MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə10/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   6   7   8   9   10   11   12   13   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

33 

Multikulturalizm Azərbaycanın dövlət siyasəti

cəmiyyətin həyat tərzidir 

 

Azərbaycan  dünyanın  humanitar  kataklizmlər  baĢ  verməyən  nadir 



ölkələrindəndir. Humanitar məsələ bu gün özündə mədəniyyətlərin, 

sivilizasiyaların,  konfessiyaların  qarĢılıqlı  münasibətlərini  ehtiva 

etməkdədir.  Ölkəmizdə  tarixən  bu  sahəyə  ən  pozitiv  mövqe 

sərgiləndiyi  üçün  bu  gün  Azərbaycan  dünyanın  humanitar 

əməkdaĢlıq mərkəzinə çevrilib. Ġlk Forum 2010-cu ilin yanvarında 

Bakıda keçirildi. Bu tədbir geniĢ rezonansa səbəb oldu və effektiv 

nəticələr  verən  ənənəyə  çevrildi.  Bu il  Heydər  Əliyev  Mərkəzində 

keçirilən  növbəti  Üçüncü  Beynəlxalq  Forum  öz  iĢində  humanitar 

əməkdaĢlığın  aktual  məsələlərini  müzakirə  edib.  Tədbirdə  70 

ölkədən  800-ə  yaxın  qonaq  iĢtirak  edib.  Onların  arasında  nüfuzlu 

ictimai-siyasi  xadimlər,  sabiq  dövlət  baĢçıları,  Nobel  mükafatı 

laureatları və baĢqaları iĢtirak ediblər. Ġki günlük Forumda olduqca 

mühüm, dövrün çağırıĢlarına cavab verən mövzular səkkiz dəyirmi 

masada müzakirə obyekti olub: ―Texnologiyaların konvergensiyası 

və  gələcəyin  konturları:‖XXI  əsrin  çağırıĢları‖,  ―Ġqtisadi  inkiĢafın 

humanitar  aspektləri‖,  ―Elmi  innovasiyalar  və  onların  təhsil 

mühitinə  transferi‖,  ―Multikulturalizm  və  özgünlük:  cəmiyyətdə 

dəyər  konsensusu  axtarıĢında‖,  ―Postmodern  dövründə  milli 

özünüdərk‖, ―Davamlı inkiĢaf və ekoloji sivilizasiya‖, ―Molekulyar 

biologiya  və  biotexnologiyanın  nailiyyətləri:  nəzəriyyədən 

təcrübəyə‖,  ―QloballaĢan  informasiya  məkanında  medianın  aktual 

məsələləri‖.  Azərbaycan  Prezidenti  açılıĢ  mərasimindəki  nitqində 

Azərbaycanda  son  illərdə  müxtəlif  mövzularla  bağlı  mötəbər 

beynəlxalq  tədbirlər,  konfranslar,  sammitlər  keçirildiyini,  Bakının 

bir  növ  beynəlxalq  əməkdaĢlıq  mərkəzinə  çevrildiyini,  Humanitar 

Forumun  da  bu  sırada  öz  yeri  olduğunu  vurğulamıĢdır:  ―Bu  il 

Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

34 


Ümumdünya  Ġqtisadi  Forumu,  Madrid  Klubunun  toplantısı 

keçirilmiĢdir.  Artıq  iki  dəfə  Mədəniyyətlərarası  Dialoq  Forumu 

keçirilmiĢdir.  Bakı  Humanitar  Forumunun  da  bu  sırada  öz  yeri 

vardır.  Əminəm  ki,  Forum  çərçivəsində  aparılacaq  diskussiyalar, 

fikir  mübadiləsi  beynəlxalq  humanitar  əməkdaĢlığa  öz  töhfəsini 

verəcəkdir.  Belə  tədbirin  Azərbaycanda  keçirilməsi  yəqin  ki, 

təbiidir.  Çünki  bütün  dövrlərdə  Azərbaycanda  bütün  millətlərin, 

dinlərin  nümayəndələri  sülh,  əmin-amanlıq,  qardaĢlıq  Ģəraitində 

yaĢamıĢlar.  Azərbaycanda  hökm  sürən  ictimai-siyasi  quruluĢdan 

asılı  olmayaraq  bütün  dövrlərdə  Azərbaycan  dözümlülük, 

tolerantlıq  məkanı  olmuĢdur.  Bu  gün  müstəqil  Azərbaycan  öz 

siyasətini  bu  təməl  üzərində  qurur‖.  YaĢadığımız  XXI  əsrin 

xarakterik  xüsusiyyəti  bütün  dövlətlərin  istər  iqtisadi,  istər  siyasi 

arenasına,  istərsə  də  sosial  həyatına  qloballaĢma  prosesinin 

təsirlərini gətirməsidir. Yer kürəsində əhalinin sayı 6 milyardı ötür 

və  daim  artır  .  Bir  çox  ölkələrdə  iqtisadiyyat  zəifdir,  əhalinin 

tələbini  ödəmir.  Nəticədə  milyonlarla  insan  aclıq  çəkir,  ehtiyac 

içindədir. Buna görə də digər ölkələrə kütləvi axın baĢlayır. Bundan 

baĢqa, hər bir ölkənin sosial tələbi vardır. Bu tələbat iqtisadiyyatın 

da  qarĢısına  daim  yeniləĢmək,  müasirləĢmək  və  verilən  sosial 

sifariĢi  ödəmək  tələbi  qoyur.  Bu  tələb  ilk  növbədə  öz  əhlisinin 

sosial ehtiyaclarını ödəməklə bağlıdır. Bu tələbin öhdəsindən gələn 

dövlətlər digər kasıb ölkələr üçün cəlbedici olurlar. Həmin dövlətlər 

miqrantlar  üçün  də  iĢ  və  dolanıĢıq  yeri  kimi  maraqlı  görünürlər. 

Nəticədə qanuni və qeyri-qanuni miqrasiya baĢlayır. Həmin ölkələrə 

miqrasiya  nə  qədər  güclü  olarsa  o  qədər  də  iqtsadi,  sosial  və 

nəhayət, siyasi balansda tarazlıq pozula bilər. Buna görə də hazırda 

qloballaĢma prosesinin qarĢısında duran ən mühüm vəzifələrdən biri 

və  önəmlisi  beynəlxalq  iqtisadi  inteqrasiyanı  sürətlə  və  səmərəli 

həyata  keçirməkdən  ibarətdir.  Bu  inteqrasiya  nəticəsində  bəzi 

ölkələr tranzit dövlətlərə çevrilir, bəziləri müxtəlif iqtisadi birliklər 

yaradır,  bəziləri  də  ərazilərində  azad  iqtisadi  zonalar  təĢkil  edir. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

35 

Ġnteqrasiya prosesində də təbii və qeyri-təbii miqrasiya baĢ verir. Bu 



zaman  da  humanitar  məsələ  aktual  problem  kimi  öz  həllini  tələb 

edir.  Buna  görə  də  humanitar  məsələ  beynəlxalq  problem  və 

dövlətlərarası saziĢlərlə, beynəlxalq normalarla öz həllini tələb edir. 

Dövlət  baĢçısı  humanitar  problemlərin  mühüm  əhəmiyyət 

daĢıdığını,  bu  forumun  artıq  beynəlxalq  əməkdaĢlıqda  öz  müsbət 

rolunu  oynadığını  qeyd  etmiĢdir.  Bu  gün  humanitar  problemlərin 

həlli  dünya  miqyasında  mühüm  əhəmiyyət  daĢıyır.  Dünyanın 

müxtəlif  regionlarında  baĢ  verən  siyasi,  ictimai  kataklizmlər, 

üstəgəl  ekoloji  dəyiĢikliklərin  yaratdığı  fəlakətlər  nəticəsində 

insanlar çox böyük faciə və məhrumiyyətlərlə qarĢılaĢırlar. Bundan 

baĢqa  diqqət  etdikdə  bu  kataklizmlərin  əsasında  milli-dini 

anlaĢılmazlıqların  da  böyük  rol  oynadığını  aydın  görmək  olar. 

Azərbaycan  isə  bu  gün  dünyanın  ən  sabit,  multikulturalizmi 

yaĢadan,  qoruyan  ölkələrindəndir.  Azərbaycanda  tarixən  bütün 

etnoslar qardaĢ kimi yaĢayıb, milli-dini zəmində qarĢıdurma heç bir 

vaxt  baĢ  verməyib  və  bir  vətən  üçün  çalıĢıb  yaĢayıblar.  Bu 

keyfiyyət  xalqımızın  qədimdən-qədim  özünəməxsus  dövlətçilik 

ənənəsini  yaĢatması  və  inkiĢaf  etdirməsi  ilə  bağlıdır  və  hazırkı 

qlobalizm  prosesində  çox  pozitiv  və  nümunəvi  bir  yaĢam 

təcrübəsidir. Azərbaycanda millətlərarası, dinlərarası münasibətlərin 

sağlam  zəmində  qurulması  və  dövlətin  siyasi,  iqtisadi  və  sosial 

həyatında  müsbət  nəticələrlə  müĢayiət  olunması  bu  gün  çox 

xarakterik  və  artıq  dünyada  da  təsdiq  və  təqdir  olunan  bir 

göstəricidir. Belə ki, hər bir azərbaycanlı ölkəmizdə tarixən yaĢayan 

bu  adi  insani  birgəyaĢayıĢ  normasını  xalqımızın  milli-mənəvi 

dəyərinin  ayrılmaz  hissəsi  sayır,  dövlətçilik  ənənəmizdə 

multikulturalizmi təqdir edir. Digər tərəfdən bu xarakterik keyfiyyət 

təbii  ki,  xalqımızın  qədimdən  milli  eqoizmdən  uzaq,  bəĢəri 

dəyərlərin  daĢıyıcısı  olduğunun  təsdiqidir.  Təsadüfi  deyil  ki, 

Qarabağ  uğrunda  döyüĢlərdə  azərbaycanlılarla  yanaĢı  digər 

xalqların  da  övladları  erməni  iĢğalçılarına  qarĢı  qəhrəmanlıqla 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə