MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə15/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   11   12   13   14   15   16   17   18   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

49 

Müsəlman  Ģəxsiyyət  tərbiyəsi  sistemində  təhsil  metodunun  xüsusi 



bir  müxtəliflik  prinsipi    iĢləyirdi.  Tədris  üsullarının  fəlsəfi 

dərkindən bəhs edərkən Ġbn Xəldun göstərirdi ki, ənənəvi müsəlman 

tərbiyəsi  elmilik  xüsusiyyətlərindən  məhrumdur,  çünki  o,  vahid 

Ģəklə salınmamıĢdır.  Ġbn Xəldun yazır ki, ―bilik öyrənmək sənətdir 

ki,  tədris  üsulları  arasındakı  mövcud  fərqlər  də  buna  Ģəhadət  edir. 

Hər  bir  məĢhur  müəllimin  özünün  tədris  üsulu  və  əvvəlcədən 

müəyyən  edilmiĢ  tədris  qaydası  vardır:  bu,  ümumiyyətlə,  bütün 

sənət  növlərinə  xas  olan  cəhət,  məhz  onu  göstərir  ki,  belə  tədris 

üsulu elmə aid deyil, zira, əgər o, elmə aid olsa idi, onla-rın hamısı 

üçün  vahid  olardı.  Sən  elmin  hər  bir  sahəsinin  tədrisi  üsullarında 

fərqlərə  rast  gələ  bilərsən  və  bu  onu  göstərir  ki,  hər  üsul  bir 

sənətdir: axı elm vahid və ziddiyyətsizdir‖. 

 

Ġslam  dünyasında  alimlərə  hörmət  böyük  idi  və  bu  Ġslam 



mədəniyyətindən  gəlirdi.  ―Alimlər  bu  dünyanın  iĢığı,  axirətin 

nurudur‖  paradiqma  səviyyəsinə  qalxmıĢdır.  PadĢahlar,  Ģahlar, 

sərkərdər  zaman-zaman  alimləri  ziyarət  edir  və  bu  hadisələr  geniĢ 

yayılırdi  və  nəticədə  gənc  nəslin  elm  dalınca  getmələrini 

stimullaĢdırırdı. Tarixdən məlum olan bir neçə hadisəni yada salaq. 

 

Əbu Reyhan əl Biruni 



 

Əbu  Reyhan  Biruni  ömrünün  son  saatlarını  yaĢayanda  bir  tələbəsi 

onu ziyarət edir. Tələbə onu salamlayanda səsindən tanıyır və deyir: 

- Sən filankəs deyilsən? Tələbə: - Bəli, - deyir. ―Mənə deyilənə görə 

sən  Ġslamın  miras  hüququnda  dolaĢıq  bir  məsələnin  cavabını 

tapmısan,  belədirmi?  Tələbə:  ―Ya  Əbu  Reyhan,  indi  sağlamlıq 

haqda  düĢünmək...‖.  Əbu  Reyhan  onun  sözünü  kəsir:  ―Bunu 

bilmədən ölməkdənsə, bilib ölmək daha xeyirli deyilmi, səncə?‖   

 

Zünnun əl Misri  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

50 


 

Sufiliyi, vəlayəti ( mürĢid -mürid  bağlarını) və sufi vəllərini orda-

burda inkar edən bir dəliqanlı gənci ədəbə dəvət etmək üçün böyük 

ustad Zünnun əl Misrinin (796 -859) yanına gətirirlər.  Moizələrində 

uca  Yaradanı    ―insan  oğlunun  Tək  və  Mütləq  Dostu,  Sevgilisi‖ 

adlandıran  bu  sufi  ustadı  barmağındakı  qiymətli  daĢa  malik 

üzüyünü çıxarıb, həmin gəncə uzadır və deyir: - Bunu adi bazara (I 

bazar) aparıb, bir altun sikkəyə sat. 

 

Bazarda  heç  kəs  bu  üzüyə  heç  gümüĢ  sikkə  də  vermədi.  Çarəsiz 



gənc Zünnunun yanına qayıdıb durumu ona söyləyir. 

 

Bu səfər Zünnun ona deyir ki, üzüyü mücəvhərlər (II bazar) satılan 



bazara  çıxarsın.    Qızıl-zinət  əĢyaları  satılan  bazarın  sərrafları  min 

altun  sikkə  təklif  edirlər.  Eyni  mala  iki  müxtəlif    bazarda    fərqli 

qiymətlərin qoyulması təcrübəsi gənci çaĢdırır. Gənc böyük sufinin 

yanına qayıdır və olanları danıĢır. Zünnun ona belə deyir: - Sufiliyin 

və o yolu tutub gedənlərin dəyəri ondan anlayanlara yaxĢı bəllidir. 

Arif olmayanların aĢağalaması ilə onlardan heç nə əskilməz. Sənin 

onlara  verdiyin  dəyər  isə  elminin  və  idrakının  dayazlığından 

qaynaqlanır. Elə buna görə də o qara bazarda bu nadir üzüyə verilən 

qiymətdən zərrəcə fərqlənmir. 

 

Çingiz xan 



 

Çingiz  xan  Buxaranı  fəth  edəndə  atını  Ģah  sarayının  pilləkəninə 

sürür.  Bütün  bəylər,  zadəganlar,  tacirlər  gəlib  səmənd  atın 

ayağından öpürlər. Əllərini qurĢağına qoyan 5-6 nəfər isə baĢları ilə 

fatehi  salamlayırlar  və  gəlib  atın  ayağından  öpmürlər.  Çingiz  xan 

soruĢur:  ―Bəs  onlar  niyə  gəlib  atı  öpmədilər?‖  Cavab  verirlər  ki, 

onlar da olar - alimlərdir. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

51 

Əmir Teymurun vəsiyyəti 



 

Ġslam  mədəniyyətində  alimin  və  müəllimin  nüfuzu  çox  böyük  idi. 

Bir  çox  padĢahlar,  sultanlar  zaman-zaman  nüfuzlu  alimləri  ziyarət 

ediblər. Bu insanlar dünyasını dəyiĢəndə, həyatlarının son anlarında 

da, vəsiyyətlərində də alimi yada salıblar. Əmir Teymur  dünyasını 

dəyiĢəndə  vəsiyyət  edir  ki,  məni  Seyid  Bərkənin  ayaq  tərəfində 

basdırın...  

 

Müsəlman  rasionalist  fikrinin  görkəmli  nümayəndələri  Ġbn  Sina, 



Fərabi,  Biruni,  Tusi  və  digərləri  dünya  təbiətĢünaslıq  və  fəlsəfi 

biliklər  sisteminin  inkiĢafına  əhəmiyyətli  dərəcədə  təsir 

göstərmiĢlər. 

 

Əl-Qəzali hesab edirdi ki, həqiqət meyarı haqda məsələdə ―ürəkdə 



inam‖  kimi  baĢa  düĢülən  din  mövqeyində  durmaq  lazımdır  və 

―biliyin həqiqiliyi‖ meyarı din əsl bilik, hər bir əsl bilik isə dindir. 

 

 

 



ġahlar Əsgərov 

Professor, əməkdar elm xadimi 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə