Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə239/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   235   236   237   238   239   240   241   242   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

455


 

 

şagirdlərin  fərdi  maraq  dairəsinin,  onların  bacarıqlarının  və  yaradıcılıq  imkanlarının  müəyyənləşdirilməsi 



üçün münbit şərait yaranır. Yerinə yetirilən işlər mövzu, xarakter və çətinlik dərəcəsi baxımından rəngarəng 

olmalıdır. Yerinə yetiriləcək işlərin bir qismini ətraflı təlimatla, digərlərini qısa şəkildə işin icrası qaydaları 

ilə, bəzilərini isə yalnız tapşırıq şəklində şagirdlərə təqdim etmək lazımdır.  

Dərs  zamanı  tədris  eksperimentinin  təşkili  üçün  onun  bir  çox  növlərinə  müraciət  oluna  bilər.  Tədris 

eksperimentinin təsnifat əlamətləri müxtəlifdir. Onlardan ən əsasları olaraq aşağıdakıları qeyd edə bilərik: 

 



tədris eksperimentinə cəlb olunmuş subyekt; 

 



tədris eksperimenti vasitəsilə əldə olunacaq tədqiqat predmeti; 

 



eksperimentin keçirildiyi yer; 

 



eksperimentin qoyuluş forması. 

Subyektinə  görə  eksperimentlər  nümayiş  xarakterli  – bu  zman  işi  müəllim  icra  edir,  yaxud  laborator 

təcrübəsi şəklində - yəni şagirdlər tərəfindən icra olunan olur. 

Tədqiqat  predmetinə  görə  eksperiment  natural  –  yəni  eksperimentator  canlı  və  cansız  əşyalarla 

bilavasitə  təmasda  olur,  yaxud  virtual  olur  ki,  sonuncu  halda  eksperimentator  obyekt  və  proseslərin  virtual 

modilindən istifadə edir. 

Keçirildiyi  məkan  baxımından  eksperiment  dərs  prosesində  və  ya  dərsdən  kənar,  məsələn  fakültətiv 

məşğələlərdə, ev şəraitində, istehsalat müəssisələrində təşkil oluna bilər. 

Qouuluş  formasından  asılı  olaraq  eksperimentlər  tədqiqat,  illüstrativ,  xəyali  və  qarışıq  formalı  ola 

bilər. 


Müəllim  tərəfindən  problem  məsələlərin  düzgün  qoyuluşu  ilə  metodiki  olaraq  savadlı  şəkildə  təşkil 

olunmuş  eksperiment  şagirdlərin  öyrənmə  motivasiyasının  kifayyət  qədər  aktivləşməsinə  səbəb  olurİşin 

icrasə  prosesində  şagirdlərin  cəhdləri  uğurlu  və  uğursuz  ola  bilər.  Lakin  yekun  nəticədə  onlar  müəllimin 

köməyilə  qoyulmuş  problemin  doğru  həllini  tapırlar.  Beləliklə  nümayiş  ekperimenti  şagirdlərdə  maraq  və 

öyrənmə həvəsinin oyanmasına səbəb olur.  

Bu zaman müəllimdən eksperimental təcrübələrin ümumi məntiqi qaydalarına və didaktik prinsiplərə 

riayət etmək tələb olunur. İşin təsvirində qoyulmuş problemə dair mövcud biliklərin ümumi analizi, tədqiq 

olunan  problemin  ümumi  səciyyəsi,  yerinə  yetirilmiş  işin  problemin  həllindəki  rolu  öz  əksini  tapmalıdır. 

Başq  sözlə  eksperimental  fəaliyyətin  başlnğıcında  şagirdlər  kifayyət  qədər  məlumatlı  olmalı,  həmçinin 

onların təcrübəyə olan marağı daha da artmalıdır.  

Yəni  məqsəd  şagirdlərə  hazır  cavablar  vermək  deyil,  onları  düşünməyə  vadar  etmək  və  müşahidə 

etdikləri  məslələr  barədə  öz  müstəqil  fikirlərini  söyləməyə  şərait  yaratmaqdır.  Təqdim  edilmiş  problem 

məsələlərlə  bağlı  axtarışların  aparılması  şagirdlərin  texnologiya  fənni  ilə  fizika,  kimya,  biologiya  fənləri 

arasındakı  əlaqələri  üzə  çıxarmalarına  kömək  edər.  Bu  cür  müzakirələr  zamanı  şagirdlərdə  əldə  etdikləri 

biliklələri düzgün tətbiq etmək bacarıqlarını formalaşdırmaq mühüm şərtlərdən biridir. 

Misalçün,  5-ci  sinifdə  yumurtadan  yeməklərin  haırlanma  texnologiyası  mövzusunda  qeyd  olunur  ki, 

yumurtanın təzə olmasını yoxlamaq üçün onu duzlu suya salırlar. Təzə yumurta suyun qabın dibinə düşür, o 

qədər də təzə olmayan suyun içərisində üzür, köhnələr isə suyun üzünə qalxır.Bu məsələnin timsalında sualtı 

qayığın suya batması və  suyun üzünə çıxması prinsipini izah etmək olar. Belə ki, qayıq suyun altına batmaq 

üçün xüsusi rezervuarlara su doldurulur, çəkisi ağırlaşdıqdan sonra suya bata bilir.  

Qayığın  yenidən  suyun  üzünə  çıxması  üçün  həmin  əlavə  su  boşaldılır  və  onun  çəkisi  yüngülləşərək 

yuxarıya hərəkət edir. Yəni yumurtanın timsalında şagirdlərin bəzi fiziki qanunlara dair təsəvürünü inkişaf 

etdirmək olar.  

Digər bir misal kimi 6-cı sinifdə meyvə ağaclarının əkilməsi və meyvələrin saxlanması texnologiyası 

mövzusunu  izahı  zamnı  şagirdlər  texnologiya  fənni  ilə  biologiya  arasındakı  əlaqələri  özləri  üçün  aşkar 

etməlidirlər.  

Nəticə etibarilə qeyd edə bilərik ki, düzgün təşkil olunmuş tədris eksperimenti şagirdlərdə zəruri bilik 

və  bacarıqların  inkişafına  təkan  verir.  Belələrinə  misal  olaraq  müxtəlif  proseslərin  müşahidəsi  zamanı 

buradakı əsas məqamların qeyd olunması, ümumiləşdirmə aparılması, nəticələrin çıxarılması, oxşar və fərqli 

cəhətlərin  aşkarlanması  bacarıqlarını  göstərə  bilərik.  Bundan  başqa  eksperimentin  gedişatı  bir  sıra  şəxsi 

kyfiyyətlərin,  o  cümlədən  qərar  vermə  qabiliyyətinin,  diqqətin  cəmləşdirilməsi  xarakterinin,  səliqəlilik  və 

punktuallığın, vaxtın düzgün planlaşdırılması vərdişlərinin inkişafına kömək göstərir. Texnologiya fənninin 

tədrisinə  bu  cür  yanaşma  isə  digər  üstünlüklərlə  yanaşı  öz  növbəsində  elmi  yanaşma  prinsipinin 

reallaşdırılmas və öyrənmə potensialının aktivləşməsinə gətirib çıxarır.   




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

456


 

 

AZƏRBAYCANDA YAġAYAN ETNĠK QRUPLAR VƏ MĠLLĠ AZLIQLARIN 



 ĠBTĠDAĠ TƏHSĠLĠ 

 

Kurnaz A.R. 

Bakı Slavyan Universiteti 

 

Polimədəni dəyərlərə sahib olan Azərbaycan dünyada  tolerantlığın əbədi ünvanı kimi tanınır. Heydər 



Əliyev  deyirdi  ki,  Azərbaycanın  varı,  dövləti  təkcə  onun  pambığı,  yeraltı,  yerüstü  sərvətləri  deyil,  eyni 

zamanda  onun  ərazisində  yaşayan  xalqlardır.    Azərbaycanda  ölkənin  əsas  və  çoxluq  təşkil  edən  əhalisi-

azərbaycanlılarla    yanaşı,  bir  sıra  digər  millət,  xalq  və  etnik  azlıqlar  da  yaşayırlar.  Dövlətin  özünün  bu  və 

digər  milli  azlıqlara  qarşı  münasibəti  aşağıdakı  prinsiplərlə  ölçülür:  dövlətin  ərazi  bütövlüyü  və  onun 

suverenliyi prinsiplərinə qeyri-şərtsiz əməl edilməsi; milli azlıqların hüquq və azadlıqlarının qorunması; milli 

azlıqların  dillərinin,  mədəniyyətlərinin,  məişətinin  qorunmasında  dövlətin  təminatı;  ölkə  Konstitusiyası, 

Milli Məclisin müvafiq qanunları və prezdentin fərmanları əsasında milli azlıqların hüquqlarının qorunması. 

Bu  gün  Təhsil  Nazirliyi  ölkə  Konstitusiyası,  ―Təhsil  haqqında‖  qanunun  tələbləri  və  Avropa 

Xartiyasının prinsiplərini əldə rəhbər tutaraq, azsaylı xalqların dilləri, tarixi və mədəniyyətinin öyrənilməsi 

istiqamətində mühüm işlər görür.  Bakıda yəhudi uşaqlar üçün  ―Xabad-Or-Avner‖ təhsil mərkəzi inşa edilib. 

Balakən rayonunun Katex kəndində Beretbinə əsas məktəbi, Zaqatala rayonunun  Makov, Qınır kəndlərində  

məktəblər  tikilmiş,  Mamrux  kəndində  uşaq  baxçası  açılmışdır.  Avar  dilində  ümumilikdə  260  sinfi  olan  19 

məktəb fəaliyyət göstərir. 1993-cü ildən başlayaraq Azərbaycanda ləzgi dilində dərsliklər çap edilir. Hazırda 

94  məktəbdə  (891  sinif)  ləzgi  dilində  dərslər  keçirilir.  Hazırda  tədris  proqramında  talış  dili  öyrənilən  248 

məktəb fəaliyyət göstərir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  21-ci  maddəsinin  II  bəndində  deyilir:  ―Dövlət  əhalinin 

danışdığı  başqa  dillərin  sərbəst işlədilməsini  və  inkişafını  təmin  edir‖.  Respublikanın    1764  məktəbəqədər 

təhsil  müəssisələrindən  248-də  rus  dili,  7-də  isə  gürcü  dili  tədris  edilir.    Eyni  zamanda  22  məktəbdə  təlim 

yalnız  rus  dilində,  6  məktəbdə  isə  gürcü  dilində  aparılır.  Son  illərdə    yəhudi  dili,  tarixi  və  mədəniyyəti 

öyrədilən  özəl  orta  məktəb  fəaliyyətə  başlamışdır.  Bakıda  46  nömrəli  məktəbdə    yəhudi  dili,  114  nömrəli 

məktəbdə isə fransız dili tədris olunur.   

 

Tərkibi milli azlıqlardan ibarət olan I siniflər üçün T.Seyidovun hazırladığı "Danışmağı öyrənirik" adlı 



dərslik  çap  edilmişdir.  Ləzgi,  talış,  tat,  udin,  kürd,  saxur  və  xınalıq  dillərində  (1-ci  sinif)  "Əlifba",  "Ləzgi 

dili" I , III, IV sinif, "Udin dili" III, IV sinif, "Talış dili" III, IV sinif, "Tat dili" III, IV sinif dərslikləri nəşr 

edilib  məktəblərə  təhvil  verilmişdir.  Azsaylı  xalqların  dillərinin  tədrisi  ilə  bağlı,  həmin  xalqların 

məskunlaşdıqları  regionların  xüsusiyyətləri  nəzərə  almaqla,  I-IV  siniflər  üçün  Ana  dili  ("Doğma  dil") 

proqramları  hazırlanmış  və  nəşr  edilərək  məktəblərə  göndərilmişdir.  Ölkəmizdə  milli  azlıqlara  humanist 

münasibətin nəticəsidir ki, öz dilində danışan yeganə yaşayış məntəqəsi olan Quba rayonunun Xınalıq kənd 

şagirdlərinin  öz  dillərini  öyrənmələri  diqqətdən  kənarda  qalmamış,  7  ibtidai  sinifdə  104  şagirdə  xınalıq 

dilində dərs keçilir.  

 

 

Milli azlıqların dilləri ("Ana dili") I, II, III və IV siniflərdə həftədə 2 (iki) saat hesabı ilə tədris olunur. 



Ləzgi dili isə I-IX siniflərdə həftədə 2 (iki) saat tədris olunur. 2012-ci ildə "Udi dili" III sinif (350 nüsxə), 

2014-cü ildə "Udi dili" IV sinif (350 nüsxə) çap olunub.  

 

 

 



Təlim gürcü dilində olan məktəblərin şagirdləri üşün Gürcüstan hökuməti  101 adda 5775 nüsxə I-XI 

sinif dərsliklərini humanitar yardım kimi hədiyyə vermişdir.  

 

 

 



 

Ümumtəhsil  məktəblərinin  rus  bölməsində  116  adda  dərslikdən  istifadə  olunur.  Bunlardan  41  adda 

orjinal  dərslik  2001-  2002-ci  illərdə  hazırlanıb  nəşr  edilmişdir.  "Azərbaycan  dili"  (I-XI),  "Təbiətşünasılq" 

(III-IV-V) dərslikləri də bura daxildir.   

 

 

 



 

 

İbtidai  məktəbdə uşaqların polimədəni tərbiyəsi çox böyük əhəmiyyətə malikdir. Bu dövrdə uşaqların 



təəssüratı  insanın  bütün  sonrakı  təşəkkülünə,  onun  davranışının  təşkilinə  dərin  təsir  göstərir.  Polimədəni 

tərbiyə  bütün  tərbiyə  işinə  nüfuz  etməlidir.  Müxtəlif    millətlərin  uşaqlarına  müxtəlif  məktəblərdə  təlim 

verilərkən,  bəzi  müxtəlif    millətlər  arasında    anlaşılmazlıq  yarana  bilər.  Elə  etmək  lazımdır  ki,  bütün 

millətlərin  uşaqları  bir-biriləri  barəsində  mümkün  qədər  çox  bilsinlər.  Uşaqların  diqqətini  bu  və  ya  digər 

millətin  xarakterindəki  müsbət  cəhətlərə  cəlb  etmək,  onların  cəsurluğunu,  qəhrəmanlığını  və  s.  göstərmək 

lazımdır. 

 

 

 



 

 

 



Azərbaycanda bütün millətlərin və xalqların nümayəndələri vahid bir ailənin üzvləri kimi  yaşayırlar. 

Milli  azlıqların qorunması və  təhsil  alması    Azərbaycan  rəhbərliyi tərəfindən həyata  keçirilən  siyasətin  ən 

əsas istiqamətlərindən biridir.   



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə