Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə237/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   233   234   235   236   237   238   239   240   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

451


 

 

məktəblərində təhsil prosesi dedikdə 3 tərkib hissənin: təlim-tərbiyə, tədris-idrak və özünütəhsil proseslərinin 



vəhdəti başa düşülür. Qeyd etmək lazımdır ki, ümumtəhsil məktəblərində hər bir müəllim şagirdlərin tədris-

idrak  fəaliyyətini  idarəedənlər  subyekt,  tədris  müəssisəsinin  rəhbəri  (direktor,  onun  müavinləri)  isə 

bütövlükdə bu prosesləri idarə edən subyekt kimi çıxış edir. Ümumtəhsil məktəblərində təhsil prosesi şagird 

şəxsiyyətinin mütəşəkkil təlim-tərbiyə və tədris-idrak proseslərində kurikulumdan aşağı olmayan səviyyədə 

bilik, bacarıq və vərdişlərinin inkişafını təmin edən məqsədyönlü fəaliyyətdir.  

Ümumtəhsil    məktəbi  mürəkkəb  dinamik  sistem  olmaqla  məktəbdaxili  idarəetmənin  obyekti  kimi 

götürülməli, məktəbin və onun ayrı-ayrı komponentlərinin və ya hissələrinin idarə olunması isə ümumilikdə 

çoxprofilli  ümumtəhsil  məktəb  şəbəkəsinin  idarə  olunması  kimi  qəbul  edilməlidir.  Belə  ümumtəhsil 

altsistemlərinə  pedaqoji  prosesi,  sinif-dərs  sistemini,  məktəbin  tərbiyə  üzrə  iş  sistemini,  peşəyönümü  iş 

sistemini,  məktəbin  ayrı-ayrı  pillələri  arasındakı  qarşılıqlı  münasibətlərin  tənzimlənməsini  və  başqalarını 

daxil  etmək  olar.  Məktəbin  ayrı-ayrı  sistemlərinin  idarəolunması  məktəbdaxili  idarəetmənin  mənasını  və 

məzmununu  müəyyən  etməlidir.  Deməli,  məktəbdaxili  idarəetmə,  pedaqoji  prosesin  bütün  iştirakçılarının 

məqsədyönlü,  qarşılıqlı  əlaqələri  əasasında  prosesin  obyektiv  qanunauyğunluqlarını  nəzərə  alaraq  optimal 

nəticənin təmin olunması məqsədini həyata keçirir.  

İdarəetmədə  nəzərdə  tutulan  prinsiplərin  xüsusilə  kollegiallığın  və  nəzarət  komissiyasının  gördüyü 

ışlərin    uzlaşdırılması  prinsipinin  keyfiyyətdə  xüsusi  əhəmiyyət  kəsb  etdiyi  istər  nəzəri,  istərsə  də  praktik 

olaraq özünü göstərmişdir. Kollegial idarəetmə olmadan, pedaqoji ictimaiyyətin rəyini öyrənmədən, xüsusilə 

məktəbdaxili  nəzarətin  rəyini  nəzərə  almadan,idarəetmə  üzrə  qərarların  hazırlanması  və  qəbulunda 

komissiyalara  rəhbərlik edən şəxslərin iştirakı olmadan, habelə işin gedişi üçün rəhbərlərin şəxsi məsuliyyəti 

olmadan,  demokratik prinsiplərə söykənmədən səmərəli nəticələr əldə olunması mümkün deyil. İdarəetmədə 

müasir-sosial-təhsil situasiyasının xüsusiyyətlərindən biri təhsil müəssisələrinin özlərinin də müstəqilliyinin 

olması  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  zaman  məktəbin  sosial  rolu  artır,  insanların  təhsil  müəssisəsindən 

gözlədikləri  tələblər  özünü  doğruldur,  daxili  imkanların  artırılması  üçün  valideyn  səyi  artır. Xarici  mühitə 

istiqamətləndirmə  və  orada  müsbət  nəticə  artır.    Respublikanın  Təhsil  Qanununda,  təhsil  islahatlarında, 

inkişaf  konsepsiyalarında  əks  olunan,  təhsil  qarşısında  qoyulan  məqsəd  və  vəzifələr,  onların  həyata 

keçirilməsində  məsul  olan  rəhbərlərin  məsuliyyətlərinin  dərk  olunmasında  nəzərdə  tutulan  qərar  və 

sərəncamların  yerinə  yetirilməsi  tələb  kimi  qoyulur.  Həmin  tələblərin  keyfiyyətli  həlli  üçün  məqsədyönlü 

münasibət  olmalı,  nəzarət  imkanları  təhlil  olunmalı,  rəhbərin  idarəetmə  qabiliyyəti,  bacarığı,  tərbiyəsi, 

idarəetmənin  xarakteri,  strukturu  və  funksiyaları  məktəb  qarşısında  qoyulmuş  başlıca  vəzifələrin  həyata 

keçirilməsinə hazırlıq səviyyəsi kimi müəyyənləşdirilməlidir.  

Məktəbdaxili  idarəetmədə  səmərəli  nəticələr  əldə  etmək  üçün  nəzarətin  məzmununa  diqqət 

yetirilməlidir. Bu məsələdə məktəb direktoru, işgüzar pedaqoji kollektiv,İdarəetmədə iştirak edən kolleqiallıq 

keyfiyyətin  əldə  olunması  ücün  birgə  səy  göstərməlidirlər.Məktəbdaxili  nəzarətin      formalaşmasına  xüsusi 

diqqət yetirməlidir. Bu işdə məktəb direktorunun ümumi insani və pedaqoji mədəniyyəti müstəsna əhəmiyyət 

kəsb edir. Məktəbdə təhsilin keyfiyyəti idarəetmənin səviyyəsindən xüsusilə məktəbdaxili nəzarətin düzgün 

təşgilindən    xeyli  dərəcədə  asılıdır.  Ona  görə  də  məktəb  rəhbərliyi  pedaqoji  kollektivin  qarşısına  çıxan 

çətinlikləri  müntəzəm  öyrənməli,  Nəzarət  komissiyasının  irəli  sürdüyü  təkliflər,nöqsanlar,hətda  qabaqcıl 

təcrübə  kimi  qeyd  etdiyi  fikirlər  ciddi  araşdırılmalı,müvafiq  qərarlar  qəbul  edilməli  və    onların  aradan 

qaldırılması üçün müvafiq təşkilatı-pedaqoji işlər görülməlidir.    

 

 



PEDAQOJĠ KONFLĠKTLƏRDƏ STRATEGĠYA SEÇĠMĠ 

 

İsmayılova G.N. 



Gəncə Dövlət Universiteti 

 

Konflikt  -    cəmiyyətdə  subyektlər  arası  əks  əlaqənin  bir  forması  hesab  edilir.  İstəklər,  maraqlar, 

dəyərlər  fərqli  olduğundan  insanlar  arasında  konfliktlər  baş  verir.  Məşhur  Amerika  psixoloq-konfliktoloqu 

Ç.Likson  demişdir:  ―Əgər  insan  öz  həyatında  konflikt  yaşamırsa,  o,  nəbzinin  döyünüb  döyünmədiyini 

yoxlamalıdır‖.  Konfliktin  inkar  olunması,  yaxud  konflikt  situasiyalardan  yan  keçilməsi  özü  problemi 

dərinləşdirir, yaranmış xoşagəlməz halların qarşısının zamanında alınmasını əngəlləyir.  

Məlumdur  ki,  qabaqcadan  düzgün  planlaşdırılmış  təlim-tərbiyə  prosesi  müəllim  və  şagird  arasında 

olan münasibətlər zəminində qurulmuş işi nəticəyönümlü etməyə müvəffəqdir. Pedaqoji prosesdə müəllim-

şagird  əməkdaşlığı  qarşıya  qoyulmuş  məqsədə  doğru  stimulu  artırır,  müasir  təlimin  interaktivliyini, 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

452


 

 

şəxsiyyətyönümlü  olmasını  təmin  edir.  Lakin  reallıqda  belə  olmaya  da  bilər,  mövcud  ziddiyyətlərin 



hərəkətverici  qüvvəyə  çevrilməsinə  zəmanət  vermək  olmaz.  Təbii  ki,  təlim-tərbiyə  prosesində 

münaqişələrdən nə təhsil alan, nə də təhsil verən sığortalanmamışdır. 

Pedaqoji prosesdə baş verən konfliktlər əksər hallarda şəxsiyyətlər arası olan konfliktlər başa düşülür. 

Belə  ki,  məqsədə  doğru  yönəlmiş  maraqlar  çərçivəsində  tərəflər  norma  və  dəyərlərləri  qəbul  etmirlər. 

Tədqiqatçılar tərəfindən pedaqoji konfliktlərin fazaları müəyyənləşdirilmişdir: 

1.

 



Qəbul  olunmuş  sosial  normaların  pozulması,  dəyərlərin  inkarı  –  konfliktin  başlanğıc  səbəbi  ola 

bilər. 


2.

 

Qarşı tərəfin cavab reaksiyası. 



3.

 

Mövcud münasibətlərdə qəbul olunmuş norma və dəyərlərin radiakal və sürətlə dəyişməsi. 



Pedaqoji konfliktlərin səbəblərini də təxmini təsnifatını vermək olar: 

-

 



Uşağın davranışının proqnozlaşdırılmasında müəllimin məhdud olan təsəvvürləri. 

-

 



Baş  vermiş  münaqişənin  digər  şagirdlər  şahidi  olduqda,  müəllimin  öz  sosial  statusunu  saxlamaq 

məqsədi ilə uşaqlara qarşı şiddət nümayiş etdirməsi. 

-

 

Müəllim  tərəfindən  hər  hansı  bir  hərəkəti  yox,  tam  şəxsiyyətinin  müzakirəsi  və  bunun  zəminində 



mənfi ictimai rəyin formalaşması 

-

 



Şagird haqqında təsəvvürlərin subyektiv fikirlərə əsaslanması.(Burada ailənin durumu, şagirdin uşaq 

kollektivində mövqeyinin nəzərə alınmaması və s.) 

Pedaqoji  konfliktlərin  özünəməxsus  xüsusiyyətləri  var.  Bir  çox  hallarda  konfliktli  situasiyaların 

nəticəsi müəllimin xeyrinə həll edilməsi ilə bitir. Şagird üçün məktəbin qoyduğu öhdəliklər, daim nümunəvi 

olmaq  istəyi  ağır  yükə  çevrilir.  Ona  görə  də  münaqişəli  vəziyyətlər  qaçılmazdır.  Bu  prosesdə  önəmli  olanı 

müəllim  tərəfindən  seçilmiş  strategiyadır.  Bir  çox  hallarda  münaqişlərin  həlli  yolunu  tapmaq  məsuliyyəti 

müəllimin üzərinə düşür. Konfliktli situasiyalarda tətbiq edilən strategiyaların bir neçəsinə nəzər salaq. 

1.

 



Konfliktdən yayınma (uzaqlaşma). Bu strategiya o zaman özünü doğruldur ki, konfliktin həlli üçün 

daha münasib olanı – susmaq və ya gözləmə mövqeyində olmaq. Problemin həllinə sərf olunacaq resurs və 

gücün gözlənilən nəticə üçün real olmaması. Bəzən müəllimin bu mövqeyi şagirdlərə düşünmək üçün zaman 

verir, mövcud vəziyyətə mövqelərinin dəyişmək imkanı yaradır. Konfliktdən yayılmanın bir neçə növü var: 

susmaq, şagirdi sinifdən xaric etmək, dərsdən imtina etmək, formal münasibətlərə keçid və s. 

2.

 



Güzəşt strategiyası. Konfliktli vəziyyətlərdə güzəştlərin tətbiqi. Buraya aid etmək olar: vəziyyətin 

yüngülləşdirilməsi,  kompromislərə  getmək,  status  ―kvo‖  nun  saxlanılması  və  s.  Kompromis,  danışıqların 

aparılmasında xüsusi qabiliyyət tələb edir ki, bu halda tərəflərin maraqları mütləq nəzərə alınır, qismən olsa 

da hər tərəfin özünü haqlı hesab etməsi imkanı yaradılır. Bu daha ədalətli hesab edilə bilər. 

Nəticədə  onu  qeyd  etmək  lazımdır  ki,  düzgün  təşkil  edilmiş  təlim-tərbiyə  prosesində  sağlam  mühit 

hökm  sürməlidir.Öyrənən  və  öyrədən  arasında  münasibət  saf  mənəvi-əxlaqı  dəyərlərə  əsaslanmalıdır. 

Müəllim  öz  işinin,  peşəsinin  vurğunu  olmalıdır.  Çünki,  o,  bəşərin  gələcəyinin  təminatçısı  olan,  sağlam 

cəmiyyət üçün, sağlam düşüncəli şəxsiyyət yetişdirir. 

 

 

CEYMS COYS MODERNĠST ƏDƏBĠYYATIN ĠNCĠSĠ KĠMĠ 

 

Kancılar E.L. 

Bakı Slavyan Üniversiteti 

 

Avropa ölkələrində  XX əsrin əvvəllərindən  xüsusi ilə birinci Dünya Müharibəsindən sonra böyük ruh 

düşgünlüyü müşahidə olunmağa başladı. Müharibələr və inqilablar əsri olan XX əsrin acı gerçəkləri, dəhşətli 

yaşantıları insan və cəmiyyət haqqında əvvəlki təsəvvürləri alt-üst etdiyindən, gerçəkliyi yenidən qavramaq 

ideyası yaranmaqda olan mədəniyyətin əsas xarakterini müəyyənləşdirirdi. 

Təbii  ki,  bu  proses    ədəbiyyatdan  da  yan  keçmədi.  Müxtəlif  tipli  cərəyanlar  yaranmağa    başladı  ki, 

bunları  ümumi  bir  adla    modernizm  adlandırdılar.  Sözsüz  ki,  bu  cərəyan  özlüyündə    müxtəlif  qollara 

ayrılırdı. Modernizm ―modern‖ sözündən götürülmüş bir sıra Avropa dillərində ―müasir~çagdaş‖ mənasını 

verən  müasir sənətdə tarixi bir zaman çərçivəsi idi.   

Bir modernist kimi xüsusilə də Ceyms Coys Avropanın klassik  əxlaq və  mədəniyyətinə qarşı üsyan 

edirdi. Coys ardıcıl təhkiyyə prinsipinə riayət etməyərək ədəbiyyata daxili monoloqlar vasitəsilə ―Şüur axını‖ 

adlı yeni bir üslub gətirdi. O, nəsrdə o vaxta qədər görünməmiş eksperimentləri tərcih etdi. Şüur axını, fikir 

yığını,  bir  neçə  fikrin  bərabər  və  çarpaz  hərəkəti,  epizodluluq,  montaj,  söz  yaradıcılığı-bütün  bunlar  Coys 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə