Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə229/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   225   226   227   228   229   230   231   232   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

435


 

 

"Xəmsə"nin ilk kitabı "Sirlər xəzinəsi" poemasında dahi Azərbaycan şairi qəddar şahları, hökmdarları 



ədalətli  olmağa  çağırmış,  tənbəlləri,  ikiüzlüləri  tənqid  etmiş,  halal  zəhmətlə  yaşayan  sadə  adamlara  öz 

yüksək  məhəbbətini  bildirmişdir.  ―Sirlər  xəzinəsi‖ndə  şair-pedaqoq  ―ədalətli  hökmdar‖  konsepsiyasının 

bünövrəsini qoymuş, əsərdəki on doqquz söhbətdən ikisini (ikinci və dördüncü söhbətləri) xüsusi olaraq bu 

məsələyə həsr etmişdir. Poemanın ikinci söhbəti ―Ədalətli və insaflı olmaq haqqında şaha nəsihət‖ adlanır. 

Hekayənin  adından  aydın  göründüyü  kimi  şair  burada  şahları,  hökmdarları,  sultanları,  dövlət  məmurlarını 

haqqa-ədalətə, qanunlara əməl etməyə, qəddarlığa, zorakılığa, xalqa zülmə son qoymağa çağırır, onları adil 

insanlar kimi tərbiyələndirməyə çalışır:   

Bu dünyada kim tapar ən böyük səadəti? 

O kəslər ki, qoruyar, gözləyər ədaləti. 

Dahi  Nizami  Gəncəvinin  "Xosrov  və  Şirin"  əsərində  məhəbbətin  böyüklüyü  ilə  yanaşı,  dövrünün 

aktual  məsələlərinə  toxunmuş,  ədalətli  hökmdar,  dövlətin  idarəsi,  rəiyyətə  qayğı  kimi  ictimai-siyasi 

əhəmiyyətli fikirlər söyləmişdir: 



Ədalət aynası - böyüк asiman 

Səndən gördüyünü əкs edər hər an. 

Bəlli bir şeydir кi, pisliк edənlər 

Öz işindən özü çəкəcəк zərər. 

 Şairi bütün yaradıcılığı boyu düşündürən ədalətli şah arzusu bu poemada da aydın şəkildə öz əksini 

tapmışdır. O, özünün mütərəqqi ideyalarını poemada yaratdığı Hürmüz şah, Məhin Banu və nəhayət, Şirin 

kimi  ədalətli  şah  obrazları  vasitəsilə  ifadə  etmiş,  Hürmüz  şahın  rəiyyətin  rahatlığı  naminə  gördüyü  işləri, 

Məhin Banunun xalqla ədalətli rəftarını, Şirinin hökmdarlıq illərindəki firavan yaşayışı və s. təsvir etmişdir: 

Şirinin əlinə çatanda şahlıq 

Ölкədən hər yana yayıldı işıq. 

Ədalətlə etdi rəiyyəti şad, 

Məhbuslar olundu həbsdən azad. 

      Nizami  Gəncəvi  ―ədalətli  şah‖  konsepsiyasına sadiq  qalaraq,  sonuncu  əsəri  olan  ―İskəndərnamə‖ 

poemasında da Makedoniyalı İskəndərin simasında ―adil hökmdar‖ obrazını yaradır. Poemada İskəndər bir 

şah və sərkərdə kimi müdrikliyini nümayiş etdirir, onun yüksək insani keyfiyyətlərini açır və onu bir nümunə 

kimi dünya şahlarına və hər şeydən əvvəl, şairlə həm dövr olan şahlara göstərir. İskəndər ədalət səsini aləmə 

yayaraq zülm, nadanlıq və bədxahlıqla mübarizəyə qalxır. Ölkələr fəth edərək, xalqları haqqa və ədalətə tabe 

edərək şah bu üç qüvvədən özünü də, insanları da xilas etməyə çalışır. Onun müharibələri sülhə xidmət edir, 

o, dağıtmaqdan çox qorxur. Əmin-amanlığın bərpası İskəndərin əsas qayəsidir: 



Zülmü birdəfəlik yadından çıxar, 

Çünki zülmkarlıq ömrü azaldar. 

Padşah ədaləti çıxartsa yaddan 

Ölkəsi tez olar zülm ilə viran. 

Şairin ―ədalətli cəmiyyət‖ konsepsiyasının mərkəzində duran başlıca ideya budur ki, ideal cəmiyyətin 

yaradılması birinci növbədə ölkə başçısının ədalətli, şahın qanun deyil, qanunların şah olmasından asılıdır. 

Beləliklə, N.Gəncəvinin ədalət ilə bağlı fikir və ideyalarının araşdırılmasından belə qənaətə gələ bilərik ki, 

ən  gözəl  cəmiyyət  qanunların  şahlıq  etdiyi,  haqq-ədalət  tərəzisinin  düzgün  işlədiyi  cəmiyyətdir.  Ədalətli 

cəmiyyət  və  hüquqi  dövlət  quruculuğu  birinci  növbədə  ölkə  başçısından,  ―adil  hökmdardan‖  asılıdır.  Ölkə 

başçısı  birinci  növbədə  öz  ədaləti  ilə  bütün  vətəndaşlara  nümunə  olmalıdır.  Ən  varlı  və  ən  qüdrətli 

hökmdarlar yalnız ―ədalətli ölkə başçısı‖ adını qazanmaq sayəsində əbədiyyətə qovuşa bilərlər. 

 

 

BÜTÜN YAġ QRUPLARINDAN OLAN UġAQLARIN ƏMƏYĠN RƏHBƏRLĠYĠN  

ÜSUL VƏ METODLARI 

 

Cəfərova D.  

Naxçıvan Dövlət Universiteti 

 

Uşaqlar öz tapşırıqlarını  icra etməyə başladıqda tərbiyəçi hər şeydən əvvəl onların öz fəaliyyətlərinin 

nə  dərəcədə  yaxşı  və  səmərəli  təşkil  etmələrinə,  lazımi  avadanlığı  necə  yerləşdirmələrinə, işin  ardıcıllığına 

qabaqcadan fikir vermələrinə, onun səliqə ilə yerinə yetirilməsi tələblərini nəzərə ala bilmələrinə və s. diqqət 

yetirməlidir.  O  uşaqlara  izah  edir  ki,  hər  şeydən  əvvəl  öz  iş  yerini  diqqətlə  hazırlamaq  lazımdır.  İş 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

436


 

 

təcrübəsində  çox  zaman  tərbiyəçi  özü  lazım  olan  bütün  şeyləri  hazırlayır.  Bununla  belə  uşaqların  əmək 



fəaliyyətlərində  planlaşdırma,  öz  fəaliyyətini  təşkiletmə  bacarıqlarının  formalaşması  imkanlarından  istifadə 

edilməmiş qalır. Təbiidir ki, tərbiyəçi onları əvvəlcə özünə  kömək etməyə sonra isə müstəqil olaraq lazım 

olan şeyləri hazırlamağa cəlb edərək, öz işinin təşkilinin başlanğıcını uşaqlara tədricən öyrədir. 

Uşaqların  eyni  vaxtda  işlədiyi  və  onlardan  hər  biri  ümumi  tapşırığa  daxil  olan  hər  hansı  ayrıca  işi 

yerinə yetirdiyi ümumi əmək prosesində işi bir vaxtda qurtarmaları üçün tez-tez uşaqların bir-birinə kömək 

etməsi zərurəti yarana bilər. 

Çox vaxt uşaqlar yoldaşlarına kömək göstərərkən, əslində kömək etmir, onların əvəzinə işləyirlər. Ona 

görə də pedaqoqun onlara bir-birinə məsləhətlə, əyani göstərməklə, işi birgə yerinə yetirməklə kömək etməyi 

öyrətməsi çox vacibdir. 

Belə  üsulla  tərbiyəçi  uşaqların  necə  kömək  göstərmək  lazım  olduğunu  onların  səliqə  ilə  işləməsinə, 

işinin öhdəsindən gəlməsinə, hansı hərəkətlərin kömək etdiyini başa düşmələrinə nail olur. 

Əgər  bir  necə  uşaq  eyni  tapşırığı  yerinə  yetirərkən  onlardan  biri  çətinlik  çəkirsə,  onda  uşaqlara 

yavaşcadan demək olar: ―Göstər görək bu tapşırığı necə yerinə yetirmək lazımdır, izah et görək nəyi əvvəlcə 

nəyi  isə  sonra etmək  lazımdır‖.  Belə  hallarda  bəzən  uşaqların  geri  qalmasına  qeyri-bərabər  iş  həcmi  səbəb 

olduqda, uşaqlara təklif etmək lazımdır ki, yoldaşlarını da cəlb edib tapşırığı birlikdə icra etsinlər. 

Bəzi  uşaqlar  ləng  işləmələrinə  baxmayaraq  tapşırığı  yoldaşlarından  kömək  ummadan  axıra  qədər 

özləri  yerinə  yetirməyə  çalışırlar.  Belə  hallarda  tərbiyəçi  uşağa  yoldaşlarını  tələsdirməməyi,  bir  qədər  isə 

başqa  işlə  məşğul  olmağı  izah  etməlidir.  ―Yoldaşlarını  gecikdirmək  olmaz‖  deyə  tələb  edərək  uşaqları 

tələsdirmək  lazım  deyil.  Əgər  geri  qalanları  gözləməyə  imkan  yoxdursa,  onda  mütləq  ona  başa  salmaq 

lazımdır ki, hamı onu gözləyə bilməz, vaxt yoxdur, ona görə də inciməsin və köməkdən imtina etməsin. 

Birgə  əmək  fəaliyyəti  şəraitində  uşaqlardan  hər  biri  ümumi  əmək  prosesinə  daxil  olan  ancaq  bir 

əməliyyatı yerinə yetirir. Məsələn, biri sahəni süpürür, başqası zibili yığır və əl arabasına doldurur, digəri isə 

arabanı sahədən aparır. Burada uşaqlar arasındakı qarşılıqlı əlaqə də, qarşılıqlı asılılıq da göz qabağındadır. 

Tərbiyəçinin  hər  uşağa  işi  ümumi  tapşırığın  bir  hissəsi  kimi  təqdim  etməsi  və  onların  nəticəyə  birlikdə 

cavabdeh olduqlarını dərk etməyə kömək göstərməsi vacibdir. Birgə fəaliyyət prosesində işdə ləngimələrdə 

olur. Bunun səbəbi hər şeydən əvvəl uşaqların müxtəlif surətdə işləməsi ola bilər. Birgə fəaliyyət təcrübəsi 

artdıqca  uşaqları iş prosesi zamanı buraxdıqları səhvləri görməyi və onu aradan qaldırmağı öyrənirlər. 

Uşaq  bağçasının  böyük  qrup  uşaqlarının  əmək  fəaliyyətinin  təşkilində  uşaqlara  təsir  məqsədi  ilə  işi 

yerinə  yetirmə  sürəti  üzrə  yarış  üsulundan  tez-tez  istifadə  olunur.  Bu  həmişə  düzgün  olmur  çünki  belə 

şəraitdə  məktəbəqədər  yaşlı  uşaqlarda  çox  vaxt  manqa  üzrə  yarışda  uduzmalarına  səbəb  olan  yoldaşlarına 

mənfi münasibət yaranır. Onlar ləng uşaqlarla işləməkdən imtina edir səbirsizlik göstərir əsəbiləşir və onları 

incidirlər. Bütün bunlar qrupda uşaqlar arasında müsbət qarşılıqlı münasibətə mənfi təsir edir. Eyni zamanda 

ləngimə  çox  vaxt  ayrı-ayrı  uşaqların  işdən  yayınması  nəticəsində  deyil,  onların fərdi xüsusiyyətlərindən  və 

bacarıqlarının kifayət qədər olmamasından irəli gəlir. Bununla birlikdə yarış işin keyfiyyətinin kəskin surətdə 

aşağı düşməsinə səbəb olur. 

Bu və ya digər əməyi təşkil edərkən pedaqoq nəzərə almalıdır ki, yarış uşaqların öz təşəbbüsü ilə də 

təşkil edilə bilər. Ona görə də onlara müntəzəm olaraq izah etmək lazımdır ki, iş yaxşı yerinə yetirilməlidir, 

ancaq belə şəraitdə yarışmaq olar. 

Birgə    fəaliyyətdə  ləngimə  bir  də  onunla  izah  edilə  bilər  ki,  uşaqlardan  kimsə  öz  işini  tamamilə 

keyfiyyətsiz  yerinə  yetirsin.  Bu,  işi  davam  etdirəcək  növbəti  uşağın  fəaliyyətində  fasilənin  yaranmasına 

gətirib çıxarır. Artıq yuxarıda qeyd edildiyi kimi birgə əmək prosesində uşaqlar hazırladıqları hissələri bir-

birinə  ötürürlər.  Məsələn,  uşaq  taxtadan  lazım  olan  hissəni  mişarlayaraq,  yoldaşına  verir  özü  isə  başqasını 

mişarlamağa  başlayır.  Yaxud  dibçəyə  torpaq  tökərək,  onu  buraya  tum  basdıracaq  yoldaşına  verir,  özü  isə 

növbəti dibçəyi doldurmaq üçün  torpaq ələməyə başlayır. Təşkil etmənin belə xüsusiyyəti ona gətirib çıxarır 

ki, uşaqlar öz  yoldaşlarının işinin nəticəsinə diqqət yetirirlər. Səhvlər aşkara çıxan zaman onlar səhv edən 

uşağa təsir göstərməyə çalışır, onu həmin işi işləməyə təhrik edirlər.   

Tərbiyəçi  uşaqlara  yoldaşlarına  müxtəlif  üsullarla  təsir  etməyi  öyrətməli  və  onlar  tədricən    buna 

yiyələnməlidirlər. Əgər yoldaşı işin keyfiyyətini yoxlamayıbsa ona məsləhət görsün ki, belə etməsin, əgər o 

tapşırığı  yerinə  yetirməkdə  çətinlik  çəkirsə,  ona  kömək  göstərsin.  Yoldaşına  bu  cür  təsir  üsulları 

məktəbəqədər böyük yaşlı uşaqların tamamilə bacara biləcəkləri bir şeydir. 

Uşaqların  kollektiv qrup fəaliyyəti prosesində tərbiyəçi əməyin kollektiv xarakteri, onun əhəmiyyəti, 

həmçinin  iş  zamanı  uşaqlar  arasındakı  müsbət  qarşılıqlı  münasibət  haqqında  təsəvvürlərin  formalaşması 

məsələsini özünün əsas vəzifəsi kimi qarşıya qoyur. O uşaqların gah bu, gah da digər birləşməsində yaranan 

vəziyyətə istinad edərək kollektiv əməyin hər cür üstünlüyünü qeyd edir.  




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə