MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə21/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   17   18   19   20   21   22   23   24   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

68 


 

Yuxarıda haqqında bəhs olunan konkret tədqiqat predmeti ilə bağlı 

araĢdırmalarının yekunu olaraq müəllifin gəldiyi nəticə böyük siyasi 

çəkiyə,  aktuallığa  malikdir  və  olduqca  ibrətamizdir:  ―ĠĢğalçı 

müharibələr  nəticəsində  həyata  keçirilən  bölüĢdürülmə  və 

ermənilərin  yerləĢdirilməsi  XIX  əsrdə  Azərbaycanın  geosiyasi 

vəziyyətində  baĢ  verən  ən  ciddi  mənfi  dəyiĢiklik  olub,  bütün 

Azərbaycan  xalqının  taleyinə  və  gələcək  dövlətinin  ərazi 

quruluĢuna təsir edən amil oldu. Çarizmin regionda həyata keçirdiyi 

―parçala  və  hökm  sür‖  siyasəti  sonralar  bütün  Cənubi  Qafqaz 

regionunda qan və müharibələr ilə müĢayiət olunan əsaslı geosiyasi 

dəyiĢikliklər üçün Ģərait yaratdı‖. 

 

Bu, bir həqiqətdir ki, I Dünya müharibəsinin baĢlanması ilə Qara və 



Xəzər  dənizləri,  Cənubi  Qafqaz  və  Anadolu  torpaqları  uğrunda 

mübarizənin  yeni  mərhələsi  baĢlanmıĢ  oldu.  Əli  müəllim  haqlı 

olaraq qeyd edir ki, Türkiyə istisna olmaqla, I Dünya müharibəsində 

iĢtirak  edən  tərəfləri,  əlbəttə,  yerli  azərbaycanlıların  taleyi  deyil, 

daha  çox  Bakı  və  onun  nefti  maraqlandırırdı.  Odur  ki,  indiyədək 

Yaxın  və  Orta  ġərqdə  —  Mosul  nefti  uğrunda  müharibədə  iĢtirak 

edən tərəflər arasında geostrateji döyüĢlərə 1918-ci ilin ortalarından 

etibarən  zəngin  neft  yataqları  olan  Bakı  və  Cənubi  Qafqazın  digər 

müvafiq  əraziləri  (məsələn,  Bakı-Batum  dəmir  yolunun  keçdiyi 

rayonlar  və  s.)  uğrunda  amansız  döyüĢlər  əlavə  edildi.  Müəllif  bu 

döyüĢləri  Ģərtləndirən  amillərə  diqqəti  cəlb  edərək  qeyd  edir  ki, 

bunlar  ilk  növbədə  Bakının  geosiyasi  mövqeyi  ilə  bağlı  idi.  BaĢqa 

sözlə,  Bakıya  sahib  olan  ölkə  Xəzər  üzərində  nəzarəti  əldə  edirdi. 

Ġkincisi,  Xəzər  üzərində  nəzarəti  həyata  keçirən  ölkə  isə  həm 

Cənubi  Qafqaz,  Orta  Asiya,  həm  də  Türküstana  gedən  yollara 

açılmıĢ olurdu. Bir sözlə, bütün bu amillərin məcmusu müharibənin 

gediĢində Cənubi Qafqazda yeni geosiyasi vəziyyətin yaranmasına 

gətirib çıxardı. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

69 

 

Tədqiqat  iĢində  həmin  tarixi  Ģəraitdə  Cənubi  Qafqazda  geosiyasi 



vəziyyəti  müəyyən  edən  əsas  dövlətlərə  toxunan  müəllif,  ilk 

növbədə, Osmanlı, Almaniya, Avstriya-Macarıstan və düĢdüyü ağır 

vəziyyətdə  çarəsiz  qalaraq  qeyd  edilən  dövlətlərlə  könülsüz 

razılaĢan bolĢevik Rusiyasına diqqəti cəlb edir. 

 

Bu  reallıqlar  fonunda  Cənubi  Qafqaz  dövlətlərinin  demokratik 



federativ respublikada birləĢmək siyasəti onu regionda formalaĢmıĢ 

olduqca  mürəkkəb  proseslərin  qalibi  statusuna  yüksəldə  bilmədi. 

Cənubi  Qafqaz  anarxiya,  xaos  və  millətlərarası  qarĢıdurma 

məngənəsində  sıxılırdı.  Bu  vəziyyətdə  Transqafqaz  seyminin 

buraxılması və regionda yeni müstəqil dövlətlərin yaranması tarixi 

zərurətə  çevrilmiĢdi.  Əli  müəllim  bu  tarixi  zərurətin  mahiyyət  və 

məzmununu,  onun  reallaĢdırılması  müxanizmlərini  fundamental 

əsərində  olduqca  dolgun  Ģəkildə  ifadə  edə  bilmiĢdir.  Burada  ilk 

növbədə,  yuxarıda  qeyd  olunan  məlum  siyasi  proseslərin  məntiqi 

nəticəsi olaraq Azərbaycanın müstəqilliyinin elan edilməsi və onun 

Cənubi  Qafqazın  geosiyasi  vəziyyətinə  təsiri  ilə  bağlı  məsələlər 

elmi  təhlillər  müstəvisinə  çıxarılmıĢdır.  Apardığı  dərin  analitik 

təhlillərə  istinad  edərək  müəllif  bu  dövrün  unikal  dövlətçilik 

tariximiz  ilə  bağlı  bir  sıra  mühüm  elmi  və  siyasi  nəticələrini  irəli 

sürmüĢdür: 

 

–  Azərbaycanın  Ģimalı  XIX  əsrdə  Rusiya  tərəfindən  xanlıqlar 



formasında  iĢğal  edilmiĢdirsə,  azərbaycanlılar  isə  Ģirvanlı,  gəncəli, 

bakılı,  lənkəranlı,  naxçıvanlı  və  baĢqa  adlar  altında  bu  ölkəyə 

birləĢdirilmiĢdirsə,  1918-ci  ildə  Azərbaycan  vahid  bir  dövlət, 

azərbaycanlılar  isə  vahid  bir  xalq  kimi  imperiyanın  tərkibindən 

ayrıldı. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

70 


–  Azərbaycan  xalqının  uzun  illər  pozulmuĢ  vahid  dövlətçilik 

ənənələrinin  bərpa  edilməsi  ilə  Cənubi  Qafqazda  yeni  geosiyasi 

vəziyyət formalaĢdı. 

 

–  Azərbaycan  təkcə  Qafqaza  deyil,  bütün  Yaxın  və  Orta  ġərq 



regionuna təsir edən ciddi bir faktora çevrildi. 

 

–  Azərbaycan  Cümhuriyyəti  bütün  müsəlman  xalqlarına 



müstəmləkə 

zülmündən 

azad 

olmanın, 



müstəqil 

dövlət 


yaranmasının nümunəsini göstərdi. 

 

–  Müstəqil  dövlətin  yaradılması  üçün  əlveriĢlı  beynəlxalq  Ģərait 



mövcud  idi.  Osmanlı  imperatorluğunun  yardımları  dövlətin 

yaradılması üçün mühüm xarici faktor rolunu oynadı. 

 

– Nəhayət, müstəqil dövlətin yaradılması obyektiv tarixi proseslərin 



və  Azərbaycan  xalqının  uzun  illər  boyu  apardığı  istiqlal 

mübarizəsinin konkret nəticəsi idi. 

 

Kitabda  hörmətli  Əli  müəllim  Ararat  respublikalarından  bəhs 



edərkən  haqlı  olaraq  qeyd  edir  ki,  Cənubi  Qafqazda  heç  zaman 

Ermənistan  adlı  inzibati-siyasi  vahid  olmamıĢdır.  Müəllif  fikrini 

davam  etdirərək  xüsusi  vurğulayır  ki,  Ermənistan  adlı  dövlət  ilk 

dəfə  olaraq  məhz  qədim  Ġrəvan  Ģəhəri  mərkəz  seçilməklə 

Azərbaycan  torpaqlarında  yaradılmıĢdır.Yaradılarkən  Ermənistan 

ərazisi təxminən 9 min kvadratmetr elan edilmiĢdi. Yeni yaradılmıĢ 

dövlətin  hətta  paytaxtı  yox  idi.  Ermənilər  bu  zaman  Ġrəvana  iddia 

etmirdilər.  Onlar  dövlət  yaratmaq  üçün  indiki  Türkiyənin  bəzi 

vilayətlərini  və  paytaxt  olaraq  Gümrünü  istəyirdilər.  Həmin 

torpaqlar  və  Gümrü  o  zaman  türk  ordusunun  nəzarəti  altında  idi. 

Əsərdə  Azərbaycan  Milli  ġurasının  paytaxt  olaraq  Ġrəvanı 

Ermənistana güzəĢt etməsinin səbəblərinə də aydınlıq gətirilmiĢdir. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə