MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə24/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   20   21   22   23   24   25   26   27   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

77 

Ģaxələndirilməsi,  siyasi  islahatlar,  modernləĢmə,  enerji  sektorunda 



asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji 

xətti  olaraq  irəli  sürülmüĢdür.  Optimal  məqsəd  və  vəzifələrin 

müəyyən  edilməsi  və  onların  yerinə  yetirilməsi  yollarının  düzgün 

tapılması  nəticəsində  Azərbaycan  hətta  dünya  iqtisadi-maliyyə 

böhranı illərində belə analoqu olmayan iqtisadi inkiĢaf tempinə nail 

ola  bilmiĢdir.  Bu  dövrdə  ölkəmiz  öz  müstəqilliyini  daha  da 

möhkəmləndirmiĢ,  sosial-iqtisadi,  siyasi-diplomatik  və  hərbi 

quruculuq sahələrində çox böyük uğurlara imza atmıĢdır. 

 

Əsərdə  yuxarıda  qeyd  olunan  reallıqlar,  o  cümlədən  Azərbaycan 



Respublikasının Prezidenti Ġlham Əliyevin ümummilli lider Heydər 

Əliyevin  müəllifi  olduğu  çoxvektorlu  və  balanslı  xarici  siyasət 

kursunu sürətlə dəyiĢən dünyanın geosiyasi gerçəkliklərinə adekvat 

olaraq  çevik,  innovativ  və  hücum  taktikasına  əsaslanmaqla  davam 

etdirdiyi  həqiqəti  konkret  faktlar  və  arqumentlərlə  əsaslandırılmıĢ, 

bu məsələlər ətrafında dərin elmi-analitik təhlillər aparılmıĢdır. 

 

Fundamental  tədqiqat  əsərinin  ―Azərbaycanın  beynəlxalq  aləmlə 



geosiyasi  münasibətləri‖  adlanan  II  bölməsinin  I,  II,  III  və  IV 

fəsillərində  müəllif  müvafiq  olaraq  Avrasiyanın  ümumi  geosiyasi 

xarakteristikası  və  müasir vəziyyəti,  postsovet  məkanında  regional 

geosiyasi  fəaliyətin  əsas  xüsusiyyətləri,  Orta  Asiya  və  Xəzər 

hövzəsinin  ümumi  geosiyasi  parametrləri,  habelə  Qara  dəniz 

hövzəsi  və  Cənubi  Qafqazın  beynəlxalq  və  regional  maraqlar 

sistemində  yeri  və  rolu  ilə  bağlı  məsələləri  elmi  təhlillər 

süzgəcindən keçirmiĢdir. 

 

―Avrasiya  özünün  beynəlxalq  dəyəri,  zəngin  və  əhəmiyyətli 



geosiyasi,  geoiqtisadi  və  geostrateji  resursları  ilə  yanaĢı,  həm  də 

region  xalqlarının  yaĢadığı,  region  ölkələrinin  mövcud  olduğu 

konkret  bir  sivilizasiya  meydanı,  milli-etnik  yaĢayıĢ  məskəni  və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

78 


coğrafi  məkandır‖,  –  deyən  Əli  Həsənov  konseptual  xarakterli 

təhlillər  aparmaqla  müasir  dövrdə  Avrasiya  regionunda 

dövlətlərarası  və  milli  maraqlar  uğrunda  mübarizənin  əsas 

istiqamətlərini üzə çıxara bilmiĢdir. Onlar aĢağıdakılardan ibarətdir: 

 

–  Regionun  böyük  dövlətlərinin  (Rusiya,  Ġran,  Türkiyə,  Çin  və  s.) 



ayrı-ayrılıqda təzahür edən maraqları; 

 

– dünyanın digər böyük dövlətləri və dövlət birliklərinin maraqları. 



Bura  ABġ,  Avropa  Ġttifaqı  və  onun  bəzi  üzv  dövlətlərini  (Böyük 

Britaniya,  Fransa,  Almaniya),  Yaponiya  və  Çini  aid  etmək 

mümkündür; 

 

–  regionun  mühüm  geosiyasi  və  geostrateji  maraq  kəsb  edən 



dövlətlərinin  milli  maraqları.  Bu  sıraya  Azərbaycan,  Ukrayna, 

Qazaxıstan,  Gürcüstan,  Özbəkistan,  Türkmənistan  və  digər  region 

dövlətlərini aid etmək olar. 

Professor  Əli  Həsənovun  dərin  elmi  və  siyasi  yüklü  təhlilləri 

Azərbaycanın lokal, regional və beynəlxalq səviyyədə cərəyan edən 

mürəkkəb geosiyasi prosesləri düzgün qiymətləndirməsi və adekvat 

addımlar  atması  üçün  əlveriĢli  və  münbit  elmi-siyasi  platforma 

formalaĢdırır. 

Əsərdə  Rusiyanı  Avrasiyanın  əsas  dövlətlərindən  biri  kimi 

xarakterizə  edən  müəllif  rəsmi  Moskvanın  bu  arealda  yeritdiyi 

siyasətin  kökündə  duran  əsas  məqsədlərdən  biri  kimi  ABġ-ın 

arxitektoru  olduğu  ―yeni  təkqütblü  dünya‖  nizamına  postsovet 

regionunun  buraxılmaması  kursunun  dayandığını  elmi  dəlillərlə 

əsaslandırmıĢdır.  Müəllif  bu  yanaĢması  kontekstində  fikirlərini 

davam  etdirərək  qeyd  edir  ki,  hazırda  Avrasiyada  Rusiyanın  əsas 

geosiyasi, geoiqtisadi və hərbi- geostrateji rəqibi qismində Avropa 

Birliyi  və  ABġ  çıxıĢ  edir.  Bu  reallıqlar  kontekstində  hörmətli  Əli 

müəllimin 

növbəti 

elmi-siyasi 

qənaəti 

kifayət 


qədər 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

79 

düĢündürücüdür:  ―...KeçmiĢ  SSRĠ-dən  ayrılmıĢ  və  müstəqilliyinə 



qovuĢmuĢ  Ukrayna,  Belarus,  Azərbaycan,  Gürcüstan,  Moldova  və 

Ermənistanın gələcəkdə daha çox kimin geosiyasi təsirində qalacağı 

və kiminlə tərəfdaĢ koalisiyasına daxil olacağı məsələsində tərəflər 

arasında  kompromissiz  mübarizə  müĢahidə  olunur." Əsərdə  həmin 

mübarizənin məzmun və mahiyyətini açıb göstərən çoxsaylı faktlar 

və arqumentlər elmi dövriyyəyə çıxarılmıĢdır. 

Əli  Həsənovun  əsaslandırılmıĢ  elmi  qənaətinə  görə,  ABġ  özünün 

NATO  üzrə  müttəfiqləri  ilə  birlikdə  Avrasiyanın,  xüsusən  də 

Cənubi  Qafqaz  bölgəsi  və  Xəzər-Qara  dəniz  hövzəsinin  regional 

təhlükəsizliyi  ilə  bağlı  Rusiyadan  fərqli  olaraq  ikinci  əsas 

beynəlxalq  mövqenin  daĢıyıcısıdır.  Əsərdə  bu  düĢərgənin  Xəzər-

Qara  dəniz  hövzəsi  və  Cənubi  Qafqazdakı  təhlükəsizlik  siyasəti  4 

mərhələdə  nəzərdən  keçirilmiĢdir.  I  mərhələ-1990-1993-cü  illəri 

əhatə edir. Bu mərhələdə ABġ regionu müxtəlif strateji parametrlər 

üzrə öyrənmək və qiymətləndirmək funksiyasını yerinə yetirmiĢdir. 

II  mərhələ-1993-2000-ci  illər.  Bu  mərhələdə  Xəzər-Qara  dəniz 

hövzəsinin,  Cənubi  Qafqazın  geosiyasi,  hərbi-geostrateji  və 

geoiqtisadi  əhəmiyyətini  nəzərə  alan  ABġ  və  NATO  üzrə 

müttəfiqləri  regionda  fəal  geosiyasət  yürütməyə  baĢlayırlar.  Bu 

mərhələdə ABġ artıq NATO, Avropa Birliyi və Türkiyə ilə yanaĢı, 

ortaq  maraqlar  əsasında  bölgədə  bəzi  yerli  tərəfdaĢlarla  – 

Azərbaycan,  Gürcüstan,  Moldova,  Özbəkistan,  Qırğızıstan  və  s. 

kimi qərbyönümlü siyasət yürüdən ölkələrlə birlikdə hərəkət etməyə 

baĢlayır. III mərhələ-2001-2008-ci illəri əhatə edir, yəni ABġ-da 11 

Sentyabr  hadisələrindən  baĢlayır  və  Barak  Obamanın  prezident 

seçilməsinə  qədər  davam  edir.  Bu  mərhələdə  ABġ  və  NATO 

Cənubi  Qafqazda,  Xəzər  dənizi  hövzəsi  və  Mərkəzi  Asiyada  fəal 

hərbi-geostrateji  fəaliyyətə  və  təhlükəsizlik  siyasətinə  baĢlayır.  IV 

mərhələ  ABġ-ın  milli  təhlükəsizlik  siyasətində  müasir  dövr  kimi 

xarakterizə  olunur.  Bu  dövrdə  ölkənin  dünya  və  regional 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə