qərarlardan biridir. Hər bir insanın öz gələcək həyatını
bu həyatdakı məqsədini müəyyənləşdirməsində peşə seçimi mühüm rol oynayır.
Uşaqların peşə seçimində ailənin rolu böyükdür. Bir çox valideyn uşaq doğulduğu andan ona bir peşə
seçir və ona uyğun böyütməyə başlayırlar. Halbuki uşaq doğularkən özü ilə gətirdiyi (xüsusiyyətlər) vardır.
Amma bu çox vaxt nəzərə alınmır. ―Kitabi –Dədə Qorqud‖ dastanında belə uşağa ad doğulanda
qoyulmazmış, göstərdiyi hünərinə və əməlinə görə ad verilərmiş. Buda onu göstərir ki, uşaqlar seçimlərini
öz düşüncələrinə görə müəyyən etməlidirlər.
Valideynlərin uşaqları üzərində xəyal qurmaları normaldır, amma bu xəyalları zorla uşaqlar üzərində
tətbiq etmələri yanlışdır. Bəzən valideynlər özləri olmaq istədikləri amma ola bilmədikləri peşəni
övladlarının yiyələnməsini istəyirlər. Və nəticədə zorla seçilən peşə uşağı ömür boyu bədbəxt edir. Uğurun
yalnızca yüksək balla yaxşı bir universitetdə təhsil almaq və yüksək gəlirli bir iş əldə etmək olmadığını başa
salmaq lazımdır. Və eyni zamanda peşənin təkcə pul qazanmaq, dolanışıq əldə etmək üçün yox özünü ifadə
etmək, özünü doğrultmaq üçün seçildiyini aşılamaq lazımdır. Hər birimiz ilk peşə seçimini ətrafdakı
insanlara baxaraq seçirik. Kimsə hər hansı bir peşədə qabiliyyətli olursa, uğur qazanırsa, bizimdə ağlımıza
gələn o peşəni seçmək olur. Valideynlər bu barədə yaxşı düşünməli düzgün qərar verməlidirlər, daha
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
476
doğrusu seçimi uşağa buraxmalıdırlar. Onlar uşağa bu barədə yalnız kömək edə bilərlər, onların yerinə qərar
verə bilməzlər. Valideynlər aşağıdakıları nəzərə alaraq daha düzgün davrana bilərlər.
1.
Uşaqların davranışlarını nəzarətdə saxlamaq;
2.
Maraqlandıqları sahələri tanımağa çalışmaq;
3.
Mənəvi dəstək olmaq;
4.
Əldə etdiyi nailiyyətləri tərifləmək;
5.
İstəmədiyi və seçmədiyi şeylərə məcbur etməmək;
6.
Yaradıcı fəaliyyətlərdə yer almasına şərait yaratmaq və s.
Uşaqların davranışlarını nəzarətdə saxlamaq,maraqlandıqları şeylər haqqında onları düzgün
məlumatlandırmaq
və
maraqlarını
qiymətləndirməkdir.
Ailədə
uşaqların
peşə
seçməyə
istiqamətləndirilməsində onların məişət və texniki əmək işlərinə cəlb olunmaları əsas yer tutur. Uşaqlar kiçik
yaşlarından əməklə məşğul olmalıdırlar və bunun nəticəsində onlarda əmək vərdişləri formalaşır. Buda
onların işlək həyatında və gələcək fəaliyyətində, peşə-ixtisas seçimlərinin reallaşmasında əsaslı rol oynayır.
Zəka və qabiliyyət haqqında etdiyi tədqiqatları ilə tanınan elm adamı Robert Sternberg ―Akademik
zəkalar asan, amma yaradıcılıq isə nadir tapılır‖. Həqiqətən də insan qabiliyyətli olduğu sahədə gözəl işlər
görə bilər. Və insanında hansı sahədə qabiliyyətli olduğunu ən yaxşı özü seçə bilər. Çox vaxt belə bir hadisə
ilə rastlaşırıq. Valideynin təkidi ilə, yaxud da hər hansı səbəbdən sevdiyi peşəni seçə bilməyən uşaqlara öz
ixtisası haqqında sual verdikdə belə bir cavab alırıq. Mən bu peşəni sevmirəm və bu ixtisas üzrə
işləməyəcəm. Bu həqiqətən çox pis haldır. Bəyənmədiyin, sevmədiyin işi yerinə yetirmək çox çətin və
maraqsız olur, adam işdən yorulur, bezir, işin nə vaxt qurtaracağını səbirsizliklə gözləyir.
Bu gün ölkəmizdə gənclərimizin azad seçim etmək imkanı az olduğuna görə qeyri-ixtisas peşə
sahiblərinin sayı artıb. Əgər işimizdə professional olmaq istəyiriksə, öz maraq və qabiliyyətlərimizə uyğun
olan peşəni seçməliyik. Üzərinə düşən işi layiqincə yerinə yetirmək insanın əsas vəzifəsidir. İşini yaxşı
bilmək, onu yerinə yetirməyin yarısına bərabərdir. Bu fikri dahi yazıçımız Nizami Gəncəvinin ―Oğlum
Məhəmmədə nəsihət‖ şeirindən belə bir hissə ilə tamamlayaq:
Bir elm öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Məndən söyləməkdir səndən eşitmək,
Bir insan əliboş gəzməsin gərək.
Bütün bu qeyd etdiklərimizdən belə bir nəticəyə gəlmək olar ki, əmək vərdişlərinin aşılanmasında
ailənin rolu böyükdür. Həmçinin ailə, uşaqların təlim–təhsil almasına və hər hansı bir peşəyə yiyələnməsinə
böyük təsir təsir göstərir.
SAĞLAMLIQ ĠMKANLARI MƏHDUD UġAQLARIN SOSIAL-PSĠXOLOJĠ ADAPTASĠYASI
Səlimova A.Z.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Sağlamlıq imkanları məhdud olan uşaqların inklüziv təhsilə cəlb olunma prosesində rastlaşdığı ən
böyük problemlərdən biri məhz onların sosial-psixoloji adaptasiyasıdır. Müasir dövrdə dünyanın inkişaf
etmiş və inkişaf etməkdə olan dövlətlərini düşündürən mühüm məsələlərdən birini xüsusi qayğıya ehtiyacı
olan uşaqların təlim şəraitinə adaptasiyası təşkil edir. İnklüziv təhsilə cəlb olunan uşaqlar əgər sinif
yoldaşlarına, təhsil alacağı mühitə adaptasiya olmazsa, sağlam sosial-psixoloji sfera yaranmazsa, o zaman
təlim zamanı uğurlu nəticə əldə edilə bilməz.
Adaptasiya psixologiya və pedaqogika elmində vacib anlayışlardan biri hesab olunur. İnsanların ətraf
mühitə, cəmiyyətə, yaşadığı həyat şəraitinə uyğunlaşması və uyğunlaşma bacarığı onun sonrakı həyat
fəaliyyətinə də təsir edir. Uşaqların həyatında adaptasiya mühüm əhəmiyyət daşıyır. Bu proses isə uşaqlarda
əqli intellektual keyfiyyətlərin səmərəliliyinə, həmçinin, onların emosional-iradi inkişaflarına da təsir
göstərir. (1, 57 s) Xüsusi qayğıya ehtiyacı olan uşaqları heç bir şərt qoymadan adi məktəbəqədər təhsil
müəssisələrinə, məktəblərə cəlb etmək lazımdır. Bəzi hallarda sağlamlıq imkanları məhdud uşaqlar öz
həmyaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkir, onlardan uzaqlaşırlar. Hətta sinif yoldaşları həmin
uşaqlara gülür, istehza edir və nəticədə kollektivin təsiri nəticəsində həmin uşaqlarda özünə inam hissi itir,