Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
427
bunlar etik problemlərdir. Bu problemlərin təməlində biliksizlik dayanır. İnsana ətraf mühitə qarşı düzgün
münasibətlər qazandırmaqda ən mühüm vasitə təhsildir.
Təhsil sisteminin əsas məqsədi yetişməkdə olan gənc nəsildə ekoloji şüurun formalaşması, ekoloji
mədəniyyətin yaranması üçün effektiv təhsil və maarifləndirmə sistemləri formalaşdırmaqdan ibarətdir.
Ekoloji şüur təbiətin özündə və ―insan-təbiət‖qarşılıqlı münasibətlərində yaranır. Ekoloji təhsilin strateji
məqsədi insanlara elmi biliklərə əsaslanan ekoloji dünyagörüş, ekoloji mədəniyyət və etika aşılamaqdır.
Onlarda öz hərəkətlərinə cavabdehlik, nəticəni qimətləndimək, çətin vəziyyətlərdən çıxmağın yollarını
axtarmaq bacarıqları formalaşdırmaqdır. Ekoloji tərbiyə uşağın ailəsi, cəmiyyətlə ünsiyyətdə,məktəb
rəhbərliyi və müəllimlərlə birlikdə formalaşdırılmalıdır. Qısaca ailə, məktəb, cəmiyyət onun ətraf mühitə
qarşı münasibətinə təsir edən üç ünsürdür. Uşağın ətraf mühitə qarşı müsbət və mənfi davranışları, ilkin
bilikləri öyrəndiyi ilk yer ailədir. Ailə ölkənin sosial, mədəni, ekoloji və iqtisadi tərbiyəni dolaylı olsada
təsiretmə və istiqamətləndirmə gücünə malik sosial bir qurumdur. Uşağın ailə çevrəsi ilə birlikdə ona təsir
edən ünsürlər nəticəsində onun ekoloji görüş, düşüncə və davranışları formalaşmağa başlayır. Onun
davranışlarının ilkin xüsusiyyətləri ailə içi tərbiyədən başlayır. Uşaq valideynlərinin, yaşıdlarının, yaxın
çevrəsinin təsiri ilə məktəbə gəlmədən müəyyən səviyyədə biliklər, dəyərlər, alışqanlıqlar qazanır. Ailədə
başlayan təlim məktəbdə planlı və proqramlı şəkildə davam edir.
Məktəblərdəki şərait, müəllimin xüsusiyyətləri, ətraf mühit, dərs proqramları və dərs vəsaitlərinin
məzmunu şagirdlərin ekoloji tərbiyəsinə təsir edən mühüm amillərdir. Burada dərs proqramaları, ayrı-ayrı
fənlər və dərsliklərin içərisindəki materiallar şagirdlərdə ətraf mühitin öyrənilməsinin başlıca meyarıdır.
Dərs kitablarında ətraf mühitin öyrənilməsiylə yanaşı təbiətin və təbii sərvətlərin qorunmasının da vacibliyi
vurğulanır. Ölkəmizdə və dünyada baş verən ekoloji problemlər dərs kitablarında qeyd olunmuş, bu
problemlərin həlli yolları və hər bir fərdin üzərinə düşən vəzifənin yerinə yetirilməsi haqqında məlumat
verilmişdir. Ümumtəhsil məktəblərində mərhələli şəkildə şagirdlərin yaş səviyyələrinə uyğun ekoloji
tərbiyənin formalaşdırılması dərs proqramları və vəsaitlərlə yanaşı onlara ətraf mühitə qarşı davranış
qaydaları aşılanır. Dərslərdə öyrəndikləri bilikləri gündəlik həyatlarında tətbiq etmələrinə səy göstərilir,
təbiətə qarşı münasibətləri izlənilir. Öyrəndikləri biliklər təbiətdə müşahidə etdikləri hadisələrlə
əlaqələndirilir və müzakirələr aparılır. Məktəblərdə ekoloji təhsil ibtidai siniflərdə elementar biliklərin
dərinləşdirilməsinə, bu biliklərə təbiətdən qeyri-səmərəli istifadə məsələlərinə fikir verməklə ekoloji
aspektləri qabartmağa xidmət edir. Bu biliklər məktəbəqədər dövrdəki biliklərdən elmi faktlara əsaslanması
ilə fərqlənir.
İbtidai siniflərdə ətraf mühitlə bağlı öyrənilən mövzular oyunlar vasitəsilə təşkil oluna bilər. Beləliklə,
təbiət hadisələrinin şagirdlərin yaşayaraq öyrənmələri asanlaşdırılmış olar, özlərini ifadə etmələrinə kömək
edəcəkdir. Yuxarı siniflərdə ekoloji biliklər botanika, zoologiya, coğrafiya dərslərində və sinifdən kənar
metodiki işlərdə mənimsədilir. Şagirdlərə aşılanması zəruri olan biliklər aşağıdakılardır:
-Bitkilər və heyvanlar aləmində baş verən bioloji proseslər;
-Qidalanma inkişaf və böyümə haqqında biliklər;
-Arealı tutmanın və bu proseslərlə bağlı təbiətin çirklənməsinin mahiyyəti;
-Texnoloji proseslərin təbiətdə yaratdığı problemlər;
Şagird ətraf mühitlə əlaqə içində biliklər qazana bilər. Unutmamalıyıq ki, şagirdlər ən yaxşı təcrübə və
ən qalıcı bilikləri müşahidə etmək və tətbiq etməklə öyrənirlər. Hər bir bölgənin təbii mühiti, zənginlikləri,
tarixi-mədəni mirası ekoloji tərbiyənin aşılanmasında mühüm yer tutur.
YENĠ TƏLĠM TEXNOLOGĠYALARININ TƏTBĠQĠ YOLLARI
Adilzadə İ.
Naxçıvan Dövlət Universiteti
Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyev öz hakimiyyəti
dövründə təhsilin inkişafına xüsusi diqqət yetirmiş, müəllimlik sənətini ən şərəfli peşə adlandırmış, təhsil
alanlara və təhsil verənlərə qayğı göstərmişdir. Sevindirici haldır ki, ulu öndərin kursu möhtərəm
Prezidentimiz İlham Əliyev cənabları tərəfindən bu gün uğurla və yaradıcılıqla davam etdirilir.
İnkişaf edən cəmiyyətdə zamanın tələbinə uyğunlaşmaq vacibdir. Bu uyğunlaşma ilk öncə cəmiyyətin
əsasını təşkil edən məktəbdən başlamalıdır. Dərsini yalnız dərslik və sinif otağı ilə məhdudlaşdıran müəllim,
təbii ki, ilk öncə özünü, daha sonra gələcəyimiz olan şagirdləri cəmiyyətdəki yenilik və inkişafdan saxlamış
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
428
olur. Bu gün öyrənmə tək kitablarla deyil, həm də mümkün olan digər resursların vasitəsi ilə aparılmalıdır.
Ümumtəhsil məktəblərində dünya standartlarına cavab verə biləcək yeni pedaqoji və metodik yanaşmalar,
yeni metodik düşüncə tərzi lazımdır. Bunu üçün də məktəblərdə yeni təlim texnologiyaları tətbiq
edilməlidir.
Yeni təlim texnologiyalarından istifadə bu gün müasir dərsin xarakterik xüsusiyyətlərtindəndir. Müasir
dərs dedikdə, adətən mövzunu şagirdlərə öyrətmə prosesində müəllimin göstərdiyi pedaqoji məharət, ustalıq
nəzərdə tutulur. Müəllim sinifdə işgüzar şərait yaradıb şagirdlərin müstəqil mühakimələrinə geniş meydan
açırsa, hər mövzunun xarakterinə uyğun priyomlardan, çeviklik və interaktivliyin təmin edilməsindən,
problemli təlimdən istifadə edirsə, deməli o, dərsi müasir tələblər əsasında qura bilər.
Təlim prosesində məzmunla yanaşı, forma da mühüm rol oynayır. Forma məzmunun daha optimal və
səmərəli şəkildə çatdırılmasına xidmət edir. Dərs o zaman fayda gətirir ki, şagirdlərdə canlı maraq reaksiya
doğursun, onları diskussiyaya girməyə, materiala uyğun hərəkətə sövq etsin.
Fəal təlimdə müəllim uşağın fəal, iradi diqqətini səfərbər edir, öyrədilən mövzuya maraq oyadır,
problem situasiya yaratmaqla qavrayışı fəallaşdırır, idrak üçün əlverişli şərait yaradır. Fəal təlim metodu elə
təlim metodudur ki, dərs prosesində müəllimlə şagird arasında qarşılıqlı əlaqə, münasibət, ünsiyyət, müəl-
lim–şagird əməkdaşlığı vardır. Fəal təlimin ən böyük üstünlüyü ondadır ki, biliklərin verilməsi zamanı
şagirdin yaradıcı təfəkkürü işə salınır, onun yeni biliklərə müstəqil yiyələnməsinə şərait yaradılır. Bu zaman
şagird mövzunu daha maraqla öyrənir, tez mənimsəyir və unutmur. Fəal dərs tipində əməkdaşlıq, işgüzarlıq,
demokratik prinsiplər öz əksini tapır. Fəal təlimin üsulları bunlardır: beyin həmləsi, müzakirələr, rollu
oyunlar, prezentasiyalar, tədqiqatın aparılması, məntiqi təfəkkür proseslərinin inkişafına yönəldilmiş
metodlar. Müasir təlim metodlarından və İKT–dən istifadə cəmiyyətin dəyərli vətəndaşları olmağa
hazırlaşan, fəal və hər şeylə maraqlanan şagirdlərin təhsil aldığı siniflərin yaradılmasında müəllimlərə yol
göstərir. Bu isə dünyanın hər yerində təfəkkürə üstünlük verən müəllimlərin heç vaxt bitib–tükənməyən
axtarışları deməkdir. İnteraktiv dərsdə şagird araşdırmaya cəlb edilməlidir. Bu prosesdə müəllimin istiqaməti
əvəzsizdir. Əgər müəllimin qurduğu dərs müasir standartlar əsasında qurularsa, mütləq şagird araşdırmaya
cəlb olunacaq. Təbii ki, araşdırma aparan şagird yalnız kitab və əyaniliklə kifayətlənməməli, internet
resurslardan da istifadə etməlidir. Onlar hansı mənbələrdən istifadə etməyi və hansı əlaqələri qurmağı özləri
seçir. Müəllimlərin müəyyən etdiyi parametrlərdən asılı olaraq şagirdlər öz mövzularına və apardıqları
araşdırmalara nəzarəti tam şəkildə öz əllərində saxlaya bilir.
İKT–dən istifadə edilən siniflərdə şagirdlərin məlumat toplamaq, həmkarları ilə məsləhətləşmək və
əldə etdikləri nəticələri təqdim etmək üçün daha güclü vasitələri vardır. Texnologiya şagirdlərə məlumatları
idarə etmək imkanı verir ki, bu da həm şagirdlərin anlama qabiliyyətini sürətləndirir, həm də onların daha
yüksək səviyyəli mühakimə bacarıqlarından istifadəyə keçməsini təmin edir. İnteraktiv təlim üsulları o
zaman müsbət nəticə verə bilər ki, şagirdlər üçün müasir tələblərə cavab verən öyrədici mühit yaradılsın.
Bu gün hər bir milli təhsil sisteminin gələcəyi onun informatlaşma səviyyəsindən asılıdır. İKT əsaslı
təlim prosesində operativ əks–əlaqə baxımından öyrədən və öyrənənin yeni interaktiv tərəfdaşı meydana
gəlir. Artıq müəllim şagird üçün informasiya mənbəyi deyil. Müəllimin əks–əlaqə yaratmaq, şagirdin biliyini
qiymətləndirmək imkanı tədricən məhdudlaşır, bu imkanların bir qismi İKT vasitələrinə transfer olunur.
Müəllim şagirdlərinə informasiya ötürülməsinə vaxt sərf etmir. Qazanılan əlavə vaxt ərzində şagirdlər digər
yaradıcı məsələlərin həllinə imkan qazanırlar.
Texnologiyaların təlim prosesində tətbiq olunması müştərək öyrənmə prosesini, şagirdlər arasında
əməkdaşlığı inkişaf etdirir və onların bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Multimedia
vasitələrindən istifadə olunması əyaniliyi gücləndirir, informasiyanın məntiqi və obrazlı mənimsənilməsi
üsullarını birləşdirir ki, bu da təlim prosesini fəallaşdırır. Multimedia texnologiyalarının interaktivliyi
şəxsiyyətyönümlü təlim modellərini gerçəkləşdirmək üçün geniş imkanlar verir.
HƏZRƏTĠ ƏLĠNĠN (Ə.) ELM HAQQINDA FĠKĠRLƏRĠ
Ağalarova T.
Naxçıvan Dövlət Universiteti
Həzrəli ƏIi (ə.) bütün müsəlman dünyasında elm, müdrik filosof kimi tanınır və sevilir. Peyğəmbər
Əleyhissəlam buyururdu ki ―Mən elmin şəhəri, Əli isə onun qapısıdır. Elm öyrənib alim olmaq istəyən bu
qapıya gəlsin‖. Həzrəti Əli (ə.) elmin faydasını yüksək qiymətləndirərək deyirdi: ―Мənə bir hərf öyrədənin