Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
469
gənclərə sağlam həyat tərzi, düzgün yaşam fəlsəfəsi təbliğ olunmalı, milli-mənəvi və bəşəri dəyərlərə
sadiqlik prinsipi önə çəkilməlidir. Gənc nəslin tərbiyəsində bədii ədəbiyyatın, mədəniyyətin, incəsənətin,
folklor nümunələrinin, o cümlədən tanınmış yazıçı və şairlərin əsərlərinin mühüm rolu vardır. Eyni zamanda
vətəndaşlarda dövlətçilik təfəkkürünün, millətə, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi baxımından
dövlət atributlarına– Azərbaycanın bayrağına, himninə, gerbinə ehtiram və hörmətin vacibliyi təbliğ
edilməlidir.
Ümummili lider belə təsvir etmişdir: ‖Gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi ucun onlar
hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdrlar. Ana dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə
olunmuş gənclər hec vaxt vətəninə, xalqına ögey münasibət bəsləməz. Gənclərimiz milli ruhda tərbiyə
olunmalı, bizim milli mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gənclərimiz bizim tariximizi
yaxşı bilməlidir, kecmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir‖.
Milli dəyərlərin, milli adət-ənənələrin zəruriliyi mərhum Heydər Əliyevin məruzə və çıxışlarında həmişə
qururla söylənilirdi. Heydər Əliyev göstərirdi ki, milli mənəvi dəyərlər xalqın mənəvi sərvəti, mənəvi
xəzinəsidir, bu sərvətə, xəzinəyə biganə olmaq cinayətdir. Son illərdə xalqımızın milli adət ənənələrinə
biganəlik halları haqlı olaraq xalqın, xüsusilə ziyalıların etirazına səbəb olmuşdur. Bu etiraz və narazılıqlar
haqqında mətbuatda cıxışlar milli-mənəvi dəyərləri qorumaq çağırışına çevrildiyi bir vaxtda mərhum
prezident, ümummilli liderimiz Heydər Əliyev bir sıra məqamlara aydınlıq gətirmiş, görüləcək işlərin
perspektivini müəyyənləşdirmişdi: ―Fürsətdən istifadə edərək, bir-iki məsələyə toxunmaq istəyirəm. O da
ondan ibarətdir ki, biz öz dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə
qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu sınaqlardan kecmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda
tərbiyələndirməliyik. Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük
sərvətidir. Hec vaxt iki xalq bir-birinə bənzəməz. Hec vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola
bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli, mənəvi
dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək,
xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə
tərbiyələndirməliyik‖
Milli mənəvi dəyərlər əlbətt çox geniş məvfumdur. Lakin burada birinci növbədə torpaq, dil, ocaq,
əcdad, övlad və qadınla bağlı şərəf, ləyaqət və namus ənənələrini nəzərdə tutmaq lazımdır. Müasir Avropada
və Amerikada bir sıra xalqların milli faciə, qlobal fəlakət kimi yaşadığı muasir əxlaqi demoqrafik bəlalara
(ailə-nikah-nəsil bohranı, alkoqol-narkoman-nihilizm sərxoşluğu ilə bağlı ifratlara) qarşı ən yaxşı sipər təbii-
insani, milli tarixi sərvətləri müqəddəs tutub qorumaq, gələcək üçün də zədəsiz saxlamaq olmazdımı?!
Təəssuf ki, belə sərvətlərə münasibətdə də həssaslığın lazımi səviyyədə olmadığı hallara rast gəlirik.
Mustəqil Azərbaycan dövlətinin mədəniyyət siyasətinin həyata kecirilməsində əsas cətinliklərdən biri də
qloballaşmadır. Müstəqilliyə qədəm qoymuş gənc bir dövlət üçün qloballaşma adı altında milli-mənəvi
dəyərlərinin sıxışdırılması, onun məhvinə gətirib çıxara bilər. Qloballaşma beynəlxalq aləmdə labüd olan bir
proses kimi həyatımızdan yan keçə bilməz. Bir şərtlə ki, bu prosesdən ümumi inkişafımız üçün səmərəli
istifadə edə bilək. Azərbaycan dünyada multikultiralizm dəyərlərinin nümunəsi kimi, etnik, dini, sosial
mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər, həmrəy və qarşılıqlı dostluq şəraitində
yaşadığı unikal ölkələrdəndir. Bu bəşəri dəyər olmamışdan əvvəl bizim milli dəyərimiz olub- lap qədimdən
bu ənənə yaşadılıb bu günlərə kimi davam etdirilir. Hazırda isə bu həm dövlət siyasəti, həm də ictimai
münasibətlər sistemi kimi inkişaf etdirilir.
KĠÇĠKYAÇLI ġAGĠRDLƏRĠN ĠDRAK QABĠLĠYYƏTLƏRĠNĠN ĠKĠġAF
ETDĠRĠLMƏSĠNDƏ ĠNTEQRASĠYANIN ROLU
Rəisli Ü.H.
Mingəçevir Dövlət Universiteti
Cəmiyyətdə və təbiətdə bizi əhatə edən hər yerdə inteqrasiya mövcuddur. Bütün elmlər mənbəyini
məkan, zaman, canlı və cansız varlıqların vəhdəti olan dünyadan alır və inkişaf edir. İbtidai təlim dövrü uşaq
həyatının çox əhəmiyyətli mərhələlərindən biridir. Bu zaman onun təbii imkanlarının üzə çıxması üçün hər
cür şərait yaratmaq mümkündür. Şagirdlərdə müxtəlif bacarıq və qabiliyyətlərin vaxtında üzə çıxarılması,
möhkəmləndirilməsi, materialın şüurlu surətdə mənimsədilməsi, onların idrak qabiliyyətlərinin inkişaf
etdirilməsi üçün təlimin inteqrasiyası vacibdir.
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
470
―İnteqrasiya‖ termini XX əsrin sonundan daha fəal istifadə olunmağa başlasa da, onun ifadə etdiyi
mahiyyət və məzmun həyat yarandığı gündən mövcud olmuş, onun varlığını təşkil etmişdir. İnteqrativlik
şagirdlərə ətraf aləmin dərk edilməsinə yaradıcı idraki münasibət bəsləyən subyektlər kimi yanaşılmasına
imkan yaradır. Bu, o zaman mümkün olur ki, təhsil pillələrində öyrənilən fənlər və onların əhatə etdiyi
mövzular ayrı-ayrı deyil, əlaqəli, inteqrativ şəkildə tədris olunur. Digər bir tərəfdən inteqrativ kurikulum
şagirdlərin dərsliklərdə verilən materiallara yaradıcı yanaşmasına kömək edir.
Mövzular
Fənnin
adı
Mən və
vətənim
Azərbayca
n mənim
vətənimdir
Vətənimin dünəni və bu
günü
Biz və
dünya
Ana dili
Mənim
vətənim
Azərbaycan
şeri
Tarixi məzmun daşıyan
bayatılar
Dünyada yaşayan
məşhur azərbaycnlılar
Təcrübə göstərir ki, tədris prosesində fəndaxili və fənlərarası inteqrasiyanın təmin edilməsi bilik və
bacarıqların şagirdlər tərəfindən daha asan mənimsənilməsi, dərslərin maraqlı və məzmunlu qurulması,
uşaqlarda tədqiqatçılıq meyillərinin yaranması üçün vacib şərtdir. Fəndaxili inteqrasiya müəyyən bir fənnin
aşıladığı anlayış, bilik və bacarıqların əlaqələndirilməsi, fənn daxilində səpələnmiş faktların
sistemləşdirilməsidir. İbtidai təhsil pilləsi fənlərinin tədrisində geniş şəkildə istifadə olunan fəndaxili
inteqrasiya üçün konsentrik prinsipə əsaslanan spiralvari quruluş daha xarakterikdir. Bu cür inteqrasiya
prosesində dəyərlərin dərk olunması xüsusidən ümumiyə və yaxud ümumidən xüsusiyə doğru ola bilər.
Fənlərarası inteqrasiya bir neçə fənnin əhatə etdiyi ortaq bilik və bacarıqların sintezi olmaqla, bir fənnə
aid anlayışların və metodların digər bir fənnin tədrisində istifadəsini nəzərdə tutur. Belə inteqrasiya müxtəlif
fənlər arasında məntiqi əlaqələrin qurulmasına xidmət edir. Bu proses eyni bir bacarığın ayrı-ayrı fənlər
vasitəsilə daha da təkmilləşdirilməsini təmin etməklə təlim prosesinin səmərəliliyinin artırılmasına şərait
yaradır. Fənlərarası və fəndaxili münasibətlərin, sadəcə, əlaqə deyil, inteqrasiya xarakteri daşıması bu
münasibətlərin daha sıx və möhkəm olmasına, onun bütöv bir prosesə çevrilməsinə şərait yaradır. Müəllimlər
pedaqoji prosesdə ondan daha səmərəli qaydada istifadə etmək imkanı qazanırlar.
Ġnteqrativ təlim planını necə tərtib etməli?
Ana dili, təsviri incəsənət, həyat bilgisi və ya texnologiya fənnləri üzrə illik təqvim tərtib etmək üçün
mövcud kurrikilimlar, dərsliklər və qiymətləndirmə materialları diqqətlə araşdırılır. Bu fənlərin tədrisinin
eyni əsasda təşkilinə nail olmaq üçün vahid prinsip müəyyənləşdirilir. Sonra illik planlar yoxlanılır. Sonda,
tədris vahidlərinin inteqrasya edilməsi üçün ən optimal imkanlardan istifadə edib, təqvim üzrə təlim vaxtının
uyğunlaşdırılması yolu ilə və ya müvafiq tədris vahidlərinin bir inteqrativ vahid kimi tərtibi yolu ilə
fənlrarası inteqrasiyanın təşkilinə nail olunur. İnteqrasiya nəticəsində tədris materialının yığcamlılığı təmin
edilir, təkrara yer verilmir, şagirdlər artıq yüklənmir və tədris vaxtına qənaət edilir. Onlar az vaxt içərisində
Mövzular
Fənlərin adı
Mən və vətənim
Azərbaycan
mənim
vətənimdir
Vətənimin
dünəni və bu
günü
Biz və dünya
Ana dili
Mənim vətənim
―Azərbaycan‖ şeri
Tarixi məzmun
daşıyan bayatılar
Dünyada yaşayan
məşhur
azərbaycanlılar
Həyat bilgisi
Mən kiməm?-
doğulduğum yer, irqim,
dilim,dinim, milliyətim
Azərbaycanın
dövlət rəmzləri
Azərbaycanın
tarixi
Azərbaycan
çoxmillətli diyardır
Təsviti
incəsənət
Bayraq şəklinin
çəkilməsi
Azərbaycan
herbinin
eskizlərinin
çəkilməsi
Musiqi
Azərbaycan
himninin
öyrənilməsi
Azərbaycan
himninin xorda
ifası