MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə20/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   16   17   18   19   20   21   22   23   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

65 

TalıĢ, Zəncan və Sultaniyə torpaqları Səfəvilərdə qalmıĢdır. Sonrakı 



tarixi dövrlərdə də sərhəd dəyiĢikliyinin yaratdığı gərginlik Səfəvi-

Osmanlı qarĢıdurmasının səngiməsinə imkan verməmiĢ və əslində, 

bu  iki  imperiya  arasında  müharibə  vəziyyəti  XVII  əsrin  birinci 

yarısınadək  davam  etmiĢdir.  1612-ci  il  Sərab  və  1639-cu  il  Qəsri-

ġirin sülhünün Ģərtlərinə görə, bu iki imperiya arasında müvəqqəti 

etimad  mühiti  yaransa  da,  o,  XVIII  əsrin  əvvəllərində  yenidən 

pozulmuĢdur. 

 

Əsərdə həmin dövrün geosiyasi reallıqları, xüsusilə də 1700-1721-ci 



illərdə Skandinaviya ölkələri ilə ġimal müharibəsindən qalib çıxan 

Rusiyanın  Xəzərsahili  ərazilərə  iddiaları  və  onun  Osmanlı 

dövlətinin  regional  maraqları  ilə  həm  toqquĢması,  həm  də 

kəsiĢməsi,  habelə  bu  reallıqlar  fonunda  Səfəvi  dövlətinin  daha  da 

zəifləməsi  gerçəkliyi  kifayət  qədər  dərin  və  ətraflı  tədqiq 

olunmuĢdur. 

 

Burada  müəllif  xüsusi  olaraq  diqqəti  Azərbaycan  dövlətçiliyi 



tarixində  mühüm  iz  buraxmıĢ  1724-cü  ildə  Osmanlı  və  Rusiya 

arasında  imzalanmıĢ  Ġstanbul  və  1735-ci  ildə  Səfəvilər  dövləti  ilə 

Rusiya  arsında  bağlanmıĢ  Gəncə  müqavilələrinə  cəlb  edir.  Birinci 

müqaviləyə görə, Türkiyə Səfəvi Ģahlarının ―Rusiyaya güzəĢt etdiyi 

Xəzərsahili‖ ġimali Azərbaycan torpaqlarının yeni statusunu təsdiq 

etdi. Bunun əvəzində isə Rusiya ġirvan istisna olmaqla, Səfəvilərə 

məxsus digər Qərbi Azərbaycan ərazilərinin və Cənubi Qafqazın bir 

hissəsinin  (Azərbaycanlılar  yaĢayan  Borçalı  və  digər  vilayətlərin, 

Batumun,  Krımın  və  s.  Osmanlı  dövləti  tərəfindən  tutulmasına 

etiraz etməyəcəyinə təminat verdi. 

 

Uzağa  gedən  geosiyasi  nəticələrə  səbəb  olacaq  həmin  hadisələrin 



dərin  analizini  aparan  müəllif  aĢağıdakı  qənaətini  belə  ifadə 

edir:"Rusiya və Osmanlı dövlətləri bir qisim Azərbaycan ərazilərini 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

66 


öz  aralarında  bölüĢmək  barədə  razılığa  gəldilər  ki,  bu  da,  bir 

tərəfdən,  Azərbaycanın  siyasi  coğrafiyasında  və  geosiyasi 

xəritəsində yeni dəyiĢiklik əmələ gətirdi, digər tərəfdənsə, bölgədə 

tamamilə yeni geosiyasi vəziyət yaratdı". Əsərdə həmin vəziyyətin 

məzmununu müəllif ―Bakı‖ və ―Azərbaycan‖ ifadələrini öz istilası 

altında  olan  ġimali  Azərbaycan  torpaqlarına  aid  edərək  bu 

torpaqlara rus əyaləti kimi baxmağa baĢladılar‖ cümləsi ilə lakonik 

Ģəkildə ifadə edə bilmiĢdir. 

 

Hadisələrin  sonrakı  gediĢi  göstərdi  ki,  strateji  əhəmiyyətli  tarixi 



Azərbaycan torpaqları uğrunda regional güclər olan Rusiya, Türkiyə 

və Ġranın mübarizəsi XIX əsrin birinci və ikinci onilliyində yeni və 

həlledici mərhələyə daxil olmuĢdur. Rusiya-Ġran, Rusiya-Türkiyə və 

Türkiyə-Ġran  arasında  aparılan  qanlı  müharibələr  nəticəsində 

Qafqazda, o cümlədən Azərbaycanda büsbütün yeni geosiyasi Ģərait 

formalaĢmıĢdır.  Əsərdə  bu  dövrün  geosiyasi  mənzərəsini  təsvir  və 

təhlil  edən  professor  Əli  Həsənov  1804-1813-cü  və  1826-1828-ci 

illərdəki  Rusiya-Ġran,  1806-1812-ci  və  1828-1829-cu  illərdəki 

Rusiya-Türkiyə  müharibələri  nəticəsində  Səfəvi  imperiyasının  bir 

yerə  topladığı  Azərbaycan  ərazilərinin  3  yerə  bölüĢdürüldüyünü, 

lakin  bu  reallıq  fonunda  da  belə,  Azərbaycanın  uzun  tarixi  dövr 

ərzində  böyük  dövlətlərin  arasında  maraqların  toqquĢduğu  əsas 

geosiyasi məkan olaraq qaldığını və geosiyasi ədəbiyyatda ―ġimali 

Azərbaycan‖,  ―Cənubi  Azərbaycan‖,  ―Qərbi  Azərbaycan‖  və  s. 

ifadələrin yarandığını xüsusi olaraq vurğulayır. 

 

Yuxarıda  qeyd  edilən  dərin  geosiyasi  proseslərə  qiymət  verən  Əli 



Həsənov mövcud reallıqlar fonunda Azərbaycanın Cənub, ġimal və 

Qərb  qonĢularının  inkiĢaf  istiqamətləri  və  onun  səviyyəsi,  habelə 

azərbaycanlıların milli kimliyinin formalaĢması gerçəkliyi ilə bağlı 

olduqca  maraqlı  və  diqqətçəkən  mülahizələr  irəli  sürmüĢdür. 

Müəllif  yazır:  ―Avropa  dövlətlərindən  mədəni  inkiĢafına  görə  geri 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

67 

qalsa da, o dövrdə Rusiya imperiyası Ġrandan və Osmanlıdan daha 



sürətlə  inkiĢaf  edirdi.  Odur  ki,  onun  tərkibinə  keçən  ġimali 

Azərbaycan  və  Qərbi  Azərbaycanın  bir  hissəsi  rus  dili  və 

mədəniyyəti  vasitəsilə  yavaĢ-yavaĢ  özünün  məxsusi  təhsilini,  elm 

və  mədəniyyətini  inkiĢaf  etdirməyə  baĢladı.  Düzdür,  çarizm  bu 

―maarifçilik  siyasəti‖ni  öz  müstəmləkəçilik  fəaliyyəti  ilə 

çətinləĢdirərək,  nə  qədər  azərbaycanlılar  arasında  ruslaĢdırma 

siyasətini həyata keçirsə də, tam fərqli etnik və dini mənsubiyyətə 

malik  azərbaycanlıları  imperiya  içərisində  assimilyasiya  etdirə 

bilmədi... 

 

Cənubi  Azərbaycanı  öz  tərkibində  saxlayan  Ġranda  və  Qərbi 



Azərbaycanın  bir  hissəsini  özünə  birləĢdirən  Osmanlıda  isə 

Azərbaycan  xalqının  milli  inkiĢafı  ayrıca  bir  xətt  üzrə  davam 

etdirilmədi.  Ġranda  bu  proses  Ģiə  məzhəbli  ümumislam,  Osmanlı 

ərazisində  dil  birliyinə  söykənən  ümumtürk  çərçivəsinə  salınaraq 

dayandırıldı. Bu ölkələrin heç birində azərbaycanlılar üçün məxsusi 

milli  tədris  müəssisələri,  mətbuat,  dini  ibadət  və  mədəniyyət 

ocaqları  yaradılmadı,  əksinə,  onlara  qarĢı  güclü  assimilyasiya 

siyasəti həyata keçirilməyə baĢlandı‖. 

 

Əsərdə  çarizmin  yuxarıda  qeyd  edilən  müsbət  cəhətləri  ilə  yanaĢı, 



azərbaycanlılar  üçün  yaratdığı  ciddi  siyasi  problemlərlə  də  bağlı 

analizlər aparılmıĢdır. Müəllif haqlı olaraq qeyd edir ki, iĢğal etdiyi 

əraziləri  imperiya  ilə  daha  sıx  bağlamaq  üçün  Cənubi  Qafqazın 

―daha  etibarlı  ünsürləri‖  ilə  Azərbaycanın  demoqrafik  vəziyyətini 

dəyiĢməyə  baĢladı.  Regiona  ruslar,  almanlar,  polyaklar,  xüsusən, 

ermənilər köçürülməyə baĢlandı. Bu məsələyə toxunan müəllif qeyd 

edir  ki,  ermənilərin  Azərbaycan  torpaqlarında  yerləĢdirilməsi 

regiona  özü  ilə  bərabər  çoxlu,  o  cümlədən  gələcəkdə  baĢ  verə 

biləcək  geosiyasi  dəyiĢikliklərə  zəmin  yaradan  problemlər  də 

gətirdi. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə