MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə35/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   31   32   33   34   35   36   37   38   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

110 


müsəlman  gedir  və  türk  dilində  danıĢırlar,  milis  onları  saxlayır  və 

cərimə  edir.  Müsəlmanlara  məscidlərdə  öz  ibadətlərini  etməyi 

qadağan etdilər. Ümumiyyətlə, vəziyyət gərginləĢdi və 1989-cu ildə 

özünün  pik  nöqtəsinə  çatdı.  Bu  zaman  kütləvi  tətillər  və  yürüĢlər 

baĢlandı.  Vəziyyəti  əldə  saxlamaq  üçün  kommunist  hakimiyyəti 

dörd yüz min türk vətəndaĢını bizim respublikadan qovdu. 

 

Ancaq  bu  müəyyən  qədər  gərginliyi  aradan  qaldırdı,  çünki  ġərq 



blokunda  dərhal  dəyiĢikliklər  qopdu  və  vəziyyət  yenidən 

gərginlĢməyə  baĢladı.  O  zaman  Bolqarıstanın  prezidenti  doktor 

J.Jelev idi. O, inkiĢaf edən gərgin konfliktin müsbət həllini istəyirdi, 

çünki bizim  konstitusiya vətəndaĢlarımızın bütün fərdi hüquqlarını 

qoruyur.  Ancaq  biz  irəli  getdik  və  bizim  müsəlmanlara  öz 

partiyalarını  yaratmaq  imkanı  verdik.  Bu  partiya  90-cı  illərin 

əvvəllərində  qeydə  alındı  və  onların  kollektiv  hüquqlarını  – 

yaĢamaq  və  azadlıq  hüquqlarını  müdafiə  edirdi.  Ġyirmi  il  ərzində 

bizim yığıncağın daimi nümayəndəliyi var idi, ancaq maraqlıdır ki, 

nümayəndəlik iyirmi dörd deputat ilə fəaliyyətə baĢlamıĢdı, indi isə 

onların sayı – otuz altıya çatdırılmıĢdır. Bu otuz altı deputatdan on 

ikisi – bolqardır. Bu partiyaya artıq etnik bolqarlar da səs verir. Bu 

seçkilərdə  onların  sayı  yüz  altmıĢ  min  olub.  Yeni  partiyanın  ilk 

addımlarından bütün partiyalar bu Ģüarla çıxıĢ edirdilər: terrorizmə 

icazə vermək lazım deyil, konstitusiyanı pozmaq lazım deyil, amma 

hamı baĢa düĢürdü ki, vəziyyətə hakim olmaq üçün bu lazımdır. 

 

Əlbəttə,  risk  var  idi  və  o,  özünü  doğrultdu.  Bizim  parlamentin 



cağırıĢına  qədər  bütün  məsələlər  həll  olmuĢdu.  Tez  bir  zamanda 

müsəlmanların  adları  problemi,    bizim  türk  əsilli  vətəndaĢların 

problemləri  həll  edilmiĢ, məscidlərdə ibadət  hüququ  qanuniləĢmiĢ, 

məktəbdə  dilin  öyrənilməsinə  icazə  verilmiĢdi  və  bütün  bunlar 

gərginliyi  aradan  qaldırmıĢdı.  Artıq  beĢ  ildən  sonra  partiya 

cəmiyyət üçün zəruri olan məsələlərlə məĢğul olmağa baĢlamıĢdır. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

111 

O,  artıq  özünün  etnik  problemləri  ilə  məĢğul  olmurdu,  o,  bolqar 



siyasi  spektrli  partiyalardan  biri  idi.  Ümid  edirəm  ki,  məhz  bunu 

bolqar  etnik  problemi  adlandırmıĢdılar.  Və  inanıram  ki,  bizim 

etniklərarası  münasibətlərin  inkiĢafı  nümunəsi,  həmçinin  etnik 

əsasda gərginliyin yaranma riski olan cəmiyyətlər üçün də nümunə 

ola bilər. 

 

  



Ġvan Palçev – Bolqarıstan Respublikasının 

Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri (2004-

2008)  

 

 

 



 

 

 



 

 

Müstəqil dövlət quruculuğu kontekstində 



millətlərarası qarĢılıqlı münasibətlərinin  

qurulmasında Ukrayna təcrübəsi 

 

Ġlk öncə müasir ictimai global inkiĢaf ücün aktual sayılan humanitar  



problemlər  spektrinin  müzakirəsinə  dair  təĢəbbüsə  görə  forumun 

təĢkilatçılarına  təĢəkkürümü  bildirirəm.  Ukraynanın  kulturalizm 

sahəsində  təcrübəsi  və  millətlərarası  münasi-bətlər  siyasətini  qeyd 

edərək, ilk öncə Ukrayna kulturalizminin spesifikası haqqında qısa 

məlumat vermək istərdim. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

112 


Məsələ  burasındadır  ki,  zahirən  Ukrayna  monomilli  dövlət  kimi 

tanınır.  2001-ci  ilin  siyahıya  alınma  məlumatına  uyğun  olaraq 

əhalinin 78%-ni etnik ukrayınlar təĢkil edir, lakin Ukraynanın etnik 

icması  özlüyündə  monomilli  sayıla  bilməz.  Bizim  ölkədə  etnik 

ukrainlərin bir hissəsi öz doğma dilində danıĢır, ukrain icmasının bir 

hissəsi isə rusdillidir. Onlar həm rus, həm də sovet mədəni və siyasi 

ənənələrinin güclü təhsiri altında formalaĢmıĢdır. Ən iri meqa azlığı 

– ölkə əhalisinin 17%-ni etnik ruslar təĢkil edir. Müstəgil Ukrayna 

dövlətinin yaranması dövründə onların sayı 22% təĢkil edirdi, lakin 

ümumiyyətlə  rusdilli,  yəni  rus  dilini  doğma  dil  hesab  edən 

insanların  sayı  əhalinin  30%  təĢkil  edir.  Faktiki  olaraq,  ölkəmizdə 

ikidillilik  mövcuddur.  Gündəlik  həyat  təcrübəsində  əhalinin  yarı 

hissəsinin  kommunikativ  imkanları  rus  dilindən  ibarətdir.  Etnik 

ruslardan savayı digər milli azlıqlar əhalinin 5%-ni təĢkil edir, lakin 

bu  azlıqların  bir  çoxu  ölkənin  ayrı-ayrı  bölgələrində  kompakt 

Ģəkildə  yerləĢiblər.  Məsələn,  Krım  muxtariyyatının  əsas  əhalisini 

etnik ruslar təĢkil edir. Bu, ukrainlərin cüzi miqdarda olduğu yeganə 

regiondur.  Oranın  əhalisini  mütəĢəkkil  qaydada,  həmçinin  öz 

məxsusi  problemləri  ilə  yaĢayan  krım-tatar  icması  təĢkil  edir. 

Karpatda  kompakt  Ģəkildə macar  milli  azlığı,  Çernovits  əyalətində 

isə  rumın  və  moldav  milli  azlıqları  yaĢayır. Mən  ukrain  icmasının 

daha  bir  spesifik  xüsusiyyətini  qeyd  edərdim  –  bu,  konfessional 

plüralizmdir.  Ölkəmizdə  bir-biri  ilə  rəqabət  aparan  üç  pravoslav 

kilsələrinin  hər biri  özünəməxsus  regional  təsir arealı ilə  fərqlənir. 

Yunan  katolik  kilsəsi  qərbi  Ukraynaya  kifayət  qədər  güclü  təsir 

göstərir.  Protestant  dini  icması  da  əvvələr  olduğu  kimi  indi  də 

yetərincə  fəallığı  ilə  seçilir.  Krım  və  Donbasda  müsəlman  icması 

aktivdir. 

Ukraynanın 

millətlərarası 

münasibətlərinin 

əsas 


problemlərinə  gəldikdə  isə,  qeyd  etmək  lazımdır  ki,  əvvəla,  bizim 

üçün  ölkənin  fərqli  regionları  arasında  mühüm  rol  oynayan 

etnokulturoloji,  etnik,  dil  və  dini  amillər  vacib  sayıla  bilər.  Bu 

amillərin  yaratdığı  «mozaika»,  o  cümlədən  mürəkkəb  ―siyasi 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə