Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
443
qanın nə qədər artdığını şagirdlər riyazi hesablamalar yolu ilə tapmağa çalışırlar. Bu isə onlarda zehni
fəaliyyətin güclənməsinə səbəb olur.
Fiziki hərəkətlərin əxlaqi hisslərə təsiri olduqca qüvvətlidir. Belə ki, müasir nəsil milli mənlik,
müstəqillik, milli dövlətçilik, vətənpərvərlik, igidlik, cəsurluq və s. ruhda tərbiyəsində fiziki hərəkətlərin,
şagirdlərin fiziki tərbiyəsinin özünəməxsus yeri və rolu vardır.
İbtidai sinif şagirdlərinin inkişafında, fiziki tərbiyəsində basketbol, voleybol, əl topu kimi idman
oyunları onların sağlamlığı və fiziki inkişafları üçün çox faydalıdır. Belə ki, bu oyunların hərəkət ünsürləri
bir-birilə çox yaxındır. Məsələn, voleybol oyunları onların sağlamlığı və fiziki inkişafları üçün çox
faydalıdır. Belə ki, bu oyunların hərəkət ünsürləri bir-biri ilə çox yaxındır. Məsələn, voleybol oyununda
topun sağ və sol əllə kəsilməsi və top kəsmək üçün təkan verir, tullanmaq lazım gəlməsi, qolların, çiynin,
qurşağın və aşağı ətraf əzələlərinin daha qüvvətli inkişaf etməsinə səbəb olur. Ürək-damar sisteminin və
təfəssünün işinə yaxşı təsir göstərir və şagirdlər tərəfindən sevilir.
Ümumiyyətlə idman oyunları üzrə hərəkətləri mənimsəmə prosesində şagirdlər öz hərəkətlərini
cilalamaq, idarə edə bilmək, özünə qarşı tələbkar, yoldaşa qarşı nəzakətli olmaq kimi əxlaqi hisslər
qazanırlar.
NƏSĠRƏDDĠN TUSĠNĠN VALĠDEYN–ÖVLAD TƏRBĠYƏSĠ HAQQINDA FĠKĠRLƏRĠ
Əlizadə R.
Naxçıvan Dövlət Universiteti
Şərqin görkəmli mütəfəkkir pedaqoq və filosofları valideyn-övlad tərbiyəsi məsələləri ilə bağlı zəngin
irs qoyub getmişlər. Milliyətcə ingilis olan şərqşünas alim U.M.Uott Şərq mütəfəkkirlərinin zəngin irsini
dəyərləndirərək belə yazırdı: ―Şərq alimlərinin tədqiqatları olmasaydı, Avropada elm və fəlsəfə sürətlə
inkişaf edə bilməzdi‖.
XIII əsr görkəmli Azərbaycan alimi Mühəmməd Nəsirəddin Tusi (1201-1274) ―Əxlaqi-Nasiri‖ ilə
Şərq xalqlarının elm – maarif və pedaqoji fikir tarixinə Şərq xalqlarının əxlaq nəzəriyyəçisi kimi daxil
olmuşdur.
Böyük Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusi pedaqoji sistemində ―ailəni idarə etmək və uşaq
tərbiyəsi‖ məsələsinə geniş yer vermiş, ―Əxlaqi-Nasiri‖nin ikinci bölməsini (Evdarlıq elmi haqqında) bu
məsələyə ithaf etmişdir.
Tərbiyə yalnız insanı cəmiyyət içərisində müşərrəf olmağa deyil, bütün mötədil və xoşəxlaqlığa sövq
edir-deyən böyük mütəfəkkir tərbiyənin qüdrətinə büyük inam bəsləyirdi. O, insan tərbiyəsinin sonsuz
olduğunu söyləyərək onun anadan olduğu bir gündən ömrünün sonuna kimi davam etdiyini göstərirdi.
N.Tusi tərbiyəni bir sözlə nəsihətlə, bir moizə ilə verilməyi rədd edir və göstərir ki, bu, həkimin xəstəyə
verdiyi dərman kimi, hissə-hissə, az-az işlədilməli və yeri gəldikcə zəruri sayıldıqda verilməsi məqsədə
müvafiq sayılmalıdır.
N.Tusi ata-ananın ilk vəzifəsini uşaq doğulanda ona gözəl bir ad qoymaqla ifadə edir. Onun fikrincə
uşağa namünasib ad qoyularsa, uşaq ömru boyu xəcalət çəkər. Sonra uşağa sağlam dayə tapmağın vacibliyini
vurğulamışdır, çünki bir çox xəstəliklər və xoşagəlməz adətlər süd vasitəsi ilə uşağa keçir.
N.Tusi uşaqların tərbiyəsini südəmər vaxtından verməyi, bu işlə ciddi məşğul olmağı ata-analara
məsləhət görmüşdür. O qeyd edir ki, elə hərəkət etmək lazımdır ki, uşaq dil açıb danışarkən bir kəlmə də
olsun bəd, pis nəlayiq söz işlətməsin və pis hərəkətlər görməsin. Ona görə ki, uşaqların təbiətində pis,
yaraşmaz söz və əməllərə meyl çox güclü olur.
O yazır: ―Hər şeydən əvvəl, uşağın bu meylini qabaqlayıb, əxlaqını təmiz saxlamaq, yəni uşağın
zatında hansı müsbət keyfiyyət olduğunu öyrənib, həmin meyl və qüvvətin təkamülünə çalışmaq zəruridir‖.
N.Tusi uşağın hər bir hərəkətini izləməyi, onun çətinliyə düşərsə vəziyyətdən çıxış tapmağı, çətin
işləri həll etrməyi, cəld hərəkətlərə, çətin əməllərə adət etməyi, sakit oturmaq, durmaq və danışığa təhrik
etməyi, hamı ilə ədəbli davranmağı, yalan danışmamağı və s. öyrətməyi, deyilənlərə adət etdirməyi də
məsləhət görür və əsərlərində bunlara geniş yer verirdi.
N.Tusiyə görə, ―insanın tərbiyəsi yalnız yaşa dolduqdan, özünü anladığı vaxtdan deyil, hələ rüşeyim
halında olandan başlanmalıdır. Onun fikrincə, uşağın etdiyi pis hərəktləri onun üzünə vurmaq lazım deyildir.
Bunu uşağa başa salmaq və inandırmaq lazımdır,- deyirdi. Böyük mütəfəkkirə görə ―uşağın acığa düşməsi
üzə durması‖ və s. valideynlərin yaxşı və pis, düzgün və düzgün olmayan yanaşmasından asılıdır.
Valideynlər hər bir hərəkətinə, davranışına xüsusi diqqət yetirməlidirlər, çünki uşaq eşitdiyini deyil,
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
444
gördüyünü götürər. Valideyn uşağa necə tərbiyə verirsə, verdikləri barədə də yaxşı düşünməli, nəyi
öyrətmək, niyə öyrətmək və necə hərəkət etməyi başa salmaq üçün vasitə və metodlar hazırlamalıdır.
Uşaqlıq yaşları qurtardıqdan sonra, uşaq idrakının, səhhətinin möhkəmlənməsi dövrünün başlandığını
göstərir.
N.Tusiyə görə, ―tərbiyə yalnız ailədə uşaq yaşlarında verilməməli, böyüdükdə də zəruridir‖. ―Tərbiyə
insanla yaranmış, insanla davam edir və hər bir şəxs öldükdə o da yekunlaşır‖.
Bu fikir XVIII əsr fransız filosof-materialisti, pedaqoq K.A.Helvetsi tərəfindən də tərənnüm edilsə də
N.Tusi bunu neçə-neçə əsr bundan əvvəl söyləmişdir.
N.Tusiyə görə uşağa tərbiyəvi keyfiyyətləri aşılamaq hələ kiçik yaşlarından başlayaraq, həyata
keçirilməlidir. İlk növbədə uşağa yemək mədəniyyəti öyrətməyin vacibliyini qeyd etmişdir. Onun fikrincə,
ata-ana istərsə də müəllim uşağa başa salmalıdır ki, xörək yeməkdə məqsəd bədəni sağlam saxlamaqdır,
çünki qida həyat və sağlamlığı qorumaq üçün yeyilir. Qida aclıq və susuzluğu dəf etmək üçün dərmandır.
N.Tusi yeməyin əmək fəaliyyətinə, zehnə, əqlə, hikmətə, yaradıcılığa, əxlaqa və s. təsir etdiyini də qeyd
edirdi.
N.Tusi danışığa, nitqə, ünsiyyətə üstünlük verərək qeyd edir ki, insanın bir çox xüsusiyyətləri onun
danışığı prosesində üzə çıxır. Buna görə də, çox danışmamağa, başqası danışanda sözünü kəsməməyi,
sonadək dinləyib sonra, öz fikrini söyləməyi, insanların gizli söhbətinə qulaq asmamağı və s. təklif edir və
bunları uşaqlara öyrətməyi müəllim və ata-analar üçün zəruri sayırdı.
N.Tusi uşaq və yeniyetmələrin tərbiyəsinə xüsusi diqqət yetirirdi. Onun fikrincə,―filosof Sokrat da bu
fikirdə imiş‖ ki, bu dövrdən tərbiyə verildikdə uşaqların əxlaqına istənilən təsir göstərmək mümkün bir hal
olur‖.
N.Tusi Sokratdan misal göstərərək yazırdı: ―Filosof Sokratdan soruşurlar ki, cavanların tərbiyəsinə sən
nə üçün bu qədər fikir verirsən? O deyir: ―Çünki cavanın və nazik budaqların əyriliyini düzəltmək asandır,
amma ağac böyüyüb kobudlaşanda onu düzəltmək mümkün deyildir‖.
Ata və ana övladın dünyaya gəlməsində və böyüməsində ilk səbəbkardır. Onların sayəsində övlad
cismi kamala, boya-başa çatır, yeyib-içir, hər tərəfdən mühafizə və qayğı ilə əhatə olunur. N.Tusi övladın
cismani varlığının ataya aid olduğunu deyir və N.Tusi ailədə qadının rolunu yüksək qiymətləndirirdi. O
yazırdı: ―Ana, övladının cismanı tərbiyəsi işində bütün xeyirli qüvvələri ona cəlb və zərəredici qüvvələri
ondan dəf edir‖.
Ananın övlada sonsuz mehribanlığı, məhəbbətini, öz həyatını uşağının həyatına qurban verməyə hazır
olduğunu da qeyd edir və göstərir ki, ―bütün həyatı boyu övlad ata-ana qarşısında borcludur‖.
N.Tusi ata-ananın haqqını üç şərtlə gözləməyi təklif edirdi. Birincisi, qəlbən onları sevmək və hər bir
iş prosesində onların razılığını almaq.
İkincisi, onların tələbini gözləmədən hər bir işdə onlara köməklik göstərmək, buna minnət qoymamaq
və əvəz gözləməmək və üçüncüsü, istər zahirən, istərsə batinən onların xeyirlərini istəmək, onların
vəsiyyətlərinə əməl etmək və göstərişlərini yerinə yetirmək. Ata-anaya nankorluq etməyi, onların üzünə
qayıtmağı və s. kimi mənfi əməlləri N.Tusi ən böyük qəbahət və səhv sayırdı.
N.Tusi əsərlərində anaya, ataya, yaxın qohumlara, uşağa məhəbbət, böyüyə hörmət, kiçiyə qayğı
haqqında, ümumiyyətlə tərbiyənin əsasını təşkil edən dəyərli fikirlər söyləmişdir. Uşağı mehribanlıq və
məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir etməklə başa
salmaq yolu ilə; pul vermək, şirnikdirmək, əsil-nəsəbə aid olan şeylərlə yox‖.
Nəsirəddin Tusi ―Əxlaqi Nasiri‖ əsərində ailədə uşaqların tərbiyəsi ilə bağlı dəyərli fikirlər bu gün də
öz əhəmiyyətini itirməmiş, biz və gələcək nəsillər üçün töhvə olacaqdır.
KĠTABĠ DƏDƏ QORQUD BOYLARINDA DƏDƏ QORQUD OBRAZI
Əsgərova G.N.
Bakı Slavyan Universiteti
Kitabi Dədə Qorqud dastanı türk xalarının tarixi keçmişini, həyat tərzini, məişətini, adət-ənənələrini
əks etdirən əvəzolunmaz eposdur. Dastanın iki nüsxəsi mövcuddur. Vatikan nüsxəsi 1952 -ci ildə tapılıb və
1 müqəddimə 6 boydan, Drezden nüsxəsi 1831-ci ildə tapılıb və 1 müqədimə 12 boydan ibarətdir.
Dastanda başlıca obraz Dədə Qorquddur. O, oğuz xalqının bilicisi, uzaqgörəni və yolgöstərəni kimi
təqdim olunur. Dastanın özü də sanki Dədə Qorqudun dilindən danışılır.