MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə34/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   30   31   32   33   34   35   36   37   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

107 

mədəniyyətlərin inteqrasiyasının bütün digər prosesləri də tamamilə 



keçərli olur. Bu, mədəni rəngarənliyin təbii geniĢlənməsi, vəhdətin 

mürəkkəbləĢməsi  prosesidir.  Mənə  belə  gəlir  ki,  hazırkı  günümüz 

üçün  multikulturalizm  modellərinin  mürəkkəbləĢməsinin  məhz  bu 

səciyyəsi  nümunəvidir.  Bizdən  digər  mədəni  dəyərlər  sferasında 

sadəcə  mədəniləĢdirmə  prosesi  deyil,  həm  də  müəyyən 

transkulturasiyalar prosesi olan adaptasiya konsepsiyalarına yenidən 

baxmaq  tələb  olunur.  Bu  prosesdə  nəinki eyni  tipli  mədəniyyətlər, 

həm  də  ümumiyyətlə,  yaxın  keçmiĢdə  mədəniyyətəqabil  və  dialoq 

üçün  açıq  kimi  baxıla  bilməyəcək  digər  mədəniyyətlər  də  qəbul 

edilir.  Ona  görə  də  adaptasiya  problemi  –  insanlara  ən  çətin 

situasiyalarda  belə  uyğunlaĢmağa  kömək  edə  biləcək  müasir 

institutların vasitələr axtarıĢı problemidir. 

 

Dünən hörmətli Yefim Ġosifoviç qeyd etdi ki, belə vasitələrdən biri 



təhsil  sistemidir.  Ancaq  mənim  fikrimcə,  təhsil  sistemilə  bərabər, 

haqqında  tez-tez  danıĢdığımız  vətəndaĢ  cəmiyyətinin  qurulması 

situasiyası  müəyyən  yeni  ekspert  meydançalarının  yaradılmasını 

nəzərdə  tutur.  Belə  ekspert  meydançaları  rolunda,  əlbəttə,  ictimai 

təĢkilatlar və birliklər cıxıĢ edir. 

 

Rusiyada  milli-mədəni  muxtariyyatlara  yenidən  baxılması,  müasir 



dünyanın  bütün  ölkələrinin  ərazisində  mədəni  və  informasiya 

dəyərlərinin    birləĢdirilməsi  imkanlarının  yeni  oxunuĢu  insana  öz 

kiçik  rakursunu  tapmağa  və  öz  bütöv  mühitindən  təcrid  olmadan 

doğma  mədəniyyətinin  bütün  dəyərlərini  öyrənməyə  və  ona 

qoĢulmağa  imkan  verir.  Elə  bu  da  rəngarəngliyin  birliyi  modelidir 

ki, burada hər bir mədəniyyət öz Ģəxsi ləyaqətini və özəl dəyərlərini 

saxlayaraq  digər  mədəniyyətlərlə  münaqiĢə  muhitindən  kənarda 

mutləq  qarĢılıqlı  fəaliyyətdə  olur.  Bu  gün,  artıq  qeyd  etdiyimiz 

kimi, sosial problemlərin hər bir insana, onun dünyada mövcudluğu 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

108 


probleminə  aid  olduğunu  nəzərə  alsaq,  bunu  etmək  heç  də  asan 

deyildir. 

 

Diskussiya  meydançaları  nə  deməkdir?  Onlardan  biri  –  hər  bir 



ölkənin  baĢ  verən  situasiyanın  açıq  təhlili  ilə  birgə  təqdim  etdiyi 

analitik  materiallardır.  Məsələ  burasındadır  ki,  belə  materialların 

toplanması  metodu  və  metodologiyası  demək  olar  ki,  movcud 

deyildir. Mədəniyyətlərin müxtəlif təməllər üzrə qarĢılıqlı təhlilinin 

vahid konseptual metodoloji əsası da yoxdur. 

Linqvistik  rəngarənglik  bu  problemin  həlli  yollarından  biri  kimi. 

Müasir  informasiya  və  mədəni  Ģəbəkələr  vasitəsilə  uyğunlaĢma 

problemi. 

Bu,  müasir  dünyada  insanların,  öz  yeni  reallığından  ayrılmadan 

ailələrilə əlaqəni itirməməyə, bu əlaqəni qorumağa imkan verən  ən 

maraqlı adaptasiya kanallarından və formalarından biridir. Bu, hətta 

miqrasiya  növü  anlayıĢını  da  dəyiĢməyə  qadir  olan  yeni 

situasiyadır.  Bu  zaman  əmək  mühacirəti  doğrudan  da  müvəqqəti 

miqrasiyaya çevrilir – yeni ərazidə oturaq mühacirət olmur. 

Demək  istərdim  ki,  çoxmədəniyyətlilik  konsepti  də  müasir 

Rusiyada  ciddi  təhlilə  məruz  qalmıĢdır.  Pozitiv  təcrübə  nöqteyi-

nəzərindən  mühacir  axınları  üçün  açıq  olan  ərazilərdə  dostluq 

lokuslarının və mədəniyyətlərarası dialoq lokuslarının yaradılmasını 

göstərmək  olar.  Sərhəd  vilayəti  olan  və  əhalinin  sayına  görə  180-

dən  200-dək  etnomədəni  ənənənin  nümayəndələrini  və  müxtəlif 

mədəniyyət  daĢıyıcılarını  birləĢdirən  Orenburq  vilayətini  nümunə 

kimi  göstərmək  mümkündür.  Burada  milli  kəndin  gözəl  təcrübəsi 

yaranmıĢdır,  eyni  bir  ərazi  məkanında  informasiya  muzeyləri, 

informasiya  mərkəzləri  yaradılmaĢdır.  Bu  mərkəzlərdə  digər 

mədəniyyətlərlə  tanıĢ  olmaq  və  vahid  ərazi  çərçivəsində  ümumi 

tədbirlər  keçirmək  mümkündür.  Rusiyada  bu  təzəlikcə  vüsət 

almaqdadır,  məhz  təcridetmədən  qaçmaq,  ünsiyyətə  canatma  – 

dialoq  formasını  qurmaq  məqsədilə  çoxmədəniyyətlilik  modelinin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

109 

mürəkkəbləĢdirirlməsi üçün maraqlı bir vasitə, maraqlı bir gediĢdir. 



Rusiya təcrübəsini təhlil edərək, demək istəyirəm ki, bu, həm ərazi 

modelləri, həm də prosesləri qanunvericiliklə nizamlama modelləri 

çərçivəsində  axtarıĢların  mürəkkəb  Ģəraitində  baĢ  tutur.  Hər  halda 

hər  il  200  minədək  insan  Rusiyaya  gəlir.  Onlar  müxtəlif 

mədəniyyətlərin 

daĢıyıcılarıdır. 

Lakin 

Rusiyanın 



çoxmədəniyyətliliyin geniĢləndirilməsinə dair malik olduğu təcrübə 

əsas  verir  ki,  etnomədəni  siyasətin  strategiyası  pozitiv  olsun  və 

bütün mövcud gərginlik halları öz müsbət həllini tapsın. 

 

Olqa Astafyeva, 



 Rusiya, RF Prezidenti yanında Dövlət Qulluğu və Xalq 

təsərrüfatı Akademiyası  

 

 



  

 

Multikulturalizm fəaliyyətdə: bolqar etnik modeli 

 

Hörmətli  xanımlar  və  cənablar!  Hal-hazırda  Bolqarıstanda  bir 



milyondan artıq müsəlmanın yaĢadığını heç də hamınız bilmirsiniz. 

Onlar  səkkiz  yüz  min  bolqar  türkü  və  Osmanlı  imperiyasının 

hakimiyyəti dövründə islamı qəbul etmiĢ iki yüz min bolqardır. 

 

90-ci  illərin  əvvəllərində  Avropa  təĢəbbüskarlarının  çoxu 



soruĢduqda ki, Balkanlarda etnik konflikt harada baĢlamıĢdır, cavab 

alırdılar:  ―Bolqarıstanda‖,  çünki  etnik  gərginliyin  dərəcəsi  o  vaxt 

bizdə  çox  yüksək  idi.    Buna  səbəb  səksəninci  illərin  ortalarında 

Bolqarıstanın  o  vaxtkı  hakimiyyətinin  bizim  müsəlmanların  ərəb-

türk  mənĢəli  adlarını  slavyan  adlarına  dəyiĢməsiydi.  Onlara  öz 

dillərində danıĢmaq qadağan edilmiĢdi. Ancaq indinin özündə belə 

çoxları ana dilində danıĢır. Hərçənd, bu qəribə səslənir, məsələn, iki 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə