Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə223/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   219   220   221   222   223   224   225   226   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

423


 

 

XVIII 



PEDAQOGĠKA VƏ PSĠXOLOGĠYA 

 

 

 

 

ġAGĠRDLƏRĠN AĠLƏ TƏRBĠYƏSĠNDƏ DĠNĠ DƏYƏRLƏRDƏN  ĠSTĠFADƏ ĠMKANLARI 

 

Abbasova G.A. 

Gəncə Dövlət Universiteti 

 

İslam  böyük  və  geniş  bir  elmdir.  Bu  elmi  dilimizin  xalis  inanc  təməllərini  açıqlayan,  inanmağımız 

zəruri  olan  məsələlər  barədə  bizə  möhkəm  biliklər  verən,  daha  aydın  desək,  ―İslam  dininin  iman 

ehkamlarından ( etiqat köklərindən ) Qur‖ani Kərində və müqəddəs hadisələr əsasında ardıcıl şəkildə bəhs 

edən kəlamlar toplusudur; mülahizələr, mühakimələr ümmanıdır. 

Dünya heç vaxt bir rəngə boyanmır. Ən ağır möhnətin də bir ümid, sevinc payı olur. Buna görədir ki, 

yaşadığımız indiki çətin, əzablı dövrün və fərəh işartıları, sabaha inamımızı artıran işıqlı məqamları da var. 

Yönümüzü öz  kökümüzə, tarixi yaddaşımıza səmt çevirməyimiz zamanın sanki ucu görünməyən dolanbac 

yollarında qalmayacağımıza əmindik hissi oyadır. Bu gün qolumuzdan tutan saf etiqat gücü ilə mətnliyimizi 

artıran, incə mərhəmət duyğusu ilə ürəyimizi şəfəqləndirən belə başlıca amillərdən biri, bəlkə də birinci dini 

dəyərlərdir.  Əsrlər  boyu  şəriət  ehkamları  bizim  üçün  yalnız  məslək,  vicdan  meyarlarına  çevrilməyib,  eyni 

zamanda  həyat,  yaşayış  tərzimizi  müəyyənləşdiriblər.  Bu  möhtəşəm  mənəvi  sərvət  bir  müddət  bizə  yasaq 

edilsə  də  haqq  –  talaya  bağlılığımızı  sarsıda  bilməmişdir.  Lakin  etiraf  etməliyik  ki,  həmin  sərvətlərlə 

aramızda  uçurum  yaranmışdır,  bizi  daim  din  haqqında  bəsit,  yalnız  boyağı  təsəvvürlər  təlqin  edilmişdir. 

Şərait  haqqında  heç  bir  məlumatı  olmayan  nəsillər  yetişmişdir.  Bu  boşluğu  doldurmaq,  allahını  tanıyan, 

etiqadı möhkəm İslam ehkamlarına dərindən bələd olan saf, daxilən yetkin şəxsiyyətlər tərbiyə etmək qarşıda 

duran  əsas  vəzifələrdəndir.  Biz  dini  məlumatlarımızı  artırmalıyıq.  Möhkəm  biliyə  əsaslanan  inam  güclü 

olur.( bax, 18) 

İslam yalan danışmağı qadağan edir, çünki yalan hər bir adam üçün və bütövlükdə cəmiyyətə təhlükə 

yaradır. Elə buna görə də hadisələrin birində deyilir: - Əzalar içində ( qiyqmət günü ) daha çox əzab çəkən 

dil olacaq.  

İslam  oğurluğu,  riyakarlığı  qadağan edir, böhtançiliği,  möhtəkirliyi,  qumar  oynamağı  pisləyir,  çünki 

burada biri digərinin itirməsi hesabına qazanır. 

  Bir nəfər Həzrət Peyğəmbərdən soruşur: Ya Rəsulallah, insanların ən xeyirlisi kimdir ? 

-

 

Ömrü uzun, əməli gözəl olandır. 



-

 

Bəs insanın ən pisi kimdir ? 



-

 

Ömrü uzun, əməli pis olandır. 



Ticarətdə  istismarın  bütün növləri  qadağan  olunur,  çünki  burada  müəyyən  tərəf cavabdeh  olmalıdır. 

İnhisarlığın, qara bazar, mübit torpaqların istifadəsiz qalması qadağan edilir. 

- Kim torpağın bir qarışına zülm etsə, yerin yeddi qatı onun boğazına dolanır. Heç kəsə icazə verilmir 

ki, başqasını öldürsün onun malına yiyələnsin. Ən yoxsul adam tamahkar olan kimsədir. 

Zinəkarlıq,  şöhrət  düşkünlüyü,  ər-  arvad  arasında  xəyanət  qəti  qadağandır.  Çünki  bu  cəmiyyətdə 

mənəviyyatsızlıq yaradır, adamlar arasında zöhrəvi və nəinki indiki, gələcək nəsillərin də əxlaqını pozaraq 

cəmiyyəti parçalayır. İslambelə cinayətlərin kökünü kəsməyə can atır. 

Peyğəmbər  salavatullahdan  soruşdular:-  Müsəlmanların  ən  yaxşısı  kimdir?  Həzrət  Peyğəmbər 

buyurdu: ―O adamdır ki, dilindən və əlindən müsəlmanlara xətər toxunmaz‖.(bax, 8) 

Ailə  insanın  ilkin  əxlaqi  münasibətlərinin  yarandığı  beşikdir.  Bu  səbəbdən  də  şəriətin  ailə  haqqında 

göstərişlərini  bilməliyik.  Ailə  ata,  ana  və  övladlardan  ibarətdir.İslamın  bu  barədə  hərarətli  göstərişləri  var: 

Bu  göstərişlər  kişidən  ailənin  təminatını  tələb  edir.  Qadının  vəzifəsi  isə  ev  işlərini  aparmaq,  uşaqların 

qayğısına qalmaq, onlara tərbiyə vermək və ailədə əminamanlıq yaratmaqdan ibarətdir. Övladların borcu ata- 

anasına ehtiram və itaətdir. 

Ata-  ananıza  ehtiram  edin  ki,  övladlarının  da  sizə  hörmət  qoysunlar.  Həyalı  və  namuslu  olun  ki, 

qadınlarınız da həyalı və namuslu olsunlar. 

Ailənin  möhkəm  və  intizamlı  olması  üçün  İslam  aşağıdakı  meyarları  qəbul  edib:  a)  ər  ailənin 

başçısıdır.  Heç  bir  qurum  başçısız  səmərəli  fəaliyyət  göstərə  bilməz.  Məktəbi  müdirsiz,  ölkəni  rəhbərsiz 

təsəvvür etmək mümkün deyil. Əgər bir yerdə rəhbər yoxdursa, orada qarmaqarışıqlıq düşər. Bu həmçinin 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

424


 

 

ailəyə  aiddir.  Əgər  ailədə  hərə  öz  bildiyini  edərsə,  hərcmərclik  əmələ  gələr,  bu  da  uşaqların  gələcəyini 



təhlükəyə aparar. İntizam yaranması üçün ailədə rəhbər olmalıdır. 

İslam ailədə əsas mövqeyi kişiyə həvalə edir və beləliklə ailə cəmiyyətin ilkin əsasına çevrilir. Heç bir 

ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz. 

Ailə  başçılarının  vəzifəsi  əsas  etibarilə  işləmək  və  evdənkənar  olan  kəslərin  məsələlərini  həll 

etməkdən  ibarətdir.  Qadınlar  bundan  azad  edilirlər  ki,  özlərinin  bütünlüklə  ev  işlərinə  və  uşaqların 

tərbiyəsinə  həsr  etsinlər.  İslam  qadını  evdən  kənar  işlərdən  azad  edir,  çünki  ona  ikiqat  əziyyət  vermək 

istəmir. Bu ədalətsizlik olardı. Bununla islam kişi ilə qadın arasında əmək bölgüsü yaradır. Lakin bu o demək 

deyildir  ki,  qadının  evdən  kənara  çıxmağa  ixtiyarı  yoxdur.  Bu  hallarda  bəzi  qaydalara  riayət  edilməlidir. 

İslamda qadına daha çox üstünlük verilir.  

Bir  nəfər  rəsullahın  yanına  gəlib  soruşdu:  Ya  Peyğəmbər,  mən  kimə  daha  çox  yaxşılıq  etməliyəm? 

Cavab verdi: ―Anana‖. O adam soruşdu: ―Sonra kimə?‖ Peyğəmbər buyurdu: ―Anana‖. Həmin adam yenə 

soruşdu: ―Sonra kimə?‖ Peyğəmbər yenə: ― Anana‖ dedi: O adam bir də soruşdu: ―Bəs sonra kimə?‖ Rəsuli 

Əkrəm buyurdu: ―Sonra atana‖.  

Ailənin genişlənməsi, adətən qohumluq əlaqələri və nigah yolu ilə baş verir. İslam insanlar arasında 

möhkəm, sağlam ailə qurulmasını, hər bir ailə üzvünün digəri ilə dayaq və sevinc mənbəyi olmasını tələb 

edir. (bax, 9) 

1. Bir-biri ilə təbii və digər yolla qan qohumluğu olanlar arasında nigah qadağandır. Belə  ki, ana ilə 

oğul,  ata  ilə  qız,  ögey  valideynlərlə  uşaqlar,  qardaş  ilə  bacı,  kürəkənlə  qaynana,  gəlinlə  qaynata  arasında 

nigah qadağan edilib. Bu qadağalar ailə əlaqəlrini möhkəmləndirir, onları saf və möhkəm edir. 

2. Yaxın ailələr arasında qurulan nigahlar səmərəli olur, çünki belə hallarda adətən ailələr bir- birini 

tanıyır, hər biri o birinin adətlərinə bələddir. Buna görə şəriət belə nigahlara üstünlük verir, lakin bu o demək 

deyildir ki, tanış olmayan ailələr arasında nigah qadağandır.  

3. Əksər hallarda qohum ailələr arasında dövlətlisi, kasıbı, imkanlısı, imkansızı olur. İslama görə kişi 

tərəfin  qohumlarını  daha  böyük  üstünlük  verilir.  Qohumlar  arasında  qarşılıqlı  hörmət  ―Silat-Əlrəhm‖ 

adlandırılır.  Müsəlmanlar  mühüm  qaydaya  riayət  etməyə  çalışırlar.  Qohumlara  qarşı  ehtinasızlıq  günaha 

bərabərdir  və  allah  tərəfindən  bəyənilmir.  Əgər  qohumlardan  birinə  bədbəxtlik  üz  verərsə,  imkanı  olan 

qohumlar ona mütləq kömək etməlidir. Bu xüsusi ―Zəkat‖ və ya başqa xeyriyyəçilik əməlləri kimi təsdiqlənə 

bilər.  


4. İslamda vərəsəlik mərhumu varidatının bir nəfərə çatmasına yol vermir. Miras elə bölünməlidir ki, 

bütün yaxın qohumlara çatacaq hissəni ala bilsinlər. Yaxın qohumlar, oğul, qız, arvad, ər, ata, ana, qardaş, 

bacı  hesab  olunur.  Bu  qanunun  bərabəri  yoxdur  və  başqa  cəmiyyətlərdə  də  qəbul  edirlər.  Təssüf  ki, 

müsəlmanlar özləri bu qanunu axıra kimi dərk etmir. Bəziləri hətta əməl etmirlər. Məsələn, bəzi ölkələrdə 

qızları vərəsəlikdən məhrum edirlər ki, bu da ― Qurani- Kərimə‖ ziddir. 

İnsanın öz dostları, qohumları, həmvətənləri və digər təmas da olduğu adamlarla münasibəti çox vacib 

məsələlərdəndir. İslam belə münasibətləri bəyənir və onların sədaqət, doğruluq, hörmət əsaında qurulmasını 

tələb  edir.  Möminlər  bir-  birinə  hörmət  etməlidirlər.  Kömək  və  dayaq  olmalı  və  evsizlərə,  kimsəsizlərə əl 

tutub acları doydurmalıdırlar. 

-  Müsəlmanlara  görə  ən  xeyirli  və  ailə  içində  yetimə  yaxşılıq  edən,  ən  şərli  ev  isə  yetimə  yamanlıq 

edilən evdir.  

İslam dini kimi, allah sizə qismət edibsə, israfçılıq etməyin. Pulu mənasız yerə, lovğalanmaq üçün sərf 

etmək qadağan edilir. Pulu ehtiyacı olanlar üçün deyil, boş yerə sərf edilməsini qəddarlıq və ədalətsizlik kimi 

qiymətləndirir.  

-  Müsəlman  qardaşının  ehtiyacını  ödəmək  məqsədi  ilə  yol  gedən  bir  kimsənin  hər  addımına  ondan 

ayrıldığı yerə dönüncəyə qədər Allah təala cavab yazar və yetmiş günahından keçər.  

İslam  xüdbinliyi  rədd  edir,  çünki  belə  bir  adam  başqalarının  mənafeyiilə  hesablaşmır  və  ifrat 

fərdiliyinə gətirib çıxarır. O istəyir ki, ayrı- ayrı fərdlər deyil, bütün cəmiyyət firəvan yaşasın. (bax, 9)  

İslam sakit və təmkinli həyat tərzi tərəfdarıdır. Möminlərin ictimai şüura və öz xeyrinə bir iş görəndə 

həmişə qohumları barədə düşünməyə çağırır. Bu islamın məqsədidir.  

-  Mərhəmət  edənlərə  Allah  da  mərhəmət  edər.  Yerdəkilərə  mərhəmət  ediniz  ki,  göydəkilər  də  sizə 

rəhm etsin. Ey insanlar Allahdan qorxun! And olsun xaliqə ki, bir mömin digərinə zülm etsə, qiyamət günü 

Allah- təala ondan mütləq intiqam alacaqdır.    

Biz  azərbaycanlılar  müsəlmanıq.  Peyğəmbərimiz  Həzrəti  Məhəmməd  əleyhissəamdır.  ―Qurani  – 

Kərim‖ müsəlmanların müqəddəs kitabıdır. Bu müqəddəs kitaba qısaca ―Quran‖ deyirlər. ―Quran‖ sözünün 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə