Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
477
özünüqiymətləndirmə səviyyəsi aşağı düşür. Bu baxımdan qeyd edə bilərik ki, inklüziv təhsilə cəlb olunan
uşaqları təlim fəaliyyətinə adaptasiya etmək üçün həmin müəssisənin tərbiyəçi, müəllim və psixoloqlarının
üzərinə böyük iş düşür. Bunda isə məqsəd məktəbəqədər təhsil müəssisəsində, məktəbdə çalışan
tərbiyəçilərin, uşaqlarda kollektivçilik, davranış və başqa keyfiyyətləri formalaşdırmaqdır.
İnklüziv təhsilə cəlb olunan uşaqların təlim məşğələsinə adaptasiyası üçün bir sıra psixopedaqoji
şərtlər var. Həmin şərtlər aşağıdakılardır: (4)
• uşaqlara psixoloji və pedaqoji cəhətdən düzgün təsir etmək;
• tərbiyəçinin şəxsi fikir və tövsiyələrinin dərk edilməsi üçün uşaqlara geniş imkanlar yaratmaq;
• təlim prosesində məlumatların tam və aydın tərzdə qavranılması üçün uşaqlarda xüsusi bacarıqlar
inkişaf etdirmək, uşağa xəstə kimi baxıldığını hiss etdirməmək;
• uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmaqla, həmçinin, böyüklər və həmyaşıdları ilə
ünsiyyət qurmaq bacarıqlarını formalaşdırmaq;
• yeni şəraitə psixoloji adaptasiyasının davamlı inkişafını təmin etmək.
Sosial-psixoloji adaptasiya prosesində vacib olan məqamlardan biri sosial rollara daxil olmaq və onları
dəyişmək qabiliyyətidir. Adaptasiyanın effektivliyi isə sadəcə istifadə olunan rolların sayından yox, həm də
onların seçiminin effektivliyindən asılıdır. Sağlamlıq imkanları məhdud uşaqlarda psixoloji adaptasiya
peşəkar sosial və şəxsiyyətlərarası münasibətlər sistemində şəxsiyyətin funksionallaşma balansını
qiymətləndirməyə imkan verən vacib sosial kriteriya hesab olunur. (3, 325 s)
Düzgün aparılmış psixopedaqoji işlər nəticəsində inklüziv təhsil alan uşaqlarda təlim prosesinə və
cəmiyyətə adaptasiya da formalaşa bilər. Keçirilən məşğələlər isə uşağın psixi vəziyyətində mənfi
dəyişikliklərin aradan qaldırılmasına, fəaliyyətlərində səmərəliliyin artırılmasına, inkişafına köməklik
göstərəcəkdir. Bu isə həmin uşaqların təlim prosesinə, mühitə düzgün adaptasiyasına gətirib çıxaracaq.
KĠÇĠK YAġLI MƏKTƏBLĠLƏRĠN ĠġTĠRAKI ĠLƏ KEÇĠRĠLƏN DƏRSDƏNKƏNAR
TƏDBĠRLƏRĠNDƏ PSĠXOLOJĠ MƏSƏLƏLƏR
Süleymanova A.E.
Bakı Slavyan Universiteti
Kiçikyaşlı məktəblilər özünəməxsus, fərdi fizioloji, psixoloji cəhətləri ilə digər yaş qrupunun
məktəblilərindən seçilir. Qeyd olunan cəhətlərdən asılı olaraq kiçik yaşlıların xüsusiyyətləri formalaşır. Həm
dərs prosesində, həm digər təlim-tərbiyə prosesləri burada aktiv rol oynayır. Ona görə də tərbiyənin ayrı-ayrı
sahələrində, təlimin formalarında iş aparılarkən həm pedaqoji, həm psixoloji məqamlara toxunmaq, onları
diqqətdə saxlamaq lazımdır. Dərsdənkənar təlim-tərbiyə prosesi zamanı psixoloji məsələlər ayrı-ayrı
bölmələr üzrə qismən işlənilmişdir. Məsələn, dərsdənkənar işlər zamanı əxlaqın əməyə təsiri, eyni zamanda
dərsdənkənar təlim tərbiyə iş prosesinin xüsusiyyətləri də tam olaraq öyrənilməmişdir. Tədqiqat işlərinin
yarım fəsillərində qeyd olunan məsələlərə toxunulmuşdur. Rus tədqiqatları bu baxımdan daha zəngin hesab
oluna bilər. D.İ.Feldşteyinin tədqiqatları əməyin tərbiyəyə təsirinin ümumi psixoloji problemlərinə həsr
olunmuşdur. Xüsusi şəraitdə - internat məktəblərində ictimai-faydalı əməyin əxlaqa təsirinin psixoloji
məsələlərini araşdırmış, bu gün də öz əhəmiyyətini saxlamaqdadır.
İbtidai sinif şagirdləri üçün, xüsusilə təlimin ilk illərində şəxsi maraq daha böyük əhəmiyyətə malikdir
və onu nəzərə almadan uşaqlarda ictimai maraq anlayışı yaratmaq mümkün deyil. Bir qədər də
dəqiqləşdirsək, şagirdləri başqaları üçün fəaliyyətə cəlb etmək şəxsi maraqlardan, yaxın ətrafın (sinif
kollektivinin, məktəb kollektivinin və s.) marağına, burdan isə cəmiyyətin marağına doğru
istiqamətləndirməkdən keçir. Göstərilən cəhətlərin hər hansı birinə üstünlük vermək, digərinə isə biganəlik
göstərmək olduqca yanlışdır. Bütünn yaş dövrlərində, xüsusilə ibtidai siniflərdə şagird marağına əhəmiyyət
verməmək mənfi münasibətin yaranmasına səbəb olur.
Şagirdlər müxtəlif dərsdənkənar işlərin tədbirlərində həvəssiz iştirak edirlər, nəzərdə tutulan işlər
şagirdlərin daxili tələbatlarına çevrilmir. Həmçinin dərsdənkənar işlərin hazırlıq mərhələsində mütləq
şagirdlərə görüləcək işlərin əhəmiyyəti izah olunmalıdır. Əks halda uşaqların işə münasibəti soyuq olacaq,
istəyərəkdən deyil, məcburiyyətdən iştirak etmiş olacaqlar.
Dərdənkənar işlərin təşkili zamanı yuxarıda qeyd olunan məqam unudulduqda şagirdlər verilən
tapşırıqları necə gəldi yerinə yetirir, yoldaşlarına kömək etmir, evə getməyə tələsirlər. İşin faydasından
danışmadıqda şagirdlər uydurma bəhanələrlə də tədbirlərdən yayına bilər. Doğrudur, dərsdənkənar işlərdə
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
478
könüllülük əsas şərtlərdəndir, lakin işin faydası şagirdlərə izah olunsa, şagirdlərdə maraq doğursa şagirdlər
özləri də bu tədbirlərdə iştirak etməyə can atacaqlar. Keçiriləcək hər hansı bir tədbirin əhəmiyyətindən
tədbirdə iştirak edəcək şagirdlərə izah olunması işin tərbiyəvi təsirini yüksək səviyyədə artırır.
Tədbirin əhəmiyyətininin şagirdlərə izahı, hər şeydən əvvəl, uşaqlara psixoloji cəhətdən səmərəli təsir
edir: maraq şagirdləri fəaliyyətə istiqamətləndirir. Şagirdin marağı stimullaşdırıcı amillərdən biri hesab
olunur. Fəaliyyət prosesində qabiliyyətlərin formalaşdırılmasına biganə münasibət marağın tədricən
azalmasına gətirib çıxarır. Bu nəticə dərsdənkənar tədbirə mənfi təsir göstərir. Psixoloji ədəbiyyatda bu
məsələ tədqiq olunmuşdur.
Maraq və qabiliyyətlər arasındakı nisbətin gözlənilməsi, tarazlığın nəzərə alınması davamlı maraqların
yaranmasına və formalaşmasına istiqamət verir. Qabiliyyəti inkişaf etdirən mühüm amillərdən biri insanın
xüsusi maraqlarıdır. Xüsusi maraqlar insan fəaliyyətinin müəyyən sahəsinin məzmununa aid olan, bu
fəaliyyət növü ilə əsaslı məşğul olmaq meylinə çevrilən maraqlardır. Bu və ya digər əmək, yaxud təlim
fəaliyyətinə marağın əmələ gəlməsi, həmin fəaliyyətə olan qabiliyyətlərin oyanması ilə sıx surətdə bağlıdır.
Bu maraq qabiliyyətinin inkişafına müsbət yöndə təsir edir.
Dərsdənkənar tədbirlərinin psixoloji problemlərindən bəhs edərkən şagird marağının onun iş
prosesində baş verənlərin dərk etməsinə yardım göstərdiyini yaddan çıxarmaq olmaz. Maraqlar müxtəlif
sahələrdə fəaliyyətə şagirdlərdə daxili bir həvəs oyadır. Maraq fəaliyyətin keyfiyyətinə, icra sürətinə ciddi
təsir edir. İşin həm keyfiyyətli, həm də sürətli icrası şagird üzərinə diqqətin cəmlənməsi ilə nəticələnir.
Deməli, dərsdənkənar tədbirlərdə şagirdlərin şəxsi maraqlarının nəzərə alınması olduqca vacibdir.
XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ AZƏRBAYCANDA ĠCTĠMAĠ-PEDAQOJĠ HƏRƏKAT
Şərifova M.Ə.
Bakı Slavyan Universiteti
XX əsrin əvvəllərin də siyasi qüvvə və hərəkatlar, əsası hələ XIX əsrin ikinci yarısında qoyulmuş dörd
istiqamətdə cəmləşmişdi. Onlardan biri «maarifçi demokratlar» hərəkatı idi. Bu hərəkatın formalaşmasında
«Əkinçi» (1875-1877), «Ziya» (1879-1881) və «Qafqazın ziyası»( 1881-1894) qəzetlərinin və «Kəşkül»
(1887-1894) jurnalının mühüm rolu olmuşdu. Bu hərəkatın görkəmli nümayəndələri M.F.Axundov,
H.B.Zərdabi, N.Nərimanov, S.Ə.Şirvani, R.Əfəndiyev, S.M. Qənizadə və b. idi.
İkinci ictimai hərəkat inqilabçı demokratlar idi. Bu hərəkatın formalaşmasında «Molla Nəsrəddin»,
«Dəbistan» jurnallarının, M.Ə.Sabir poeziyasının müstəsna əhəmiyyəti olmuşdu, Azərbaycanda milli-
demokratik hərəkatın formalaşması da bu dövrə aiddir. Milli-demokratik fikrin əsasları hələ XDC əsrin
ikinci yarısında verilmişdi. Bu cəhətdən M.F.Axundovun fəlsəfi və dram əsərləri, H.B.Zərdabinin «Əkinçi»
qəzeti və s. müstəsna əhəmiyyətə malik idilər. Ümumən milli demokratik fikrin formalaşdırılmasında Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağayev, Üzeyir bəy Hacıbəyov, və b. böyük xidmət göstərmişdilər. Bu ideyaların
təbliğində «Həyat», «Füyuzat», «İrşad», «Təzə həyat», və b. mətbu orqanların müstəsna rolu olmuşdur. XX
əsrin əvvəllərində Azərbaycanda, xüsusən Bakıda geniş yayılan ictimai-siyasi hərəkatlardan biri də sosialist-
demokratiya hərəkatı idi. O, fəhlə ideologiyasını təmsil edirdi.
Bu hərəkatın başında əsasən qeyri-azərbaycanlılar dururdular. Onlardan P.Toçiyskini, A.Yenukidzeni,
S.Avetisyanı, İ.Krasini, A.Begzadyanı, B.Knunyantsi, İ.Sturuanı, V.Ketsxovelini və b. göstərmək olar. Bu
hərəkata azərbaycanlılardan da qoşulanlar var idi. Ə.Axundov, N.Nərimanov, M.Əzizbəyov, S.M.Əfəndiyev,
M.Məmmədyarov, M.B.Qasımov və b. bu qəbildən idilər. Əvvəllər M.H.Hacınski, M.Ə.Rəsulzadə də bu
hərəkatda iştirak etmişdilər. Lakin sonralar onlar bu hərəkatdan uzaqlaşmışdılar.
Əslində bu hərəkat Azərbaycanda Ümumrusiya sosialist və sosial-demokratiya hərəkatının tərkib
hissəsi, onun filialları kimi fəaliyyət göstərirdi.
Sözügedən ictimai hərəkatların hərəsinin özünəməxsus qayəsi var idi. Birincilər Azərbaycanın
səadətini maariflənmədə, mədəniyyətin inkişafında, ikincilər cəmiyyətin nöqsanlarını, yaramazlıqlarını
kəskin tənqid etməkdə, üçüncülər milli azadlıq, heç olmasa, demokratik Rusiya tərkibində milli muxtariyyət
əldə etməkdə və nəhayət, dördüncülər mövcud cəmiyyəti radikal yolla dəyişdirməkdə görürdülər.
Dördüncülər, xüsusən inqilabi sosial-demokratiya (bolşeviklər) milli parçalanma, vətəndaş müharibəsi yolu
ilə cəmiyyəti dəyişdirməyə üstünlük verirdilər.