Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə241/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   237   238   239   240   241   242   243   244   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

459


 

 

özünütəsdiq,  milli  özünəməxsusluğun  bütün  əlamətlərini  aşkar  etməyə  çalışır.  Milli  rəmzlərə,    adətlərə, 



ənənələrə yeni həyat verilir, dini etiqadlar, müqəddəs bayramlar xalqın özünə qaytarılır. Bu qayıdışda yeni 

bir ruh, yeni təfəkkür, yeni mədəniyyət öz əksini  tapır.  

Məhz  milli  ləyaqət,  torpağa  bağlılıq,  vətəndaşlıq  dəyanəti  bu  köklərdən  rişələr  alır,  yeni  nəsilləri 

azadlığa, müstəqilliyə çağırır. Hər bir şagirddə milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və 

belə  bir  həqiqəti  təsdiq  edir  ki,  mədəniyyətin,  elmin,  ədəbiyyatın  inkişafı,  xalqın  böyüklüyündən  və 

kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən, zəngin təfəkkür tərzindən asılıdır.  

Kiçik  yaşlı  uşaqların  müsbət  əxlaqi  keyfiyyətlərinin,  mənəviyyatının  inkişafı  milli  mənlik  şüurunun 

formalaşması ilə bilavasitə bağlıdır.  

Milli mənlik şüurunun formalaşması Vətənə, doğma torpağa, doğma yurda məhəbbət yaradır. Torpaq 

insanın  yaşayış  və  əbədiyyət  məskənidir.  Uşaqların  öyrəndiyi  yeniliklər,  iştirak  etdikləri  kütləvi  tədbirlər, 

bədən  tərbiyəsi  və  idman,  müxtəlif  oyunlar  onlarda  belə  bir  əqidəni  inkişaf  etdirir  ki,  torpaq,  vətən 

müqəddəsdir.  Kiçik  yaşlı  məktəblilər  düzgün  dərk  edirlər  ki,  dünyada  Azərbaycan  xalqı  var,  yaşayır  və 

özünün çox hiyləgər düşməninə - ermənilərə qarşı mübarizə aparır. Onların vətənpərvərliklə bağlı oyunları 

və  səyləri  xalqımızın  qüdrətli,  yenilməz  hərəkatı  ilə  birləşib,  tariximizin  əzəmətli,  unudulmaz  misilsiz 

qəhrəmanlıq  səhifələrinin  yaranmasına  və  yazılmasına  səbəb  olur.  Milli  mənlik  şüurunun  qabarıq  təzahürü 

olan  doğma  yurda,  torpağa  balaca  fidanları  gözəgörünməz  müqəddəs  tellərlə  bir-birinə  bağlayır,  onları 

suverenliyin,  milli  bütövlüyün  qorunması  naminə  səfərbərliyə  alır.  Onlar  belə  bir  həqiqəti  dərk  edirlər  ki, 

milli  borc,  torpağa  bağlılıq,  milli  qürur  və  iftixar,  vətəndaşlıq  hüququ  qazanır.  Milli  mənlik  şüuru,  milli 

özünüdərk  vətənlə,  torpaqla,  mədəniyyət  və  incəsənətlə  bağlı  gerçəkliyin  təzahürü  olub,  sosial-iqtisadi, 

mədəni  və  mənəvi  mühitin  qavranılması,  dərk  edilməsi  və  təsdiqidir.  Fəal,  ictimai  varlıq  olan  balacalar 

vətəni,  milləti,  torpağı  hiss  və  duyğuları,  təfəkkürü  vasitəsilə  özününküləşdirir.  Milli  mənlik  şüuru 

formalaşmış  və  tərbiyə  olunmuş  uşaqlarda  əqidə  bütövlüyü,  sözlə  işin  tam  vəhdəti  özünü  parlaq  şəkildə 

təzahür etdirir. Millətin adından təmtəraqlı sözlər demək hələ əqidə bütövlüyü deyildir. Vaxtilə Məhəmməd 

peyğəmbər deyirdi ki, millətimin içində xəyanət olmasa, düşmən qarşımızda tab gətirə bilməz. Milli mənlik 

şüuru və əqidəli olmayan hər bir kəs ötəri hisslərlə yaşayıb hansı məsləkə, əqidəyə xidmət etdiyini bilməz.  

Milli mənliyi, qeyrəti olan şəxs isə əqidəsi naminə hər cür işgəncəyə tab gətirər. Məsələn, Babək də, 

Nəsimi də, Bruno da, Mehdi Hüseynzadə də əqidəsi naminə ölümdən qorxmayıblar.  

Bu  baxımdan  kiçik  yaşlı  məktəblilərin  inkişafı  və  tərbiyəsi  məsələsi  hələ  çox  qədimlərdən  dünya 

mütəfəkkirlərinin diqqətini cəlb etmişdir. Kiçik yaşlı məktəbli öz dünyasını düzgün kəşf etməklə, bu barədə 

öz müdrik baxışlarını və nəzəri müddəalarını irəli sürmüşlər.  

Tanınmış  pedaqoqlar  və  müqəddəslərin  tarixən  gəldikləri  qənaətlər,  yaratdıqları  nəzəriyyələr  bəzən 

üst-üstə  düşsə  də  və  ya  fərqli,  bir-birinə  əks  fikirlər  söyləsələr  də,  müasir  dövrümüzdə  uşaq  tərbiyəsi  və 

inkişafı  üçün  təcrübə  əldə  etməyin,  nəzəri  fikirlər  söyləməyin  əsasını  qoymuşlar.  Belə  ki,  bu  gün  onların 

mövzumuzla  bağlı  fikirlərindən  istifadə  etməklə  kiçik  yaşlı  məktəblilərin  tərbiyəsinin  mahiyyətini, 

məzmununu müəyyənləşdirir və dərk edirik.  

  

 



ÇƏTĠN TƏRBĠYƏ OLUNAN  YENĠYETMƏLƏRDƏ ÖZÜNÜQĠYMƏTLƏNDĠRMƏ  

 

Quliyeva G.E.                                                                                                                                           

Bakı Slavyan Universiteti 

 

İnsanın  davranışı,  özünə,  ətraf  mühitə  və  insanlara  münasibəti  ilk  növbədə  onun  özünü-



qiymətləndirməsini  müəyyən  edir.  Özünüqiymətləndirmə  -    şəxsiyyətin  öz  qabiliyyətlərini,  motiv  və 

məqsədlərini, özünə münasibətini, öz şəxsi keyfiyyətlərini dərk edib qiymətləndirməsində özünü göstərir və 

şəxsiyyətin davranışının mühüm tənzimləyicilərindən biridir. İnsanın fəaliyyətinin səmərəliliyinə və onun bir 

şəxsiyyət  kimi  inkişafına  mühüm  təsir  göstərir.  İnsanin  başqa  adamlarla  qarşılıqlı  münasibətləri,  onun  öz 

uğurlarına  və  uğursuzluqlarına  münasibəti,  ayri  -  ayri  həyati  situasiyalarda  davranış  və  rəftarı 

özünüqiymətləndirmədən  asılıdır.  Özünüqiymətləndirmə  normal,  yüksək  və  alçaq  ola  bilər.  İnsanın  özünə 

necə  münasibət  bəslədiyini  başa  düşməklə,  onunla  ünsiyyətdən  nələri  gözləməyin  mümkün  olduğunu təyin 

etmək  olar.  Özünüqiymətləndirmə  yeniyetmə  yaşı  dövründə  davranış  və  fəaliyyətin  əsas  meyarlarından 

biridir.Özünüqiymətləndirmə prosesində ― real mən ‖ obrazı ilə ― ideal mən ‖ obrazının müqayisə edilməsi 

mühüm rol oynayır. Onların bir - birinə uyğun gəlməsi psixi sağlamlığın əsas şərtidir. İnsanın ― real mən ― 

obrazı  ―  ideal  mən  ‖  obrazına  mürvafiq  olduqda,  o,  adətən  özünü  yüksək  qiymətləndirir.  Lakin  əks  halda  



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

460


 

 

nəticə  aşağı  olacaqdır.  Aparılan  tədqiqatlar  göstərir  ki,  çətin  tərbiyə  olunan  yeniyetmələrin  əksəriyyəti 



özlərini  qeyri-adekvat,  yəni  onlar  özlərini  ya  yüksək,  ya  da  ki,  aşağı  qiymətləndirirlər.  Özlərini  yüksək 

qiymətləndirən  çətin  tərbiyə  olunan  yeniyetmələr  ətrafdakılarla  ünsiyyətdə  kobud,  eqoist  olurlar.  Haqsız 

olduqları  zamanlarda  belə  özlərinə  daim  haqq  qazandırmağa  çalışırlar  və  daim  ətrafdakı  insanların  diqqət 

mərkəzində  olmaq  istəyirlər.  Özünü  aşağı  qiymətləndirən  çətin  tərbiyə  olunan  yeniyetmələr  isə  passiv, 

küsəyən,  qapalı  olurlar.  Onlar  müvəffəqiyyətsizliyə  uğrayan  zamanlarda  özlərini  məzlum  göstərir  və 

mübarizlik  nümayiş  etdirmirlər.  Növbəti  işə  başladıqda  belə  həvəssiz  və  özlərinə  inamsız  olurlar.  Qeyri-

adekvat  özünüqiymətləndirmə  yeniyetmələrin  davranışının  düzgün  tənzim  olunmamasına  və  pozulmasına 

gətirib  çıxarır.  Bu  da  onların  formlaşmasına  böyük  ziyan  yetirir.      Yeniyetmələrdə  özünüqiymətləndirmə 

formalaşan zaman onun özünə hörmətə olan tələbatı artır və o, bu tələbatı ödəməyə imkanlar axtarır. Lakin 

yeniyetmə özünüqiymətləndirməni sosial cəhətdən qəbul olunmuş üsüllarla, yəni  müsbət davranışla qaldıra 

bilmirsə  onda  o,  alternativ  davranış  formaları  axtarmağa  başlayır.  Adətən  bu  onu  antisosial  həmyaşıdları 

qruplarına  qoşulmağa  təhrik  edir.  Belə  qruplarda  iştirakı  onun  özünütəsdiqinə  şərait  yaradır  və 

özünüqiymətləndirmənin səviyyəsini qaldırmağa imkan verir. 

Müəllimlərin, tərbiyəçilərin və valideyinlərin üzərinə düşən ən məsul vəzifələrindən biri çətin tərbiyə 

olunan  yeniyetmələrdə  ozünüqiymətləndirmənin  aşağı  olmasının  qarşısını  almaqdır.  Əgər  yeniyetmələrin 

özünüqiymətləndirməsi  aşağı  olarsa,  bunu  qaldırmaq  üçün  onlar  müəyyən  tədbirlər  sistemi  hazırlamalı  və 

tətbiq  etməlidirlər.  Bu  tədbirlər  sisteminə  -  çətin  tərbiyə  olunan  yeniyetmələrin  şəxsiyyyətinin 

xüsusiyyətlərini  öyrənmək  və  onlarla  aparılan  fərdi  iş  zamanı  bunu  nəzərə  almaq;  onların  nailiyyətlərini 

qiymətləndirən  zaman  daha  diqqətli  olmaq  və  verbal  qiymətlərin  sayını  artırmaq;  çətin  tərbiyə  olunan 

yeniyetmələrin  sinif  kollektivində  tutduğu  mövqeyi  öyrənmək  və  onların  kollektivin  təsirindən  kənarda 

qalmasına imkan verməmək; maraqlarını nəzərə alaraq ictimai faydalı işə cəlb etmək və s. daxil ola bilər.  

 

 



RĠYAZĠYYATIN ĠBTĠDAĠ KURSUNDA  FĠZĠKĠ KƏMĠYYƏTLƏRĠN  

TƏTBĠQĠ METODĠKASI 

 

Qurbanova L.N. 

Gəncə Dövlət Universiteti 

 

Məlimdur ki,  riyaziyyat fənni geniş müzakirələr yolu ilə təsdiq edilmiş təhsil proqramı (kurikulumu) 

əsasında  tədris  olunur.  Bu  proqram  ümumtəhsil  məktəblərində,  o  cümlədən  ibtidai  siniflərdə  riyaziyyat 

təliminin  əsas  məqsədlərini  təyin  etməklə  ümumi  təlim  nəticələrinə  nail  olmaq  istiqamətində  bütün 

fəaliyyətləri əks etdirən və hər bir şagirdin imkan və ehtiyaclarına yönəlmiş ən mühüm dövlət sənədidir. Bu 

təhsil proqramı şagirdlərin ―nəyi bilməli‖ və ―nəyi bacarmalı‖ olduğunu müəyyənləşdirmək üçün əsas təlim 

nəticələrini məzmun və fəaliyyət xətlərinin qarşılıqlı əlaqəsi vasitəsilə təqdim edilir. 

Kurikulumdakı    məzmun  xətləri  riyaziyyat  təlimində  fiziki  kəmiyyətlərin  tətbiqinə  geniş  imkanlar 

verir.  Riyaziyyatın ibtidai kursunda fiziki  kəmiyyətlər  və  onların  ölçülməsinin  tədrisinə  istiqamətlənən  bir 

sıra məsələlərin həlli nəzərdən keçirilir. Bu məsələlər içərisində əsas yeri bəzi kəmiyyətlərin ölçülməsi, bu 

ölçmə işini həyata keçirmək üçün müvafiq ölçü cihazları ilə tanışlıq, kəmiyyətlərin ölçü vahidləri və bunlar 

arasında əlaqə kimi anlayışlar tutur. 

Fiziki kəmiyyətlərin əsasını parçanın uzunliğu, cismin kütləsi, zamanla əlaqədar praktik bacarıqlar və 

vərdişlərin formalaşdırılması təşkil edir. Əsas kəmiyyətlərlə yanaşı törəmə kəmiyyətlər haqqında da məlumat 

verilir.  İbtidai  siniflərdə  kəmiyyətlərin  öyrədilməsinin  əsas  məsələləri  içərisində  müəllimin  ―ədəd‖  və 

―kəmiyyət‖  anlayışları  arasındakı  fərqi  və  əlaqəni  düzgün  anlamasıdır.  Məhz  bunun  nəzərə  alınması 

nəticəsində  şagirdlərdə  müşahidə  edilən  ―parça‖  və  ―parçanın  uzunluğu‖  və  bir  sıra  belə  anlayışların 

qaışdırılması kimi səhvlərin meydana gəlməsi müşahidə olunur. Ədədlərin kəmiyyətin ölçülməsi nəticəsində 

əmələ  gəldiyini  şagirdlərin  başa  düşülmsəi    çox  vacibdir.  Kəmiyyətləri  ətraflı  öyrənərkən  uşaqların  ədəd 

haqqında bilik, bacarıq və vərdişlərindən, həndəsi fiqur və onlar üzərində əməllərlə bağlı biliklərədn səmərəli 

şəkildə istifadə edilməlidir. Bu anlayışlar haqqında bilikləri dərinləşdirərkən də fiziki kəmiyyətlər və onların 

xassələrindən  bir  vasitə  kimi  istifadə olunmalıdır.  Deməli,  ədəd, fiqur  və  kəmiyyətlərlə tanışlığın  ―paralel‖ 

şəkildə aparılması məqsədəuyğun sayılmalıdır. 

Fiziki  kəmiyyətlər  və  onların  ölçülməsinin  tədrisi  prosesində  ölçü  vahidləri  haqqında  real  təsəvvür 

yaratmalı,  yəni  parçanın  gözəyarı  uzunluğu  barədə  fikir  söyləmək,  ―ələ  almaqla‖  əşyanın  kütləsini 

müəyyənləşdirmək,  saata  baxmadan  günün  vaxtı  haqqında  təxmini  mühakimə  yürütməyə  nail  olmaq 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə