MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə37/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   33   34   35   36   37   38   39   40   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

116 


(lakin  bu  bəlkə  çox  da  pozitiv  tendensiya  deyil),  hərçənd  eyni 

zamanda  məhz  həmin  o  multikultur  plüralizmə  dəlalət  edir  –  bu, 

etnomədəni fərqliliyin mövcudluğu və inkiĢafıdır. Əfsuslar olsun ki, 

bəzi siyasətçilər milli eynilik problemlərini, həmçinin miillətlərarası 

ziddiyyətləri  siyasi  partiyaların  fəaliyyətində  istifadə  etməyə 

çalıĢırlar.  Buna  görə  də  millətlərarası  münasibətlər  harmoniyası 

üçün çağırıĢdar Ukraynada qalmaqdadır. Lakin mən hələ nəzərlərə 

çarpmayan,  lakin  potensial  problem  olan  gizli  bir  probləmə  də 

toxunmaq istərdim. Bu – Ukraynada ayrı-ayrı milli icmaların milli 

distansiyalaĢdırılması, 

etnik 

izolyasionizmi 



təmayüllərinin 

artmasıdır.  DüĢünürəm  ki,  Ukrayna  millətlərarası  siyasət 

təcrübəsinin pozitivliyi ondan ibarətdir ki, bəzən milli münasibətlər 

sferasında  ziddiyyət  təĢkil  edən  məsələlərin  mülayimliyi  və 

uyuĢqanlığı  ölkədə  millətlərarası  münasibətlərin  harmonik  tərzdə 

həllinə imkan yaradır. 

 

 

Vladimir Fesenko, 



Ukrayna, “Penta” tətbiqi siyasi tədqiqatlar mərkəzi 

 

 



 

 

 



 

Multikulturalizm problemləri və müasir 

Rusiyanın siyasi təcrübəsi 

 

Mənim  dostum,  Azərbaycan  Respublikasının  prezidenti    Ġlham 



Heydər  oğlu  Əliyev  forumun  açılıĢ  mərasimində  qeyd  etdi  ki, 

bugünkü  forum  multikulturalizm  bayramıdır.  Mən  bir  qədər  baĢqa 

Ģəkildə  demək  istəyirəm.  Bugünkü  forum  mədəniyyətlərarası, 

dinlərarası  dialoqun,  özü  də  multimədəni,  multikonfessional 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

117 

ölkənin, bu sahədə Ģübhəsiz uğurlar qazanmıĢ bir ölkənin ərazisində 



baĢ  tutan  bayramıdır.  Günümüzdə  hər  yerdə  tətbiq  edilən 

multikulturalizm  formuluna  gəldikdə  isə  mən  bir  qədər  ehtiyatlı 

davranardım.  Bu  cür  dəyirmi  masalarda  qaldırılan  əsas 

məsələlərdən biri demokratiya və multikulturalizm kimi meyarların 

uyuĢmazlığıdır.  Son  zamanlar  belə  bir  fikir  çox  populyardır  ki,  

cəmiyyət nə qədər bircins olsa, demokratik institutlar yaratmaq da o 

qədər  asan  və  əksinə,  cəmiyyət  mədəni  baxımdan  nə  qədər 

mürəkkəbdirsə,  demokratik  institutlar  yaratmaq  o  qədər  çətindir. 

Multikulturalizm  konsepsiyası  ənənəvi  olaraq  bütün  millətlərin  bir 

millət kimi birləĢdiyi ―əritmə putası‖ konsepsiyası ilə qarĢılaĢdırılır. 

Bizim ilk natiqimiz  – Bakı Dövlət Universitetinin nümayəndəsi bu 

gün bu barədə danıĢdı. Ancaq mən ən böyük ―əritmə putası‖ hesab 

edilən ABġ barədə əlavə bir Ģey də qeyd etmək istərdim: Avropanın 

beynəlxalq siyasəti üçün daha çox səciyyəvi olan sosial təsir alətləri 

vardır, məsələn, bunlardan biri 60-cı illərdə tətbiq edilmiĢ və yalnız 

bir  nəsil  üçün  planlaĢdırılmıĢ,  təhsil  müəssisələrinə  və  iĢə  qəbul 

zamanı  azlıqlara  müəyyən  imtiyazlar  verən  affirmasiyadır 

(affirmation).  Bu  proqramın  tətbiq  edilməsi  səbəbi  cəmiyyətdəki 

qeyri-bərabərliyin  afroamerikalıların  inkiĢaf  tempinin  ağdərili 

əhalidən geri qalması və kiçik bir ―sürətləndirmə‖nin onları ağlarla 

eyni  səviyyəyə  çıxara  bilməsi,  bundan  sonra  layihənin  dayandırıla 

biləcəyi iddiasından irəli gəlirdi. 

 

Əslində  hər  Ģey  bu  qədər  sadə  olmadı,  proqramın  iĢində  sapmalar 



oldu.  Lakin  bu  gün  40  ildən  artıq  bir  vaxt  keçdikdən  sonra 

affirmasiyanı  nəinki  ləğv  etdilər,  hətta    fəaliyyət  proqramı  kimi 

daimi  konstant  müəyyən  edildi.  Bununla  bərabər,  vəd  edilən 

bərabərliyə nail olmaq heç cür mümkün olmadı, daha da əksinə, nə 

qədər  paradoksal  olsa  da,  bu  gün  ağdərili  əhali  daha  əlveriĢsiz 

vəziyyətdədir. Fikrimcə, bu proqram guya kömək etməyə yönəldiyi 

insanlar  üçün  daha  da  təhqiredicidir,  alçaldıcıdır,  çünki  faktiki 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

118 


olaraq,  onların  həyatda  məqsədlərinə  müstəqil  Ģəkildə  nail  olmaq 

üçün  kifayət  qədər  inkiĢaf  etmədiyini  iddia  edir.  Əgər 

affirmasiyanın  nail  olduğu  bir  Ģey  varsa,  o  da  tam  əks  effektdir. 

Daimi  köməyə  vərdiĢ  edən  azlıq  nümayəndələri  bu  gün  həqiqətən 

də  öz  güclərindən,  ağlından  istifadə  etməyi  yadırğayıb,  bu  hal  isə 

daima  Ģiddətlənərək  davam  edir.  Burada  yalnız  ABġ-dan  söhbət 

getmir. Ġmiqrantların xüsusi, özəl Ģəraitdə yaĢayaraq, getdikcə daha 

çox  urbanizasiyalaĢdığı  Avropaya  baxmaq  kifayətdir.  ĠĢləmək, 

ümumi  qəbul  edilmiĢ  davranıĢ  və  əxlaq  normalarına  uymaq  üçün 

stimul  yoxdur.  Normal  yaĢamaq  üçün  tarixi  vətənlərində  aldıqları 

biliklər onlara tamamilə kifayət edir. Almaniya, Fransa, ardınca da 

Böyük  Britaniyanın  öncə  multikulturalizm  siyasətinin  iflasa 

uğramasını  bəyan  edib,  daha  sonra  sözdən  iĢə  keçərək  xaricdən 

ölkəyə  giriĢ  qaydalarını  sərtləĢdirmələri  də  tamamilə  məntiqli 

addımdır.  Bu  hal  xüsusən  ġimali  Afrika  ölkələrindən  olan 

mühacirlərə aiddir. Əslən Tunisdən olan minlərlə qaçqın Ġtaliyadan 

Fransaya  daxil  olmağa  çalıĢırdı,  ancaq  fransız  hökuməti  heç  bir 

sənədə  baxmadan  qatarları  sərhəddə  saxlamağa  baĢladı,  bu  zaman 

sərniĢinlərə  qarĢı  irəli  sürülən  tələblər    sırf  iqtisadi  xarakter 

daĢıyırdı.  Onların  BeĢinci  respublika  ərazisində  özlərini  təmin 

etməyə  kifayət  edəcək  qədər  vəsaitə  malik  olduqlarını 

təsdiqləmələri  lazım  idi.  Kifayət  qədər  resursları  olmayan 

mühacirləri  qatardan  endirirdilər.  Cavab  olaraq  Ġtaliya  XĠN 

―beynəlxalq  dəmiryolu  nəqliyyatının  dayandırılması‖    ilə  bağlı 

Fransaya  rəsmi  etiraz  yönəltdi.  Amma  italyan  rəsmilərini  heç 

Avropa  Ġttifaqında  belə  dinləmədilər.  Aġ-nın  daxili  iĢlər  üzrə 

komissarı  xanım  Malmstrom  bəyan  etdi  ki,  Paris  öz  əhalisinin 

təhlükəsizliyini  təmin  etmək  naminə  və  tamamilə,  qanun 

çərçivəsində hərəkət edir. Deməli, problem o qədər ciddidir ki, hətta 

Avropa  Ġttifaqında  belə  onu  bu  Ģəkildə  anlayırlar.  Hörmətli 

cənablar,  hazırda  mən  multikulturalizm  siyasətinə  bir  neçə 

yanaĢmanı  fərqləndirirəm.  Birinci  ssenari    –  ―assimilyasiya 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə