MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə14/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   10   11   12   13   14   15   16   17   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

46 


möhkəm bünövrəsi qoyulur. Buna paralel olaraq elə həmin dövrdə 

Bizans  və  Hind  mədəniyyətlərinin  yayılması  prosesi  də  baĢ  verir. 

Bununla    bərabər  ―yerli‖  ənənəvi  intellektual  mədəniyyətin 

(islamdan  əvvəlki  ərəb  idrakı  dəyərləri,  zərdüĢtlük  və  s.)  inkiĢafı 

prosesi də müĢahidə olunur. 

 

Nəticədə VIII əsrdən baĢlayaraq müsəlman elmi ənənəsinin intensiv 



formalaĢması  prosesi  baĢlayır.  Müsəlman  aləmi    özgünlüyünü 

saxlayaraq  tədricən  dünya  elminin  mərkəzinə  çevrilir.  Bir  çox 

xəlifələr  hədiyyə  olaraq  ləl-cəvahir  deyil,  məhz  kitab  qəbul 

edirdilər.  Kitab  kultu  cəmiyyətin  yeni    idealı,  and  yeri    olur. 

Təsadüfi  deyildi  ki,  artıq  ilk  xəlifələr  messenat  olur,  ―müdriklik 

evləri‖,  Ģəxsi  kitabxanalar  yaradır  və  alimləri  öz  ətrafına  cəlb 

edirlər.  Ġnsanın  ictimai  vəziyyəti,  Ģəxsiyyətin  nüfuz  və  elitaya 

mənsub olması Ģəxsi bilik fondunun nə dərəcədə zəngin olması ilə 

müəyyənləĢdirilir.  Bilikli  insan  bir  növ  mədəni  örnəyə,  nümunə 

götürmək  üçün  etalona  çevrilir.    Ġstər  ictimai,  istərsə  də  Ģəxsi 

kitabxanalar Qərbdə yox, ilk dəfə ġərqdə yaranmıĢdı. 

 

Müsəlman  elmi  ənənəsində    obrazlı  (humanitar)  və  məntiqi 



(rasional)  idrak  formaları  arasında  həmiĢə  dinamik  tarazlıq 

saxlanılırdı.  Rasional  və 

ya  humanitar  elmi  ənənəyə 

səmtləĢməsindən  asılı  ol-mayaraq,  müsəlman  alimi  bu  və  ya  digər 

dərəcədə aralıq hadisəsini də əxz etmiĢdir. Alim həm də Ģair idi və 

tərsinə.  Alimin  elmi  maraqlar  spektri  bəzən  onlarla  elmi  əhatə 

edirdi:    riyaziyyat,  fizika,  astronomiya,  məntiq,  fəlsəfə,  təbabət, 

poetika, musiqi və Ģeir yazmaq nəzəriyyəsi, qrammatika, teologiya, 

əlkimya  və  s.  Ġslam  dünyasında    elmin  və  alimin  özgürlüyü  baza 

prinsipi  bu idi.  Humanitar alimlərin  marginallığı  bundan  ibarət  idi 

ki,  onlar  hər  bir  halda  rasional  təfəkkürə  öz  münasibətlərini 

müəyyənləĢdirməyə məcbur idilər. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

47 

Alimliyin  və  ya  elmiliyin  Qərb  modelində  adətən  poetiklik  ilə 



məntiqliyin  eyni zamanda bir adama xas olmasını istisna edirdi bu 

səbəbdən də ―fiziklər və liriklər‖ bölgüsü mövcud idi. 

 

Qərb  universtlərində  tələbənin  hazırlığı  üçün  kollektiv  məsuliyyət 



daĢıyan  alimlər  korporasiyasına,  təkmilləĢmiĢ  ierarxiyaya  malik 

orta  əsr  Avropa  universitet  olduğu  halda, 

müsəlman 

universitetlərinə ümumkorporativ cavabdehlik xas deyildi. 

 

Müəllim və alim arxetipi 



 

Müsəlman  dünyasında    müəllim  Ģagird  (mürĢüd  -mürüd)  

münasibətləri  nüfuz,  təqlid,  isnad  və  baĢqa  prinsiplər  əsasında 

fəaliyyət göstərirdi. Müəllim Ģəxsiyyəti ilə canlı ünsiyyət bu tərbiyə 

sistemində  əsas  amil  idi.Bir  çox  alimlər  (V.  Sementsov)  hesab 

edirlər  ki,  ənənəvi  ġərq  tərbiyə  sistemində    Ģagirdlə  müəllim 

arasındakı  canlı  ünsiyyət  ġərq  mədəniyyəti  üçün  fundamental 

əhəmiyyət kəsb edir. 

 

Müsəlman  alimliyi    kitab  mədəniyyəti  mühitində    formalaĢırdı. 



Savad  və  ensiklopedizm  kultu  həm  də  müsəlman  elmi  ənənəsi 

özgünlüyünü  səciyyələndirir.  Özgür  alim  Ģəxsiyyət    tipi 

formalaĢmıĢdı:  alimdən,  hər  Ģeydən  əvvəl,  qədimdən  qalan 

sərvətlərə və dinin normalarına bələd olmaq, müstəsna təxəyyül və 

hafizə, obrazlı və assosiativ təfəkkür tələb olunurdu. 

 

Öz müəlliminin yaradıcı surətdə hər Ģeydə təqlid edərək onun həyatı 



ilə yaĢayan zaman, gələcək alim kimi Ģagirddə tədricən müəlliminin 

―örnəyi‖  (arxetipi)  formalaĢır.  Müəllimi  ilə  birlikdə  Ģagird 

yaradıcılığın  sirlərinə  yiyələnir,  lakin  bu  zaman  o,  yaradıcılığın 

hansısa universal bir modelini deyil, öz müəlliminin özgün, orijinal 

yaradıcılıq  laboratoriyasını  dərk  edir.  Bəhmənyar  maraqlı  fikir 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

48 


söyləmiĢdir:  ―Əqli  elmləri  dərk  edərək  onların  daĢıyıcılarının 

keyfiyyətlərini 

mənimsəməyənlər 

elmlərin 

mahiyyətindən 

məlumatsız olaraq qalırlar, bağda yazın niĢanələri göründüyü kimi, 

alimin  hərəkətlərindən  də  onun  müəllimlərinin  müdrikliyi  özünü 

göstərir‖. 

 

Nobel  mükafatına  layiq  görülmüĢ  pakistanlı  fizik  Əbdüs  Səlam 



―Ġdeallar  və  gerçəkliklər‖  kitabında  yazır:    ―Orta  əsrlərdə  elmin 

ağırlıq mərkəzi Ġslam dünyasında idi... Quranın yeddi yüz əlli ayəsi 

-təxminən  səkkizdə  biri  inananları  təbiəti  araĢdırmağa,  həqiqət 

axtarıĢında  ağıllarını  ən  yaxĢı  Ģəkildə  istifadə  etməyə,  bilik  əldə 

etməni  və  elmi  düĢüncəni  ictimai  həyatın  bir  parçası  halına 

gətirməyə sövq edir‖. 

 

Belə  tədris  metodunun  uğuru  ilə  bərabər  qüsuru  da  var  idi.  Ġslam 



alimləri  bu  qüsuru  görmüĢ  və  tənqid  etmiĢlər.  Misal  üçün,  Əl-

Məarri  korkoranə  nüfuz  sahibinə  inanan  tədris  metodunu  ,  qədim 

örnəkləri  qeyri-yaradıcı  tərzdə  təqlid  edən  ənənəvi  alimliyi  kəskin 

tənqid etmiĢdi. 

 

Ġslam  elm  və  təhsilin  əsaslandığı    prinsiplər:  nüfuz,  təqlid,  isnad, 



müxtəliflik prinsipi, canlı ünsiyyət, məhsuldar mükalimə (seminar). 

 

Maraqlıdır  ki,  müsəlman  alim  hazırlama  sistemində  də  Ģəxsi  amil 



aparıcıdır.  Alimi  obyektivləĢdirilmiĢ  intellektual  mühit  deyil 

(ĢəxsizləĢdirilmiĢ  mətnlər  və  ya  alimlərin  korporasiyaları),  

tələbənin  bilavasitə  müəllimlə  ünsiyyəti  formalaĢdırır.  Tələbəyə 

təkcə  müəllimin  ona  verdiyi  obyektivləĢdirilmiĢ  bilik  fondu  deyil, 

həm  də  müəllimin  həyat  tərzi,  düĢüncə  üslubu  və  xüsusilə  onun 

Ģəxsiyyəti təsir göstərir. 

 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə