Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
479
ƏXLAQ TƏRBĠYƏSĠNĠN MAHĠYYƏT VƏ MƏZMUNU
Şərifzadə F.S.
Bakı Slavyan Universiteti
Bəşəriyyət tarixində, keçmiş dövrlərdə və hal-hazırda yetişməkdə olan gənc nəslin tərbiyəsinə, xüsusi
ilə də əxlaqi cəhətdən tərbiyəsinə həmişə böyük əhəmiyyət vermişdir. Əlbəttə ki, tərbiyəyə ana bətnindən
başlamaq, uşaqların əxlaqlı yetişməsində daha müsbət rol oynayır. Əxlaq cəmiyyətdə formalaşan dəyərlərə
aid olmaq mənasını daşıyır. Əxlaq ictimai şüurun forması kimi, insanlar arasındakı münasibətləri əks etdirir.
İnsanların bir-birinə, dövlətə və cəmiyyətə olan münasibətlərini nizama salır, ictimai həyatın bütün sahəsində
insanların hərəkətlərini tənzimləyir. Əxlaq eyni zamanda gerçəkliyi dərketmə vasitəsi olaraq, insanın praktik
– mənəvi dünyagörüşüdür.
Əxlaqın nəzəri əsasları fəlsəfi elmlər sistemində mühüm yeri olan etika elmi tərəfindən öyrənilir.
Əxlaqi münasibətlərin ictimai münasibətlər sistemində mühüm yeri olduğu üçün, bunlar etika elmi tərəfindən
araşdırılır. Əxlaq tarixi hadisədir və ümumbəşəri xarakter daşıyır. Bütün dövrlərdə müxtəlif xalqların etnik
münasibətlərə uyğun olaraq əxlaqi qanunları mövcud olmuşdur. Ancaq ictimai quruluş, iqdisadi şəraitdəki
dəyişiklikdən asılı olaraq, əxlaq normaları da inkişaf edir və daha yüksək əhəmiyyət kəsb edir. Əxlaq
tərbiyəsinin məzmununa ümumbəşəri dəyərlərlə yanaşı cəmiyyətdəki, birgə yaşayış qaydaları, sosial və
məişət münasibətləri də daxildir.
Əxlaqın formalaşmasına və inkişafına ictimai şüurun, fəlsəfənin siyasətin, hüququn, incəsənətin,
ədəbiyyatın, da ciddi təsiri var. Onlar əxlaqın xarakterinə və məzmununa ciddi şəkildə təsir göstərir. Əxlaq
tərbiyəsinin məzmununu yetişməkdə olan gənc nəslə aşılanan əxlaqi keyfiyyətlər təşkil edir. Bu
keyfiyyətlərə milli-mənlik şüuru və ləyaqətin formalaşması, ata-anaya, qohumlara hörmət və qayğı, doğma
yurda, Vətənə məhəbbət, düzlük və doğruçuluq, dostluq və yoldaşlıq, əməksevərlik və əməyə vicdanlı
münasibət, insanlara humanist münasibət və s. daxildir.
Doğma yurda, Vətənə məhəbbət–vətənpərvərlik ən mühüm, aparıcı əxlaqi keyfiyyətdir.
Vətənpərvərlik anlayışına insanın yaşadığı yerdən başlayaraq öz kəndinə, şəhərinə, ölkəsinin hər qarış
torpağına bəslədiyi məhəbbət aiddir. Vətənpərvərlik tarixi anlayışdır. Lazım gələrsə öz canını fəda edə
bilməkdir. ―Torpaq uğrunda ölən varsa Vətəndir‖. Görkəmli türk filosofu, siyasi xadim Ziya Göyalp
vətənpərvərliyi təkcə düşmənlərə qarşı nifrətdən yox, həm də torpağa qarşı məhəbbətdən doğur.
Düzlük və doğruçuluq da əxlaqın komponentləridir. Sevgili peyğəmbərimizin hədislərində bu
keyfiyyətlər yüksək qiymətləndirilir. ―Doğruçuluq həqiqətin gözünə dik baxmaq və həqiqəti necə varsa elə
deməkdir. Doğru insan görülən iş və edilən hərəkət üçün məsuliyyət daşıyır, sözü ilə işinin bir-birini
tamamlanmasına çalışır. Qurani-Kərimdə qeyd edilir ki, yalan danışmaqdan çəkin, çünki, hər kəs səni
yalançı tanısa, düz sözünə də inanmaz.
Əməksevərlik və əməyə vicdanlı münasibət əxlaqi dəyər kimi ― Avesta‖ da əsk olunur. Ən əxlaqlı
adam əməksevər adamdır. Əməksevərlik və əməyə vicdanlı münasibətin əsasını–vətənin xeyrinə şüurla
çalışması, əməyi birinci və əsas yaşayış kimi dərk etməsi, bu əməyin növlərinə hörmət və məhəbbət, şüurlu
fəaliyyət növü seçmək və s. təşkil edir. Məktəblilərin əməkdə iştirak etməsi onların xarakter və
qabiliyyətlərini formalaşdırır, iradələrini möhkəmləndirir, yaradıcılıqlarını inkişaf etdirir. İnsanlara humanist
münasibət - əxlaq tərbiyəsinin mühüm tərkib hissəsidir. Humanizm insanlara məhəbbət və hörmət, inam
deməkdir. Humanizm amalı və qayəsi konkret insandır.
Komenski məktəbi ―insanlıq tərbiyəçisi, humanizm beşiyi‖ adlandırırdı. Humanizm beşiyi olan
məktəb də, humanist insanlar yetişdirməlidir. Bu insanlara hörmət, həssalıq, etibar, ədalətlilik, mərdik və s.
əlamətləri tərbiyə etməlidir. Humanizm insanların mənəvi mədəniyyətinin əsasını təşkil edir. Ümumiyyətlə
XX əsrdə etika artıq əxlaq haqqında müəyyən biliklər sisteminə çevrilib ki, bu da özünəməxsus elmi
kateqorial aparata malikdir. Tarixi inkişafın müxtəlif mərhələlərində etika müəyyən problemlərin həlli
yollarını və bəzi spesifik sualların cavabını axtarmağa çalışmışdır. Belə problemlərə əxlaqi fəzilətlər, əxlaq
normaları, insanın davranış qaydaları, bunlarla əlaqədar tələblər və s. haqqında danışılan spesifik suallar
aiddir.
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
480
RUSĠYADA ġƏRQ SĠMASI: MĠRZƏ KAZIM BƏY
Tarverdiyeva T.
Naxçıvan Dövlət Universiteti
Böyük mütəfəkkir, şərqşünas, tarixçi, pedaqoq, həmçinin türk dillərinin mahir tədqiqatçısı olan Mirzə
Kazım bəy XIX əsr mədəniyyət tarixinə adını qızıl hərflərlə yazdırmışdır.
Kazım bəy çox mənalı bir həyat yolu keçmişdir. Hələ uşaqlıqdan elmi biliklərə dərin maraq göstərən
Məhəmmədəli atasının köməyi ilə müsəlman məzhəbinin tam kursunu bitirmişdir. O, ərəb qrammatikasını
Molla Əbdül Əzizdən, sxolastik fəlsəfəni, müsəlman hüququnu o dövrün məşhur qanunşünas alimi
Məhəmməd Bəhreyndən öyrənmişdir. Son dərəcə yüksək istedada malik olan Məhəmmədəli artıq 12 yaşında
ikən doğma ana dili ilə yanaşı müsəlman qanunlarını, ərəb və fars dillərini dərindən mənimsəmişdir. Heç də
təsadüfi deyildir ki, o, aldığı dərin elmi bilik nəticəsində 1819–cu ildə ―Ərəb dilinin qrammatikasına aid
təcrübələr‖ adlı ilk elmi kitabını yazmışdır. 1820–ci ildə isə klassik Şərq ədəbiyyatının janrlar nəzəriyyəsinə
həsr olunmuş ―Müəmma və Lüğət‖ traktatını işləmişdir.
1826–cı ildən Kazan universitetində işləməyə başlayan Mirzə Kazım bəyin bu dövrdə yazdığı ―Əssəb–
üs–Səttar (Krım xanlarının tarixi)‖, ―Türk–tatar dilinin ümumi qrammatikası‖, ―Uyğurlar haqqında tədqiqat‖,
―Quranın bəzi surələrinin şərhi haqqında‖, ―Müxtəsərun–Viqayət (Hənəfilər məktəbi üzrə müsəlman
hüquqşünaslığının qısa kursu)‖, ―Firdovsi yaradıcılığı üzrə fars mifologiyası‖ və s. əsərləri ona dünya şöhrəti
qazandırmışdır.
1849–cu ildə Peterburq universitetinə gedən Kazım bəy orada çalışdığı dövrdə ―Dərbəndnamə‖,
―Quranın tam konkordansı‖, ―Müridizim və Şamil‖, ―Bab və Babilər‖, ―Şəraülislam–Vərəsəlik‖, haqqında
kitab, ―İslam‖ və s. fundamental əsərlər yazmışdır. Həmçinin, Şərq ədəbiyyatları tarixinə və müqayisəli
dilçiliyə dair məqalələr çap etdirmişdir.
Mirzə Kazım bəy təxminən 40 ilə yaxın dövr ərzində professoru olduğu Kazan və Peterburq
universitetlərində tədris edilən fars, ərəb və türk ədəbiyyatları tarixi kurslarını Şərq mənbələri əsasında
yaratmışdır. Bilavasitə onun təşəbbüsü ilə Peterburq universitetində 14 Şərq dili üzrə mütəxəssis hazırlayan
şərqşünaslıq fakültəsi açılmışdır. Kazım bəy 1855–ci ildən ömrünün sonunadək Şərq fakültəsinin dekanı
olmuşdur. Bir çox ölkələrdə akademiyaların və elmi cəmiyyətlərin üzvü, Şərq dillərinin fəxri doktoru, Kazan
və Peterburq universitetlərinin əməkdar professoru, həmçinin bu universitetlərdə fars, ərəb dili və ədəbiyyatı
kafedralarının yaradıcısı və ilk müdiri olan Kazım bəyin hətta ölümündən sonrakı 18 il müddətində də
dekanlıq vəzifəsi boş qaldı.
Müasirləri içərisində Mirzə Kazım bəy maraq dairəsinin genişliyi, zəngin elmi–mədəni fəaliyyəti ilə
əsaslı şəkildə fərqlənirdi. O, müsəlman hüququnun Rusiyada ilk tədqiqatçısı, türk dilinin ilk elmi
qrammatikasının yaradıcısı, Dağıstanda Şamil hərəkatının, İranda babilər hərəkatının ilk tədqiqatçılarından
biri olmuşdur. O, səkkiz dildə (azərbaycan, ərəb, fars, türk, alman, rus, fransız, ingilis) yazıb–yaratmış,
bununla yanaşı Sədinin "Gülüstan" əsərini rus dilinə, dahi rus şairi A.S.Puşkinin məşhur ―Bağçasaray
fantanı‖ poemasını Azərbaycan dilinə, ―Dərbəndnamə‖ni isə ingilis dilinə tərcümə etmişdir.
Əməkdar professor Mirzə Kazım bəyin çap olunmuş 45–ədək əsəri vardır: bunlardan 10–u ingilis,
alman, fransız dillərində, 30–u rus dilində, qalanları isə Azərbaycan, ərəb, fars və tatar dillərində yazılan
böyük əsərlərdir. Bütün bunlarla yanaşı onun bitməmiş bir neçə əsəri də qalmışdır. Kazım bəy Rus
şərqşünaslıq elmini zənginləşdirən ―Türk–tatar dilinin ümumi qrammatikası‖nın təkrar nəşri (1846),
―Dərbəndnamə‖ (1850) və İmperator Hərbi Akademiyasında keçirilən türk dili kursu üçün hazırlamış dərs
vəsaitinə görə 3 dəfə yüksək ―Demidov‖ mükafatına layiq görülmüşdür
Mirzə Kazım bəy tədqiqatlarında Azərbaycan dilinin türk dilləri arasında ən məlahətli dil olduğunu
göstərək, dilimizin ifadə imkanlarının genişliyini ön plana çəkirdi. O, ərəb əlifbasının Şərq xalqlarının
mədəniyyətinin inkişafında bir maneə olduğunu və Azərbaycan dilinin xüsusiyyətlərinə uyğun olmadığını
göstərək, ərəb əlifbasının dəyişdirilməsi uğrunda mübarizə aparan M.F.Axundovla həmfikir olmuş, dini
xurafatın və mövhumatın tənqidində onunla eyni mövqedən çıxış etmiş və ―Kəmalüddövlə məktubları‖
əsərinə xüsusi dəyər vermişdir.
Mirzə Kazım bəyin yaradıcılığında kitabxana işi və kitabxanaşünaslıq məsələləri də xüsusi yer tutur.
Mədəni inkişafda və təhsil prosesində kitabxana işinə yüksək qiymət verən Kazım bəy kitabxanaşünaslığın
nəzəri problemləri haqqında bir çox dəyərli fikirlər söyləmişdir. Kazım bəyin ―Sovremennik‖ jurnalında çap