www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
39
BaĢ nazirin bu mövqeyi əvvəllər olduğu kimi, bu dəfə də Paris və
Berlin tərəfindən dəstəklənib.
"Multikulturalizm problemləri" hamıdan çox Rusiyaya əziyyət verir
və bəzən bu özünü kifayət qədər radikal formada və mülahizələrlə
göstərir. Təəssüf ki, bu, KĠV-də də çox tez-tez tirajlanır. Məsələn,
bu yaxınlarda "Rossiya-1" telekanalının "QarĢıdurma" veriliĢində
RLDP lideri Vladimir Jirinovski növbəti dəfə "fərqlənib". Bu dəfə
o, ġimali Qafqazda doğuĢ sayını, bu regiondan olan insanların
Rusiya ərazisində hərəkətini məhdudlaĢdırmağa çağırıb. Jirinovski
bunun yolunu da göstərib: "Qafqaz ərazisi tikanlı məftillərlə əhatə
olunmalıdır".
Hazırda Moskvanın məĢhur Qərbi Biryulevo rayonunun giriĢində
RLDP-nin reklamının yer aldığı böyük bir plakatın asılmasını
anlamaq mümkündürsə, miqrasiya, millətçilik kimi ağrılı mövzulara
həsr olunmuĢ bütün veriliĢlərə qalmaqallı Vladimir Volflviçin dəvət
edilmə səbəbini isə baĢa düĢmək çətindir.
Əslində, əlbəttə ki, bu sualın cavabı kifayət qədər aydındır. Sadəcə
bu cavab o qədər qorxuludur ki, adam ona inanmaq istəmir. Axı,
əslində, Kemeronla Jirinovski eyni Ģeyi deyirlər. Fərq sadəcə
onların danıĢıq tonu və seçdikləri sözlərdədir. Demək, bu sözlərin
effekti də fərqli olacaq. Yəni artıq bu məqamda səhnəyə KĠV-in
qüdrəti
çıxır.
Burada
söhbət
yalnız
radikal
fikirlərin
tirajlanmasından yox, həm də aksentlərin necə qoyulması, baĢlığa
hansı fikrin çıxarılmasından, fotoların seçilməsindən də gedir.
"Özbə-yin,
tacikin,
gürcünün,
azərbaycanlının"
cinayət
törətdiklərinə dair çoxsaylı xəbər baĢlıqları faktiki olaraq, Ģovinist
ideyaları irəli sürən - kerosin qarĢısında dayanan Ģəxslərə kibrit
vermək deməkdir...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
40
Rusiya Jurnalistlər Birliyinin sədri Vsevold Boqdanovun sözlərinə
görə, "insanlar arasında düĢmənçilik toxumu səpən çirkin siyasi
texnoloqlar gələcək üçün faciədirlər və onlara müqavimət
göstərməyi
bacarmaq
lazımdır".
Boqdanov
bunu
VIII
"Mədəniyyətlər dialoqu" media-forumunda iĢtirak etmək üçün
Moskvaya gəlmiĢ Avropa və Asiyadan olan gənc jurnalistlərlə
görüĢündə bildirib. GörüĢ iĢtirakçılarını istisnasız olaraq ən çox
narahat edən məsələ millətçilik və ksenofobiya olsa da, Boqdanov
bu hallarla mübarizə formulları haqda heç nə deməyib.
Həmkarını Rusiya Dövlət Dumasının deputatı, ixtisasca jurnalist
olan Boris Reznik də dəstəkləyib. O, Rusiya ictimaiyyətində
ksenofob və marginalların olduğundan təəssüfləndiyini, belə
qüvvələrin öz faciələrini, günahını baĢqalarında axtardıqlarını
söyləyib. Reznik bildirib ki, hazırda Rusiya parlamentində yeni
qanun layihəsi müzakirə olunmaqdadır. Qanun layihəsi KĠV-də
cinayət hadisəsinin istənilən iĢtirakçısının - müttəhim, saxlanılan
Ģəxs, zərərçəkən və sair - milliyyəti və dininin göstərilməsini
qadağan edir.
Əlbəttə ki, bu, yaxĢı təĢəbbüsdür. Amma məsələ ondadır ki, bu
sənəd rusiyalı parlamentarilər tərəfindən... 2007-ci ildən müzakirə
olunur. Sonuncu dəfə bu mövzuya maraq Moskva ġəhər Dumasının
spikeri Vladimir Platonovun təĢəbbüsü ilə artmıĢdı. Ümumilikdə
Dövlət Dumasında qanun layihəsi deputatların ürəyincə olmayıb və
onun müzakirəsi "sonraya saxlanılıb". Ġctimai palata da sənədi
mənfi qiymətləndirib. Dövlət baĢçısı Vladimir Putinə gəlincə, o,
məsələyə müdaxilə etməyəcəyinə söz versə də, sənədin yekun
variantının ona gedib çatacağı təqdirdə, qanunu dəstəkləyəcəyini
söyləyib. Deputatlar (və onları dəstəkləyən KĠV əməkdaĢları -
belələrinin sayı heç də az deyil) isə qanun layihəsini
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
41
dəstəkləməmələrini belə əsaslandırıblar: "Jurnalistlər onsuz da
istədiklərini Ezop dilinin vasitəsilə deyəcəklər. Bu halda isə
informasiyanın dəqiqliyinə və gerçəkliyinə ziyan dəyəcək".
Amma hansı daha pisdir: səhv informasiyanın verilməsi, yoxsa
günahsız insanların zərər görməsi?
Rusiya sərhədinin digər tərəfindən isə vəziyyət fərqli görünür.
"Qoy desinlər" kimi tok-Ģoularda və xəbər buraxılıĢlarında açıq-
aĢkar görünür ki, hökumət milli məsələdən əsaslı və peĢəkarcasına
istifadə edir. "KamAZ" sürücüsü Qraç Arutyunyanla bağlı məlum
hadisə zamanı diqqət birbaĢa onun milliyyətinə yönəldildi, əsas
diskussiyalar məhz bu məqam ətrafında aparıldı. Çox sayda digər
nümunələr də var. Bu cür ehtimal olunan cinayətkarlar kimi çox
tez-tez Mərkəzi Asiya təmsilçilərinin, əsasən, taciklərin və
özbəklərin adları çəkilir. Bu, əlbəttə ki, həmin ölkələrin əhalisi
tərəfindən mənfi qarĢılanır. Bundan baĢqa, bu, kini artırır, əmək
miqrantlarının onsuz da yaxĢı olmayan vəziyyətlərini daha da
ağırlaĢdırır", - deyə ATƏT-in BiĢkekdəki (Qırğızıstan) AraĢdırma
və Treninq Akademiyasının koordinatoru Svetlana Dzardanova
bildirir.
Özbəkistandan olan jurnalist Qaliya Ġbrahimova: "Hər gün
"Yandeks - Xəbərlər - Özbəkistan" xəbər lentinə baxdıqda adama
elə gəlir ki, Rusiya dövlətinin bütün bəlalarının səbəbi özbəklərdir.
Diqqəti cinayətkarın hansı millətin təmsilçisi olduğuna yönəltmək,
deyəsən, keçmiĢ qardaĢ ölkələrdən olan miqrasiya ilə mübarizə
vasitəsidir. Amma bu mübarizə ilə yanaĢı, Rusiya KĠV-də yer alan
və diqqəti milliyyətə yönəldən bu cür "nifrət dərsləri" milli zəmində
nifrəti, düĢmənçiliyi, insanların bir-birinə qarĢı kinini artırır.
Cəmiyyətdə və bu cəmiyyətin güzgüsü olan (yaxud əksinə) KĠV-də
Dostları ilə paylaş: |