Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə230/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   226   227   228   229   230   231   232   233   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

437


 

 

Tərbiyəçinin  manqalar  arasındakı  işləri  tənzimləmə    bacarığı  da  əhəmiyyətli  məsələdir.  Bu  elə 



olmalıdır ki, işi hamı təxminən eyni vaxtda qurtarsın. Tərbiyəçi uşaqların işini müşahidə edərək, hər hansı 

manqanın ləngidiyini və ya tapşırılmış işi tez yerinə yetirdiyini qeyd edə bilər. Belə vəziyyətlərdə müxtəlif 

çıxış yolları ola bilər, lakin onlardan hər hansının qarşılıqlı köməyinin vacib olduğunu xüsusilə qeyd etmək 

lazımdır:  ―Afərin  sizə    artıq  öz  işinizi  qurtardınız.  Mən  bilirəm  ki,  bu  saat  siz  yoldaşlarınıza  köməkdən 

imtina  etməyəcəksiniz.  Axı  yoldaş  çətin  vəziyyətdə  olanda  kənarda  dayanmaq  ayıbdır‖.  Tərbiyəçinin 

uşaqları  təkcə  köməyə  dəvət  etməsi  yox,  həmdə  onu  təşkil  etməsi,  onlardan  kiminsə  öz  üstünlüyü  ilə 

loğvalanmasının,  hələ  öz  işinin  öhdəsindən  gələ  bilməyənlərin  məzəmmət  olunmasının  qarşısını  alması 

vacibdir. Ona görə də o bəzi uşaqların nə üçün işin öhdəsindən gələ bilmədiyini izah edir: ―Onların işi nə çox 

imiş. Başqalarının işindən xeyli çox. Onlara yoldaşlıq köməyi lazımdır‖. 

 İşin  axırında  tərbiyəçi  uşaqlarla  onun  nəticələrini  müzakirəsini  keçirir.  Burada  məqsəd  konkret  

misallarla  kollektiv  əməyin  üstünlüyünü  göstərməkdən  ibarətdir.  O  uşaqlara  müraciət  edərək  suallar  verir: 

―Biz  sizinlə  nəyə  müvəffəq  olduq?  Yır-yığışdan  sonra  otağımız  necə  də  dəyişdi‖.  Uşaqlar  görülmüş  işləri 

sadalayırlar. Tərbiyəçi uşaqların birgə və əlbir işləyərək xeyli yaxşı iş gördüklərini məmnuniyyətlə qeyd edir. 

Bununla yanaşı onda inam yaranır ki, hər kəs yaxşı işləyə bilər. 

Kollektiv əməyin nəticələrinin müzakirəsi zamanı tərbiyəçi səy və yoldaşa köməyin ifadə oldunduğu 

hərəkətləri xüsusilə qeyd edir. Müsbət misalların müzakirəsi ilə yanaşı uşaqların diqqətini ayrı-ayrı misallara 

da cəlb etmək vacibdir. Lakin nöqsanları göstərərkən tərbiyəçi xüsusilə ehtiyatlı olmalı, uşaqların indi daha 

yaxşı işləmələrinə əmin olaraq, iradlarını mülayimcəsinə, xeyirxahcasına bildirməlidir. Müzakirə cəmisi 34 

dəqiqə vaxt aparır, lakin onun uşaqların əmək fəaliyyətinin təşkilində böyük tərbiyəvi əhəmiyyəti vardır. 

 

 



ġAGĠRDLƏRĠN RABĠTƏLĠ NĠTQĠ VƏ ONA VERĠLƏN TƏLƏBLƏR 

 

Cəfərova N.V. 

Bakı Slavyan Universiteti 

 

Nitq  inkisafından  söhbət  düşərkən  ilk  növbədə  hər  kəsin  yadına  birinci  növbədə    dil-ədəbiyyat 

müəllimləri düşür. Lakin əslində nitq inkişafını tək bir, yaxud iki müəllimin üstünə atmaq olmaz. Şagirdlərin 

nitq inkişafı məsələsi ilə bütün fənn müəllimlərin məşğul olması zəruridir. Hər bir fənn müəllimi öz fənninə 

aid  ən  mühüm  anlayışları  şagirdlərinə  izah  edərək,  həmin  sözləri  onların  lüğət  ehtiyatına  daxil  etməlidir. 

Şagird nitqinin inkişafında xüsusi yeri məhz ibtidai təhsil pilləsi təşkil edir. Çünki uşaqlar məhz bu pillədə 

Azərbaycan  dili,  riyaziyyat,  xarici  dil,  həyat  bilgisi  və  s.  fənlərin  əhatə  etdiyi  əsas  anlayışlar  və  bir  çox 

terminlərlə tanış olurlar. Deməli, şagirdlərin nitq inkişafının əsası, bünövrəsi məhz ibtidai siniflərdə qoyulur. 

Rabitəli nitqin inkişafına verilən konkret tələblər aşağıdakılardır: 

1.

 



Nitq  məzmunca  dolğun  olmalıdır.  Biz  dildən  fikrimizi  başqalarına  çatdırmaq,  həmçinin 

başqalarının  fikrini  başa  düşmək  üçün  istifadə  edirik.  Fikir  olmayan  yerdə  onu  ifadə  etməyə  də  ehtiyac 

olmaz.Buna  görə  də  ilk  növbədə  şagirdin  haqqında  danışacağı  materialı  yaxşı  mənimsəməsinə  çalışmaq 

lazımdır. 

2.

 

Şagirdin  danışacağı  material  müəyyən  məntiqi  ardıcılllıqla  ifadə  edilməlidir.  Fikirlər  ardıcıl 



verilməzsə,  sistemsiz  bir  şəkildə  şərh  olunarsa,  nitqdəki  rabitə  pozulur  və  dinləyən  də  danışan  şəxsi  çox 

çətinliklə başa düşür. 

3.

 

Dolğun məzmun və ardıcıl hadisələr qrammatik cəhətdən düzgün qurulmuş, leksik cəhətdən zəngin 



olan  cümlələrlə  ifadə  olunmalı,  hər  bir  cümlə  özündən  əvvəlki  cümlələrlə  məntiqi  və  sintaktik  əlaqəyə 

girməli, biri digərinin mənasını açmalı, tamamlamalıdır. 

4.

 

Rabitəli nitqin dolğun və səlis olması, şagirdin əsas və ikinci dərəcəli hadisələri bir-birindən ayıra 



bilməsi,  mühüm  əhəmiyyəti  olan  məsələləri  ön  plana  çəkə  bilməsi  ilə  bağlıdır,  çünki  şagirdlər  bəzən 

hadisənin  ümumi  inkişaf  xəttində  əsas  yer  tutan  məsələni  unudur,  az  əhəmiyyəti  olan  təfərrüatlar  üzərində 

dayanır ki, bu da mənasız uzunçuluğa, fikrin natamam və zəif ifadə olunmasına gətirib çıxarır. 

5.

 



Rabitəli  nitqə  verilən  tələblərdən  biri  də  budur  ki,  şagird  hazır  kitab  cümlələrini  əzbərləməsin, 

fikrini  müstəqil  və  sərbəst  şəkildə  ifadə  edə  bilsin.  Çünki  belə  olduqda  şagirdlərin  dili  işləyir,  düşüncəsi 

işləmir, onlar özgəsinin dili və hazır cümlələri ilə danışmağa çalışır və onların nitqi insanı qızdıra bilməyən 

ay işığına bənzəyir. 

Sonuncu  tələb  rabitəli  nitqin  şagird  müstəqilliyini,  yaradıcılıq  qabiliyyətini  və  meyllərini  inkişaf 

etdirməsi ilə birbaşa bağlıdır.  




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

438


 

 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  rabitəli  nitqin  inkişafı  ilə  bütün  müəllimlər  məşğul  olmalı,  xüsusən 



ibtidai sinif müəllimləri məhz bu işin təməldaşı olduqları üçün xüsusi rol oynamalıdırlar. 

                                                                                    



 

YENĠYETMƏLƏRĠN SOSĠAL-ƏXLAQĠ FORMALAġMASI PROSESĠNƏ TƏSĠR GÖSTƏRƏN 

ESTETĠK MƏDƏNĠYYƏTĠN FORMA, ÜSUL VƏ VASĠTƏLƏRĠ 

 

Ersoy B.M. 

Bakı Slavyan Universiteti 

 

Müasir dövr  daha  yüksək  texnologiyalardan istifadə dövrüdür. Bu dövr dünyada inqilabi  proseslərin  

dərinləşdiyi,  xalqların  müstəqilliklərinə  qovuşduğu,  demokratiya  əldə  etdikləri,  sosial-iqtisadi  və  mənəvi-

əxlaqi tərəqqi sahəsində yeni nailiyyətlər qazandığı, sosial və elmi-texniki inkişafın insanların şüurunda və 

həyatında, istehsal prosesində  əsaslı dəyişikliklər  yaratdığı bir dövrdür. 

 

 



 

Müstəqil bir dövlət kimi artıq XXI  əsrə qədəm qoyan Azərbaycan Respublikası istiqlalını qorumaq, 

demokratik dövlət qurmaq, azad bazar iqtisadiyyatlı bir vətəndaş cəmiyyəti yaratmaq uğrunda irəliləyir. Bu 

yolda  yeniyetmələrin  sosial-əxlaqi  formalaşmasına  təsir  göstərən  estetik  mədəniyyət  vasitələrindən  ən 

sürətlisi    informasiya  kanalları  olan  radio  və  televiziyanın  da  özünəməxsus  yeri  var.  Geniş  auditoriya  və 

güclü emosional təsirə malik olan radio və televiziya həm əhaliyə operativ informasiya çatdırmaq, həm də 

güclü  ictimai  rəy  formalaşdıraraq  insanları  qlobal  vəzifələrin  həyata  keçirilməsi  uğrunda,  mübarizəyə 

səfərbər etməkdə cəmiyyətin həyatında mühüm rol oynayır. 

 

 

 



 

 

 



Estetik tərbiyənin bir çox vasitələri mövcuddur.  

Bunların içərisində aşağıdakılar  mühümdür:   

İnsanların    təbiətlə  əlaqəsi;  ictimai-sosial  həyat;  əmək  fəaliyyəti  mühüm  yer  tutur.  İnsanların 

gözəlliklə, təbiətlə əlaqəsi nəticəsində onlarda gözəl hisslər baş qaldırır, təbiətə vurğunluq  əmələ gəlir. Bu 

işdə təbiətə ekskursiyalar, yaşıllaşdırma işində iştirak etmək və s. əhəmiyyətli yer tutur.  Estetik 

tərbiyənin 

ikinci  vasitəsi  insanların  sosial  həyatıdır.  Abadlaşdırılmış  şəhər  və  kəndlər,  onların  gündən-günə 

gözəlləşdirilməsi,  yaraşıqlı  binalar  tikilməsi  və  istirahət  guşələrinin  salınması  insanlar  arasında  gözəl, 

mehriban  ünsiyyət  yaradır,  onları  həyatı  daha  da  gözəlləşdirməyə  ruhlandırır,  yaradıcılıq  qabiliyyətlərini 

inkişaf etdirməyə sövq edir. 

 

 

 



 

 

Estetik  tərbiyənin  vasitələri  içərisində  əmək  mühüm  yer  tutur.  İnsan  öz  əməyinin  nəticəsindən, 



cəmiyyətə verdiyi xeyrdən zövq alır. 

Ünsiyyət,  davranış  mədəniyyəti  də  ən  mühüm  estetik  təsir  

vasitələrindəndir.  İnsanın  həyat  və  cəmiyyət  hadisələrinə,  bir-birinə  münasibətinin  məcmusunu  göstərən 

davranış  estetikası  aktuallığı  ilə  çox  böyük  əhəmiyyət  kəsb  edir.  Vaxtilə  A.M.Qorki  çox  böyük 

uzaqgörənliklə deyirdi ki, estetika gələcəyin etikasıdır. Əlbəttə, böyük ədib bu sözləri deməklə, estetikanın 

etik təsir istiqamətinə, mahiyyət etibarilə əxlaqi gözəlliyə zəmin yaratmasına  xüsusi diqqət  yetirməyi vacib 

sayırdı.  

Estetik tərbiyənin  metodlarına aşağıdakılar aid edilir: 

 

 

 



 

 

a) Estetik bilgilərin verilməsində istifadə edilən təlim metodları- şifahi şərh, müsahibə, illustrasiya və 



demonstrasiya, izah 

 

 



 

 

 



 

 

b)  Estetik  zövq  və  estetik  baxışların  tərbiyə  edilməsində  istifadə  edilən  tərbiyə  metodları-  söhbət, 



müzakirə, disput, ədəbi-bədii gecələr   

 

 



 

 

 



c)  Estetik  yaradıcılığın  özünə  məxsus  olan  spesifik  metodlar  daxildir-  estetik  fəaliyyətin  təşkili 

metodikası. 

 

 

 



 

 

 



 

 

 



Ümumiyyətlə  estetik  təlim  və  tərbiyənin  forma,  üsul  və  vasitələri  əsasən  iki  formada  təlim  və 

dərsdənkənar    proseslərdə  həyata  keçirilir,  mədəniyyət    və  incəsənət  müəssisələrində  də  estetik  tərbiyə 

tədbirlərinə    geniş  yer  verilir.Təlim  prosesində  tərbiyə    olunmuş        estetik    baxışlar,    hisslər    insanların  

müstəqil həyatı və fəaliyyəti prosesində daha da möhkəmlənir və inkişaf edir. Həmçinin bu hisslər, baxışlar 

və  onlarda  tərbiyə  olunmuş,  formalaşdırılmış  estetik  bacarıq  və  adətlər  əsasında  öz  həyatlarını    gözəllik 

qanunları əsasında qurmağa səy göstərirlər. Daha doğrusu  estetik tərbiyənin forma, üsul və vasitələrindən 

səmərəli  istifadə  yeniyetmələrin  estetik  mədəniyyətini  formalaşdırmaqla  yanaşı  onlarda    estetik 

özünütərbiyəyə şərait yaradır. 



 

 

 

 


Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə