Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
473
Nəticə və ümumiləĢdirmə: Biz hər zaman bir-birimizlə ünsiyyətdə oluruq.Bu zaman çalışmaq
lazımdır ki,etiket qaydalarına əməl olunsun..Nəza-kətli olsaq hamı bizə hörmət edər,bizi sevər.
Ev tapĢırığı:Ailədə,məktəbdə və ictimai yerlərdə nəzakətli davranış qaydaları haqqında bildiklərinizi
yazın.
Nəticə: Yeni təlim texnologiyalarından təlim prosesində tətbiq etmək olduqca vacibdir. Fikrimizcə
təlim prosesində ən səmərəli yol bu və ya digər situasiya üçün əlverişli olan yeni təlim texnalogiyalarından
istifadə mənimsəməyə müsbət təsir edir.
ÇƏTĠN TƏRBĠYƏ OLUNAN YENĠYETMƏLƏRĠN SOSĠOMƏDƏNĠ ALƏMĠNĠN
FORMALAġMASINDA KÜTLƏVĠ KOMMUNĠKASĠYA VASĠTƏLƏRĠNĠN ROLU
Rüstəmli J.R.
Bakı Slavyan Universiteti
Uşaqların düzgün formalaşması və gələcəkdə düzgün mövqe tutması üçün bir çox amillər birgə təsir
göstərir.Hal-hazırki dövrümüzdə uşaqların sosiomədəni aləminin formalaşmasına güclü təsir edən və onun
inkişafının böyük bir hissəsində xüsusi rol oynayan amillərdən biri də kütləvi kommunikasiya vasitələridir
(KKV).
Müasir dövrümüzdə KKV yeniyetmələrin demək olar ki, geniş bir hissəsinin davamlı istifadə etdiyi bir
vasitədir.Yeniyetmələr kompyuterlərdən, sosial medialardan istifadəyə daha çox üstünlük verir.KKV düzgün
istifadə edilmədiyi halda çox təəssüf ki, ―çətin tərbiyə olunan‖ yeniyetmənin mənfi yöndən formalaşmasında
əsaslı rol oynayır.Yeniyetməlik dövrü ―böhran‖ dövrü adlandırılır ki, bu dövrdə uşaqlar ətrafı ilə,
valideynləri ilə münasibətdən qaçır, bəzən özünə qapanır, valideynləri tərəfindən tənqidə məruz qaldıqda,
sərt reaksiya verir.Bəzən bu ciddi problemlərə səbəb olur, yeniyetmə yalnız sosial media vasitəsi ilə əlaqəyə
üstünlük verir, cəmiyyətdən qopur, səhv yoldaşlar seçir və s.Bu isə uşağın düzgün formalaşmasına ciddi
ziyan vurur.
Bu problemlərin yaranmaması üçün valideynləri məlumatlandırmaq, onların uşaqlara düzgün
nəzarətini və övladları ilə daim əlaqədə olub,onların başqa yollara əl atmamasını təmin etmək vacibdir.
TƏLĠMĠN TƏKMĠLLƏġDĠRĠLMƏSĠNDƏ MÜƏLLĠMĠN PEDAQOJĠ USTALIĞININ ROLU
Rzayeva V.M.
Gəncə Dövlət Universiteti
Məlumdurki,cəmiyyətimizdə yüksək ixtisaslı kadrlar hazırlamaq ücün səriştəyə,bacarığa,pedaqoji
ustalığa,məsuliyyətli-elmli-metodiki hazırlıqlı şəxsiyyətlətə ehtiyacımız var.Konkret olaraq təlimin
keyfiyyətini müasir tələblərə uyğunlaşdırmaq istəyiriksə deməli müəllimin pedaqoji ustalığının artırılmasını
diqqət mərkəzində saxlamalıyıq. Pedaqoji nəzəriyyədə müəllimin ustalığı anlayışının mahiyyətinə fərqli
şəkildə aydınlıq gətirilir. Başlıca olaraq, iki şəkildə yanaşma mövcuddur. Onları nəzərdən keçirək:
1) pedaqoji prosesdə əsas yeri metod tutur;
2) pedaqoji prosesdə müəllimin şəхsiyyəti həlledicidir.
Əslində hər iki mövqedə məsələyə birtərəfli yanaşma öz əksini tapır. Bu iki yanaşma birlikdə
götürüldükdə, müəllim ustalığı barədə aydın təsəvvürə malik olmaq mümkündür. Başqa sözlə, metod təlim-
tərbiyə prosesində ondan istifadə edən müəllimin şəхsiyyəti ilə bilavasitə bağlıdır. Onları (tətbiq olunan
metodu və müəllimin şəхsiyyətini) bir-birindən ayrı nəzərdən keçirmək düzgün deyildir. Pedaqoji ustalığa
yiyələnməkdən ötrü hər bir müəllim nəzəri və metodik hazırlığa malik olmalı, müəllim-şagird
münasibətlərini düzgün qurmalı, prosesin qanunauyğunluqlarından, qanun və prinsiplərindən хəbərdar olmalı
və faydalanmalı, təlim və tərbiyə teхnologiyalarından səmərəli şəkildə istifadə etməlidir.
Professorlar Ə.Х. Paşayev və F.A.Rüstəmov yazırlar: «Müəllimin ustalığı, hər şeydən əvvəl tədris
prosesini təşkil etmək bacarığındadır. Usta müəllim ən əlverişsiz şəraitdə şagirdlərin lazımi tərbiyəlilik,
inkişaf və bilik səviyyəsinə nail olur. Usta müəllim müasir təlim metodlarını kamil bilən müəllimdir.
Müəllimin ustalığı öyrənmək bacarığını şagirdlərə öyrətməkdə özünü göstərir… Ustalığın mühüm
göstəricilərindən biri şagirdləri fəallaşdırmaq, onların qabiliyyətini, müstəqilliyini inkişaf etdirmək
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
474
bacarığıdır. Usta müəllim təlim prosesini fəallaşdırmaq üçün müхtəlif metodlardan istifadə etməklə dərsdə
şagirdləri düşünməyə məcbur etməyi bacarmalıdır»
Müəlliflər pedaqoji ustalığın mahiyyətindən danışarkən aşağıdakı cəhətləri diqqətə çatdırırlar:
«Pedaqoji ustalığın mahiyyəti müəllimin şəхsi mədəniyyətində, biliyində, onun təlim və tərbiyənin, pedaqoji
teхnikanın priyomlarına və qabaqcıl təcrübəyə yiyələnməsində, hərtərəfli nəzəri hazırlığında özünü göstərir»
Prof. A.N. Abbasov da «Pedaqogika: müхtəsər konspekt və sхemlər» adlı dərs vəsaitində pedaqoji
ustalığa tərif vermişdir. O yazır: «Pedaqoji ustalıq – nəzəri və metodik hazırlığa, pedaqojt takt, teхnika və
qabiliyyətə malik müəllimin pedaqoji prosesi təşkil və idarəetmə bacarığı»
Yaхşı haldır ki, professor tərifdə pedaqoji ustalığı təşkil edən bir sıra komponentlərin adlarını da
(pedaqoji takt, pedaqoji teхnika və pedaqoji qabiliyyət) qeyd etmişdir. Ümumiyyətlə götürdükdə, tərif
pedaqoji ustalığın mahiyyətini açır.
Pedaqoji ustalıq heç də yalnız müəllimin hərtərəfli ümumi və metodik təhsilliyi deyil, həm də hər bir
sözün tələbələr (o cümlədən şagirdlər) tərəfindən qəbul edilməsinə nail olmaq bacarığı, deyilənlərin onlar
tərəfindən qavranılması, onlar tərəfindən yaşanması və mənimsənilməsidir. Müəllim «pedaqogikanın
nəzəriyyəsini nə qədər öyrənsə belə» (K.D. Uşinski) pedaqoji takta yiyələnmədən istəyinə çata bilməz.
Pedaqoji takt həm təlim, həm də tərbiyə prosesində vacibdir. Tərbiyədə onun rolu daha böyükdür.
Pedaqoji taktı olmayan müəllimin dərsində, təlim prosesi nə qədər gərgin keçsə də, tələbə az-çoх nəsə
öyrənir. Tərbiyə prosesində isə belə müəllim heç nəyə nail olmur. Mənəvi inam və əqidəni, maraqları,
zövqləri təzyiqlə qəbul etdirmək qeyri-mümkündür. Lazımdır ki, tələbələr öz müəllimlərini sevsinlər, onlara
hörmət etsinlər. Taktı olmayan müəllimi isə tələbələr хoşlamırlar.
Pedaqoji taktdan danışarkən A.Ü. Məmmədov yazır: « Müəllimə хas qabiliyyətlər bir vəhdət halında
birləşərək, müəllimin pedaqoji taktını formalaşdırır. Pedaqoji taktın formalaşmasına bir sıra psiхoloji amillər
təsir edir. Pedaqoji takt ictimai hadisələrin adekvat inikası nəticəsində müəllimdə təşəkkül edən hərəkətlərin
məcmusu əsasında formalaşır. Məktəblilərə düzgün münasibət bəsləməyə səbəb olan bilik, bacarıq və
vərdişlərinə əsasən pedaqoji prosesdə üzə çıхan rəngarəng situasiyaları müvəffəqiyyətlə aradan qaldırıb,
təlim-tərbiyə proseslərini səmərəli təşkil etməyə imkan verən hərəkətlərin vəhdəti müəllimin pedaqoji
taktını, davranış tərzini müəyyən edir. Pedaqoji taktın psiхoloji əsaslarını mtereotiplərin (davamlı
təsəvvürlərin) məcmusu, ictimai ustanovkalar (ictimai fəaliyyətə psiхoloji cəhətdən hazır olmaq) və
müəllimin şəхsi keyfiyyətləri təşkil edir. Pedaqoji taktın bu psiхoloji komponentləri daim dəyişir və
yetkinləşir. Bunun nəticəsində bütün həyatı və fəaliyyəti ərzində müəllimin taktı təkmilləşir»
Meəllim-şagird münasibətlərində pedaqoji taktın özünəməхsus rolu vardır. Taktsızlıq məhz taktsız
müəllimlər üçün səciyyəvidir. Kobudluq olan yerdə taktsızlığa yol verilir. Taktsız müəllim proqram
materialını yaхşı şərh edə bilər, lakin şagirdlərin hisslərinə, fikirlərinə, rəylərinə yiyələnə bilməz. Öz işinin
ustası olan müəllim - pedaqoq ilk növbədə yüksək bilik və ixtisas sahibi, mədəniyyət və ünsiyyət
mütəxəssisidir. O, öz fənnini dərindən bilir, müvafiq elm sahələri ilə yaxından tanışdır, ümumi və xüsusilə
uşaq psixologiyasından xəbərdardır, təlim və tərbiyənin metodikasna dərindən yiyələnmişdir.
"Müəllimin pedaqoji ustalığı‖ anlayışının mahiyyəti pedaqoji nəzəriyyədə tarixən iki cür başa düşülür.
Birinciyə görə, təlim-tərbiyə işində metodika aparıcı rol oynayır. İkinciyə görə, təlim-tərbiyə işində aparıcı
rolu müəllimin şəxsiyyəti oynayır. Əslində isə metodika onu tətbiq edən müəllimin şəxsiyyətindən
ayrılmazdır. Ustalığa yiyələnmək üçün çox şeyi bilmək və baçarmaq lazımdır. Təlim-tərbiyənin
qanunauyğunluqları və prinsiplərini bilmək, təlim-tərbiyə prosesinin səmərəli texnologiyalarından istifadə
etməyi bacarmaq xüsusilə vacibdir. Buraya hər bir konkret situasiya üçün pedaqoji texnologiyaları düzgün
seçməyi bacarmaq, peadqoji prosesi diaqnostlaşdırmaq, proqnozlaşdırmaq və layihələşdirmək də daxildir.
Tədqiqatlar göstərir ki, ən yüksək istedadlı müəllimlər 12-15 faizdən çox deyildir. Buna baxmayaraq
müəllimlərin böyük bir hissəsi təlim-tərbiyə metod və priyomlarına yaxşı yiyələnmiş, öyrətmə metodikasına
yaxşı bələd olmuşlar.
Pedaqoji ustalığın mühüm göstəricilərindən biri şagirdləri fəallaşdırmaq, onların qabiliyyətini,
müstəqilliyini inkişaf etdirmək bacarığıdır. Usta müəllim təlim prosesini fəallaşdırmaq üçün müxtəlif
metodlardan istifadə etməklə dərsdə şagirdləri düşünməyə, maraqlanmağa istiqmətləndirməyi bacarır.
Müəllimin vəzifəsi öyrənmə prosesinin özündə müsbət emosiyalar aşılamaq üçün yollar axtarıb
tapmaqdır. Bunlar аdi priyomlardır: iş metodlarını dəyişmək, müəllimin emosionallığı, müəllimin fəallığı,
maraqlı misallar, yerinə düşən iradlar və s. Bu priyomlar təkcə müvəffəqiyyətlərə səbəb olmur, onlar
müəllimə rəğbətin artmasına kömək edir, fənnə sabit, daimi maraq aşılayır.