MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə11/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   7   8   9   10   11   12   13   14   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

36 


döyüĢmüĢlər. Aydındır ki. onlar Azərbaycanı Vətən seçdikləri üçün 

onun  uğrunda  da  vuruĢmuĢ,  Ģəhid  olmuĢlar.  Təbii  ki,  xalqımızın 

digər  millətləri  özündən  ayırmaması,  tolerantlığı,  dözümlülüyü, 

onlara Azərbaycana həqiqi vətən məhəbbəti bəxĢ etmiĢdir. Bu birlik 

hazırkı  gərgin  beynəlxalq  Ģəraitdə  dünyaya  sivilizasiyalararası 

dialoq  sahəsində  münasibətlərə  nümunə  olacaq  bir  mesajdır. 

Azərbaycan  dövlətinin  bu  gün  də  öz  vətəndaĢlarına  təlqin  etdiyi 

humanizm və multikulturalizm yüksək, müasir dünyamız üçün çox 

vacib  olan  bəĢəri  keyfiyyət  olmaqla  yanaĢı  həm  də  dünyada  və 

ölkədə  sosial-siyasi  sabitliyin  və  iqtisadi  inkiĢafın  da  ən  mühüm 

amillərindəndir.  Bu  bəĢəri  dəyərin  mövcudluğu  və  möhkəmliyi, 

Azərbaycan  xalqının  birliyi  ölkənin  bügünkü  sürətli  və  davamlı 

hərtərəfli inkiĢafında özünü əyani surətdə göstərir. Dövlət baĢçısı öz 

nitqində  iqtisadiyyatla  humanitar  məsələnin  qarĢılıqlı  təsiri  barədə 

deyib:  ―Forumun  mövzularından  biri  iqtisadi  inkiĢafın  humanitar 

aspektləridir...  Yenə  də  Azərbaycanın  təcrübəsi  maraqlı  ola  bilər. 

Çünki  baxmayaraq  ki  biz  etnik  təmizləməyə  məruz  qalmıĢıq  və 

torpaqlarımız iĢğal algtındadır, bir milyondan artıq qaçqın, köçkün 

vardır  və  dövlət  onlara  maliyyə  yardımı,  qayğı  göstərir.  Bizim 

iqtisadi  inkiĢafımız  son  10  il  ərzində  dünya  miqyasında  ən  sürətli 

olmuĢdur.  Son  10  il  ərzində  aparılan  islahatlar  nəticəsində  ölkə 

iqtisadiyyatı 3,4 dəfə artmıĢdır. Bu, əgər belə demək mümkündürsə 

dünya rekordudur... On il bundan əvvəl Azərbaycanda yoxsulluğun 

səviyyəsi 49 faiz idi. AparılmıĢ islahatlar nəticəsində bu gün cəmi 

5,5 faizdir. Aparılan islahatlar nəticəsində 10 ildə Azərbaycanda bir 

milyon  200  min  iĢ  yeri  açılmıĢdır.  Hazırda  Azərbaycanda  iĢsizlik 

4,8  faizdir.  Bütün  bu  məsələlər  əlbəttə  ki  iqtisadi  islahatların 

nəticəsidir. Eyni zamanda bütün bu məsələlərin bilavasitə humanitar 

sahəyə  dəxli  vardır.  Çünki  Azərbaycan  siyasətinin  təməlində  və 

mərkəzində  Azərbaycan  vətəndaĢı,  onun  problemləri,  qayğıları, 

təhlükəsizliyi və rifahı dayanır‖. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

37 

Bilirik ki, tarixən hər bir dövlətin qüdrətinin əsasında iqtisadi güc, 



siyasi nüfuz dayanır. Lakin ölkədə milli birlik, bunun əsasını təĢkil 

edən  humanitar  problemlərin  xalqın  da  qəbul  etdiyi  kimi  həlli 

olmadan  qüdrətli  səviyyə  mümkün  deyildir.  Sosial-siyasi  sabitlik 

iqtisadi gücün ən əsas lokomotivlərindəndir, onun da kökündə təbii 

ki,  humanitar  məsələlərin  vaxtında,  operativ  həlli  durur.  Əgər 

humanitar  məsələ  və  problemlər  vaxtında  və  həm  də  beynəlxalq 

normalara  uyğun  həll  olunmasa  gec-tez  ölkədə  bu  zəmində  çox 

ciddi  böhran  yaĢana  bilər.  Bu  da  öz  növbəsində  iqtisadi  və  siyasi 

proseslərə  çox  mənfi  təsir  göstərər.  Bundan  baĢqa  hər  bir  insan 

müəyyən  intellekt  sahibidir.  Ölkədə  müxəlif  dini,  milli  dəyərlərə 

məxsus  insanların  siyasi  və  hüquqi  bərabərliyinin  təmin  olunması, 

etnik  azlıqların  milli-mədəni  inkiĢafına  qanunla  əsas  yaradılması, 

cəmiyyətin də bu prosesə adi normal yaĢayıĢ qaydası kimi baxması 

ölkədə birliyin sarsılmazlığını təmin edir. Bu gün ölkəmizdə sağlam 

tarixi  köklərə  malik  multikulturalizm  dövlət  rəhbərliyinin 

düĢünülmüĢ siyasəti ilə daha da inkiĢaf edir, yeni pozitiv çalarlarla 

zənginləĢir.  

Dövlət  baĢçısı  Azərbaycanda  multikulturalizmə  münasibət  barədə 

deyib:  ―Multikulturalizm  Azərbaycanda  dövlət  siyasətidir.  Qeyd 

etməliyəm  ki,  artıq  tarixi  keçmiĢimiz  də  bunu  diktə  edir.  Eyni 

zamanda  multikulturalizm  Azərbaycanda  həyat  tərzidir.  Biz 

gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu 

prinsiplər  cəmiyyətin  mütləq  əksəriyyəti  tərəfindən  dəstəklənir, 

müdafiə edilir‖. 

 

AtaĢ CƏBRAYILOV 

 

 



 

 

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

38 


 

Multikultiralizm nədən baĢlayır? 

 

Yaxud millətçi əhvalın qızıĢdırılmasında KĠV-in məsuliyyəti 

 

Sovet  dönəminin  məĢhur  mahnısını  bir  qədər  dəyiĢsək,  meydana 



kifayət  qədər  aktual  məsələ  çıxar:  "Multikulturalizm  nədən 

baĢlayır?"  YaxĢı  və  sadiq  qonĢulardan,  "sənin  əlifbandakı" 

Ģəkillərdən?  Yoxsa  qəzet  və  ya  televizordakı  mənzərədən?  Ġlk 

baxıĢdan hər Ģey kifayət qədər bəsitdir. Multikulturalizmin əsasında 

müxtəlif  millətlərdən  olan  insanların  hər  bir  Ģəxsiyyətə  hörmət 

qoyaraq, qanunlar əsasında birgə yaĢaması ideyası dayanır. Amma 

bu  zaman  mədəni,  dini,  dil,  etnik  və  digər  xüsusiyyətlərə  zərər 

dəyməməlidir. Əsl multikulturalizmin hökm sürdüyü cəmiyyətə nail 

olmağın  alətləri  də  gözəl  və  dəqiqdir  -  tolerantlıq,  qanunlara,  bir-

birinin azadlığına hörmət. 

 

Amma  bütün  bunların  həyata  keçirilməsi  üçün  birincisi,  bu  və  ya 



digər  cəmiyyətin  üzvləri  buna  qadir  olmalı,  ikincisi  maddi 

durumlarına, imkanlarına görə eyni vəziyyətdə yaĢamalıdırlar. Yəni 

faktiki  olaraq,  əsl  multikulturalizm  yalnız  cənnətdə  ola  bilər  - 

əlbəttə  ki,  siz  oraya  düĢə  biləcəksinizsə.  Avropanın  ən  güclü 

dövlətləri  olan  Almaniya  və  Böyük  Britaniyaya  multikulturalizm 

haqda  Ģövqlə  nümayiĢ  etdirilən  həmrəyliyi  bədbin  etirafların 

əvəzləməsi  üçün,  təxminən,  on  il  kifayət  etdi.  Britaniyanın  baĢ 

naziri  Devid  Kemeron  bu  günlərdə  "Financial  Times"  qəzeti 

vasitəsilə ġərqi və Cənubi Avropadan Avropa Ġttifaqının daha zən-

gin 


ölkələrinə 

immiqrant 

axınının 

məhdudlaĢdırılmasının 

vacibliyini  bəyan  edib.  O,  bunun  üçün,  hətta  AĠ-nin  "müqəddəs 

inəklərindən"  biri  olan  iĢçi  qüvvəsinin  hərəkət  azadlığına  qarĢı 

çıxmaqdan  da  çəkinməyib.  Bundan  baĢqa,  Kemeron  milli  sosial 

proqramları əcnəbilərin üzünə bağlamağı da vacib sayır. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə