Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə226/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   222   223   224   225   226   227   228   229   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

429


 

 

köləsiyəm‖, ―Elmli gənc nadan ağsaqqaldan xeyirlidir‖, ―Alim məclisləri cənnət bağlarıdır‖, ―Elm dünyanın 



ən zəngin xəzinələrindən qiymətli olduğu halda, havayi satılır və havayı alınır‖ və s. 

Həzrəti Əli (ə.) ictimai həyatdakı sinifləri və bunlar arasındakı ziddiyyətləri, nadanlığı, geriliyi aydın 

hiss etmiş onun əsas köklərini maarifsizlikdə, elmsizlikdə gördüyündən maarifçilik ideyasını təbliğ etmişdir. 

Elmlə bağlı fikirlərində insanları maddiyata üstünlük verməməyə, həmçinin müsəlman aləmini tamahkarlığın 

caynağından  xilas  etməyə,  maarifə  çağırmışdır:  ―Qəlbin  səfası  Quran  oxumaqdır‖;  ―Elmsiz  ibadətdə, 

təfəkkürsüz Quran oxumaqda xeyir yoxdur‖; ―Elm tükənməyən bir xəzinədir, ağıl əksilməyən, köhnəlməyən 

bir libas‖; ―Az  elmi  olub bildiyinə  əməl  edən, çox elmi  olub  əməl  etməyəndən  xeyirlidir‖;  ―Ölç,  biç sonra 

kəs,  düşün,  daşın,  sonra  danış,  anla,  bil,  sonra  et‖;  ―Elm  insanı  pislikdən  qoruyar‖;  ―Elm  gizli  olmayan 

gözəllikdir‖; ―Hər bir qab dolar, elmin qabı isə əksinə, dolduqca genişlənər‖.  

Hətta elmlə var-dövləti müqayisə edən Həzrəti Əli (ə.) elmin 7 cəhətdən maldan üstün olması fikrinə 

gəlir: 

1) elmi xərcləməklə azalmaz, mal isə azalar;  



2) elm peyğəmbərlərdən mirasdır, mal isə zalımlardan, hakimlərdən;  

3) elm sahibini hifz edər;  

4) bütün insanların elm sahibinə ehtiyacı var, amma mal sahibinə yox;  

5) elm insan öləndə də onunladır, mal isə bu dünyada qalandır;  

6)  elm  insan  üçün  qiyamətin  çətinliklərini  və  sirat  körpüsünü  keçməyi  asan edər,  mal  isə ona  mane 

olar;  


7) elm hakimdir, mal isə hökm altında olandır, məğlubdur (1,s.78) . 

Həzrəti Əli (ə.) elmli insanların daim öz elmini axtarmağın, başqalarının nəsihətlərinə qulaq asmağı, 

təkəbbürdən,  paxıllıqdan,  məkr  və  hiylədən,  haramdan  uzaq  olmağı,  dilini  pis  şeyə  öyrətməməyi,  vəfalı 

olmağı,  qəlbi  çətin  şeylərə  məcbur  etməməyi  məsləhət  bilirdi.  Onun  bir  neçə  qiymətli  kəlamlarına  nəzər 

salaq:  ―Elm  qəlbi  qüvvətləndirir,  mal  isə  əksinə,  zəiflədir‖;  ―Elm  təvazökarlıq,  mal  isə  lovğalıq  yaradır‖; 

―Elm  insanda  mərhəmət,  mal  isə  xəbislik  doğurur‖;  ―Elm  şərafətli  və  əziz  mirasdır‖;  ―Elmli  gənc,  nadan 

ağsaqqaldan  xeyirlidir‖;  ―Elm  kimi  üstünlük,  danışmaq  kimi  arxa  ola  bilməz‖;  ―Elminizi  nadanlığa  sərf 

etməyin‖;  ―Elm,  ədəb  üçün  sərf  etdiyin  mal  xərclənməyib‖;  ―Gözəllik  insanın  geyimində  deyil,  elm  və 

ədəbindədir‖;  ―Qiymətsiz  elm  dillərdə  yer  tutar,  qiymətli  elm  bədəndə‖;  ―Hər  təcrübə  yeni  bir  elmin 

mənbəyidir‖; ―Əsl alim anlamalıdır ki, bilmədiyi bildiyindən çoxdur‖; ―Uşaqlarınıza elm öyrədin, düşmənin 

hiyləsinə  aldanmasınlar‖;  ―Ataların  övladları  üçün  qoyduqları  mirasın  ən  şərəflisi  elm  və  ədəbdir‖;  ―Elm 

qiymətli  miras,  ədəb  yenilməz  zinət  və  fikir  isə  təmiz  bir  güzgüdür‖;  ―Nəfsini  mühasibə  edən  qazanar, 

özündən qəflət edən zərər çəkər, qorxan amanda qalar, ibrət alanın gözləri açılar, bəsirət tapan başa düşər və 

başa  düşən  isə  elmə  yiyələnər‖.  ―Hədisi  eşitdiyin  zaman  onu,  kəlmələrini  nəql  etməklə  deyil,  barəsində 

dərindən düşünməklə dərk edin‖. 

Həzrəli  ƏIi  (ə)  elm,  bilik,  onlara  yiyələnmək  yolları  ilə  bağlı  orijinal  fıkirlər  sahibidir.  Bəqərə 

surəsinin 189-cu ayəsində ―Evlərə qapılardan girin‖ əmri vardır. Məhəmməd Peyğəmbər (ə) isə ―Mən hikmət 

eviyəm, Əli qapısıdır, məndən sonra mənim təbliğ etdiyim şeyləri sizə açıq-aydın bildirəndir; onu sevmək 

imandandır; ona qarşı çıxmaq isə nifaqdır‖ - deyə buyurmuşdur. Həzrəti Əli (ə) buyururdu ki, elm iki cürdür: 

anadangəlmə və eşidilib öyrənilən. Anadangəlmə qabiliyyət yoxdursa, eşitməklə öyrənilən elm fayda verməz 

(2,s.41).  

Elm tükənməyən bir xəzinədir, ağıl əksilməyən, köhnəlməyən bir libas. Az elmi olub bildiyinə əməl 

edən,  çox  elmi  olub  əməl  etməyəndən  xeyirlidir.  Ölç  biç  sonra  kəs,  düşün,  daşın,  sonra  danış,  anla,  bil, 

son¬ra et. Elm insanın pislikdən qoruyar. Elm gizli olma¬yan gözəllikdir. Hər bir qab dolar, elmin qabı isə 

əksinə,  dolduqca  genişlənər.  Alimin  xətası  dəryada  sınıq  gəmiyə  bənzər,  həm  özü  qərq  olar,  həm  də 

gəmidəkilər (3,s.78).  

Həzrəti Əli (ə) əqli Allah təalanın insana bəxş etdiyi ən yüksək qismət hesab edirdi. Çünki əqli kamil 

olanların əxlaqı və əməli pak olur. Əql insa¬na zinyət verir. 

Elm, ədəbdir kişinin ziynəti 

Elmü ədəb olmasa yox rahəti 

Gözəlliyin, ziynət, elmü ədəb 

Elmü, ədəbdir kəmalə səbəb. 

O,  elm  öyrənməyi  insanın  kamilliyinin  və  fəzilətinin,  ədəbli  olmağının,  zəfər  çalmağının  əsas  şərti 

hesab edirdi: 

Fəzli, ədəb zahir edər, neyki zər 

Elmü ədəb yetir kamala ki, ta 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

430


 

 

Fəzl sənə hasil ola ey bəsa 



Fəda sənə, kəsb elə elmü ədəb 

Taki sənə faidə versin nəsəb 

Elmü ədəb gər edəsən ixtiyar 

Fəzilətin artıq olar, bişomar (4,s.47) 

Həzrəti  Əli (ə.) elmin bir daha fəzilətləri haqqında buyurur: ―Yetim atası olmayan deyil, elmi və ağlı 

olmayandır‖;  ―Elmli  gənc,  nadan  ağsaqqaldan  xeyirlidir‖;  ―Ataların  övladları  üçün  qoyduqları  mirasın  ən 

şərəfiisi elm və ədəbdir‖; ‖Elm, dünyanın ən zəngin xəzinələrindən qiymətli olduğu halda, havayı satılır...‖. 

Həzrəti Əli  (ə.) elm və elm öyrənməyin mənfəətindən xeyli bəhs etdikdən sonra əlavə edərək deyir:  

―Elm şərafətli və əziz mirasdır‖ (4, s.l6). 

Sonda  qeyd  etməliyik  ki,  insanın  tərbiyə  və  təşəkkülündə  örnəklərin  rolu  tamamilə  aşkar 

məsələlərdəndir və bu  gün insanın tərbiyəsi ilə məşğul olan elmlərdə və onun müxtəlif qollarında örnəyin 

təsir  və  zəruriliyi  tamamilə  sübuta  yetirilmişdir.  Həzrəti  Əli  Əleyhissəlamın  kəlamları  dərinliyi  məlum 

olmayan bir dəryadır. Buna görə də həmin kəlamlar öz dövrü üçün son dərəcə necə mütərəqqi  fikirlər idisə, 

bu gün də bu fikirlər və ideyalar öz təsir gücünü itirməmişdir.  

 

 

N.TUSĠ TƏLĠM VƏ TƏRBĠYƏ HAQQINDA 

 

Axverdiyeva N.F. 

Gəncə Dövlət Universiteti 

 

N.Tusinin  həyatı  haqqında  yazılan    mənbələrə  diqqət  yetirdikdə  görürükki  onun    adı    Azərbaycan  

mədəniyyəti tarixinə məşhur ensiklopedik alim və dövlət xadimi kimi daxil olmuşdur.   

N.Tusinin      Bəzi  mənbələrdə  onun  Həmədan  şəhərində,  digər  mənbələrdə  isə  Xorasanın  ən  böyük 

mədəni mərkəzlərindən biri sayılan Tus şəhərində anadan olduğu göstərilir. O, ilk təhsilini də Tus şəhərində 

almışdır.  Buradan  da  Tusi  ləqəbini  götürmüşdür.  N.Tusi  hələ  uşaqlıq  illərindən  elmə  maraq 

göstərmiş,böyüklərin xüsusilə müəllimlərin rəğbətini qazanmışdır.İstedadı, qavramaq qabiliyyəti diqqəti cəlb 

etmişdir.N.Tusinin ilk müəllimi atası olmuş, sonrakı müəllimləri isə dövrünün görkəmli alim və pedaqoqları 

İbn Sina məktəbinə mənsub olan alimlər, o cümlədən Azərbaycanın məşhur filosofu Bəhmənyar, dövrünün 

ən şöhrətli müəllimi hesab edilən Fəridəddin Damad olmuşdur. F.Damad öz dünyagörüşü ilə müasirlərindən 

xeyli  fərqlənirdi.  Təkcə  şəriət  ehkamları  deyil,  yunan  fəlsəfəsi,  hind  hikməti,  türk,  fars  mədəniyyəti, 

Azərbaycan  incəsənəti  ilə  də  yaxından  maraqlanırdı.  N.Tusi  çox  mükəmməl  təhsil  almışdı  və  gənclik 

illərində  böyük  şöhrət  tapmışdı.    N.Tusi  sürgün  həyatı  yaşamışdır.Buna  baxmayaraq  o,  bir  sıra  əsərlər,  o 

cümlədən:  ―Şərh-ül  işarət‖,  ―Təhrir  əlməcəsti‖,  ―Təhrir  əqlidis‖  adlı  əsərlərini  yazmışdır.  Həbsdən  azad 

olunduqdan sonra Hülaku xanın şəxsi məsləhətçi kimi fəaliyyətə başlayır və sonradan Hülaku xanın oğlunun 

vəziri olmuşdur.N.Tusinin Şərq ölkələrində şəxsi müfuzu və ehtiramı olmuşdur.. N.Tusi fəaliyyəti Dövründə  

minlərlə günahsız və bacarıqlı şəxsi monqol qılıncından  xilas edə bilmişdi.  1259-cu ildə N.Tusinin başçılığı 

ilə  Marağa  rəsədxanası  tikilməyə  başladı.  Bağdadın  işğalı  zamanı  N.Tusi  rəsədxana  üçün  lazımi  hazırlıq 

görür, alimlər cəlb edir, kitablar toplanmasını təşkil edir. Şərq ölkələrindən kitablar gətizdirir və rəsədxana 

nəzdində  böyük  bir  kitabxana  yaradır.  Bəzi  mənbələrə  görə  burada  400000  cildlik  əlyazması    (o  vaxt  çap 

olunmuş  kitablar  yox  idi),  müvafiq  cihazlar  toplanmışdı.  Dövrünün  tanınmış  alimlərindən  məşhur 

riyaziyyatçı,  astronomlar  və    görkəmli  elm  adamlarından  ibarət  mükəmməl  bir  kollektiv  yaradılmışdı.  

Burada  azərbaycanlılarla  yanaşı  farslar,  ərəblər,  türklər,  gürcülər,  çinlilər,  tatarlar,  monqollar,  yəhudilər  və 

başqaları var idi.  N.Tusi öz  kollektivinə ayrıca qayğı və nəvaziş göstərirdi. Marağa rəsədxanasının banisi 

olan  N.Tusi  15  il  ona  rəhbərlik  etmişdir.  Marağa  rəsədxanası  XIII  əsrdə  dünyanın  ən  böyük  mədəniyyət 

müəssisəsi  olmuşdur.  Burada  elmin  bir  çox  sahələrinə  dair  aparılan  təfqiqat  işləri,  onların  yüksək  elmi 

səviyyədə aparılması, elmi dəyəri və ən ümdəsi Marağa rəsədxanasının qoyduğu irsin sonrakı əsrlərdə elmin 

inkişafına  göstərdiyi  böyük  təsir  sübut  edir  ki,  o  adi  rəsədxana  çərçivəsindən  kənara  çıxaraq  elmin 

inkişafında tam bir dövr təşkil etmişdir. N.Tusi: 

-―Zic Elxani‖- astronomiyadan bəhs edən əsər, 

- ―Təhrir eqlidis‖ (Evklid şərhi)- Həndəsədən bəhs edən əsər,  

- ―Bilik əldə etməyin əsasları‖,  

-―Məntiq haqqında‖,  

-―Başlanğıc və son‖,  




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə