Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə254/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   250   251   252   253   254   255   256   257   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

483


 

 

birlikdə  «Yeni  türk  əlifbası»,  F.Ağazadə  «İşçinin  ikinci  kitabı»,  «Şəkillərdə  hərflər»  metodiki  kitabçasını 



yazmışlar. 

XX əsrin əvvəllərində Azərbaycanda milli dərsliklərin yaranmasına, milli mətbuat nümunələrinin nəşri 

mühüm  təsir  göstərir.  Milli  mətbuatın  əsası  hesab  olunan  «Əkinçi»dən  (1875-1877)  sonra  bir  neçə  yeni 

mətbuat orqanı, o cümlədən «Şərqi-rus» qəzeti yarandı. «Mola Nəsrəddin» (1906-1931), «Füyuzat» (1906-

1907) jurnalları ilə ictimai fikir yüksək səviyyəyə çatdı. Pedaqoji hərəkatın inkişafını təmin edən ilk pedaqoji 

mətbuat nümunələri yarandı. Ə.Cəfərzadənin redaktorluğu ilə «Dəbistan» (1906-1908), M.Mahmudbəyovun 

redaktorluğu ilə «Rəhbər» (1906), Q.R.Mirzəzadə və Ə.T. Əfəndizadənin redaktorluğu ilə «Məktəb» (1911-

1917) jurnalları fəaliyyətə başladı. A. Şaiqin «Uşaq gözlüyü» (1910), «Gülşəni-ədəbiyyat» (1910), «Gülzar» 

(1912), Q.Rəşadın «Qafqaz coğrafiyası» (1910), Ü.Hacıbəyovun  «Hesab məsələləri» (1907), Qəmərlənski, 

M.Nərimanbəyov və başqalarının «Ana dili» (1907) və b. əsərlər meydana gəldi.  

XX  əsrin  əvvəllərində  uşaq  ədəbiyyatı  sahəsində  fəaliyyət  göstərən  yazıçı  və  şairlərin  sayı  artır, 

A.Şaiq, A.Səhhət, M.Ə.Sabir, S.S.Axundov, S.M.Qənizadə məhsuldar fəaliyyətləri ilə zəngin bədii ədəbiyyat 

nümunələri yaratmağa nail olurlar. Uşaq ədəbiyyatı isə müstəqil ədəbi yaradıcılıq sahəsi kimi özünü təsdiq 

edir, bu illərdə qazanılan uğurlar uşaq ədəbiyyatının sonrakı inkişafına güclü təsir göstərir. 

 

                                   

QLOBALLAġMA VƏ MƏNƏVĠ TƏRBĠYƏ 

 

Zeynalova A.S. 

Naxçıvan Dövlət Universiteti 

  

Qoballaşma,  dövründə  aparılan  islahatlar,  əsaslı  dəyişikliklər,  texnoloji  innovasiyalar  cəmiyyətin 

müxtəlif sahələrində sürətli inkişafının, nailiyyətlərinin trayektoriyası olsa da, bu prosesin tarixi-mədəni irsə, 

əxlaqi-mənəvi,  sabit,  ümumbəşəri  dəyərlərə  təhlükə  meyilləri  də  danılmaz  faktdır.  Qlobal  inteqrasiya,  bir 

tərəfdən  ölkələr  arasında  qarşılıqlı  iqtisadi,  sosial,  siyasi  inkişafı,  maddi  və  mənəvi  dəyərlərin  milli 

hüdudlarını  aşaraq  dünya  səviyyəsində  yayılması,  fərqliliklərin  adaptasiyası,  digər  tərəfdən  milli  ləyaqət, 

milli dövlətçilik, milli- mənəvi dəyərlər problemi şəkilində ortaya çıxır. Sevgi, hörmət, güvən, ədalət, şəfqət 

və mərhəmət hisləri itdikcə, xəyanət, eqoizm, ədalətsizlik kimi mənfi davranışlar özünü göstərir. Hər şeyin 

maddiləşdiyi  bir  zamanda  ―təmiz  cəmiyyət‖  quruluşunu  yaratmaq  üçün  təpədən-dırnağa  əxlaqi,  mənəvi 

mənada bir təmizlənməyə ehtiyacımız olduğu şübhəsizdir. 

Qloballaşmanın  təbiətindən  doğan  zəruri  dəyişikliklər,  ictimai-siyasi,  mədəni  islahatlar,  siyasi 

plüralizm,  fikir  azadlığı,  vətəndaş  cəmiyyəti  quruculuğu  sahəsində  demokratik  mühitin  yaranmasını  təmin 

edir. Təbii ki, Azərbaycan Respublikası dünya birliyinin üzvü kimi dəyişən dünyanın reallıqlarından, qlobal 

inteqrasiya  proseslərindən  təcrid  oluna  bilməz.  Lakin  bu  adaptasiya,  modernləşmə,  mütərəqqi  təcrübəyə, 

elmi  innovasiyalara  əsaslanaraq  şüurlu  şəkildə,  milli  şəxsiyyətimizi  təşkil  edən  spesifik  xüsusiyyətlərimiz 

itirilmədən reallaşmalıdır. Vətəndaş cəmiyyətinin formalaşdırılması üçün şəxsiyyətin toxunulmazlığı, fikir və 

söz azadlığı, tolerantlıq mühitinin bərqərar olmasının vacibliyi kimi, əxlaqi-mənəvi, milli, bəşəri dəyərlərin 

mühafizəsi istiqamətində də konkret addımların atılması zəruridir, mütləqdir 

Demokratiyanın siyasi sistem kimi formalaşdırılmasını tələb edən qloballaşma və mədəni inteqrasiya 

prosesində  Azərbaycan  Respublikasının  da  iştirakı  mədəniyyət  siyasətini,  milli-mənəvi  dəyərlərin 

qorunmasını zərurətə çevirir. Xalqın tarixən formalaşmış əxlaqi-mənəvi meyarlarını, genetik yaddaşını, tarixi 

kimliyini,  milli  irs  və  özünəməxsusluğunu,  adət-ənənələrini  gələcək  nəsillərə  aşılamaq,  əxz  etdirmək  kimi 

tarixi  missiyanın  həyata  keçirilməsi  xüsusilə,  təhsil  nümayəndələrindən,  orta  və  ali  təhsil  müəssisələrində 

çalışan pedaqoqlardan daha böyük məsuliyyət tələb edir. Milli özünəməxsusluğu, milli ənənələrimizi, əxlaqi-

mənəvi  dəyərlərimizi  qloballaşmanın  ziddiyyətli  təbiətindən  qorunması  təhsil  sistemində  xüsusi  təlim 

mexanizminin  hazırlanması,  gənclərin  mənəvi  dəyərlər  əsasında  tərbiyəsinin  məzmunu,  forması,  metodları 

və  yollarının  yenilənməsi  sosial-tarixi  səbəb,  zamanın  problemindən  doğan  zərurətdir.  Düşünürük  ki,  bu 

istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi 

məqsədəuyğun olar. 

Müasir  dünyada,  xüsusilə  Avropanın  bir  sıra  dövlətlərində  milli  faciə,  qlobal  ailə,  nikah,  nəsil 

böhranının  Azərbaycanda  da  yaşanmaması,  demoqrafik  problemlərin  kütləviləşməməsi  üçün  mənəviyyat 

fənninin  tədrisi  bir  əxlaq  səfərbərliyi  ola  bilər.  Şərəf,  ləyaqət,  namus  kimi  mentallaşmış  dəyərlərin,  ailə 

ənənələrinin  qorunmasında,  xüsusilə  yeniyetmələrin  cinsi  tərbiyəsində  bədii  ədəbiyyatın,  folklor 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

484


 

 

nümunələrinin,  o  cümlədən  klassiklərin  əsərlərinin  bədii,  poetik  çalarları,  sənətkarlıq  xüsusiyyətləri  deyil, 



əxlaqi-mənəvi  mahiyyəti  önə  çəkilməli,  gənclərin,  ədalət,  humanizm,  xeyirxahlıq,  yardımsevərlik,  halallıq, 

zəhmətkeşlik,  böyüklərə  hörmət,  kiçiklərə  və  qocalara  qayğı,  mərdlik  və  s.  ruhda  tərbiyə  edilməsinin 

metodologiyası  açıqlanmalıdır.  Məsələn,  Nizami  Gəncəvinin  saf  məhəbbəti  tərənnüm  edən  ―Xosrov  və 

Şirin‖ əsərinin mənəvi-tərbiyəvi aspektləri göstərilməklə, həm də bir əxlaq poeması kimi tədrisi doğru olar. 

Poemada  ―Məhinbanunun  Şirinə  öyüdü‖  başlıqlı  parça  isə  yeniyetmə,  gənc  qıza  verilən  ən  mükəmmməl 

əxlaq dərsi, etik prinsip kimi qiymətlidir. 

Mənəviyyat dərslərində müəllim seçimi, mənəvi atmosfer diqqət ediləsi pedaqoji nöqtələrdir. İlk öncə 

mənəviyyat  fənnini  tədris  edən  pedaqoqların  elmi  dərəcəsindən  asılı  olmayaraq,  auditoriyaya  girməyə 

mənəvi  haqqı  olmalı,  şagirdin,  tələbənin  rəğbətini  qazanmağı  bacarmalıdır.  Digər  tərəfdən,  müəllimlərin 

özünün də tədris prosesinə başlamazdan əvvəl bu istiqamətdə müəyyən biliklərə yiyələnməsi faydalı və vacib 

pedaqoji şərtdir. 

Mənəvi  atmosfer  və  duyğular,  bu  tədris-təlim  prosesinin  əsas  amillərini  təşkil  etməlidir;  mənəvi 

duyğulardan  uzaq,  texniki  şəkildə,  sıradan  bir  dərs  kimi  tədris  dəyərləri  əhəmiyyətsizləşdirər.  Bu  səbəblə, 

pedoqoqların üzərinə düşən əsas vəzifə dərs prosesində mənəvi atmosfer yaratmaqdır. Şagirdlərin, tələbələrin 

biliyinin  qiymətləndirməsinə  gəlincə,  motivasiyaedici  şifahi  qiymətləndirmələrdən  istifadə  daha 

məqsədəuyğundur. 

Dünyaya  gələn hər fərdin mədəni və  mənəvi inkişafını ilk olaraq valideynləri, ailəsi, paralel şəkildə 

təhsil aldığı müəssisə və sosial mühit müəyyənləşdirir. Bu məntiqə əsasən, mənəviyyat dərslərinin tədrisi ilə, 

millət  olaraq  əvvəlcə  ailədən  başlamaq  üzrə,  bəşəri  dəyərləri  milli  və  mənəvi  dəyərlərdə  yoğurub, 

keçmişindən və milli şəxsiyyətindən almış olduğu güclə gələcəyə inamla baxan fədakar və əzmli, ənənələrə 

sadiq, eyni zamanda qul psixologiyasından uzaq – demokratik prinsiplərə bağlı, sevgi və ədalət duyğusu uca 

olan  gənclər  yetişdirmək  prioritetimizə  çevriləçək.  Unutmamalıyıq  ki,  bugünkü  gənclik  millətin  gələcəyi, 

dövlətin müqəddəratıdır. Gənc nəsil isə bizim istədiyimiz kimi deyil, tərbiyə etdiyimiz kimi formalaşır. 

Bilik və mənəviyyat məktəbdə təlim - tərbiyə işlərində vahid, tam proses kimi şəxsiyyətin idrakının və 

mənəviyyatının  formalaşmasına  xidmət  edir  ki,  bu  da  onlarda  elmi  dünyagörüşün  təşəkkülü  və  inkişafını 

şərtləndirir.  Bilikdə  humanist,  mənəvi  ideallar  və  dünyagörüşü  funksiyası  əks  olunur.  Təlim  prosesində 

dünyagörüşü bilikləri başlıca yer tutur. Bu biliklər isə sosial hadisələr haqqında yalnız informasiya verməklə 

məhdudlaşmır,  burada  hadisələrə  şəxsi  münasibət  də  təzahür  edir.  Məhz  bu  münasibətləri  yüksək  mənəvi 

fəaliyyət  formasına  salmaq,  şagirdləri  əmək  və  vətəndaşlıq  borcunu  yerinə  yetirməyə  hazırlamaq  sosial-

pedaqoji tələb kimi ödənilməlidir.  

Yekun olaraq göstərək ki, ümumtəhsil məktəblərində şagirdlərin təlim fənləri üzrə əldə etdikləri bilik, 

bacarıq və vərdişlər yetişən nəslin müxtəlif elm sahələri üzrə anlayış və qanunauyğunluqlar haqqında zehni 

səviyyəsini  formalaşdırmaqla  məhdudlaşmır.  Bilik  faktlar,  hadisələr,  rəqəmlər  yığımı  deyil.  O,  insanda 

dünyagörüşü ətraf aləmə, insanlara, cəmiyyətə, özünə müəyyən normalar daxilində münasibət formalaşdırır, 

mənəvi  simanı  traktovka  etmək  imkanına  malikdir,  məktəbdə  öyrədilən  fənlər    şagirdin  intellektual 

səviyyəsini  və  mənəvi  simasını  formalaşdırmaq  funksiyasını  yerinə  yetirir.  Belə  bir  yüksək  məzmun 

keyfiyyətlərinə-bilik  və  mənəvi  tərbiyə  imkanlarına  malik  fənnlər  sisteminin  pedaqoji  əsaslarını  üzə 

çıxarmaq,  təcrübi  işdə  ondan  istifadə  etmək  yetişən  nəslin  insan,  vətəndaş  kimi  formalaşması  məqsədinə 

əhəmiyyətli dərəcədə təsir göstərə bilər.  

 

 



СТИЛИ ПЕДАГОГИЧЕСКОГО ОБЩЕНИЯ 

 

Ахмедли Т.Э. 

Бакинский славянский университет 

 

Педагогическое общение является одним из составляющих учебно-воспитательного процесса в 

общеобразовательной школе, где на первый план выступают взаимоотношения учителя и учащихся. 

При организации педагогического общения педагогами используются различные стили общения. 

Стиль  общения –  это  устойчивая  форма  способов  и  средств  педагогического  взаимодействия 

людей  друг  с  другом.  От  стиля  общения  зачастую  зависит  качество  обучения  и  воспитания,  ибо 

оптимальный стиль общения является и условием развития учащихся. Еще в 1938 году Курт Левин в 

своих экспериментальных исследованиях доказал это.  




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə