Magistratura məRKƏZİ


İxrac potensialından istifadənin iqtisadi tənzimlənməsinin təkmilləşdirilməsi



Yüklə 0,71 Mb.
səhifə7/7
tarix25.05.2018
ölçüsü0,71 Mb.
#45854
1   2   3   4   5   6   7

3.3. İxrac potensialından istifadənin iqtisadi tənzimlənməsinin təkmilləşdirilməsi

Dövlətin iqtisadi tənzimləmə mexanizminin mühüm həm də çox spesifik bir istiqaməti dünya təsərrüfatı əlaqələri sistemində ölkənin milli mənafelərini qorumaq məqsədilə, xarici iqtisadi əlaqələrin tənzimlənməsidir. Bu problem müstəqillik əldə etmiş və dünya təsərrüfatı əlaqələrinə yenidə qoşulmağa başlamış Respublikamız üçün xüsusilə aktualdır. Belə ki, dövlətimiz əmtəə və xidmətlərin idxalı və ixracı, xarici ticarət, gömrük sisteminin formalaşmasında öz səylərini əsirgəməmişdir. Bunlarla yanaşı, dövlətimiz beynəlxalq miqyasda ölkəmizin ticarət mənafeyini qorumaq məqsədilə ayrı-ayrı ölkələrlə çoxtərəfli və ikitərəfli müqavilələr bağlayır və onların yerinə yetirilməsinin təminatçısı kimi çıxış edir.

Qeyd etmək lazımdır ki, iqtisadi proseslərin tənzimlənməsində inzibati üsulların geniş tətbiqi azad iqtisadi fəaliyyəti məhdudlaşdırır. Lakin buna baxmayaraq, bazar iqtisadi sisteminin hələ tam təşəkkül tapmadığı və böhranlı iqtiadiyyata keçid mərhələsində olan respublikamızda milli reallıqları nəzərə almadan iqtisadi proseslərin tənzimlənməsində sırf iqtisadi üsullara üstünlük verilməsi böyük mənfi sosial iqtisadi nəticələrə gətirib çıxara bilər. Müstəqilliyin ilk illərində biz bunun şahidi olmuşuq.

Bazar iqtisadiyyatı mərhələsində olan dövlətimizin ixracı stimullaşdırmaq siyasətini həyata keçirmək üçün yerinə yetirməli olduğu vəzifələrə Fəsil 3 bölmə 3.1.-də toxunmuşuq. Belə ki, bu vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar iqtisadi təhlükəsizliyi təmin etmək məqsədilə valyuta məzənməsinin tənzimlənməsi və kapital qoyuluşlarına nəzərət kimi vacib məsələlərə xüsusi diqqət yetirməlidir. Valyuta məzənnəsinin tənzimlənməsi ölkənin milli pul vahidi olan manatın digər valyutalarla müqayisədə dəyərinin qorunmasına istiqamətlənmiş olur. Milli valyutanın dəyərdən düşməsi ölkə ixracatçılarına ixrac etdikləri malın qiymətinin aşağı düşməsi və gələn gəlirin azalması kimi mənfi təsir göstərir. Kapital qoyuluşlarına nəzarət isə ölkə məhsullarının xarici investorlar tərəfindən ixracı zamanı onların əldə etdiyi mənfəətin respublikaya düşən hissəsinin tam dəqiqi və ədalətli müəyyən edilməsi iqtisadiyyatımız üçün çox vacibdir. Xarici ticarət əlaqələrinin bu istiqamətdə tənzimlənməsi iqtisadiyyatın dövlət tənzimlənməsinin metodları və başlıca istiqamətləri içərisində tövsiyyə olunur.



Azərbaycan Dövlətinin iqtisadiyyata tənzimləyici təsiri ölkənin iqtisadi siyasəti vasitəsilə həyata keçirilir. İqtisadi siyasətimizin prioritet istiqamətlərindən olan ölkənin ixrac potensialından istifadənin tənzimlənməsi məsələsi iqtisadiyyatın dövlət idarəetməsi mexanizmində ən əhəmiyyətli mənbələrdən biridir. Çünki bu bilavasitə iqtisadi sistemin fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəldilmiş bir məsələdir. Ölkəmizin ixrac potensialından istifadənin iqtisadi tənzimlənməsi məsələsi özündə ixrac potensialından istifadənin mövcud durumunda olan çatışmamazlıqları aradan qaldırılması yollarını birləşdirir. Azərbaycanın ixrac potensialından istifadənin mövcud durumunu təhlil edərkən onun gələcək inkişafı strategiyasında aşağıdakı istiqamətlər üzrə mənfi halların ortaya çıxdığını aydınlaşdırdıq:

  1. Son illərdə ölkənin ixrac potensialından istifadəsində iqtisadiyyatın müxtəlif sektorlarının neft sektoru tərəfindən sıxışdırılması prosesi aktualdır;

Azərbaycanın ixrac potensialından istifadəsində iqtisadi rayonların iştirakı səviyyəsi arasında kəskin fərqlər mövcuddur. Belə ki, ixracın ümumi dəyərində əsas yerləri paytaxt və ona yaxın ərazilərdə yerləşən gömrük idarələrinin göstəriciləri tutur. Başqa iqtisadi rayonların ərazisində yerləşən gömrük idarələri üzrə göstəricilər bu regionların ixrac potensialında iştirakının aşağı səviyyədə olduğunu göstərir.

  1. Respublikada Neft və neft məhsullarından başqa, ixracında potensialın olmasını qiymətləndirdiyimiz və adlarını çəkdiyiniz məhsulların ölkə ixracında xüsusi çəkiləri tədricən azalma istiqamətində inkişaf edirlər. Bunlara, «Yeməli meyvələr, qoz-fındıq və sitrus bitkiləri», «heyvan və ya bitki mənşəli piylər və yağlar», «hazır ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün», «qeyri-üzvi kimya məhsulları, qiymətli, metallar», «plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanan məmulatlar», «pambıq» və s. bu kimi məhsulları aid etmək olar.

  2. İxracın stimullaşdırılması üsullarının təsnifatındakı vəzifələrin yerinə yetirilməsi vasitəsilə nail olmaq mümkündür. Belə ki, Dövlət səviyyəsində qəbul edilmiş, iqtisadi inkişafa yönəldilmiş bütün proqramların anna xəttini təşkil edən ölkə ixracının və onun potensial imkanlarının üzə çıxarılması məsələləri yuxarıda sadaladığımız problemlərin həllinə səbəb olur və tədricən uzunmüddətli inkişaf yolunda onların tam həllinə nail olunacağına ümid yaradır.

4.Respublikamzda İldən-ilə ölkəmizin ticarət iqtisadi əlaqələr yaratdığı ölkələrin sayının artması və xarici ticarət dövriyyəsi, o cümlədən ixrac göstəricilərinin artıma meylli inkişaf onun ixrac potensialından istifadənin tənzimlənməsi problemlərinin tədricən həll edilməsinin əyani sübutudur. Bu məsələnin aktuallığı müxtəlif iqtisadçıları bu yöndə tədqiqatların aparılması və ölkənin ixrac potensialından istifadənin iqtisadi tənzimləmə mexanizminin xüsusi tədbirləri haqqında təkliflərin hazırlanmasına sövq etmişdir:

  • Dövlət müəssisələrinin özəlləşdirilməsindən gələn gəlirlərin, vəsaitlərin bir hissəsinin ixracyönümlü sahələrin sağlamlaşdırılmasına yönəldilməsi;

  • Respublikada ixrac əməliyyatları və ümumilikdə xarici ticarət əməliyyatlarını tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi;

  • Azərbaycan müqayisəli üstünlüyə malik olduğu sahə və əmtəələri ölkənin ixrac potensialını müəyyənləşdirən və onların inkişafını təmin edən dövlət strategiyasının işlənib hazırlanması və dünya konyukturundakı dəyişikliklərin daim diqqətlə izlənilməsi yolu ilə ona müvafiq əlavələrin və dəyişikliklərin edilməsi.

  • Respublikanın müqayisəli üstünlüyə malik olduğunu sahələrdə ixracın ilk növbədə İEÖ-in bazarın istiqamətləndirilməsi

  • Fəaliyyətini xarici lisenziyalar əsasında qurmuş ixrac yönümlü fəaliyyət göstərən firmalara xüsusi güzəştlərin tətbiqi. Çünki bu müəssisələr texnika və texnologiya yeniliklərini tətbiq etməklə ixrac əmtəələrinin keyfiyyətini dünya standartları səviyyəsinə qaldırır.

  • Respublikada Nəqliyyat sistemi infrastrukturunun inkişaf etdirilməsi;

Мян дя юз бурахылыш ишимин ясас мювзусу вя мягсяди олан «Азярбайcанын ихраc потенсиалындан истифадянин инкишаф стратеэийасынын арашдырылмасы мясялясинин щяллини йухарыда садаланан тядбирлярин дювлятимиз тяряфиндян щяйата кечирилмяси иля тапаcаьына инанырам.

NƏTİCƏ
«Azərbaycanın ixrac potensialından istifadənin mövcud durumu və onun qiymətləndirilməsi» mövzusunda yazdığım dissertasiya işi mənə aşağıdakı nəticələri əldə etməkdə kömək etdi:

  1. Respublikada İxrac potensialı iqtisadiyyatda çox mürəkkəb iqtisadi kateqoriya kimi çıxış edir. İqtisadi ədəbiyyatlarda bu kateqoriya yalnız son zamanlar istifadə olunmağa başladığından əvəllər onun elmi tədqiqinə, mahiyyətinin açılmasına, kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsinə lazımi səviyyədə diqqət yetirilməmişdir. Azərbaycanın ixrac potensialına əmtəə və xidmətlər istehsalında və onların ixracında ayrı-ayrı müəssisələrin, sənaye sahələrinin bütövlükdə iqtisadiyyatda istifadə olunan və istifadə oluna biləcək istehsal imkanları, xarici ticarət infrastrukturu maliyyə və informasiya resursdarı, xidmətlər və məhsullar daxildir.

  2. Azərbaycanın ixrac potensialının inkişafına respublikanın BƏB-dəki üstünlüklərinə uyğun şəkildə ixtisaslaşması, istehsal olunan məhsulların rəqabətliliyyətliliyinin yüksəldilməsi, milli ixracatçıları stimullaşdıran şəraitin yaradılması, istehsalda yüksək texnologiyalardan istifadə, ixracın strukturunun optimallaşdırılması və digər amillər hesabına təmin etmək mümkündür. İxrac potensialının daxili məzmunu və mürəkkəb quruluşu çoxlu sayda amillərin təsiri altında formalaşır. Belə ki, bunlara ETT, istehsal fondlarından istifadənin yaxşılaşdırılması, işçi qüvvəsinin təkmilləşdirilməsi, yeni və daha faydalı istehsal resurslarının aşkarı və istifadəsi, istehsal vasitələrinin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq iqtisadi inteqrasiyanın inkişafı və s. daxildir. Bu amillər birbaşa deyil, ixrac potensialını təşkil edən ayrı-ayrı tərkib elemetlərinə təsir etməklə ixrac potensialından istifadənin genişləndirilməsinə səbəb olur;

  3. Azərbaycanın ixrac potensialından istifadənin əsas göstəriciləri xam neft, neftdən alınan məhsulların ixracı göstəriciləri təşkil etməklə ölkəmizdə neft sektorunun məhsullarının iqtisadiyyatın digər sahələrinin məhsullarını ixracda payını sıxışdırması prosesi əsas problemli məsələ olaraq üzə çıxmışdır;

  4. Azərbaycanda əsas ixrac məhsullarının neft məhsulları olması faktorundan istifadə edərək, onun ixracından gələn gəlirlərin ixracımızda və ümumilikdə iqtisadiyyatımızda potensial ixrac üstünlüyü olan məhsul və xidmətlər istehsalı sahələrinin inkişafına yönəltməklə ixrac potensialımızın genişləndirilməsi problemini həll etmiş olarıq;

  5. Respublikamızın ixrac potensialından istifadənin artırılmasında onun ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar, regional inteqrasiya birlikləri ilə əməkdaşlığının çox böyük əhəmiyyəti vardır. Bu nəticəyə ölkəmizin xarici ticarət əlaqələrinin təhlili zamanı gəlmişik.

  6. Azərbaycanın ixrac strukturunda əsas yeri neft və neft məhsullarının tutmasına baxmayaraq, onun adları çəkilən digər məhsulların ixracındada potensial imkanlara malik olduğu müəyyənləşdirildi və onların inkişaf etdirilməsi iqtisadi baxımdan çox əlverişlidir;

  7. Respublikanın ixrac potensialından istifadənin iqtisadi tənzimlənməsinin birbaşa ölkənin iqtisadi siyasəti məsələsi ilə bağlıdır və müxtəlif tədbirləri özündə birləşdirən xüsusi proqramların icrası vasitəsilə həyata keçirilir.

  8. Respublikanın ixrac potensialından istifadəsinin artırılmasının da tərkibinə daxil olduğu «2014-2018-ci illərdə Regionların Sosial-İqtisadi İnkişafı» Dövlət Proqramının icrası uğurla yerinə yetirilmişdir və qarşısına qoyulmuş bütün məqsədlərə nail olunmuşlar.

Tədqiqatlar nəticəsində aşağıdakı təklifləri irəli sürmək olar:

  1. Respublikada potensialı sisteminin quruluşunu maddi-texniki, maliyyə, əmək və təşkilati elementləri çoxluğunda təsnif etmək olar;

  2. Respublikada makroiqtisadi səviyyədə ixrac potensialından istifadəni qiymətləndirərkən, ixracda potensial imkanın olmasının əyani sübutu kimi ilk növbədə ölkə iqtisadiyyatında makroiqtisadi tarazlığa və iqtisadi artıma nail olunub-olunmaması məsələsinin təhlilndən əmələ gələn nəticələrə əsaslanmaq. Eyni zamanda bu qiymətləndirməni idxal və ixracın fiziki həcm və dəyər göstəricilərinin müqayisəli təhlili, ixracın xarici ticarət dövriyyəsində xüsusi çəkisi, ixracın ÜDM-un həcmində xüsusi çəkisi göstəriciləri tədiyyə balansı və ümumilikdə ixrac potensialından istifadənin müxtəlif aspektlərdən olan göstəricilərin təhlili ilə apara bilərik. Bu təhlillərdən başqa, ölkənin ixracda potensial imkanları haqqında konkret fikirlərə gəlmək üçün «Balassa» «aşkar» və «müqayisəli» üstünlüklərin tədqiqi metodundan istifadə etmək məqsədəuyğundur.

  3. Respublikamızın ixrac potensialında xüsusi çəkisi yüksək olduğu müəyyən edilmiş əmtəə və məhsullar istehsalı sahələrinə xüsusi dövlət qayğısının artırılması və investisiyaların cəlb edilməsi yolu ilə bu sahələrin ixrac potensialının daha da genişləndirilməsinə nail olmaq olar;

  4. Respublikamızın ixrac potensialından istifadənin artırılması ilə bağlı olan dövlət proqramlarının, ayrıca tədbirlərin hazırlanması və reallaşdırılmasını intensivləşdirmək.

İstifadə edilən ədəbiyyat siyahısı


  1. Azərbaycan Respublikası Konstitusiyası

  2. Azərbaycan Respublikası “Gömrük məcəlləsi”1997

  3. Аzərbaycan Respublikası «Gömrük tarifi haqqında qanunu», 1995

  4. А.Ş.Şəkərəliyev, C.Nuriyev «Gömrük işinin təşkili» Bakı 2003

  5. А.Ş.Şəkərəliyev «Beynəlxalq iqtisadi münasibətlər və dünya iqtisadiyyatı» Bakı 1999

  6. А.Ş.Şəkərəliyev, А.Əliyev «Bazar iqtisadiyyatına keçid: Dövlətin iqtisadi siyasəti » Bakı: İqtisad Universiteti Nəşriyyatı 2002

  7. A.Ş. Şəkərəliyevin “Azərbaycan iqtisadiyyatı: reallıqlar və perspektivlər”2016

  8. А.Əliyev «Azərbaycanın iqtisadi siyasəti / Azərbaycanın xarici ticarət iqtisadi əlaqələri» Bakı «Qanun” 2003

  9. Əli Həsənov «Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti» Bakı 2005

10. VəliyevТ.С., Babayev Ə.P., Meybullayev М.Х. «İqtisadi nəzəriyyə» Bakı 2001

11.Əlirzayev Ə.H. «İqtisadiyyat: düşüncələr, baxışlar» Bakı 2002

12.«Azərbaycanda məşğulluq: cari və potensial müqayisəli üstünlüklərin tədqiqi» jurnal 2006-cı il

13.«Azərbaycan xarici ticarət əlaqələri» 2004-2008-ci illərdə tərtib olunmuş məcmular -2010 ДСК.

14.Филлипов В.И. «Внешний рынок и экспортное производство в системе меcдународных экономических отношений», Киев, Украина, 2000

15.Абалкин Л.И. «Экономическая энциклопедия» Москва, Экономика 1999.

16.Смеляков Н. «Развития отечественных экспортных возможностей» М.,1984

17.Супрун В.А.. «Экспортное производство СССР в системе социалистической экономической интеграции», Киев 1990

18.Кириеев А. «Международные отношения», Моска 1999

19.www.азстат.орэ

20.www.Еcономист.cом.

21.www.фореиэнаффаирс.орэ

22.www.есат.ЛИНК.УЗ

23.www.мфа.эов.аз




1 Mənbə: Dövlət Statistika Komitəsinin internet saytı www.azstat.org


2 Mənbə «Azərbaycan rəqəmlərdə» www.azstat.org


3 Mянбя: «Игтисадиййат вя щяйат» гязети апрел бурахылышы


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə