Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə253/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   249   250   251   252   253   254   255   256   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

481


 

 

olunmuş  üçüncü  məqaləsi  Peterburq  kitabxanasının  buraxdığı  Şərq  əlyazmalarının  kataloquna  həsr 



olunmuşdu. Alim məqaləsində yazırdı: ―Fikir elmin atasıdır, söz anası, yazı isə onun həyatıdır...Kataloq elm 

xəzinəsinin açarıdır. Kataloqsuz kitabxana qaranlıq bir gecədə gülzara bənzəyər...Şərqdən bizə gəlib çatmış 

qiymətli  əlyazmalar  Şərqin  zəkası  və  ağlıdır,  Şərqin  tükənməz  xəzinəsidir...Bu  əlyazmaların  saxlandığı 

Peterburq  kitabxanası  ilə  biz  fəxr  etməliyik...‖.  Kazım  bəy  dünya  kitabxanaşünaslıq  fikri  tarixində  demək 

olar ki, ilk dəfə kitabxana kataloqunun  elmi mahiyyətini açır, ədəbiyyatın kataloqlaşdırılmasına elmi-nəzəri 

istiqamət verir. 

Rus və Şərq dillərinin qarşılıqlı əlaqələrinə dair sanballı tədqiqatlar müəllifi, Şərqdə baş verən ictimai–

siyasi  hadisələrin  ilk  elmi  şərhçisi  və  tədqiqatçısı  olan  Mirzə  Kazım  bəy  öz  humanist  ideyaları  ilə  dünya 

xalqlarına töhfələrini vermiş, onun ərəb, fars və türk xalqlarının qədim və orta əsrlər tarixinə həsr olunmuş 

əsərləri pedaqogika elminin inkişafında mühüm rol oynamışdır.  

 

 

 



PEDAQOJĠ ÜNSĠYYƏT ÜSLUBLARININ EKSPERĠMENTAL TƏDQĠQĠ 

                                                                                                                  

Valehova S.N. 

Bakı Slavyan Universiteti 

 

Tədris  prosesində  şagirdlərlə  müəllimin  qarşılqlı  fəaliyyətinin  xüsusiyyətlərini  öyrənmək,  pedaqoji 

ünsiyyətin fərdi üslubunun ümumi təhsil prosesinə təsirini və rolunu müəyyən etmək,şagird  və müəllimlər 

arasında  qarşılıqlı  əlaqə  və  anlaşma    prosesinin  effektivliyini  müəyyənləşdirmək  üçün  eksperimental  yolla 

bir sıra məsələləri araşdırmağa çalışdıq.  

Tədqiqat Bakı Slavyan Liseyində aparıldı. Subyekt olaraq, müxtəlif yaşlı və fərqli iş stajına malik bir 

neçə  müəllim  götürüldü.  Araşdırmanın  birinci  mərhələsində  biz  V.G.  Maralovun  standartlaşdırılmış 

müşahidəsi  metodundan  istifadə  edərək  faktiki  materialları  topladıq.  Müxtəlif  şəraitdə  müəllimlərin 

davranışını  müşahidə  edərək,  onların  uşaqlara  təsirinin  emosional  göstəriciləri  müəyyən  üsullarla  qeyd 

edildi: 


 - icazə verir - qadağan edir; 

- həvəsləndirir - cəzalandırır; 

- tərifləyir - danlayır; 

- diqqət yetirir - məhəl qoymur; 

- təşkil edir - intizam yaradır; 

- köməklik edir - yardım göstərmir; 

- müstəqillik verir - nəzarət edir; 

- xahiş edir - tələb edir

- maraqlıdır - maraq doğurmur. 

Əldə olunan məlumatlar (nəvazişli, yaxud laqeyd baxış; isti və ya soyuq danışıq tonu; təbəssüm və ya 

qəzəbli üz ifadəsi) xüsusi cədvəllərdə  «+» və ya  «-» işarələrinin köməyi ilə qeyd olundu. 

Materialın təhlili nəticəsində dörd tip pedaqoq təsbit olunmuşdur: 

Birinci  tipə  şagirdlərlə  daima  ünsiyyətdə  olan  müəllimləri  aid  etmək  olar.  Bu  cür  müəllimlər  təkcə 

dərsdə,  məktəbdə,  təlimlə  bağlı  məsələləri  həll  edərkən  şagirdlərlə  ünsiyyətdə  olmaqla  kifayətlənmirlər. 

Onların şagirdlərlə ünsiyyəti şagird həyatının bütün sahələrini əhatə edir. Bu cür  ünsiyyət öz səmərəliliyi, 

müəllimin şagirdlərə inamı ilə fərqlənir. Həmin müəllimlər demokratik rəhbərlik üslubuna malik olurlar. 

Şagirdlərlə  qarşılıqlı  ünsiyyətin  səmərəliliyinə  görə  ikinci  tip  müəllimlərə  -  şagirdlərə  hörmətlə 

yanaşan  və  şagirdlərdə  onlara  qarşı  dərin  inam  və  etimad  doğuran  müəllimlər  aid  edilir.  Lakin  onun 

şagirdlərlə qarşılıqlı ünsiyyəti ən çox təlim prosesində mövcud olur, təlimdən kənar vaxtlarda isə müxtəlif 

səbəblərdən bü cür ünsiyyət müntəzəm xarakter daşımır. Buna baxmayaraq, bu və ya digər şagird çətinliyə 

düşdükdə və bunu həll edə bilmədikdə həmin müəllimə müraciət edir, bu zaman onların arasındakı ünsiyyət 

səmimilik və inam səviyyəsində baş verir. Həmin qrupa daxil olan müəilimlərdə demokratik rəhbərlik üslubu 

üstünlük  təşkil  edir.  Bunudan  başqa,    ikinci  tip  müəllimlərdə  bəzən  avtoritar  rəhbərlik  üslubu  da  özünü 

göstərir. 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

482


 

 

Şagirdlərlə qarşılıqlı ünsiyyətin xarakterinə görə üçüncü tipə aid olan müəllimlər əvvəlkilərdən bir sıra 



cəhətlərinə görə fərqlənirlər. Bu cür  müəllimlər, adətən, şagirdlərlə yaxın ünsiyyət saxlamağa cəhd göstərir, 

bü ünsiyyətə can atırlar. Lakin buna nail ola bilmirlər.  

Bu cür ünsiyyətin baş tutmamasının səbəbinə gəldikdə, onlar vaxtın çatmaması üzündən öz cəhdlərini 

həyata  keçirə  bilmirlər.  Ünsiyyətə  cəhd  göstərməsinə  baxmayaraq,  şagirdlər  onlara  inanmadıqlarına  görə 

qarşılıqlı ünsiyyət baş tutmur. Belə müəllimlər ya həddindən artıq mentor (öyüdçü) pozası tutur, ya onlara 

verilən sirri saxlaya bilmir, şagirdlərin hörmətini qazana bilmirlər. Ona görə də bu cür müəllimlərin şagird 

kollektivini idarə  etmələri çətinləşir.  Bu  cür  müəllimlər  arasında avtoritar  rəhbərlik  üslubuna  malik  olanlar 

tez-tez  özünü  göstərir.  Bununla  yanaşı,  həmin  qrupa  daxil  olan  müəllimlər  arasında  müəyyən  sayda 

demokratik və qeyri-sabit olmayan rəhbərük üslubuna malik olan müəllimlərə də rast gəlmək mümkündür. 

Dördüncü  tipə  gəldikdə,  buraya  daxil  olan  müəllimlər  şagirdlərlə  çox  məhdud  işgüzar  ünsiyyətlə 

kifayətlənirlər.  Bu  cür  müəllimlər  şagirdlərlə  ünsiyyətə  can  atmadıqları  kimi,  dərs  dedikləri  şagirdlər  də 

onlarla yaxın ünsiyyətə, ürək sözlərini deməyə, onlarla məsləhətləşməyə meyl göstərmirlər. Bu qrupa, əsasən 

avtokratik və etinasız rəhbərlik üslubuna malik olan müəllimlər daxil olurlar. 

 

 



AZƏRBAYCAN MAARĠFPƏRVƏRLƏRĠNĠN MĠLLĠ DƏRSLĠK YARATMAQ 

 UĞRUNDA MÜBARĠZƏSĠ 

 

Yakup Özden Rıza 

Bakı Slavyan Universiteti 

 

XIX  əsrin  əvvəllərindən  1917-ci  ilə  kimi  Azərbaycanda  bir  sıra  dərslik  və  dərs  vəsaitləri  nəşr 

olunmuşdur.  XIX  əsrin  axırlarında  Azərbaycan  dilinin  dövlət  məktəblərinin  tədris  planına  qismən  daxil 

olması,  bu  dilin  öyrənilməsinin  zəruriliyi,  ana  dilində  bir  sıra  dərslik  və  dərs  vəsaitlərinin  yaranması  ilə 

nəticələndi. Əsasən digər millətlərdən olan şagirdlərin bu dili öyrənməsi üçün nəzərdə tutulan həmin tədris 

vəsaitlərinin tərtibi ana dilində yeni üsulla dərslik tərtib etməyin birinci mərhələsini təşkil edir. XIX əsrin 80-

ci illərində meydana gələn xalq məktəbləri ilə ana dilində dərsliklər tərtibinin ikinci mərhələsi başlandı.  Bu 

dövrdə meydana gələn dərsliklərdən A.O.Çernyayevskinin «Vətən dili» və Vəlibəyovla birgə yazdığı «Vətən 

dili»nin II hissəsi, R.Əfəndiyevin «Uşaq bağçası», «Bəsürətül-ətfal», M.Mahmudbəyovun bir neçə müəlliflə 

şərikli yazdığı «Türk əlifbası və ilk qiraət», «İkinci dil», «Üçüncü dil», «İmlamız», A.Şaiqin «Uşaq gözlüyü» 

və s. kitabları bilavasitə azərbaycanlılar üçün nəzərdə tutulmuşdu  

Şərqdə  səs  (sövti)  üsulu  ilə  yazılmış  ilk  dərsliyin  müəllifi  A.O.Çernyayevskidir.  O,  «Vətən  dili» 

dərsliyni  yazarkən  nə  qədər  orjinal  və  müstəqil  olmağa  çalışmışdırsa,  Uşinskinin  təsirindən  qaça 

bilməmişdir.    Uşinskinin  xəlqilik  ideyasını  əsas  götürən  A.O.Çernyayevski  «Vətən  dili»  kitabını  sadə  və 

təmiz Azərbaycan dilində yazdı.   

Birinci  hissədə  rəsm,  rəsmxətt  və  çap  hərflərini  öyrətmək  üçün  əlliyə  yaxın  çertyoj  var  idi.  İkinci 

hissədə isə oxu materialı verilirdi. O, oxu materialına tərbiyəvi əhəmiyyətə malik olan Talıbzadənin «Layla», 

Azərbaycan  ədəbiyyatından  götürülmüş  «Çoban  və  tülkü»,  «İki  dost»,  «Yaz»,  «Şir  və  adam»,  «Novruz», 

«Bülbül  və  qarışqa»,  «İlan  və  dəli»  kimi  sadə  xalq  dilində  yazılmış  parçaları  daxil  etdi.  Dərslikdə 

tapmacalar,  atalar  sözü,  şeirlər  də  vardır.  Dərsliyə  daxil  edilən  imla  və  inşa  qaydaları  əsasən  prof. 

M.Kazımbəyin «Azərbaycan dilinin qrammatikası» kitabından götürülmüşdür.   

«Vətən dili» dərsliyinin təsiri ilə Rəşid bəy Əfəndiyev  «Uşaq bağçası», «Bəsürətül-ətfal» dərsliklərini 

yazdı. Rəşid bəy üçün dövrün tələblərinə uyğun yeni dərsliklərin yazılması elə də problem deyildi. Belə ki, 

o,  «Vətən  dili»  dərsliyinin  hazırlanmasında  iştirak  etmişdi,  sonralar  isə  bir  müəllim  kimi  ondan 

bəhrələnmişdi. Rəşid bəy Əfəndiyev «Uşaq bağçası» kitabında yenilik edərək 32 hərfdən 8-ni atmış və 24-nü 

saxlamışdı.  Kitabda  24  hərfin  hər  birinə  aid  bir  dərs  nümunəsi  vermişdi.  Dərslik  uşaqların  yaş  və  bilik 

seviyyəsinə müvafiq tərtib olunmuşdu.  

Azsonra  Rəşid  bəy  Əfəndiyev  uşaqlar  üçün    yeni    bir  dərslik  yazdı.  1901-ci  ildə  onun  Bakıda 

«Bəsürətul-ətfal»  kitabı  nəşr  edildi.M.Mahmudbəyov  1907-ci  ildə  Bakıda  «Türk  əlifbası  və  ilk  qiraət» 

kitabını  nəşr  etdirdi.S.S.Axundov,F.Ağazadə,  Əfəndizadə  «Əlifba  dərsliyi»,  N.Nərimanov  «Samauçitel 

tatarskoqo  yazıka  dlya  russkix»,  «Türk  Azərbaycan  dilinin  müxtəsər  sərf  nəhvi»,  «Samouçitel  russkoqo 

yazıka», Ü.Hacıbəyov «Türk-rusi» və «Rusi-türk» lüğəti, F.Ağazadə, Axundzadə, M.M.Məhəmmədzadə ilə 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə