MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə13/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   ...   9   10   11   12   13   14   15   16   ...   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
51 
51 
51 
51 
51 
51 
51 
Mövzu  ilə  bağlı,  şübhəsiz  ki,  bizim  üçün  ən  mötəbər 
fikir  qədim  şərq  dilləri  və  mixi  yazılar  üzrə  görkəmli 
mütəxəssis  Yusif  Yusifovun  və  ömrünü  bu  kimi  məsələlərə 
həsr  etmiş  professional  dilçi  alim  Firidun  Ağasıoğlunun 
fikirləridir. Xüsusən də həm böyük tarixçi, həm də böyük dilçi 
olmuş  mərhum  Yusif  Yusifovun  söylədikləri    maraq 
doğurmaqdadır: 
"Kutilərin  dil  və  etnik  mənsubiyyəti  barədə  müxtəlif 
fərziyyələr  irəli  sürülmüĢdür.  Q.Hüzinq  və  F.Borkun  elam 
dilinə  aid  araĢdırmalarında  kuti  dilinin  elam  dilinə  qohum 
olması və bunların öz növbəsində Qafqaz dilləri ilə qohumluq 
təĢkil  etməsi  barədə  mülahizə  irəli  sürülmüĢdür.  Lakin  bu 
qohumluğu  göstərə  biləcək  dəlillər  gətirilməmiĢdir.  Digər 
ehtimala  görə  (Z.Yampolski),  kuti  adı  sonralar  antik 
qaynaqlarda  Azərbaycan  ilə  əlaqədar  yad  edilən  "uti" 
etnoniminin  ilkin  forması  olmuĢdur,  yəni  sonrakı  dövrlərdə 
guya "k" səsi düĢmüĢdür. Lakin bu hal da müĢahidə olunmur. 
Əksinə, mixi qaynaqlar göstərir ki, kuti və utu // itu (uti adının 
ilkin  forması)  tayfa  adları  müxtəlif  formalarda  iĢlənirdilər." 
(1.81). 
Yusif Yusifov eyni zamanda bildirir ki, utu // itular turuk 
(türk)  etnosuna  mənsub  idilər 
(1.80). 
Alimin  fikrincə,  kutilər 
türkdilli olmuşlar 
(1.82). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
52 
52 
Elmi  ədəbiyyatda,  kutiləri  utilərl,  sonuncular  isə 
udinlərlə eyniləşdirmək meylləri hələ də davam edir. Halbu ki, 
kuti, uti və udinlər tamam başaqa xalqlar olmuşlar.  Yuxarda 
qeyd  etdiyimiz  kimi,  e.ə.Vlll-Vll  əsrlərə  aid  aşşur  mixi 
mənbələrində  "uti" (utu, itu) adlı etnonimə də rast gəlirik. Bu 
barədə Yusif Yusifov yazır: 
"Eyni  zamanda  qaynaqlar  burada  turukki  və 
lullularla  əlaqədar  Uta/Utem  (-m  Ģəkilçidir)  ölkəsinin  adı 
çəkilir.  ġübhəsiz,  ad  Utu/Ġtu  etnonimindən  əmələ  gəlmiĢdir. 
Məlum  olduğu  kimi  utu/itu  tayfası  sonralar  (e.ə.  Vlll-Vll 
əsrlər)  Assuriyada  (Aşşurda)  muzdlu  döyüĢçü  sifətilə  hərbi 
xidmətə cəlb olunurdular. Utu/itular turukki etnosuna mənsub 
idilər. Çox güman ki, utu/itu tayfa adı sonrakı (e.ə. V əsrdən 
etibarən)  Azərbaycan  ərazisində  çox  geniĢ  təmsil  olunmuĢ 
"uti"  tayfa  adının  ilkin  formasını  təĢkil  edirdi.  Etnonim  hun 
tayfalarından  olan  türk  mənĢəli  "utiqur"  (uti  xalqı)  adını 
təmsil edir." 
(1.80). 
Biz  utilərin  utiqurlarla  eyniləşdirilməsini  düzgün 
saymırıq  və  utiqurlarla  bağlı  fikrimizi  kimmerlərdən  söz 
açarkən ortaya qoyacağıq.   
Mixi  yazılara  istinadən,  kuti  və  utilərin  qohum 
olmalarına  baxmayaraq,  ayrı-ayrı  etnik  qruplar  olduğunu 
göstərən Yusif Yusifov   
(1.81) 
eyni  mənbələrdə udinlərin də 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
53 
53 
53 
53 
53 
53 
53 
adına  fərqli  bir  etnonim  kimi  (udin  adamı)  rast  gəlindiyini 
göstərmişdir
 (1.80).  
Uti  və  udinlərin  ayrı-ayrı  etnuk  qruplar  olduğu  və 
Qafqaz  Albaniyasının  fərqli  bölgələrində  yaşadıqları  Musa 
Kağankatlının  "Alban  tarixi"  kitabından  da  açıq  aydın 
sezilməkdədir.  Musa  Kağankatlı  özünün  "Alban  tarixi" 
kitabında  Yafəs  soyundan  olan  Albaniya  hökmdarı  Aranın 
adını  çəkərək  bildirir  ki,  albanlar,utilər  və  qarqarlar  bu 
hökmdarın  nəslindəndirlər.Bu  məlumatı  əldə  əsas  tutan  və 
utiləri  qafqazdilli  udinlərlə  eyniləşdirən  bəzi  mütəxəssislər 
utilərlə  birlikdə  albanları  və  qarqarları  da  qafqazdilli  xalq 
hesab  etmişlər.Halbuki,  utilər  və  udinlər  ayrı-ayrı  xalqlar 
olmuş  və  Albaniyanın  öz  adları  ilə  adlanan  iki  fərqli 
bölgəsində  yaşamışlar.Bu  bölgələrdən  biri  Bərdə  ətrafında 
yerləşirdi və Uti vilayəti adlanırdı. Digəri isə Şəki ətrafında idi 
və Udin vilayəti adlanırdı. Musa Kağankatlı yazır: 
            "Müqəddəs  Ruhun  mərhəməti  ilə  üç  xalqa,yəni 
ermənilərə,albanlara  və  gürcülərə  əlifba  düzəldən  ...Ģəxs 
sonralar Qüds Ģəhərinə ziyarətə gedir...Qüdsdən  
qayıdanda Erməniyyəni keçir və ġərq ölkəsinin Uti vilayətinə 
gəlir...O, 
xaçpərəstliyi 
burada 
yenidən 
canlandırıb, 
möhkəmləndirir 
və 
Udin 
vilayətində 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
54 
54 
Albaniya,Lpiniya,Kaspiya,Çola  keçidinə  qədər  uzanan 
torpaqlarda...                          Ġncili təbliğ edir." 
(66.51-52). 
             Gördüyümüz  kimi,  Uti  və  Udin  Şərq  ölkəsinin,  yəni 
Albaniyanın  fərqli  vilayətləri  idilər  və  burada  fərqli  xalqlar 
yaşayırdı.  Bu  məsələ  mövzumuz  baxımından  o  qədər 
əhəmiyyətlidir  ki,  onun  üzərində  bir  qədər  ətraflı  durmağa 
ehtiyac var. Mövzu ilə bağlı Qiyasəddin Qeybullayev yazır: 
"Hazırda Azərbaycanda yaĢamaqda olan  qafqazdilli 
xalqlardan  biri  də  udinlərdir.  Onlar  özlərini  "udi" 
adlandırırlar...  Udi  etnonimini,    ilk  dəfə  Herodot  və  Strabon 
tərəfindən  Midiya  sakinləri  kimi  yad  edilən  utilərlə 
bağlayırlar. 
Uti qəbiləsi ilə bağlı məsələ AlbanĢünaslıqda xüsusi 
yerə sahibdir, çünki bəzi mütəxəssislər, yuxarıda qeyd edildiyi 
kimi,  udinləri  alban  etnosu  ilə  eyniləĢdirirlər.  Z.Ġ. 
Yampolskinin  yazdığına  görə,  "Albaniyanın  köklü  əhalisi 
özünü uti adlandırırdı". Belə bir fikir də var ki, alban əlifbası 
udin  dili  əsasında  yaradılmıĢdır.  Ġ.Q.  Əliyev  də  utiləri 
Albaniyanın  baĢlıca  qəbiləsi  hesab  edirdi.  V.L.Qukasyan  isə 
bildirmiĢdir  ki,  "uti-udinlər  Qafqaz  Albaniyasının  tayfa 
ittifaqına  daxil  idilər  və  burada  aparıcı  rola  sahib  idilər." 
(55.143). 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə