Magistratura məRKƏZİ


II Fəsil. İxrac potensialından istifadənin mövcud durumu və onun qiymətləndirilməsi



Yüklə 0,71 Mb.
səhifə3/7
tarix25.05.2018
ölçüsü0,71 Mb.
#45854
1   2   3   4   5   6   7

II Fəsil. İxrac potensialından istifadənin mövcud durumu və onun qiymətləndirilməsi

2.1 İxrac potensialından istifadənin ixrac əməliyyatılarını xarakterizə edən göstəricilərinin müqayisəli təhlili və onun qiymətləndirilməsi

Sovetlər İttifaqının dağıldıqdan sonra postsovet məkanında yaranmış bütün yeni müstəqil dövlətlər kimi Azərbaycan da bazar iqtisadiyyatı sisteminə keçidi bir məqsəd kimi müəyyən etdi. Belə ki, bu islahatların ilkin illərində iqtisadi sistemdə həyata keçirilən dəyişikliklər ardıcıl deyildi və əsasən sistemsiz şəkildə həyata keçirilirdi. Respublika iqtisadiyyatında həyata keçirilən mürəkkəb islahatlar prosesində 3 dövrü fərqləndirmək olar:

I dövr 1991-ci ilin sonunda 1996-cı ilə qədər davam etmişdir. Bu dövrün özünü də 2 hissəyə bölmək olar: 1991-1993-cü illər və 1994-1995-ci illər Azərbaycanın əsas makroiqtisadi göstəricilərin təhlili nəticəsində belə bir nəticəyə gəlmişdir ki, əsas iqtisadi tənəzzül əsasən 1991-1993-cü illərdə baş vermişdi. ÜDM, sənaye istehsalı hər il 20-25% aşağı düşürdü. Qiymətlər hər gün dəyişir, aylıq infyasiya isə 70-80%-ə çatırdı.Dövlət büdcəsinin kəsiri ÜDM-in 13 %-ni təşkil edirdi və yalnız nağd pulun çap edilməsi yolu ilə maliyyələşdirilmişdi. Ölkədə hərbi-siyasi gərginliyin kulminasiya nöqtəsinə çatması iqtisadiyyatı iflic vəziyyətinə gətirmişdi.

Ümumilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıtmasından sonra əldə edilmiş ictimai-siyasi sabitlik digər sahələrlə yanaşı, iqtisadi islahatlar üçün də şərait yaratdı.

II dövr isə 1996-cı ildən 2003-cü ilə qədər olan dövrü əhatə edir. Bu dövrün əsas xüsusiyyəti ondan ibarətdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında dünya ölkələrinin təcrübəsi nəzərə alınmaqla və beynəlxalq maliyyə təşkilatları ilə sıx əməkdaşlıq şəraitində ölkənin sosial iqtisadi inkişaf strategiyası müəyyən edildi və müvəffəqiyyətlə həyata keçirilməyə başlanıldı. Belə ki, bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə sabit sosial-iqtisadi inkişafın təmin olunmasından, əhalinin həyat səviyyəsinin ilbəil yaxşılaşdırılmasından ibarətdir. Belə ki, uğurla həyata keçirilən bu strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmiş, bir sıra mərkəzi və dövlət idarəetmə orqanları ləğv edilmişdir. 1995-ci ildən etibarən ölkədə beynəlxalq maliyyə qurumlarının maliyyə və texniki yardımı ilə makroiqtisadi sabitləşdirmə və struktur islahatları üzrə proqram həyata keçirilməyə başlanıldı. Xarici ticarət sferasının da liberallaşdırılması sahəsində əsaslı tədbirlər həyata keçirilərək ixracın kvotalışdırılması və lissenziyalaşdırılması sistemi və idxal üzrə inzibati məhdudiyyətlər ləğv edildi. Ticarət əməliyyatlarında vergi və rüsum uyğunsuzluqlarının və ixracatçılar tərəfindən valyuta gəlirinin məcburi satışı qaydalarının aradan qaldırılması təmin edildi. Ölkələ sabitləşmə proqramının uğurla yerinə yetirilməsi ölkədə islahatların keyfiyyətcə yeni mərhələsininin-struktur islahatları mərhələsinin başlanılması üçün əlverişli şərait yaratdı. Ölkələ həyata keçirilən pul-kredit, vergi-büdcə və institusional siyasət nəticəsində Respublikamız 1996-cı ildən başlayaraq dayanıqlı iqtisadi inkişaf yoluna qədəm qoydu. Buna əsas makoiqtisadi göstəricilərin dinamikasından da görmək olar. 1996-2004-cü illərdə ölkəmizdə ÜDM-ın orta illik artımı 8-10% təşkil etmiş, inflyasiyanın orta illik artım tempi isə 2-3% ətrafında tərəddüd etmiş (sonuncu il istisna olmaqla), kapital qoyuluşlarının həcmi xüsusilə sürətlə artmışdı. İkinci mərhələdə toplanmış sıçrayışlı inkişaf potensialının artıq reallaşdırılması yeni inkişaf mərəhələsinin əsas vəzifəsinə çevrilmişdir.

Ücuncü dövr İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkə iqtisadiyyatının inkişafında yeni bir tarixi mərhələnin başlanılması ilə start götürmüşdü. Bu mərhələ son 10 ildə ölkədə görülmüş nəhəng quruculuq işlərinə, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursuna əsaslanaraq ölkə iqtisadiyyatının sürətli inkişafı və struktunun diversifikasiyası, yoxsulluğun azaldılması və əhalinin sosial rifahının davamlı olaraq yüksəldilməsi, bazar iqtisadiyyatına keçidin daha da dərinləşdirilməsi bazar mexanizminə əsaslanan səmərəli iqtisadiyyatın və idarəetmə sistemini formalaşması kimi yeni strateci vəzifələri irəli sürür. III mərhələnin birinci ili olan 2004-cü ilin nəticələri bütün bunları sübut edir. Ölkənin iqtisadi sosial həyatında müşahidə edilən yüksəliş 2005-2010-cü illərdə də davam edərək, ölkənin həm iqtisadi və həm də sosial sahələrində qazanılmış nailiyyətlərlə əlamətdar olmuş, bu proseslərə əyani nümayiş etdirən makroiqtisadi göstəricilər isə əvvəlki illə müqayisədə əhəmiyyət dərəcədə yaxşılaşmışdır. Respublika iqtisadiyyatı və sosial sahələrdə vəziyyət xarakterizə edən əsas indikator- ÜDM istehsalı 10,2% və ya müqayisəli qiymətlərlə 3,6 trilyon manat artaraq 41,9 trilyon manata çatmışdır. Adambaşına 5,1 milyon manatlıq (1041,0 ABŞ dollar), yaxud 2010-cu ildəkindən 9,2% çox məhsul istehsalı olmuşdur. ÜDM strukturunda sənaye sahələri 38,1 %, kənd təsərrüfatı 11,4% tikinti kompleksi 13,0% ticarət və pulu xidmət 7,6%, nəqliyyat 7%, rabitə 2,5%, digər sahələr 20,4% təşkil etmişdir. ÜDM-in 73,5%-i qeyri dövlət bölməsində istehsal olunmuşdur. Sənaye məhsul istehsalı 2010-cu illə müqayisədə 5,7%, kənd təsərrüfatında 4,6%, o cümlədən, bitkiçilik məhsulları istehsalı 3,6 %, heyvandarlıq məhsulları istehsalı 6,0% artmışdır.



Yuxarıda göstərilənləri sübut edən ölkəmizin göstərilən dövrləri əhatə edən əsas makroiqtisadi göstəricilərinin əks olunduğu cədvəllə tanış olaq:

Respublikasmızın əsas makroiqtisadi göstəricilərinin dinamikası,

(Əvvəlki ilə nisbətən %-lə)1

Göstəricilər

İllər

2008

2009

2010

2011

2012

2013

2014

ÜDM

110.0

107.4

111.1

109.9

110.6

111.2

110.2

Sənaye İstehsalı

102.2

103.6

106.9

105.1

103.6

106.1

105.7

K/t istehsalı

106.2

107.1

112.1

111.1

106.4

105.6

104.6

Kapital qoyuluşları

123.0

98.0

103.0

121.0

184.2

173.5

136.1

İnfilyasiya

99.2

91.5

101.8

101.5

102.8

102.2

106.7

Yuxarıda deyilənləri nəzərə alaraq ölkəmizin ixrac potensialından istifadənin konkret göstəricilərlə öyrənilməsini 2004-cü ildən yəni sabit inkişaf yoluna qədəm qoyduqdan sonrakı illərin göstəriciləri vasitəsilə etməyi qərara aldıq. Əvvəlcə ölkənin xarici ticarətinin ümumi vəziyyətini öyrənmək üçün aşağıdakı cədvəlin göstəriciləri ilə tanış olaq


Azərbaycan xarici ticarəti 2(mln ABŞ dolları)

Göstəricilər___2010___2011'>Göstəricilər

2010

2011

2012

2013

2014

Xarici ticarət dövriyyəsi

7131,4

8558,4

11638,9

11771,7

54922,8

İxrac

3615,5

4377,2

6372,2

6058,2

47756,2

İdxal

3515,9

4211,2

5266

5713,5

7166,6

Saldo (+,-)

+99,6

+136

+1105,5

+344,7

+40589,6

Qeyd etmək lazımdır ki, 2010-2014-cü illər ərzində ölkəmizin xarici ticarət dövriyyəsi ildən ilə artma dinamikası üzrə inkişaf etmişdir. Lakin buna baxmayaraq 2010-cu ilə qədər ticarət saldomuzun aşağı göstəriciləri ixrac potensialımızdan aşağı səviyyədə istifadə olunmasını bir daha sübut edir. Artıq ticarətdə müsbət saldoya 2014-cü ildən başlayaraq nail olunmuşdur. Lakin bu hələ idxalı əvəz edən və ixrac yönümlü iqtisadi inkişafın bərqərar olmasının göstəricisi sayıla bilməz. İxrac göstəricilərimizin artımı iqtisadiyyatın bütün sahələrinin potensial imkanlarından istifadə olunması və onların ixracyönümlü inkişafı səbəbindən alınmamasını qarşıdakı təhlillərimizdə aydın görə bilərik.




Azərbaycanın Respublikasının ÜDM və xarici ticarət göstəricilərinin dinamikası (min ABŞ dolları ilə)

Göstəricilər

2010

2011

2012

2013

2014

ÜDM

8680400

13238700

20983000

33050300

48852500

XTD

7131394

8558373,2

11638909

11771748

54922823,4

İdxal

351593,0

4211222,0

5266743,7

5713525,3

7166577,1

İxrac

3615464,0

4347151,2

6372165,0

6058222,3

47756246,3

XTD/ÜDM

82

65

55

36

112

İxrac/ÜDM (İxk)

42

33

30

18

98

İdxal/ÜDM (İdk)

40

32

25

17

14

Qeyd etmək lazımdır ki, ölkəmizin xarici ticarət kvotası 2010-cü ildə yüksək 82 % göstəricisi 2011-2013-cü illərdə azalma istiqamətində dəyişmiş, 2014-cü ildə isə yenidən yüksələrək ən yüksək həddə 112 %-ə qalxmışdır. Təhlil apardığımız illərdə ölkəmizin idxal və ixrac kvotaları da yüksək göstəricilərə malikdir. Lakin nəzərə almalıyıq ki, bu dövrdə ÜDM göstəricilərinin də artımı baş vermişdir. İdxal kvotası 40 %-dən 14 %-ə dək enmişdir. İxrac kvotası isə əksinə 42 %-dən 98 %-ə qədər yüksəlmişdir. İxrac kvotasının yüksək alınma ölkəmizin ixrac etdiyi mallara dünya səviyyəsində kəmiyyət məhdudiyyətlərinin tətbiq olunması və ya hökumətin əhalinin rifahını təmin etmək üçün müəyyən malların ixracına məhdudiyyətlər qoyur. İdxal kvotasının qiymətinin yüksək həddi ölkəmizin idxaldan asılı olduğunu sübut etmiş olur. Belə ki, buna görə də onun azalması ölkə iqtisadiyyatına müsbət təsir edir.



Azərbaycanın Respublikasının ixracında əsas tərəfdaşların xüsusi çəkisi

Göstəricilər

Xüsusi çəkisi, faizlə

Yeri

2004

2005

2007

2009

2010

2004

2005

2007

2009

2010

İtaliya

44,7

30,3

44,7

15,5

40,2

1

1

1

2

1

İsrail

9,0

4,5

10,7

6,1

7,6

2

7

2

6

3

Fransa

1,9

9,4

5,5

4,3

4,9

11

2

4

8

5

İndoneziya

3,6

-

0,0

6,4

3,0

8

-

80

5

7

Türkiyə

5,1

6,3

6,1

17,4

1,3

5,

4

3

1

12

Rusiya Federasiyası

5,8

6,6

5,4

8,7

1,2

3

3

5

3

13

Xorvatiya

3,0

4,1

0,1

0,7

1,1

9

8

42

23

15

Gürcüstan

5,2

4,8

4,6

5,7

1,0

4

6

7

7

17

İran İslam Respublikası

4,2

3,8

4,6

7,2

0,7

6

9

6

4

18

Bolqarıstan

1,4

2,3

0,1

0,1

0,4

12

12

36

38

24

Ruminiya

2,3

2,7

1,3

1,4

0,3

10

11

12

16

27

Respublikamızın ixracında xüsusi çəkiyə malik olan 40 ölkənin adının yer aldığı statistik cədvəldən götürülmüşdür. Ölkələrin seçilməsində üstünlük xüsusi çəkisinə görə üstün olanların fərqləndirilməsi ilə verilmişdir.



Ölkə ixracında I yeri İtaliya, 3-cü yeri İsrail, 5-ci yeri Fransa tutur. Həmin illər üzrə ixracın əmtəə strukturu cədvəli ilə tanış olduqda ixracın 70-80 %-nin «mineral yanacaq, neft və neft emalı məhsullarının» tutması faktoru dünyanın İEÖ-əri ilə ixrac əməliyyatlarınızın məzmunu və predmeti bizə aydın olur. İran, Türkiyə, Ukrayna, Gürcüstan və Rusiya Federasiyası ilə ixracın xüsusi çəkisinin çox olması onların qonşuluq, həmsərhəd ölkələr olmasını bilməyimiz bunun səbəbini izah etməyə kifayətdir.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə