MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə27/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   23   24   25   26   27   28   29   30   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

86 


dostluq,  sülh,  təhlükəsizlik  və  əməkdaĢlıq  dənizi  kimi  baxırıq. 

Azərbaycan  Xəzəryanı  ölkələrlə  qarĢılıqlı  hörmət  və  etimada 

əsaslanan  ikitərəfli  əlaqələrin  inkiĢafına  xüsusi  diqqət  yetirir. 

Xəzəryanı  ölkələr  arasında  sıx  dostluq  əlaqələri  və  çoxsahəli 

əməkdaĢlıq 

regionumuzdakı 

sabitlik, 

əmin-amanlıq 

və 

təhlükəsizliyin rəhnidir‖. 



Əsərdə  Xəzər-Qara  dəniz  hövzəsi  və  Cənubi  Qafqazın  transmilli 

enerji  ixracı  sistemində  yeri  və  rolu  beynəlxalq,  regional  və  yerli 

maraqlar  kontekstində  araĢdırılmıĢ,  Azərbaycanın  enerji  nəqlinin 

Ģaxələndirilməsi  siyasəti  və  onun  regionun  ümumi  geoiqtisadi 

vəziyyətinə  təsiri  ilə  bağlı  məsələlər  elmi  təhlillər  predmetinə 

çevrilmiĢdir. Bu məsələlərdən bəhs edən müəllif haqlı olaraq qeyd 

edir  ki,  hazırda  dünya  siyasətinin  və  geoiqtisadiyyatının  ən  aktual 

mövzularından  biri  Xəzər  hövzəsinin  zəngin  karbohidrogen 

yataqlarının  azad  və  açıq  rəqabət  Ģəraitində  iĢlənilməsi,  dünyanın 

artan  enerji  tələbatına  cəlb  edilməsi  və  bu  məhsullar  hesabına 

Avropa  enerji  bazarlarında  Rusiyanın  inhisarçı  mövqelərinin 

qismən zəiflədilməsi ilə bağlıdır. 

Tədqiqat  iĢində  ümummilli  lider  Heydər  Əliyevin  misilsiz 

fədakarlığı və siyasi iradəsinin nəticəsi olaraq 1994-cü il sentyabrın 

20-də  ―Əsrin  müqaviləsi‖  adlanan  transmilli  çoxtərəfli  saziĢin 

imzalanması ilə əsası qoyulan və keçən müddətdə dönmədən həyata 

keçirilən yeni neft-qaz strategiyasının bütün istiqamətləri üzrə dərin 

elmi-analitik  təhlillər  aparılmıĢdır.  Əsərdə  qeyd  olunur  ki, 

Azərbaycan  üçün  enerji  təhlükəsizliyi,  ilk  növbədə,  enerji 

marĢrutlarının  Ģaxələndirilməsində  öz  təsdiqini  tapır.  Avropa  üçün 

isə  enerji  təhlükəsizliyi  birinci  növbədə  enerji  mənbələrinin 

Ģaxələndirilməsində ifadə olunur. Əsərdə xüsusi olaraq qeyd olunur 

ki,1994-cü  ildə  ümummilli  lider  Heydər  Əliyevin  uzaqgörən 

siyasəti  nəticəsində  imzalanmıĢ  ―Əsrin  müqaviləsi‖  Azərbaycanda 

XX  əsrin  layihəsi  hesab  olunurdusa,  17  dekabr  2013-cü  ildə 

Prezident  Ġlham  Əliyevin  siyasi  iradəsi  hesabına  imzalanmıĢ 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

87 

―ġahdəniz-2"  layihəsi  üzrə  investisiya  qərarı  isə  Azərbaycan  və 



bütöv  region  üçün  XXI  əsrin  önəmli  layihəsidir.  Məhz  bu  layihə 

‖Cənub qaz dəhlizi", o cümlədən onun mühüm komponentləri olan 

TANAP  və  TAP  kəmərlərinin  çəkilməsi  ilə  bağlı  tarixi  qərarların 

qəbul edilməsini ĢərtləndirmiĢdir. 

Müəllif  bu  məsələlərlə  bağlı  dərin  məzmunlu  təhlillərinin  yekunu 

olaraq  bir  sıra  mühüm  tezis  və  proqnozlarını  da  irəli  sürmüĢdür. 

Onları aĢağıdakı kimi qruplaĢdırmaq olar: 

–  Azərbaycanın  malik  olduğu  enerji  ehtiyatlarını  xarici  transmilli 

aktorlarla  birgə  iĢləmək,  istehsal  edilən  məhsulların  sərbəst  və 

alternativ  yollarla  maneəsiz  olaraq  dünya  və  bölgə  bazarlarına 

çıxarmaq  təĢəbbüsü,  dünya  ölkələri  ilə  enerji  təhlükəsizliyi 

sahəsində yaratdığı möhkəm tərəfdaĢlıq münasibətləri həm də bütün 

bölgənin geosiyasi və geoiqtisadi vəziyyətini kökündən dəyiĢdi. 

–  Bu  layihələr  təkcə  bu  gün  deyil,  bütün  XXI  əsrdə  Avropanın 

enerji  təhlükəsizliyinə  təsir  göstərməklə  yanaĢı,  həm  də  əksər 

Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz ölkələrinin inkiĢafına, 

bölgə xalqlarının sabit və firavan həyatına xidmət edəcəkdir. 

–  ReallaĢdırılması  yüz  illəri  əhatə  edən  bu  layihələrin  getdikcə 

Xəzər hövzəsi və Cənubi Qafqazı daha sürətlə transmilliləĢdirməsi 

və  dünya  orbitinə  daha  sıx  bağlaması,  nəticədə  bütün  regional 

münaqiĢələrin  sahmana  düĢməsinə,  o  cümlədən  Ermənistan-

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsinin  həllinə,  Dağlıq 

Qarabağda  və  Cənubi  Qafqazın  digər  məkanlarında  uzunmüddətli 

etnik-separatçı  meyillərin  aradan  qalxmasına  öz  müsbət  təsirini 

göstərəcəkdir. 

Əsərin ―Azərbaycanın xarici aləmlə hərbi-geostrateji münasibətləri: 

beynəlxalq,  regional  və  milli  təhlükəsizlik  siyasətinin  əsasları‖ 

adlanan sonuncu IV bölümündə beynəlxalq təhlükəsizlik sisteminin 

əsasları və geosiyasi tələbləri, Xəzər-Qara dəniz hövzəsi və Cənubi 

Qafqazın  təhlükəsizlik  mühiti,  Azərbaycanın  regional  təhlükəsizlik 

siyasəti  və  beynəlxalq  aləmlə  hərbi-geostrateji  münasibətləri, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

88 


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsi və onun həlli 

yolları,  habelə  Azərbaycanın  milli  təhlükəsizlk  siyasəti  əsas  milli 

maraqlar, geosiyasi kod və təhlükəsizlik perspektivləri kontekstində 

dərin və əhatəli elmi araĢdırmalar predmetinə çevrilmiĢdir. 

Əsərdə  Azərbaycan  dövlətinin  təhlükəsizliklə  bağlı  xarici 

siyasətinin  əsas  vəzifə  və  istiqamətləri  göstərilməklə  yanaĢı,  onun 

özünəməxsus  səciyyəvi  xüsusiyyətləri  də  müəyyən  edilmiĢdir.  Bu 

xüsusiyyət  özünü,  ilk  növbədə,  beynəlxalq  hüquq  normaları  və 

prinsiplərinə  söykənərək  sivil  dövlətlərarası  münasibətlərə  hörmət 

bəsləməkdə,  beynəlxalq,  regional  və  dövlətlərarası  münaqiĢələri 

sülh  və  danıĢıqlar  yolu  ilə  həll  etməyə  çalıĢmaqda,  bütün  dünya 

ölkələrinin  suveren  hüquqlarına  və  təhlükəsizlik  maraqlarına 

hörmətlə  yanaĢmaqda  və  s.  özünü  göstərir.  Fikrini  davam  etdirən 

Əli  Həsənov  qeyd  edir  ki,  təhlükəsizlik  sahəsində  Azərbaycanın 

xarici  siyasət  fəaliyyətinin  xarakterik  xüsusiyyətləri  sırasına 

həmçinin  onun  çevik,  praqmatik  və  tarazlaĢdırılmıĢ  təhlükəsizlik 

siyasəti  yürütməsini,  qonĢu  ölkələrlə  ortaq  təhlükəsizlik 

maraqlarının  tapılmasına  üstünlük  verilməsini,  dünya  təhlükəsizlik 

mühitinə  əhəmiyyətli  təsir  göstərən  böyük  dövlətlərlə  tərəfdaĢlıq 

münasibətlərinin  yaradılmasına  çalıĢmasını,  ayrı-ayrı  sahələrdə 

onların  təhlükəsizlik  maraqları  ilə  öz  strateji  mənafelərini 

uzlaĢdırmaq cəhdlərini və s. mühüm cəhətləri də aid etmək olar. 

 

―Dövlət  müstəqilliyi  bərpa  olunduğu  gündən  Azərbaycanın  xarici 



təhlükəsizlik  siyasətinin  əsas  prioritetlərindən  biri  dövlət 

müstəqilliyini  qorumaq  və  möhkəmləndirmək,  Ermənistan 

tərəfindən Azərbaycan torpaqlarının iĢğalına son qoymaq və Dağlıq 

Qarabağ  münaqiĢəsini  həll  etmək,  ölkənin  beynəlxalq  və  regional 

təhlükəsizliyini  təmin  etmək  və  bunun  davamlı  təminatını 

beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarət olmuĢdur‖, 

–  deyən  cənab  Əli  Həsənov  bu  bölümün  III  fəslində  Ermənistan-

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsi  ətrafında  yaranmıĢ 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə