MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə25/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   21   22   23   24   25   26   27   28   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

80 


siyasətində,  milli  təhlükəsizlik  siyasətində  əsaslı  dəyiĢikliklər 

edilmiĢ və onun çoxstandartlılığı bir qədər də gücləndirilmiĢdir. 

Dərslikdə  qlobal  güc  mərkəzləri  olan  Rusiya  və  ABġ  ilə  yanaĢı, 

Avropa  Ġttifaqının,  Türkiyənin,  Ġranın  və  digər  aparıcı  dünya 

dövlətlərinin  də  Avrasiya  siyasəti  və  Azərbaycanla  geosiyasi 

münasibətlərinin 

xarakteristikası 

öyrənilmiĢ 

və 

müvafiq 


qiymətləndirmələr aparılmıĢdır. 

Məlum  olduğu  kimi,  enerji  təhlükəsizliyi  dünyanın  aparıcı 

dövlətlərinin  milli  təhlükəsizlik  strategiyasının  həlledici  elementi 

statusunda  çıxıĢ  edir.  Bu  baxımdan  bir  sıra  nüfuzlu  ekspertlərin 

―müasir  dünyanın  siyasi  mənzərəsi  daha  hərbi  bloklara 

mənsubiyyətlə yox, enerji ehtiyatlarına maliklik və malik olmamaq 

üzrə bölgü ilə müəyyən ediləcək‖,- fikri təsadüfi sayılmamalıdır. 

Bu,  bir  həqiqətdir  ki,  yüksək  inkiĢaf  etmiĢ  ölkələrin  enerji 

təhlükəsizliyi  sahəsində  ciddi  problemləri  mövcuddur.  Onlarin  bir 

çoxunun ümumiyyətlə karbohidrogen resursları yoxdur (Yaponiya, 

Cənubi  Koreya,  Tayvan,  bəzi  Avropa  ölkələri  və  s.),  digərlərinin 

malik  olduqları  köhnə  yataqlar  isə  tükənmək  üzrədir  (Böyük 

Britaniya,  Norveç,  Niderland).  ABġ  isə  dünya  neft  hasilatında    8 

faizlik paya malik olmasına baxmayaraq, istehlakda payı 24 faizdən 

artıqdır. Bu fikirlərin təsdiqi kimi onu da qeyd edək ki, ABġ Neft 

ġurasının statistik məlumatlarında qeyd olunur ki, 1996-cı ildə neftə 

olan sutkalıq təlabat 71  milyon  barrel  təĢkil  edirdisə, 2030-cu  ildə 

bu göstəricinin 138 milyon barrelə yüksələcəyi proqnozlaĢdırılır ki, 

onun da 30 milyon barreli təkcə ABġ-ın payına düĢəcəkdir. 

Dünya  neft-qaz  bazarı  istehlakçılarının  strukturunda  da  dəyiĢiklik 

baĢ vermiĢdir. Əvvəllər 3 yüksək inkiĢaf etmiĢ region neft və qazın 

əsas  istehlakçıları  hesab  olunurdu:  ġimali  Amerika  (ilk  növbədə 

ABġ),  Avropa  Ġttifaqı  (  ilk  növbədə  Almaniya,  Böyük  Britaniya, 

Fransa,  Ġtaliya)  və  ġimal-ġərqi  Asiya  (Yaponiya,  Cənubi  Koreya, 

Tayvan).  Hazırda  dinamik  iqtisadi  inkiĢaf  tempi  ilə  bağlı  olaraq 

Çin,  Hindistan,  Braziliya,  Tailand  və  bir  sıra  digər  dövlətlərin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

81 

karbohidrogen  ehtiyatlarına  olan  tələbatı  xeyli  dərəcədə  artmıĢdır. 



Çin,  hətta  Yaponiyanı  bu  sahədə  ötərək  dünya  neft  istehlakında  9 

faizlik göstəriciyə malik olmuĢdur və yalnız ABġ-dan geri qalır. 

BaĢqa bir məlumata əsasən, dünyada sənaye məhsulları istehsalında 

80  faizlik  paya  malik  olan  böyük  dövlətlər  təxminən  20  faizə 

bərabər enerji ehtiyatlarına malikdirlər. Bir çox hallarda onlar bunu 

tarixi  ədalətsizlik  kimi  dəyərləndirir  və  belə  bölgünün  aradan 

qaldırılmasının vacibliyini vurğulayırlar. 

Bir  sıra  mütəxəssislərin  fikrincə,  gələcəkdə  bu  tələbə  etiraz  edən 

neft-qaz  ölkələrinin  ―enerji  millətçiliyi‖ndə  və  hətta  ―enerji 

terrorizmi‖ndə ittiham ediləcəkləri istisna deyildir. 

Dünyanın  müasir  enerji  xəritəsində  mövcud  vəziyyətin  natamam 

təqdimatı  belə  təsdiqləyir  ki,  dünyada  enerji  resurslarına  olan 

tələbat  ilbəil  artmaqdadır  və  bu  strateji  məhsulların  təkrar 

istehsalının olmaması reallığı fonunda tələb və təklif arasında qeyri-

mütənasibliyin  dinamik  olaraq  artacağını  proqnozlaĢdırmaq 

mümkündür.  Bu  reallıq  əsas  enerji  istehlakçılarını,  o  cümlədən 

Avropa ölkələrini alternativ enerji hasilatçıları axtarmağa sövq edir. 

Belə  enerji  mənbələri  içərisində  Xəzər  regionu  dövlətlərinin, 

xüsusilə də Azərbaycanın müstəsna rolu vardır. 

Təsadüfi  deyildir  ki,  dərsliyin  ―Azərbaycanın  beynəlxalq  aləmlə 

geoiqtisadi  münasibətləri‖  adlanan  III  bölməsində  yuxarıda  qeyd 

olunan  reallıqlardan  çıxıĢ  edərək,  ilk  növbədə,  Xəzər  hövzəsi  və 

Cənubi Qafqazın geoiqtisadi xarakteristikası araĢdırılmıĢ, onun əsas 

parametrləri  beynəlxalq,  regional  və  yerli  maraqlar  kontekstində 

təhlil  edilmiĢ,  xüsusilə  də  Azərbaycanın  regional  geoiqtisadi 

maraqları  elmi  analizlər  müstəvisinə  çıxarılmıĢdır.  Burada  Xəzər 

hövzəsi  və  Cənubi  Qafqazın  enerji  mənbələri  və  onların  bölgədə 

yaratdığı müasir geoiqtisadi vəziyyət dərin elmi təhlillər predmetinə 

çevrilmiĢdir. Xüsusilə də Xəzərin neft-qaz ehtiyatlarının Avropanın 

enerji  təhlükəsizliyində  oynadığı  mühüm  rol  təkzibedilməz 

dəlillərlə əsaslandırılmıĢdır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

82 


Apardığı dərin elmi-analitik təhlillərin nəticəsi olaraq professor Əli 

Həsənov  Xəzər  hövzəsindəki  düĢərgələrarası  rəqabətin  əsas 

hədəflərini üzə çıxarmıĢdır. Onlar aĢağıdakılardan ibarətdir: 

– Xəzər hövzəsinin enerji ehtiyatlarına yiyələnmək, yaxud onlardan 

istifadə sahəsində üstün mövqeyə sahib olmaq

–  hövzənin  enerji  resurslarının  istehsalı  və  dünya  bazarlarına 

çıxarılmasında iĢtirak; 

– eneji istehsalında istifadə olunan texnologiya və maliyyə vəsaitinə 

sahib, yaxud malik olmaq

– hasilatın pay bölgüsü

– bölgənin enerji ixracı marĢrutlarının və nəqliyyat-kommunikasiya 

sistemlərinin seçiminə təsir və onların fəaliyyətinə nəzarət etmək; 

– neft-qaz istehsalı, istehlakı və ixracı sahəsindəki digər geoiqtisadi 

dividendlərə sahib olmaq və s. 

Əsərdə  Xəzərdə  transmilli  maraq  daĢıyıcısı  hesab  olunan  əsas 

düĢərgələr  sırasında,  ilk  növbədə,  Rusiya,  ABġ  və  Avropa  Ġttifaqı 

ölkələrinin  adları  qeyd  olunur,  onların  enerji  təhlükəsizliyi 

problemlərini  həll  etmək  üçün  regionda  həyata  keçirdikləri 

geoiqtisadi və geosiyasi siyasətin konturları göstərilir və reallaĢma 

mexanizmləri  təhlil  olunur.  Müəllif  problemlə  bağlı  elmi-nəzəri 

mülahizələrini bəzi məqamlarda ABġ-ın və Rusiyanın Z. Bjezinski, 

C. Hantiqnqton, H.Kissincer, A.Duqin, N.Nartov, Ġ.Yejiyev və digər 

məĢhur  politoloq  və  alimlərinin  fikirlərinə  istinad  etməklə 

əsaslandırmıĢdır.  Müəllif  həmin  məĢhur  ekspertlərə  sadəcə  istinad 

etməmiĢdir,  onların  fikirləri  ilə  bir  sıra  hallarda  elmi  polemikaya 

girmiĢ, arqumentlərə söykənən fərqli mövqeyini ortaya qoymuĢdur. 

Əli  Həsənov  kitabın  bu  bölməsində  dünyanın  və  eləcə  də  Xəzər 

hövzəsi  ölkələrinin  təsdiq  olunmuĢ  və  ehtimal  olunan  neft  və  qaz 

ehtiyatları  ilə  bağlı  müxtəlif  mənbələrdən  əldə  edilmiĢ  rəqəmləri 

təhlil edərək maraqlı fikir və mülahizələr irəli sürmüĢdür: ―Bəzi rus 

geoloqlarının  proqnozlarına  görə,  Xəzər  hövzəsindəki  neft 

ehtiyatlarının ümumi həcmi 7 milyard tondur (təxminən 50 milyard 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə