Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə224/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   220   221   222   223   224   225   226   227   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

425


 

 

mənası oxumaq (qiraət) deməkdir. Məhəmməd peyğəmbər müsəlmanlara çox oxumağı savada yiyələnməyi 



məsləhət görürdü.  

 ―Quran‖  ın  əsas  məqsədi  insanlara  xoşbəxtliyin  yolunun  göstərmək,  onları  düzlüyə,  doğruçuluğa 

səsləmək, onların əxlaqını saflaşdırmaq və pis işlərinin qarşısını almaqdır. 

 ―Qurani – Kərim‖ ayrı – ayrı surələrdən və ayələrdən ibarətdir. Bu müqəddəs kitabdakı mətnlərin hər 

birinə surə, surələrin hər bir cümləsinə isə ayə deyilir.  

―Quran‖ qafiyəli nəsrlə yazılmışdır. Bu müqəddəs kitabdakı surələrin ümumi sayı 114, ayələrin sayı 

isə  6666  –  dır.  ―Qurani  –  Kərim‖  də  peyğəmbərimizin  kəlamları  toplanmışdır.  Həzrəti  Məhəmməd 

əleyhissəlamın  sağlığında  onlar  şifahi  surətdə  yayılırdı.  İlk  dəfə  xəlifə  Osmanın  (644  –  656)  tapşırığına 

əsasən Məhəmməd peyğəmbərin hökmləri, göstəriş və məsləhətləri toplanmış və nəşr edilmişdir. 

Məhəmməd peyğəmbər təxminən 570-ci ildə dünyaya göz açmışdır. Məhəmmədin atası Abdulla vəfat 

edəndə o hələ anadan olmamışdı. Məhəmməd altı yaşında olarkən anası Aminə ərinin qəbrini ziyarət etmək 

üçün  yola  düşür,  oğlunu  da  özü  ilə  götürür  və  qadın  Əbva  kəndində  həyatla  vidalaşır.  Babası  Əbdül 

Müttəlibin himayəsində qalan Məhəmməd səkkiz yaşında ikən onu da itirir. Babanın vəfatından sonra yetim 

uşağa əmisi Əbu Talib yiyə durur. Məhəmməd kiçik yaşlarında əmisi Əbu Taliblə uzaq Suryaya uzun davam 

edən  səfərdə  iştirak  edir.  Qonşu  ərəb  ölkələriylə  tanışlıq  Məhəmmədin  həyatında  böyük  rol  oynamışdır. 

Sonralar bu ticarət səfərləri onu İslam dinini yaratmağa həvəsləndirmişdir. Məhəmməd lap gənc yaşlarında 

Məkkədə ən inamlı və etibarlı adam kimi tanınmışdı.  

Məhəmməd peyğəmbətin (ə.s) Xədicədən iki oğlu (Qasım və Abdulla) və dörd qızı (Zeynəb, Ruqiyyə, 

Umgülsüm  və  Fatimə)  dünyaya  gəlmişdi.  Həzrəti  Məhəmməd  (ə.s)  İslam  dininin  banisi  və  sonuncu 

peyğəmbəridir. 

                                                     

 

SEYĠD  ƏZĠM ġIRVANĠNĠN NƏZƏRĠ ĠRSĠNDƏ  MAARĠFPƏRVƏRLĠK ĠDEYALARI 



 

Abasova  S.A. 

Bakı Slavyan Universiteti 

 

XIX əsr Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri olan Seyid Əzim Şirvani (1835-



1888)  həm  ədəbiyyat  tariximizdə  realist  şair  kimi  şöhrət  qazanmış,  həm  də  maarif  və  mədəniyyət  xadimi 

kimi tanınmışdır. Böyük şairin maarifçilik ruhunda yazdığı  əxlaqi-tərbiyəvi mahiyyət daşıyan əsərləri uzun 

illərdən bəri gənc nəslin mənəvi cəhətdən yetkinləşməsində mühüm rol oynayır. 

XIX  əsr  Azərbaycan  ədəbiyyatında  qəzəl  ustadı  kimi  məşhurlaşmış  Seyid  Əzimin  yaradıcılığında 

əxlaqi-tərbiyəvi  əsərlər  də  mühüm  yer  tutur.  Onun  elm,  məktəb,  maarif,  mədəniyyət,  mətbuat,  mütaliə, 

tərbiyə,  mövzularında  yazdığı  şeirlər  didaktik  poeziyanın  ən  gözəl  nümunələri  sayılır.  Dünyagörüşü 

baxımından  maarifçi  olan  şair  cəmiyyətin  təkamül  yolu  ilə  dəyişib  gözəlləşəcəyinə  inanır,  bundan  ötrü 

insanların  mənəvi  cəhətdən  kamilləşməsini  vacib  şərt  sayırdı.  Ona  görə  də  o,  özünün  ictimai-pedaqoji  və 

bədii  fəaliyyətində  elmin,  maarifin,  mədəniyyətin  təbliğinə,  bilikli,  tərbiyəli  vətəndaşların  yetişdirilməsinə 

xüsusi diqqət yetirirdi.  

Pedaqoji fəaliyyəti zamanı ana dilində dərsliyə ciddi ehtiyac olduğunu görən Seyid Əzim bu məqsədlə 

uşaqlar üçün tərbiyəvi parçalar seçib toplamış, tərcümə etmiş, bir çoxunu isə özü yazmışdı. O, 1878-ci ildə 

həmin mətnləri bir yerə yığıb birinci və ikinci sinif şagirdləri üçün dərslik tərtib etmişdi. Həmin kitabı çap 

olunmaq  üçün  Qafqaz  Maarif  İdarəsinə  təqdim  etmiş,  lakin  onun  nəşrinə  icazə  verilməmişdi.  Ruhdan 

düşməyən  maarifçi-pedaqoq  ildən-ilə  bu  dərsliyi  müəyyən  əlavələrlə  zənginləşdirmiş,  bəzi  ixtisar  və 

dəyişikliklər  etmişdi.  Müəllifin  «Müntəxəbat»  adı  ilə  yenidən  işləyib  təkmilləşdirdiyi  və  müxtəlif  illərdə 

nəşrə  təqdim  etdiyi  bu  dərslik  rəsmi  dövlət  sənədlərində  «Məcmuəyi-asari-Hacı  Seyyid  Əzim»,  «Şəriət 

kitabı»,  «Tacül-kütüb»  («Kitabların  tacı»),  «Rəbiül-ətfal»  («Balaların  baharı»)  adlandırılmışdır.  Bu 

mənbələrə  isnad  edən  bəzi  araşdırıcılar  yanlış  olaraq  şairin  bir  neçə  dərslik  tərtib  etməsi  mülahizəsini 

söyləyirlər. Əslində isə həmin adların hamısı daha çox «Rəbiül-ətfal» kimi ilə məşhur olan eyni bir kitaba 

məxsusdur. 

Azərbaycan  uşaq  ədəbiyyatının  görkəmli  yaradıcılarından  biri  kimi  şöhrət  qazanmış,  təlimtərbiyə 

mövzusunda  yazdığı  əsərlərində  yazıçı-pedaqoq  kimi  özünün  məharətini  göstərmiş  Seyid  Əzim  Şirvaninin 

ədəbi  irsinin  mühüm  hissəsini  uşaq  və  gənclərin  təlim-tərbiyəsinə  həsr  etdiyi  əsərlər  təşkil  edir.  «Qafqaz 

müsəlmanlarına  xitab»,  «Təlim-tərbiyə  haqqında»,  «Əkinçi»  qəzetinə  yardım  üçün»,  «Həsən  bəy  Məlikov 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

426


 

 

Zərdabiyə», «Puşkinə heykəl qoyulması münasibətilə» və s. şeirlərində o, bir maarifçi kimi feodal-patriarxal 



qayda-qanunların əleyhinə çıxmış, qabaqcıl ideyaların carçısı olmuşdur.  

Seyid  Əzimin  nəcib  ideyalar  tərbiyə  edən  əsərlərini  məktəb  şagirdləri  bir  əsrdən  artıqdır  sevə-sevə 

oxuyub  əzbərləyirlər.  Şairin  öz  oğlu  Mir  Cəfərə  müraciətlə  yazdığı  şeirlərdə  təbliğ  olunan  fikirlər  əslində 

bütün uşaqlar və gənclər üçün olduqca faydalıdır. 

 

 

AZƏRBAYCAN RESPUBLĠKASININ ÜMUMĠ TƏHSĠL SĠSTEMĠNDƏ “KURĠKULUM 

ĠSLAHATLARI” MÜHÜM MƏRƏHƏLƏ KĠMĠ 

 

Abbasova S.X. 

Bakı Slavyan Universiteti 

 

Bir termin kimi kurikulum ölkəmizdə 90-cı illərin sonundan etibarən istifadə olunmağa başlamışdır. 

Təhsil  sisteminin  təkmilləşdirilməsi,  təşkilati-struktur  bazanın  möhkəmləndirilməsi  istiqamətində  1999-cu 

ildən  başlayan  Təhsil  İslahatları  çərçivəsində  dövlət  səviyyəsində  genişmiqyaslı  tədbirlərin  həyata 

keçirilməsinə  başlanılır.  Belə  tədbirlərdən  biri  də  2000-ci  ildə  yaradılmış  Təhsil  Problemləri  İnstitutunun 

tərkibindəki qurumlardan biri ―Təhsil planı departamenti‖ dir.  Institutun strukturundakı qurumlardan birinin 

belə adlandırılması  kurikulum terminin ―təhsil planı‖ kimi tərcümə edilərək işlənilməsi ilə bağlı olmuşdur. 

Təhsil  Sektorunun  inkişaf  layihəsinin  həyata  keçirilməsini  təmin  etmək  üçün  Azərbaycan 

Respublikasının  təhsil  naziri  2004-cü  ildə  ―Kurikulum  Mərkəzinin  yaradılması‖  barədə  əmr  hazırlayır.  

Kurikulum  Mərkəzinin  yaradılmasında  başlıca  məqsəd  ümumi  təhsil  sistemi  üçün  müasir  tələblərə  cavab 

verən, beynəlxalq təcrübəni özündə əks etdirən kurikulumların hazırlanmasında vahid sistemin təşəkkülünü 

təmin etmək olmuşdur. 

2005-ci  ildən  fəaliyyətə  başlayan  Kurikulum  Mərkəzində  iki  vacib  problemin  həll  olunması  nəzərdə 

tutulmuşdur:  əməkdaşların  peşəkarlığını,  yeni  texnologiyaların  hazırlanması  şəraitində  fəaliyyət  göstərək 

üçün komunikativ bacarıqlar formalaşdırmaq, təhsil kurikulumlarını hazırlamaq. 

Birinci  problemin  həll  edilməsi  məqsədilə  Kurikulum  Mərkəzinin  əməkdaşları  ilə  seminar  məşğələr, 

müzakirə  və  işgüzar  söhbətlər  aparılmış  və  əməkdaşların  yeni  texnologiyalardan  istifadə  bacarıqlarının 

formalaşdırılmasına başlanılır.  

Təhsil  Kurikulumlarının  hazırlanması  isə  2006-cı  ilə  təsadüf  edir.  Ilk  dəfə  həmin  ildə  ―Azərbaycan 

Resbuplikasınn  ümumi  təhsilin  konsepsiyası  (Milli  Kurikulum)‖  hazırlanır  və  hökümət  tərəfindən  təsdiq 

edilir.  Bu  sənəd  2010-cu  ildə  təkimləşdirilərək  istifadəyə  verilir.  Nəticədə  isə  sənəd  özünün  məzmun    və 

strukturuna görə tamamilə yenilənmişdir. 

―Kurikulum‖  təlim  prosesi  ilə  bağlı  bütün  fəaliyyətin  təşkilini  və  həyata  keçirilməsini  əks  etdirən 

konseptual  sənəd  kimi  başa  düşülür.  Bu  sənəd  özlüyündə  təhsilalanlar  üçün  zəruri  kompetensiyaları, 

məzmun və qiymətləndirmə standartlarını, hazırkı tədris planları və proqramlarını, şagirdə və onun hazırlıq 

səviyyəsinə verilən tələbləri, hər bir dərsin konkret inkişafetdirici məqsədlərini və s. təsvir edir, müəllim və 

məktəb qarşısında duran vəzifələri və onların konkret həlli yollarını göstərir. 

 

 



ÜMUMTƏHSĠL MƏKTƏBLƏRĠNDƏ EKOLOJĠ TƏRBĠYƏ 

 

Abdullayeva E. 



Naxçıvan Dövlət Universiteti 

 

Ekologiya  canlı  orqanizmlər  arasında  və  onların  olduğu  mühitlə  qarşılıqlı  əlaqə  haqqında  sintetik 



bioloji təlimdir. İnsan təbiətin bir hissəsi olub, onunla sıx bağlıdır. Təbiət insanların yaşayış mühiti vəzifəsini 

görür,  onun  vəziyyəti  cəmiyyətin  rifah  və  inkişaf  səviyyəsini  təyin  edir.  İnsanın  ətraf    mühit  ilə  əlaqəsinə 

tarixi inkişafından baxıldıqda o, təbiətin hazır məhsullarından istifadə edir, qruplar halında yaşayır, birlikde 

ov edir və bir yerdən başqa yerə köç edirdilər. Yaşadıqları coğrafi şəraitə uyğunlaşmış, ətraf mühiti tanımağa 

və  dəyişdirməyə  çalışmışlar.  Təbii  mühit  içində  yaratdıqları,  bu  gün  də  içində  yaşamını  davam  etdirdiyi, 

özünün  hazırladığı  yaşayış  mühitinin  ilk  modelləridir.  XX  əsrdə  elm  və  texnikanın  inkişafı  ilə  bir  çox 

irəliləyişlərin  əldə  olunması,  sənaye  sahəsində  fabrik  və  zavodların  artması  ətaf  mühitin  və  havanın 

kirlənməsinə  səbəb  olmuşdur.  Ətraf  mühitin  kirlənməsi  insanların  yalnış  davranışlarından  irəli  gəldiyindən 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə